Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə şəhidlərin xatirəsi ehtiramla anılıb

19 yanvar 2021 | 16:00

20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə əlaqədar şəhər rəhbərliyi Şəki şəhərində yeləşən Şəhidlər Xiyabanını və İkinci Qarabağ müharibəsi şəhidlərinin dəfn olunduğu “Şəhid Məzarlığını” ziyarət etmiş, Vətənimizin müstəqilliyi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhid olmuş igid Vətən oğullarının məzarları üzərinə qırmızı qərənfillər düzmüş, şəhidlərin xatirəsini ehtiramla yad etmişlər.
    Şəhər rəhbərliyi Şəkinin Kiçik Dəhnə kəndində yerləşən, yenicə təmir-bərpa işləri aparılmış şəhidlər xiyabanını da ziyarət etmiş, şəhidlərin məzarları üzərinə qırmızı qərənfillər düzmüşlər.

Keçidlər