Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin Çeşməli kəndində yeni inzibati bina istifadəyə verilmişdir

07 noyabr 2014 | 16:00

Noyabrın 6-da Şəkinin Çeşməli kəndində Çeşməli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Çeşməli bələdiyyəsi üçün tikilmiş yeni inzibati binanın açılışı  olmuşdur.
    Açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, başçının müavinləri, şəhər icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak etmişlər.
    Tədbirdə çıxış edənlər rayonumuzda, eləcə də həmin kənddə aparılan abadlıq-quruculuq işlərindən danışmış, qarşıda duran vəzifələr barədə məlumat vermişlər. Natiqlər kəndlərdə infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən tədbirləri, yeni sosial obyektlərin tikintisini dövlətin insanlara göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirmişlər.
    Sonra tədbir iştirakçıları yeni istifadəyə verilən binaya baxış keçirilmiş, burada yaradılan şəraitlə tanış olmuşlar. Məlumat verilmişdir ki, inzibati binanın tikintisinə bu ilin ortalarında başlanılmış və qısa müddətdə tikinti işləri başa çatdırılmışdır. Bina birmərtəbəlidir, beş otaq və bir akt zalından ibarətdir. Binada müasir istilik sistemi quraşdırılmışdır. Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. İnşaat işləri "Əfqan" tikinti şirkəti tərəfindən həyata keçirilmişdir.
   Daha sonra tədbir iştirakçıları yenicə təmirdən çıxmış Çeşməli kənd uşaq bağçasında  olmuşlar.

Keçidlər