Şriftin ölçüsü :

Saytın rəngi :

Uzun illər fasilədən sonra Şəkinin Qoxmuq kəndinə təbii qazın verilişi bərpa olunub

25 oktyabr 2015 | 08:10

Şəki rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Uzun illər fasilədən sonra 1400 abonenti olan Qoxmuq kəndinə təbii qazın verilişi bərpa olunub.
Bu münasibətlə keçirilən mərasimdə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun yaşayış məntəqələrinin qazaşdırılması istiqamətində görülən işlərdən bəhs edilib.
Bildirilib ki, Qoxmuq kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3 min 794 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 63 min 678 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Diqqətə çatdırılıb ki, ilin sonuna kimi Şəkinin daha 18 yaşayış məntəqəsi təbii qazla təmin olunacaq. Bu isə rayon üzrə əhalinin 85 faizinin “mavi yanacaq”la təminatı deməkdir.
Tədbirdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.

Keçidlər