Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Qurban bayramı münasibəti ilə xeyriyyə tədbirləri təşkil olunmuşdur

25 sentyabr 2015 | 08:09

Dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan Qurban bayramı Şəkidə xalqımızın ən əziz bayramlarından biri kimi böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qeyd olunmuşdur.
   Bayram münasibətilə Şəkidə bir sıra xeyriyyə tədbirləri keçirilmişdir. İndiyədək rayonda mindən artıq aztəminatlı ailəyə, o cümlədən şəhid ailələrinə, əlil və kimsəsizlərə, ahıl və tənha vətəndaşlara bayram sovqatı paylanmışdır. Müqəddəs bayram münasibətilə keçirilən mərasimlərdə şəhidlərimizin xatirəsi yad edilmiş, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar oxunmuşdur.
   Aztəminatlı ailələr onlara göstərilən qayğıya görə xeyirxah əməl sahiblərinə minnətdarlıqlarını bildirmiş, xalqımıza sevinc dolu günlər arzulamışlar.

Keçidlər