Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir

29 mart 2016 | 11:03

Martın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin Şəki şəhər şöbəsində Azərbaycanın milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Şəki Şəhər İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
      Şəhər İcra Hakimiyyətinin və hüquq mühafizə orqanlarının rəhbər işçilərinin iştirak etdikləri tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin Şəki şəhər şöbəsinin rəisi Şahniyar Axundov Azərbaycan təhlükəsizlik orqanlarının keçdiyi çətin və şərəfli yoldan danışmışdır. Vurğulanmışdır ki, müstəqilliyimizin bərpasından sonra milli təhlükəsizlik orqanlarının yenidən formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olmuşdur. Ulu öndər Heydər Əliyevin sayəsində 1964-ci ildən sonrakı dövrdə bu orqana milli kadrların cəlb olunması geniş vüsət almağa başlamışdır.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov şöbənin əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində hazırda milli təhlükəsizlik orqanlarının fəaliyyətində keyfiyyətcə yeni mərhələ başlanmışdır.
Sonra şöbənin xidmətdə fərqlənmiş bir qrup əməkdaşına Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim edilmişdir.

Keçidlər