Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib

11 noyabr 2015 | 09:11

Şəkidə Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirilib.
Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində, təhsil və mədəniyyət müəssisələrində müxtəlif tədbirlər, sərgi və konfranslar, ümumtəhsil məktəblərində rəsm və inşa müsabiqələri keçirilmiş, məktəblilər və gənclər arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil olunmuşdur.
Keçirilən tədbirlərdə çıxış edənlər bayrağın müstəqilliyin, dövlətçiliyin və dövlət quruculuğunun rəmzi hesab olunmasından danışmışlar. Bildirilmişdir ki, ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunmuş üçrəngli bayrağımız sovet hakimiyyəti qurulduqdan sonra dəfələrlə dəyişdirilmiş, 1990-cı ilin noyabrında ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yenidən bərpa olunmuşdur. Çıxışlarda 2010-cu il sentyabrın 1-də Bakı şəhərində Dövlət Bayrağı Meydanının açılmasından və dünyanın ən uca bayrağının Azərbaycanda dalğalanmasından bəhs edilmişdir. Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunması yüksək qiymətləndirilmişdir.

Keçidlər