Şriftin ölçüsü :

Saytın rəngi :

İlin sonunadək Şəkinin daha 17 kəndinə təbii qaz veriləcək

28 noyabr 2015 | 08:11

Şəki rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilir. Noyabrın 27-də iki min nəfərə yaxın əhalinin yaşadığı Suçma kəndinə təbii qaz verilib.
351 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 min 115 metr olan müxtəlif diametrli polietilen və ümumi uzunluğu 16 min 469 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Bu münasibətlə keçirilən mərasimdə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən bəhs edilib. Bildirilib ki, cari ildə rayonun 5 kəndinə “mavi yanacaq” verilib. İlin sonunadək Şəkinin daha 17 kəndi təbii qazla təmin olunacaq.
Kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.

Keçidlər