Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin könüllülük üzrə birinci regional forumu başa çatdı

29 noyabr 2014 | 16:00

Şəki Olimpiya İdman Kompleksində keçirilən gənclərin könüllülük üzrə birinci regional forumu noyabrın 29-da öz işini davam etdirib.
Tədbirin ikinci günü "Gənclərin ətraf mühitin qorunmasında könüllülük fəaliyyəti" mövzusunda müzakirələr aparılıb. Maraqlı keçən müzakirələr zamanı forum iştirakçılarının sulları cavablandırılıb.
Bağlanış mərasimində BMT-nin Azərbaycan ofisinin Proqramlar rəhbəri Məzahir Əfəndiyev və Şəki şəhər gənclər və idman idarəsinin rəisi Vüraq İskəndərov çıxış edərək forumun yüksək səviyyədə keçdiyini qeyd etmiş, bütün iştirakçılara öz təşəkkürlərini bildirmişlər.
Forumun sonunda bir qrup könüllü və təşkilatçılar diplomlarla təltif olunub.

Keçidlər