Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində Azərbaycan dili fənni üzrə imtahan keçirilib

20 may 2021 | 16:00

Dövlət İmtahan Mərkəzi tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan Şəkinin  ümumi təhsil müəssisələrinin IX və XI sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində mayın 20-də Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirilib.
   Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseydə keçirilən imtahanda Şəki rayonu üzrə 102 şagirdin iştirakı nəzərdə tutulub.
    Pandemiya dövrünün tələblərinə uyğun olaraq əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün prosesboyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub
    Test imtahanı mövcud təlimata uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.

Keçidlər