Şriftin ölçüsü :

Saytın rəngi :

Qafqaz motofestivalı öz rəngarəngliyi ilə seçilir

30 avqust 2014 | 15:00

Məşhur telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum günü şərəfinə Şəkidə keçirilən Qafqaz motofestivalı rəngarəng proqramı ilə seçilir.
Avqustun 30-da Olimpiya İdman Kompleksinin qarşısındakı prospektdə baykerlərin iştirakı ilə test-yürüş keçirildi. Təhlükəsizliyi təmin etmək məqsədilə prospektdə avtomobillərin hərəkəti məhdudlaşdırılmışdı.
Baykerlər əvvəlcə qrup halında marşrut üzrə yürüş etdilər. Sonra motosikletçilər qoşa yarışlarda fərdi ustalıqlarını nümayiş etdirdilər. Baykerlərin riskli hərəkətləri, yüksək sürət tamaşaçılara həyəcan dolu anlar yaşatdı.
Proqrama uyğun olaraq daha sonra “Çingiz klub”da festival iştirakçıları üçün “Kolonda hərəkət qaydaları” mövzusunda motoseminar keçirildi.

Keçidlər