Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyənin Gəncədəki baş konsulu Şəkidə olub

24 oktyabr 2014 | 15:00

Oktyabrın 23-də Türkiyənin Gəncədəki baş konsulu Orhan İşık Şəki şəhərinə gəlmiş, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşmüşdür.
Şəhər icra hakimiyyətində keçirilən görüşdə baş konsula Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, burada keçirilən bayram tədbirləri, festivallar barədə ətraflı məlumat verilmişdir.
Baş konsul Orhan İşık bu vəzifəyə yeni təyin olunduğunu, Şəkiyə səfərindən çox məmnun qaldığını bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılmış, əməkdaşlığın perspektivlərinə toxunulmuşdur.
Görüşün sonunda tərəflər qarşılıqlı şəkildə bir-birinə xatirə hədiyyələri təqdim etmişlər

Keçidlər