Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki xanlarının sarayı Azərbaycanın nadir tarixi memarlıq abidələrindəndir

04 avqust 2014 | 15:00

Üç gün əvvəl Qubadan ölkəmizin şimal-qərb bölgəsinə ekskursiyaya yola düşdük. Səfər zamanı İsmayıllının, Qəbələnin, Şəkinin tarixi abidələri ilə yaxından tanış olduq, doyunca gəzdik. Şəki xanlarının sarayı ilə tanışlıqdan aldığım təəssürat ömür boyu yadımdan çıxmayacaq. Bu saray Azərbaycanın nadir tarixi memarlıq abidələrindən biridir.
Bu sözləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçısı, Quba məktəblisi Fəzilə Ağayeva Şəki xanlarının sarayı ilə tanışlıq zamanı müsahibəsində deyib.
Səfər zamanı Azərbaycanın bölgələrinin necə də sürətlə inkişaf etdiyini öz gözləri ilə gördüyünü vurğulayan F. Ağayeva, onlara bu şəraiti yaratdığına görə Quba məktəbliləri adından Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Keçidlər