Şriftin ölçüsü :

Saytın rəngi :

Qoxmuq kəndində səyyar qəbul-görüş

11 dekabr 2014 | 16:00

Dekabrın 11-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qoxmuq kəndinin sakinləri ilə görüşmüşdür.
   Görüşdə başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, kənd sakinləri iştirak etmişlər.
   Görüşün əvvəlində kəndin ərazisində son vaxtlar görülmüş işlər barədə məlumat verilmişdir. Bildirilmişdir ki, kənddə 425 evə və 6 məhəllə bulağına su xətti çəkilib, 2 ədəd subartezian quyusu qazılıb, uşaq bağçasının üst örtüyü əsaslı təmr olunub,  kənddaxili yollara fərş döşənib.
    Qoxmuq kənd sakinləri İlqar Həsənov, Əlibala Nurullayev, Məmmədəli Qarayev və başqaları çıxış edərək kəndə təbii qazın verilməsi, kəndin mərkəzi yolunun asfaltlaşdırılması, yeni EATS quraşdırılması, səllimçiliyə qarşı tədbirlərin görülməsi və sairə ilə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
   Görüşdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək qaldırılmış məsələlərlə bağlı tapşırıqlarını vermiş, qarşıda duran vəzifələr barədə danışmışdır.

Keçidlər