Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilir

02 may 2015 | 15:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü Şəki şəhərində  geniş qeyd olunur.
   Şəki Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, Şəkidə fəaliyyət göstərən idarə və təşkilatlarda  Heydər Əliyev xatirə tədbirləri keçirilir.
    Heydər Əliyev Mərkəzdə ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə Ümummilli Liderin həyat və fəaliyyətinin, zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə açıq dərslər davam etdirilir.
   Xatirə tədbirləri çərçivəsində rayonun ali, orta ixtisas və ümumtəhsil məktəblərində “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda elmi-praktik seminarların, müəssisə və təşkilatlarda “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, “Heydər Əliyev və gənclər siyasəti” mövzularında elmi-nəzəri konfransların keçirilməsi, məktəblilər arasında inşa yazı və şeir müsabiqələrinin, müxtəlif idman növləri üzrə yarışların, Rəsm Qalereyasında Şəki rəssamlarının əsərlərindən və sənətkarların əl işlərindən ibarət sərginin təşkil edilməsi nəzərdə tutulub.
   Mayın 10-da isə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Şəki şəhərində Gül bayramı keçiriləcəkdir.

Keçidlər