Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə ümumrayon iməciliyi keçirilmişdir

20 mart 2014 | 16:00

Martın 19-da  Şəkidə ümumrayon iməciliyi keçirilmişdir. Novruz bayramı ərəfəsində yazın gəlişi ilə əlaqədar olaraq təşkil edilən bu ictimai faydalı tədbirdə rayonun idarə, müəssisə və təşkilatların əmək kollektivləri, şəhər sakinləri yaxından iştirak etmişdir.
     İməcilik zamanı park və xiyabanlarda, prospekt, küçə və bağlarda təmizlik işləri aparılmış, abadlıq və səliqə-sahman tədbirləri görülmüşdür. Yol kənarında səkilər, suötürücü arxlar təmizlənmiş, yaşıllqlara qulluq göstərilmişdır.
    Qəsəbə və kəndlərdə də yerli sakinlər yaşadıqları ərazilərdə səliqə-sahman işlərinin görülməsində yaxından iştirak etmişlər.

Keçidlər