Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Qarabağ müharibəsi əlilləri üçün inşa edilmiş yeni fərdi evlər istifadəyə verilib

14 aprel 2016 | 09:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın müxtəlif bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni fərdi yaşayış evlərinin tikintisi davam etdirilir.
      Aprelin 13-də Şəkidə Qarabağ müharibəsi əlilləri üçün inşa edilmiş iki yeni fərdi yaşayış evi istifadəyə verilib. 
     Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov evlə təmin olunan ailələrin üzvlərini təbrik edib. Bildirilib ki, ölkə vətəndaşlarının rifah halının yüksəldilməsi, o cümlədən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının başlıca hədəflərindən biridir.
     Tədbirdə iştirak edən əlil ictimai birliklərinin və ictimaiyyətin nümayəndələri dövlətimizin başçısının əhalinin sosial müdafiəsinin etibarlı təminatı məqsədi ilə həyata keçirdiyi siyasətdən, imzaladığı fərman və sərəncamlardan danışıblar.
     Fərdi evlə təmin edilən Qarabağ müharibəsi əlillərinin ailə üzvləri onların hərtərəfli təminatına, həyat şəraitlərinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər