Şriftin ölçüsü :

Saytın rəngi :

Başçının hesabat məruzələri

 

Şəki  Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun 2017-ci ildə Şəkinin
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair
M Ə R U Z Ə S İ

Hörmətli yığıncaq iştirakçıları!
Xanımlar və cənablar!
Fevralın 8-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının 6-cı qurultayı keçirilmişdir. Qurultayda aprel ayının 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində cənab Prezidentimiz İlham Əliyevin namizədliyi irəli sürülmüşdür. Mən cənab Prezidentimizi bu münasibətlə təbrik edir, və seçkilərdə ona uğurlar arzulayıram.
        Şəki Şəhər İcra Hakimiyyəti başçısının 2017-ci ildə Şəkinin  sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi Şəki qəzetində bütünlüklə çap olunmuşdur. Çıxışımda mən Sizi hesabat məruzəsinin bəzi məqamları ilə yaxından tanış etmək istəyirəm.
        2017-ci  ildə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında mühüm dəyişikliklər baş vermişdir. 2018-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ölkəmizin 2017-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası, yanvarın 29-da isə Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilmişdir. Həm iclasda, həm də, konfransda ölkəmizin sənaye potensialının gücləndirilməsi, sosial proqram və layihələrin icrası geniş müzakirə olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Sosial - iqtisadi göstəricilər

       Hörmətli yığıncaq iştirakçıları!       
       2017-ci ildə rayonumuzun sosial-iqtisadi inkişafının yekunları ilə tanış olmaq üçün konkret faktlara nəzər salaq. 2017-ci ildə istehsalın əsas sahələrində 406 milyon manatlıq məhsul buraxılmışdır. Bu 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 125 faiz təşkil edir. Buraxılmış məhsulun 9 faizi dövlət, 91 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Adambaşına faktiki qiymətlərlə 2188 manatlıq məhsul istehsal olunmuşdur. 2017-ci ildə pərakəndə əmtəə dövriyyəsi 403 milyon manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən 102 faiz təşkil edir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 93 milyon olmuşdur ki, bu da 2016- cı illə müqayisədə  105 faiz təşkil edir. Rayonda 2017-ci ildə 2985  yeni iş yeri açılmışdır ki, bunun da hamısı daimi iş yerləridir. 01 oktyabr 2003- cü il tarixdən 01 yanvar 2018-ci il tarixədək rayonda 21819 yeni iş yeri açılmışdır ki, bunun da 96 faizi daimi iş yerləridir. Hazırda rayonda 20 sənaye müəssisəsi fəaliyyət göstərir. 2017-ci ildə rayonumuzda iqtisadi və sosial sahələrin inkişafına yönəldilmiş investisiyanın həcmi 91 milyon manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur. İstifadə edilmiş investisiyanın  91 faizi dövlət mülkiyyətinin,  9 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Əsas kapitala yönəldilmiş investisiyanın 83 milyon manatı tikinti-quraşdırma işlərinə sərf edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili siyasətinin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Cənab Prezidentimiz İlham Əliyev xüsusi olaraq vurğulamışdır ki, bu gün ölkəmizdə sahibkarlara böyük diqqət vardır. Onlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir. 

Hörmətli yığıncaq iştirakçıları!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə  kənd təsərrüfatının inkişafında yeni mərhələ başlanmışdır.  Cənab Prezidentimiz vurğulamışdır ki, indiyədək görülən işlər onu deməyə əsas verir ki, qarşıdan gələn bir neçə ildə kənd təsərrüfatı məhsulları ilə daxili tələbatın ödənilməsi məsələsi həll olunacaq, Azərbaycanın ixrac potensialı daha da güclənəcəkdir. 
         2017-ci il avqust ayının 4- də Qax rayonunda keçirilən müşavirədə  bu zonada kənd təsərrüfatının mühüm sahələrindən biri olan tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişafı sahəsində son illərdə əldə olunan nəticələr təhlil olunmuş və qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

Şəki respublikamızın ən iri aqrar rayonlarından biridir. 2017-ci ildə taxıl sahələrindən 214 min ton taxıl istehsal olunmuş, hər hektardan orta məhsuldarlıq 33 sentner təşkil etmişdir.  İstehsal olunan məhsul keçən illə müqayisədə 21 min ton çoxdur.                

Bildiyiniz kimi Şəkidə əhalinin tarixən əsas məşğuliyyət sahələrindən biri baramaçılıq olub. “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında”  cənab Prezidentimiz İlham Əliyev tərəfindən imzalanmış Sərəncam ölkəmizdə barama istehsalının dinamik inkişafında mühüm rol oynamışdır. Ötən ilin payız mövsümündə rayonda  140 mindən çox tut tingləri əkilmişdir.

Rayonda 2015-ci ildə cəmi 200 kiloqram barama istehsal edildiyi halda, 2017-ci ildə istehsalın həcmi 18 tona çatdırılmışdır. Məhz ölkə başçısının  təşəbbüsü ilə həyata keçirilən operativ tədbirlər nəticəsində bu sahədə ciddi dönüş yaranmış, Şəki ipək kombinatı öz fəaliyyətini bərpa etmişdir. 2018-ci ildə rayonumuzda 70 ton barama istehsal edilməsi nəzərdə tutulmuşdur. İndi qarşımızda duran ən başlıca vəzifə rayon ərazisində mövcud olan bütün toxmacar bağlarının dəqiq uçotunu aparmaqdır. Odur ki, icra nümayəndələri və bələdiyyələr yerlərdə bu işləri təşkil etməli və görülən işlər haqqında icra hakimiyyətinə məlumat verməlidir. Şəki Şəhər Kənd Təsərrüfatı idarəsinin bütün mütəxəssisləri bu istiqamətdə yerlərdə görülən işləri daim nəzarətdə saxlamalı və vaxtaşırı icra hakimiyyətinə məlumat verməlidir.

Son illərdə rayonumuzda tütünçülüyün inkişafında ciddi dönüş yaranmışdır. Nəticədə 2017-ci ildə 843 hektar sahədə 2631 ton  məhsul istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 200 ton çoxdur. 2018-ci ildə rayonda 900 hektar sahədə tütün əkini proqnozlaşdırılır.

Rayonda qərzəkli meyvə istehsalının inkişafına da diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində Şəkidə 2017-ci ildə 469 hektar sahədə yeni fındıq bağları salınmışdır. Bu gün Şəkidə fındıq bağlarının ümumi sahəsi 2262 hektardır. Rayonda fındıq bağlarının salınması işləri davam edir.

       Hörmətli yığıncaq iştirakçıları!

       2017-ci ildə şəhərin 7 küçəsində yağış sularının axıdılması üçün arxlar qurulmuş, 6 küçədə yararsız hala düşmüş daş örtükləri, səkilər,  arxlar təmir edilmişdir. Mənzil fondunun əsaslı təmiri üzrə 4 ictimai yaşayış binasında dam örtüklərinin əsaslı təmiri, 1 binanın bloklarında cari təmir işləri yerinə yetirilmişdir. 
       Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq işsizliyin aradan qaldırılması məqsədilə Şəki Şəhər İcra Hakimyyətinə 2017-ci ildə ayrılan vəsait hesabına 184 nəfər işlə təmin olunmuşdur.
        Məlumat üçün bildirim ki, hazırda çox sürətlə şəhərimizdə Heydər Əliyev Mərkəzinin və Bayraq Meydanının inşası işləri aparılır. Əminəm ki, qısa müddətdə cənab Prezidentimizin təməlini qoyduğu İnzibati Mərkəz tikilib başa çatdırılacaqdır.
       Şəki şəhəri Zərifə Əliyeva küçəsində “ASAN həyat” kompleksinin tikintisi işi davam edir, “Yuxarı Baş” tarix-memarlıq qoruğu ərazisində “ABAD” Keramika Mərkəzi üçün ayrılmış binada yenidənqurma işləri tamamlanmışdır.
    Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə  Bəxtiyar Vahabzadənin ev muzeyinin əsaslı təmiri işləri başa çatdırılmış, əvvəllər bu evdə yerləşən şəhər 3 saylı bağça üçün  yeni  binanın tikintisi yekunlaşmaq üzrədir. Şəki Qarışıq tipli uşaq evi üçün ümumi sahəsi 1200 m2 olan  yeni binanın tikintisi işləri davam etdirilir. 
    Şəki şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən işlərin artıq 3-cü mərhələsi həyata keçirilir. Kanalizasiya kollektor xətləri tamamlanmaq üzrədir. 2 iyul 2016-cı il tarixdə Şəkidə güclü selin dağıtdığı Kiş kəndinin giriş hissəsindəki körpü tikilib başa çatdırılmışdır.   
        “Şəki rayonunun Kiş kəndində abadlıq-quruculuq işləri aparılmasına dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2017-ci il tarixli 3264 nömrəli Sərəncamına əsasən Şəki rayonunun Kiş kəndində “Kiş Alban məbədi”nə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması üçün  tikinti abadlıq işlərinə başlanmışdır.  Bu işin qısa müddətdə yüksək keyfiyyətlə  başa çatdırılması üçün zəruri tədbirlər görülür.   
        2017-ci ildə Şəki - Kiş kəndi - Marxal istirahət zonasına gedən  umumi uzunluğu 7,2 km olan avtomobil yolunun tikintisi və ümumi uzunluğu 17,1 km olan Şəki--Aşağı Göynük --Baş Göynük--Baş Şabalıd avtomobil yolunda tikinti işləri davam etdirilmişdir.   
   
Son zamanlar əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Şəki şəhərinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrindən fərdi yaşayış evləri tikintisi üçün Şəki bələdiyyəsi tərəfindən torpaq sahələri satılmış, yeni yaşayış massivləri yaradılmışdır. Bu müsbət haldır. Lakin, yeni yaradılan yaşayış massivlərində Şəki bələdiyyəsi tərəfindən asfalt örtüklü yolların salınması, əhalinin elektrik enerjisi, rabitə, su və digər kommunal tələblərinin ödənilməsi istiqamətində tədbirlər görülmədiyindən bu barədə vətəndaşlar tərəfindən şəhər icra hakimiyyətinə edilən müraciətlərin sayı artmışdır. Bu cür hallar digər bələdiyyə orqanlarında da mövcuddur. Odur ki, bu sahəyə diqqətin artırılması yerli bələdiyyə orqanlarına tövsiyə olunur. Həmçinin bu ərazilərdə məktəb, bağça, istirahət, idman sahələri və digər sosial obyektlərin olmaması da əhalinin normal yaşayışında çətinliklər yaradır. Odur ki, yeni yaşayış massivləri salınarkən bələdiyyələr tərəfindən bu məsələlərin həllinə diqqət artırılmalıdır.

        Şəhər və kəndlərin ərazilərində aparılıan tikinti işlərinə də bələdiyyələrin nəzarəti yox dərəcəsindədir. Belə ki, bələdiyyələr özlərinə məxsus ərazilərdə  yaşayış və yaxud qeyri - yaşayış obyekti tikilərkən bu işlərin qanunamüvafiq qaydada sənədləşməsinə nəzarət etməli, qanunsuz  tikili müəyyən edildikdə  isə  sahə müvəkkilinə və  Şəki şəhər icra hakimiyyətinə məlumat verməlidir.     
       Məlumat üçün bildirirəm ki, respublika ərazisində özbaşına torpaq sahələrinin tutulması və tikinti işlərinin aparılmasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilmiş, bu cür hallara yol vermiş ayrı-ayrı hüquqi və fiziki şəxslərə qarşı daha ciddi tədbirlərin görülməsi, hətta cinayət məsuliyyətinə cəlb edilməsi müəyyənləşdirilmişdir.
      Yerlərdə araşdırmalar aparılarkən məlum olmuşdur ki, qanunsuz tikilmiş qeyri - yaşayış obyektlərinə və fərdi yaşayış evlərinə heç bir əsas olmadan elektrik xətləri və qaz xətti çəkilmişdir.  Bu isə vətəndaşları  arxayın salmış, digər vətəndaşlar üçün də qanunun pozulmasına şərait yaratmışdır. Bu özbaşnalıq  rayon ərazisində şəhərsalma sahəsində bir xaos yaratmış, tikinti tələblərinin pozulması hallarının artmasına gətirib çıxarmışdır.   Odur ki, xidmət sahələrinin rəhbərləri bu sahədə öz işlərində ciddi dönüş yaratmalı və qanunun tələblərinə uyğun tədbirlər görməlidirlər. Əks halda belə idarə və müəssisə rəhbərləri haqqında qanunamüvafiq tədbirlər görüləcəkdir.
      2017-ci ilin 12 ayı ərzində 1311 mənzil təbii qazla təmin edilmişdir.  
      Müddət ərzində şəhər və kəndlərdə istismar müddətini başa vurmuş elektrik verilişi xətlərinin çəkilməsi, transformatorların təzələnməsi və təmiri ilə bağlı xeyli iş görülmüşdür. Görülən işlərlə yanaşı rayonun elektrik təsərrüfatında bir sıra ciddi problemlər hələ də qalmaqdadır. Hələ də elektrik enerjisinin verilişində tez-tez fasilələr yaranır. Qeyd etmək istəyirəm ki, Şəki şəhərində, qəsəbə və kəndlərdə mövcud olan qeyri-qanuni tikililər və köşklər elektrik enerjisi ilə təmin olunub. Tərəfimizdən 06 iyul 2017-ci il tarixli, 78 saylı Sərəncamla qeyri-qanuni tikililərin müəyyən edilməsi və qanunamüvafiq qaydada ləğv edilməsi ilə bağlı müvafiq komssiya yaradılmışdır. Sözügedən komissiyanın iclaslarında dəfələrlə qeyri-qanuni tikililərin elektrik enerjisi ilə təmin olunduğu bildirilmiş, belə halların araşdırılıb, komissiyaya məlumat verilməsi və həmin tikililərə elektrik enerjisinin verilişinin dayandırılması tövsiyə olunmuşdur. Təəssüf ki bir dəfə də olsa komissiyaya bununla bağlı heç bir məlumat verilməmişdir.

Hesabat dövründə təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmışdır. 2011-ci ildə ali məktəblərə qəbul olunanların sayı 494 nəfər idisə, 2017-ci ildə bu rəqəm 645 nəfər olmuşdur.  2011–ci ildə məzunlardan cəmi 22 nəfəri 600-dən yuxarı bal toplamışdısa, 2017-ci ildə 600-dən yuxarı bal toplayanların sayı 60 nəfər olmuşdur.
       Ötən müddət ərzində məktəblərin maddi-texniki bazasının və yaxşılaşdırılması istiqamətində də xeyli iş görülmüşdür. Əgər 2000-2010-cu illərdə, yəni 10 il ərzində cəmi rayonda 16 məktəb yenidən tikilib və ya əsaslı təmir olunmuşdursa, 2011-2017-ci illərdə yəni 7 ildə 30 məktəb yenidən tikilmiş və ya əsaslı təmir olunmuşdur.  Hazırda   Baş Zəyzid kənd tam orta məktəbi üçün 640 şagird yerlik yeni binanın tikintisi davam etdirilir.  2011-2016-ci illərdə məktəblərin maddi-texniki bazası əvvəlki 5 ilə nisbətən 6 dəfə yaxşılaşdırılmışdır.
      Şəki təhsilinin əldə etdiyi uğurlar dövlətimiz tərəfindən həmişə olduğu kimi, 2017-ci il də yüksək qiymətləndirilmişdir. Son 5 ildə rayonumuzun 14 nəfər müəllimi “Əməkdar müəllim”, 8 nəfər müəlllim isə “Tərəqqi” medalına layiq görülmüşdür.
Ölkəmizi tanıyaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən hər il  “Ölkəmizi tanıyaq” devizi ilə  tur –aksiya keçirilir .
          2017-ci ildə Tur aksiya zamanı Şəkiyə 40 şəhər və rayondan 1654 nəfərə yaxın iştirakçı gəlmişdir.
Səhiyyə
         Qeyd etmək istəyirəm ki, cənab Prezidentimizin tapşırıq və tövsiyəsinə uyğun olaraq respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Şəkidə də dispanserizasiya uğurla aparılmışdır.  2017-ci ildə  80761 nəfər  sakin tibbi müayinədən keçmişdir. Məlumat üçün bildirim ki, bu gündən mayın 12-dək növbəti dispanserizasiya həyata keçiriləcək. Mən hamını bu aksiyada fəal iştirak etməyə dəvət edirəm.
Festival
           Hər il şəhərimizdə keçirilən və artıq ənənə şəkilni alan “İpək Yolu”  Beynəlxalq Musiqi Festivalı Şəki musiqisevərlərinin yaddaşında gözəl bir xatirə kimi qalıb. 2017-ci ildə 8-ci dəfə keçirilən festivalda dünyanın 10 ölkəsindən gələn musiqi kolllektivləri maraqlı konsert proqramları ilə çıxış etmişlər.

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki şəhərində son illərdə turizm sahəsinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində Şəki turistlər üçün cəlbedici məkana çevrilmiş, son beş ildə rayonu ziyarət edənlərin sayı yeddi dəfədən çox artaraq 150 min nəfərə çatmışdır.
       Şərq memarlığının nadir incisi hesab olunan  “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” nin   YUNESKO-nun Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilməsi istiqamətində iş aparılır. Belə ki, 2017-ci ildə Polşanın Krakov şəhərində YUNESKO-nun 41-ci sessiyasında bu nominasiya  müzakirə olunmuş,  2017- ci ildə Şəki şəhəri YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilmişdir.
       İcra hakimiyyəti tərəfindən şəhərimizin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm işlər görülür. Bu il Şəkinin xalq tətbiqi sənəti Fransanın Kolmar şəhərində keçirilən Milad bazarında nümayiş olunmuşdur. Mən noyabrda Türkiyənin Antalya şəhərində BMT-nin və Türk Əməkdaşlıq Şurasının birgə təşkilatçılığı ilə keçirilən Cənub- Cənub – 2017  EXPO  sərgisində iştirak etmişəm. Bu beynəlxalq tədbirdə ipək yolu üzərində yerləşən şəhərlərin turizm təcrübəsi müzakirə edilmişdir. Tədbirdə Şəkinin təqdimatı ən yaxşı nominasiya kimi qiymətləndirilmişdir. Qeyd etmək istəyirəm ki, tədbirdə Dünya Tarixi Şəhərlər Liqasına daxil olan 100-dən çox ölkədən 1000 nəfərdən artıq nümayəndə iştirak edirdi.
“Avropa Avtobus Turu-2017” layihəsinin “Şəki Avropa şəhərciyi” tədbiri çərçivəsində sentyabrın 23-də Şəki şəhəri rəhbərliyi ilə Avropa İttifaqına üzv ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlərinin görüşü olmuşdur. Görüş zamanı Avropa İttifaqına üzv olan dövlətlərin nümayəndələri və şəhər rəhbərliyi gələcəkdə Şəki şəhərində həyata keçiriləcək layihələri birgə müzakirə etmişdir.  

Hörmətli yığıncaq iştirtakçıları!

      “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutaraq, qəsəbə və kəndlərdə vətəndaşların müəyyən olunmuş qrafikə uyğun olaraq ümumi qəbulu təşkil olunmuş, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılmasına, haqlı tələblərinin həll edilməsinə diqqət artırılmışdır. Belə ki, son yeddi ildə İcra Hakimiyyətində yarasılmış komissiya tərəfindən 942 nəfər vətəndaşa müxtəlif məqsədlər üçün 328 min manat məbləğində maddi yardım göstərilmişdir.
      2017-ci ildə 260 nəfər vətəndaş Şəki Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmiş, qrafikə əsasən yaşayış məntəqələrində səyyar qəbullar keçirilmişdir. Şəhər icra hakimiyyətinə daxil olan müraciətlərin təhlili göstərir ki, bir sıra rəhbər şəxslər öz vəzifələrini və məsuliyyətlərini dərk edib, fəaliyyətlərini günün tələbləri səviyyəsində qura bilmirlər. Bütün sahələr üzrə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri daha da gücləndirilməli, dövlət orqanlarının fəaliyyətində şəffaflıq artırılmalıdır. Hesab edirəm ki, hər bir məmur bu tələblərə ciddi şəkildə əməl etməli, vətəndaşların problemlərinə qayğı ilə yanaşmalı, öz davranışı, işi, mədəniyyəti ilə nümunə göstərməlidir.   

Hörmətli yığıncaq iştirakçıları!

Azərbaycan Prepublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə  2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyət İli” elan edilmişdir. Sərəncama müvafiq olaraq  Şəki şəhərində Azərbaycan Xalq Cümhuriyyyətinin yaradılmasının 100 illik yubileyinin  qeyd olunması məqsədi ilə Şəki şəhər icra hakimiyyəti başçısının 05 yanvar 2018-ci il tarixli Sərəncamına əsasən  təşkilat komitəsi yaradılmış, tədbirlər planı təsdiq edilmişdir.
Hörmətli yığıncaq iştirakçıları!
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən bu il aprelin 11-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcəkdir. Həmişə olduğu kimi biz icra hakimiyyətinin səlahiyyətləri çərçivəsinədə öz üzərimizə düşən işləri layiqincə yerinə yetirməliyik.
Nazirlər Kabinetinin 2017-ci ilin  yekunlarına həsr olunan geniş iclasında çıxış edən hörmətli Prezidentimiz demişdir: “Bir daha demək istəyirəm ki, 2017-ci il ölkəmiz üçün uğurlu olmuşdur. Əminəm ki, bu il də uğurlu il olacaqdır ”.
     Hesab edirəm ki, cənab Prezidentin hər birimizin  qarşısında qoyduğu vəzifələr layiqincə yerinə yetiriləcəkdir.
     Hamınıza bu işdə uğurlar diləyirəm.

     Diqqətinizə görə sağ olun.

 
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun 2016-cı ildə Şəkinin
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair
M Ə R U Z Ə S İ

      Hörmətli yığıncaq iştirakçıları!
       Xanımlar və cənablar!
      Tarixə dönən, xalqımızın yaddaşında uğurlarla qalan 2016-cı ildə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında mühüm dəyişikliklər baş vermişdir. 2017-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ölkəmizin 2016-cı ildə sosial-iqtisadi inkişafının yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda ölkəmizin sənaye potensialının gücləndirilməsi, sosial proqram və layihələrin icrası geniş müzakirə olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Nazirlər Kabinetinin 2016-cı ilin sosial- iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən cənab  Prezidentimiz demişdir : ”2016-cı il tarixdə dərin iqtisadi islahatlar ili kimi qalacaq. Bu il ərzində qəbul edilmiş qərarlar, qanunlar, mənim tərəfimdən imzalanmış sərəncamlar  iqtisadi islahatları daha da dərinləşdirir və bizə imkan verir ki, gələcəkdə qeyri- neft sektorunun hesabına inkişaf edək. Ümumi daxili məhsul aşağı düşsə də, digər önəmli göstəricilər bizi sevindirir“.  Keçən il ərzində ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini, ilin sonunda neftin qiymətinin aşağı düşməsinə baxmayaraq   qeyri-neft sektorunun  5 faiz, kənd təsərrüfatının 2,6 faiz artdığını deyən cənab Prezidentimiz  2016- cı ildə ölkə iqtisadiyyatına 11 milyard 700 milyon dollara yaxın sərmayənin qoyulduğunu bildirmişdir. 
       Hörmətli yığıncaq iştirakçıları!
        Yanvarın 30-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilmişdir.  Konfransda  cənab Prezidentimiz regionların inkişafı ilə bağlı  mövcud vəziyyəti və görüləcək işləri bir daha dərindən təhlil etmiş və yeni vəzifələr müəyyənləşdirmişdir. Cənab Prezidentimiz  il ərzində görülən işlərə yekun vuraraq demişdir: “Bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir və bütün əsas vəzifələr icra olunmuşdur. 2016-cı ildə gördüyümüz işlərə beynəlxalq iqtisadi qurumlar da yüksək qiymət verirlər. Onların arasında dünyanın ən böyük qeyri- hökumət iqtisadi durumu, bütün dünya liderlərini, dünyanın siyasi- iqtisadi elitasını birləşdirən Davos Dünya İqtisadi Forumu Azərbaycan ilə bağlı verdiyi hesabatda yenə də müsbət rəy bildirmişdir. Beləliklə, ölkənin rəqabətqabiliyyətliliyinə görə Azərbaycan 37-ci yerdə qərarlaşmışdır. Digər göstəriciyə - inkişaf edən ölkələr arasında inkişafa görə isə, - bu hesablama təxminən 80-ə yaxın inkişaf edən ölkəni cəmləşdirir,- Azərbaycan birinci- ikinci yerləri bölüşür. Bax budur, aparıcı beynəlxalq iqtisadi qurumların bizim işlərimizə verdikləri qiymət“.    Konfransda çıxış edən cənab Prezidentimiz qeyd etdi ki, bu gün ölkəmizdə  yeni, ən müasir standartlara cavab verən sosial - iqtisadi infrastruktur yaradılmışdır. Azərbaycanın dünyada nüfuzu artmış, ölkəmiz regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir. Konfransda yaranmış vəziyyətdə çevik və sistemli tədbirlərin həyata keçirilməsi, iqtisadi və maliyyə tarazlığının təmin edilməsi, dinamik inkişaf tendensiyasının qorunub saxlanması üçün ölkənin bütün resurslarının səfərbər olunması vacib vəzifə kimi qarşıya qoyulmuş, devalvasiyadan sonra yaranmış mənfi təzahürlərin qısa zamanda aradan qaldırılması üçün   görüləcək işlər diqqətə çatdırılmışdır. Qeyd etmək istəyirəm ki, istər Nazirlər Kabinetinin iclasında, istərsə də yanvarın 30-da keçirilmiş konfransda cənab Prezidentimiz  yeni iqtisadi siyasət konsepsiyasının başlıca istiqamətlərini göstərmişdir. Bunlar qanunvericilik təşəbbüslərinin reallaşdırılması, dinamik iqtisadi inkişafın təmin edilməsi, bank-maliyyə sektorunun sağlamlaşdırılması, sosial təminat sahəsində tədbirlərin həyata keçirilməsi, dövlət orqanlarında struktur islahatların aparılması, korrupsiya, rüşvətxorluq və digər bu kimi neqativ halların minimuma endirilməsi və süni bahalaşmaya qarşı mübarizə tədbirlərinin görülməsini nəzərdə tutur.
      Hörmətli yığıncaq iştirakçıları!      
        Dağlıq Qarabağ probleminin həllində  cənab Prezidentimizin mövqeyi qəti və dönməzdir:  ölkənin beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü təmin olunmalıdır. Azərbaycanda milli ordu quruculuğunun möhkəmləndirilməsi, dövlətin hərbi potensialının gücləndirilməsi, müdafiə sənayesinin inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin daim diqqət mərkəzindədir.  2016-cı il aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı qüvvələri müxtəlif istiqamətlərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma keçmiş və yaşayış məntəqələrimizi atəşə tutmuşlar. Bu təxribat xarakterli hücumların nəticəsində hərbi qulluqçularımız qəhrəmancasına həlak olmuşlar. Qoşunların təmas xəttində düşmən təxribatlarının qarşısını alarkən şəhid olan şəhərimizin 3 hərbçisi və bu günlərdə, fevralın 28-də şəhid olmuş daha bir hərbi qulluqçumuz - Abdullayev Aqşin İsmayıl oğlu böyük izdihamla son mənzilə yola salınmış, mərasimə toplaşan minlərlə şəkili gənc onların  qanının yerdə qalmayacağını, intiqam gününün yaxınlaşdığını, düşməndən amansız qisas alınacağını bildirmişdilər. Azərbaycan Silahlı Qüvvələri bütün istiqamətlərdən əks hücuma keçərək düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurmuş, eyni zamanda, daha əlverişli hərbi mövqelərə malik olmuşlar. Nazirlər Kabinetinin 2016-cı ilin  sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxış edən cənab Prezidentimiz demişdir: “2016 cı ilin aprel ayında Azərbaycan dövləti və Azərbaycan ordusu işğalçılara çox ciddi zərbələr vurmuşdur. Erməni hərbi təxribatına cavab olaraq, Azərbaycan Ordusu əks- hücum əməliyyyatı keçirmiş və minlərlə hektar torpağı  işğaldan azad etmişdir. Bu bizim şanlı tarixi qələbəmizdir. Bu bir daha dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərir. Bir daha onu göstərir ki, biz istənilən vaxtda məsələni hərbi yolla həll edə bilərik“ .
        2016-cı ildə  həm də ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan referendum keçirilmişdir. Ədalətli, tam şəffaf şəkildə keçirilən referendumu yüzdən çox xarici müşahidəçi izləmiş, bir neçə beynəlxalq rəy sorğusu agentliyi exit-poll keçirmişdir.  Azərbaycan xalqı referendumun nəticələrini dəstəkləmiş, onların iradəsi referendumun nəticələrində öz əksini tapmışdır. Nazirlər Kabinetinin 2016-cı ilin sosial- iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən cənab  Prezidentimiz demişdir: ”Azərbaycan xalqı ötən il keçirilmiş referendumda bir daha öz iradəsini ifadə etdi, bizim siyasətimizə öz böyük dəstəyini verdi, bir daha göstərdi ki, apardığımız siyasət xalq tərəfindən dəstəklənir. Beynəlxalq təşkilatlar, xüsusilə Avropa Şurası referendumun keçirilməsinə çox müsbət qiymət verdi və sonra bunu Strasburqda öz qərarı ilə təsdiqlədi. Eyni zamanda, bir daha demək istəyirəm ki, bu xalq tərəfindən bizə verilən böyük dəstəkdir, və o dəstək ki, ölkə iqtisadiyyatı üçün ən ağır olan 2016-cı ildə göstərildi “.
           Hörmətli yığıncaq iştirakçıları! :       
          2016-cı ildə rayonumuzun sosial-iqtisadi inkişafının yekunları ilə tanış olmaq üçün konkret faktlara nəzər salaq. 2016-cı ildə istehsalın əsas sahələrində ilkin hesablamalara görə faktiki qiymətlərlə 323 milyon 823 min manatlıq məhsul buraxılmışdır. 2016-cı ildə faktiki qiymətlərlə məhsul buraxılışı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 110 faiz təşkil edir. Buraxılmış məhsulun 7 faizi dövlət, 93 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Adambaşına faktiki qiymətlərlə 1758 manatlıq məhsul istehsal olunmuşdur. 2016-cı ildə pərakəndə əmtəə dövriyyəsi 347 milyon 958  min manat olmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 100,9 faiz təşkil edir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 81 milyon 524 min manat olmuşdur ki, bu da 2015- ci illə müqayisədə  105,1 faiz təşkil edir. Rayonda 2016-cı ildə 2978 yeni iş yeri açılmışdır ki, bunun da hamısı daimi iş yerləridir. Yeni açılmış iş yerlərinin 4 faizi yeni yaradılmış müəssisə və təşkilatların, 26,6 faizi mövcud müəssisə və təşkilatların, 69, 4 faizi isə fiziki şəxslərin payına düşür. Umumiyyətlə  01 oktyabr 2003-cü il tarixdən 01 yanvar 2017-ci il tarixədək rayonda 18111 yeni iş yeri açılmışdır ki, bunun da 95 faizi daimi iş yerləridir. Daimi iş yerlərindən 16,1 faizi yeni yaradılmış müəssisə və təşkilatların, 22,4 faizi mövcud müəssisə və təşkilatların, 61,5 faizi fiziki şəxslərin payına düşür. Rayon üzrə orta aylıq əmək haqqı 256 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 1 faiz çoxdur. Hazırda rayonda 29 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 21-i kiçik müəssisədir. 2016-cı ildə rayonumuzda iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına yönəldilmiş investisiyanın həcmi 31 milyon 282 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 68,5 faiz təşkil edir. İstifadə edilmiş investisiyanın  91,3 faizi dövlət mülkiyyətinin,  8,7 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Əsas kapitala yönəldilmiş investisiyanın 28 milyon 277 min manatı və ya 90,4  faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 65,7 faiz təşkil edir.
        Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili siyasətinin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Ölkəmizin başçısı Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda xüsusi olaraq vurğulamışdır ki, bu gün ölkəmizdə sahibkarlara böyük diqqət vardır. Onlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir. 
       Hörmətli yığıncaq iştirakçıları!
       Nazirlər Kabinetinin 2016-cı ilin sosial- iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən cənab  Prezidentimiz demişdir: “ 2016-cı ildə sosial məsələlər də öz həllini tapıb. 2016-cı ildə maaşlar 7 faiz, pensiyalar 8 faiz artmışdır. Hesab edirəm ki, 2017-ci ildə də bu istiqamətdə müsbət dinamika olacaqdır. Biz ünvanlı sosial yardım ilə bağlı çox önəmli  addımlar atmışıq. Yəni, ehtiyac içində yaşayan vətəndaşlara dövlət öz yardımını göstərir və göstərəcək “.
        Şəkililər ölkə rəhbərinin əhalinin sosial müdafiəsi sahəsində yeritdiyi siyasəti yüksək qiymətləndirir, aztəminatlı əhali qrupuna göstərdiyi böyük diqqət və qayğının təzahürü kimi qəbul edir. Belə ki, 2016-cı  ildə rayonumuzda 2158 ailənin 9928 ailə üzvünə hər ay 312 min 852 manat  məbləğində  Ünvanlı Dövlət Sosial Yardımı  hesablanmış və müvafiq qaydada ödənilmişdir. Şəki rayonu üzrə hər bir ailə üzvünə təyin edilən Ünvanlı Dövlət Sosial Yardımın orta aylıq məbləği  31 manat 51 qəpik, hər ailəyə düşən orta aylıq məbləği isə 146 manat   təşkil etmişdir.
Dövlət Sosial Müdafiə Fondunun Şəki Şəhər Şöbəsi 2016-cı ildə 25957 nəfər əmək pensiyaçısına xidmət göstərmişdir. Həmin pensiyaçılardan 16195 nəfəri yaşa, 8108 nəfəri əlilliyə, 1654 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Əgər 2003-cü ildə pensiyaların orta aylıq məbləği 27 manat 19 qəpik idisə, 2017-ci il yanvarın 1-i tarixinə bu rəqəm 170 manat  olmuşdur. Bu ötən dövr ərzində pensiyaların orta aylıq məbləğində 6,3 dəfə artım deməkdir.
          Hörmətli yığıncaq iştirakçıları!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə  kənd təsərrüfatının inkişafında yeni mərhələ başlanmışdır.        Kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişafına nail olmaq, yerlərdə potensial imkanlardan maksimum istifadə etmək, əkin torpaqlarını genişləndirmək, müasir tələblərə cavab verən iri istehsal və emal sahələrini yaratmaq və sair  bu mərhələnin əsas vəzifəsidir. Aqrar sahədə həyata keçirilən islahatların əsas məqsədi əhalinin   məşğulluq  problemini həll etmək, qeyri-neft sektorunu inkişaf etdirməkdən ibarətdir.  Nazirlər Kabinetinin 2016-cı ilin sosial- iqtisadi inkişafının yekunlarına və qarşıda duran məsələlərə həsr olunan iclasında çıxış edən cənab Prezidentimiz kənd təsərrüfatı sahəsində prioritet istiqamətləri qeyd etmiş və bu sahədə qarşıda duran başlıca vəzifənin ölkənin əsas ərzaq məhsulları ilə təminatı məsələsi olduğunu diqqətə çatdırmışdı. İclasda cənab Prezidentimiz xüsusilə vurğulamışdı ki, indiyədək görülən işlərin miqyası onu deməyə əsas verir ki, qarşıdan gələn bir neçə ildə kənd təsərrüfatı məhsulları ilə daxili tələbatın ödənilməsi məsələsi həll olunacaq, digər tərəfdən isə Azərbaycanın ixrac potensialı daha da güclənəcəkdir.  Nazirlər Kabinetinin 2016-cı ilin sosial- iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən cənab  Prezidentimiz demişdir: “Keçən il kənd təsərrüfatının inkişafında uğurlu il olmuşdur. Biz artıma nail ola bildik. Bu il bu artım hesab edirəm ki, daha da böyük rəqəmlərlə ölçülməlidir “.
Ötən illərdə olduğu kimi, 2016-cı ildə də  rayonumuzda məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmişdir.      
        “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda  cənab Prezidentimiz kənd təsərrüfatı sahəsində prioritet istiqamətləri qeyd etmiş və bu sahədə qarşıda duran başlıca vəzifənin ölkənin əsas ərzaq məhsulları ilə təminatı məsələsi olduğunu diqqətə çatdırmışdı. Konfransda cənab Prezidentimiz xüsusilə vurğuladı ki,indiyədək görülən işlərin miqyası onu deməyə əsas verir ki, qarşıdan gələn bir neçə ildə kənd təsərrüfatı məhsulları ilə daxili tələbatın ödənilməsi məsələsi həll olunacaq, digər tərəfdən isə Azərbaycanın ixrac potensialı daha da güclənəcəkdir. Konfransda cənab Prezidentimiz kənd təsərrüfatının bəzi sahələri ilə bağlı  rəqəmləri səsləndirmiş, ərzaq təhlükəsizliyinin təmin edilməsinin ölkə üçün prioritet məsələ olduğunu vurğulayaraq demişdir:
“ ... Son illər ərzində biz öz ərzaq təhlükəsizliyimizi böyük dərəcədə təmin edə bilmişik. Biz indi müstəqillik dövründə yaşayırıq və əlbəttə ki, öz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək. Buna nail oluruq“.                  Respublikamızın ən iri taxılçılıq rayonlarından biri olan Şəkinin fermer təsərrüfatlarında 2016-cı ilin məhsulu üçün 67373 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilmişdir. Yetişən məhsulu tez və itkisiz yığmaq üçün bütün zəruri tədbirlər görülmüş, taxıl biçininin tez və itkisiz başa çatdırılması üçün konkret tapşırıqlar verilmişdir. Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində rayonda taxıl biçini uğurla başa çatdırılmış və yüksək məhsuldarlıq əldə edilmişdir. 2016-cı ildə 193 min ton taxıl istehsal olunmuş,  hər hektardan orta məhsuldarlıq 30 sentner təşkil etmişdir.  İstehsal olunan məhsul 2015-ci illə müqayisədə 7 min ton çoxdur. Hesab edirəm ki, bu cənab Prezidentimizin ölkədə ərzaq bolluğu yaradılması istiqamətində həyata keçirdiyi mühüm tədbirlərin uğurlu nəticəsidir.
       2017-ci ildə  taxılçılıqda yüksək məhsuldarlıq əldə etmək üçün payızlıq taxıl səpini kompaniyasının yüksək aqrotexniki qaydalara uyğun aparılması mühüm əhəmiyyət kəsb edir. 2016-cı ildə  68514 hektar sahədə taxıl səpini həyata keçirilmişdir ki, bu da ötən illə müqayisədə 1141 hektar çoxdur.  Müddət ərzində  kənd təsərrüfatı istehsalçılarının maarifləndirilməsi məqsədilə Şəki Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə bir sıra regional   müşavirə və seminarlar keçirilmişdir.  Bu tədbirlərdə istehsalçılara yeni texnologiya və texnikalar, payızlıq taxıl səpini kompaniyasını optimal müddətdə başa çatdırmaq, payızlıq taxıl sahələrində fitosanitar tədbirlərin vaxtında və keyfiyyətlə aparılması   üçün ətraflı məlumat verilmişdir.
        Hörmətli yığıncaq iştirakçıları!
Rayonda meyvəçiliyin müasir texnologiyalar əsasında inkişafi və ixrac potensialının artırılması məqsədilə sahibkar tərəfindən yeni layihə həyata keçirilir. Məhz cənab Prezidentimizin tapşırığına uyğun olaraq  rayonda meyvə, tərəvəz, istixana təsərrüfatı, povloniya ağaclarının yetişdirilməsi və orqaniq gübrə istehsalı ilə məşğul olan “ Sənaye – Aqro Park “ yaradılır. Belə ki, “Green Faktory” MMC-nin təşkilatçılığı ilə rayonun Orta Zəyzid bələdiyyəsinin mülkiyyətində olan torpaqlardan müqavilə əsasında 25 illik müddətə icarə qaydasında 108 hektar torpaq sahəsi götürülmüşdür. 78 hektar ərazidə İtaliyadan və Fransadan gətirilmiş  müxtəlif meyvə - ərik, şaftalı,  armud və gavalı tingləri əkilmişdir. Əlavə olaraq həmin ərazidə 24 hektar sahədə mebel sənayesinin inkişafı məqsədilə  Türkiyədən gətirilmiş pavloniya ağacları əkilmişdir. Həmin ərazidə yol infrastrukturu yaradılmış, bağın suvarılması üçün 20.000 kub metr tutumu olan su anbarı və irriqasiya sistemi qurulmuş, istehsal olunan meyvə məhsullarının saxlanılması üçün soyuducu kameralar, qablaşdırma və sair obyektlərin tikintisi  nəzərdə tutulmuşdur. İrriqasiya sistemlərinin quraşdırılması İsrail şirkətləri tərəfindən həyata keçiriləcək. Hazırda bağda 25 nəfər daimi işlə təmin olunmuşdur. Məhsul yığımı dövründə əlavə olaraq 100 nəfərin mövsümü işlərə cəlb olunması nəzərdə tutulmuşdur.  Bu layihə ixrac layihəsidir. Ərazidən bu il 50 tona yaxın məhsul əldə olunması gözlənilir.
Rayonun Kosalı kəndi ərazisində isə “Green Faktory” MMC-nin istifadəsində olan  25 ha torpaq sahəsinin gələcəkdə 16 hektarında tərəvəz  məhsullarının istehsalı məqsədilə ən yeni texnologiyalara cavab verən istixana təsərrüfatının yaradılması nəzərdə tutulur.
Rayonun Çeşməli kəndi ərazisində “Fauna” MMC tərəfindən müasir standartlara cavab verən istixana təsərrüfatı yaradılmış və istehsal fəaliyyətinə başlanmışdır. İstixana təsərrüfatının ümumi sahəsi 6,5 hektardan, işlək sahəsi (istixana quraşdırılan ərazi) isə 2,5 hektardan ibarətdir. İstixanada 15 daimi, 50 mövsümi iş yeri yaradılmışdır. İstixananın illik istehsal gücü 800 tondur. Burada əsasən tərəvəz məhsulu olan pomidor yetişdirilir.
    Şəki rayonunun Qırxbulaq kəndi ərazisində yaradılmış illik istehsal gücü 50 ton olan  özəl  forel balıqçılıq təsərrüfatının genişləndirilməsi istiqamətində işlər həyata keçirilmişdir. Ümumi ərazisi 5,7 hektar olan təsərrüfatın 3,2 hektarı su (yəni hovuzların) altındadır.  Təsərrüfatda müasir tələblərə cavab verən saxlama kamerası, inqubasiya, kommunikasiya sistemləri yaradılmışdır. Balıqların bəslənilməsi üçün tələb olunan yemlər İtaliyadan, Polşadan və İrandan idxal olunur. Məhsulun Azərbaycanın daxili bazarında satışı həyata keçirilir. Perspektivdə təsərrüfatın illik istehsal gücünün 200 tona çatdırılması məqsədilə müvafiq tədbirlər görülür.
Rayonda qərzəkli meyvə istehsalının inkişafına da diqqət yetirilir. Qərzəkli meyvələr olduqca vacib kənd təsərrüfatı məhsuludur və təbabətdə, şirniyyat istehsalında önəmli rol oynayır. Bu baxımdan istehsalının genişləndirilməsi üçün  əhali arasında yeni qərzəkli bağçılıq təsərrüfatlarının yaradılması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirilir, eyni zamanda bu sahəyə xarici investorların cəlb edilməsi istiqamətində məqsədyönlü iş aparılır. Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına və qarşıda duran məsələlərə həsr olunan iclasında çıxış edən cənab Prezidentimiz demişdir: “Bizə kənd təsərrüfatı məhsulları arasında ən çox valyuta gətirən fındıqçılıqdır və xurma bağlarından əldə edilən məhsulun ixracıdır. Ona görə biz bu iki istiqamətə də çox ciddi fikir vermişik. Keçən il 13 min hektarda fındıq bağları salınmışdır. Müqayisə üçün deyə bilərəm ki, bizim ümumi fındıq bağlarının sahəsi 30 min hektara yaxındır. Yəni, onun üçdəbir hissəsindən çoxunu biz bir il ərzində salmışıq və bu proses davam edir.  Qarşıya məqsəd qoyulub ki, 2016-cı ildən başlayaraq bir neçə il ərzində biz əlavə 40 min hektarda fındıq bağları salaq və bu proses gedir. Bu yaxşı gəlir mənbəyi olacaqdır. Biz fındıqçılığın coğrafiyasını da genişləndiririk və hazırda 13 rayonda bu sahədə işlər gedir”.
Şəki rayonu ərazisində fındıq bağlarının əkin sahələrinin artırılması məqsədilə Şəki Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə  xüsusi qərargah yaradılmış,  tədbirlər planı təsdiq edilmişdir. Qərargah  üzvlərinin iştirakı ilə yerində baxış keçirməklə 2016-cı ildə rayonda fındıq bağı salınacaq ərazilər müəyyən edilmişdir. Yeni salınacaq fındıq bağları üçün tələb olunan tinglərin əldə edilməsi üçün  işlər aparılmışdır. Rayonda yeni fındıq bağları salınması üçün 301 hektar sahədə təmizləmə işləri aparılmışdır ki, onun da 90 hektarı dövlət, 113 hektarı bələdiyyə və 98 hektarı xüsusi mülkiyyətə aiddir. Həmin sahələrdə findiq əkinləri 8x8 əkin sxemində həyata keçiriləcəkdir. Qərargah fındıq bağlarının salınması üçün yerlərin müəyyən edilməsi, bu sahədə maraqlı olan istehsalçıların müəyyənləşdirilməsi  və s. istiqamətdə məqsədyönlü iş aparmışdır. Həyata keçirilən tədbirlər nəticəsində Şəkidə 2016-cı ilin payız mövsümündə 287 istehsalçı tərəfindən 724 hektar sahədə yeni fındıq bağları salınmışdır.
         Rayonumuzun əsas kənd təsərrüfatı sahələrindən biri hesab olunan heyvandarlıq sahəsində də   dinamik inkişaf təmin edilir.   Hazırda rayonda 71 163  baş iribuynuzlu,  299 303  baş xırda buynuzlu, 276 570  baş ev quşları və 5054 arı ailəsi mövcuddur. Mövcud mal-qara arasında baytarlıq və damazlıq tədbirləri ardıcıl davam etdirilir, yem tədarükü işləri  uğurla həyata keçirilir. Qeyd etmək lazımdır ki, istər bitkiçilik, istərsə də heyvandarlıq məhsulları istehsalının artırılması ilə yanaşı, emal olunmasının təşkili, yeni emal müəssisələrinin yaradılması, istehsal olunan məhsulların satışna köməklik göstərilməsi, aqroservis xidmətlərinin genişləndirilməsi və s. qarşımızda duran həlli vacib məsələlərdəndir.  
      Rayonda diqqət yetirilən sahələrdən biri də baramaçılıq və tütünçülükdür. Rayonda tütünçülüyün inkişaf etdirilməsi, əhalinin məşğulluğunun təmin olunması, sosial-rifah halının yaxşılaşdırılması və eyni zamanda istehsalçıların marağının müdafiəsi məqsədilə  bir sıra tədbirlər həyata keçirilmişdir. Bu sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər əhali arasında tütün əkininə marağı artırmışdır. Beləki, müddət ərzində rayonda 730 hektar sahədə tütün əkini öhdəliyinə qarşı 785 hektarda əkin aparılmış, öhdəlik 107 % yerinə yetirilməklə 1895 nəfərin mövsümü əməklə məşğul olmasına şərait yaradılmışdır. Statistik məlumatlara əsasən artıq rayonda 2440 ton tütün istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründən 632 ton çoxdur. 2017-ci ildə rayonda 785 hektar sahədə tütün əkini proqnozlaşdırılır.
          Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına və qarşıda duran məsələlərə həsr olunan iclasında çıxış edən cənab Prezidentimiz  kənd təsərrüfatının vacib sahələrindən biri olan baramaçılığın inkişafı  haqqında danışarkən demişdir: “Keçən il baramaçılıqla bağlı çox ciddi addımlar atılmışdır. Əfsuslar olsun ki, bu sahə də tamamilə yaddan çıxmışdır. Əfsuslar olsun ki, əvvəlki illərdə tut bağlarının böyük hissəsi kəsilmişdir.  İndi biz bunu bərpa edirik.  2015-ci ildə 200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdir. Təkcə bir rayonda. Şəki  rayonunda. 2016- cı ildə görülmüş tədbirlər nəticəsində bu rəqəm 70 tona çatıb. Bu il barama tədarükü keçən ilə nisbətən ən azı iki dəfə artmalıdır. Keçən il 1 milyon 700 min tut tingi əkilmişdir. Bölgələrdə bu sahəyə çox böyük maraq var. 30- 40 gün ərzində insanlar yaxşı pul qazanır. Hazırda 37 rayonda baramaçılıq inkişaf edir. Əkilən bu tinglərin nəticəsində biz 2019-cu ildə 1300 ton barama istehsalını gözləyirik. Biz Şəki ipək kombinatının tam gücü ilə işləməsini təmin edəcəyik“.
         Şəkidə ipəkçiliyin inkişafı istiqamətində də müvafiq tədbirlər həyata keçirilir. Hazırda rayonda  94,0 hektar sahədə bar verən toxmaçar bağı mövcuddur. Erkən yazdan etibarən toxmaçar bağlarında aqrotexniki qulluq və təmir işləri aparılmış, barama yetişdirəcək kümdarlar müəyyən edilmiş, kümxanalarda hazırlıq işləri aparılmışdır. İstehsal olunan baramanın alış qiymətinə baxılmış və 1kq yaş baramanın alış qiyməti 8 manat müəyyən edilmişdir. 2016-cı ildə rayonda 8,5 ton barama istehsalı proqnozlaşdırılmış və buna nail olunması  üçün bütün zəruri tədbirlər görülmüşdür. Barama mövsümü ərzində rayonda 9751 kq barama istehsal olunmuşdur ki, bu da proqnozun 115 % yerinə yetirilməsi deməkdir.
       Barama istesalında inzibati ərazi dairələri üzrə nümayəndələr və bir sıra təşkilat rəhbərləri yaxından iştirak etmiş və kümdarlara lazımı köməklik göstərmişdir. Barama istehsalının artırılmasında yem bazasının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Odur ki, rayonda yeni tut tingi əkinlərinə diqqət artırılmışdır. 2016-cı ilin payızında rayonda “Şəki- İpək“ ASC-nin tinglik təsərrüfatında yetişdirilmiş 50 000 ədəd tut tingi bağ salınması məqsədilə əkilmişdir. Bundan əlavə Çin Xalq Respublikasından ölkəmizə idxal olunmuş tut tinglərinin 25 000 ədədi rayonumuzun Baş Göynük, Aşağı Göynük, Böyük Dəhnə, Suçma kəndlərində və şəhər ətrafında əkilmişdir. 2017-ci ildə rayonda 25 ton barama istehsalı proqnozlaşdırılır ki, bu da keçən ilə nisbətən 2,5 dəfə çoxdur. Bu göstəriciyə nail olmaq üçün Şəki Kənd Təsərrüfatı İdarəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliklərlə sıx iş birliyi qurmalı, qarşıya qoyulan öhdəliyə əməl olunması üçün səylə çalışmalıdır.  Kənd təsərrüfatı mütəxəssisləri və bu sahəyə nəzarət edən aidiyyatı insanların qarşısında duran əsas vəzifə isə daim istehsalçılarla təmasda olmaq, onlara əməli köməklik göstərməkdən ibarətdir.
Rayonumuzda kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi, məhsul istehsalının artırılması  daim diqqət mərkəzində saxlanmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, baramaçılığın, tütünçılüyün, üzümçülüyün inkişafı üçün mütəmadi  tədbirlər həyata keçirilmişdir. Qeyd etmək lazımdır ki, istər bitkiçilik, istərsə də heyvandarlıq məhsulları istehsalının artırılması ilə yanaşı, emal olunmasının təşkili, yeni emal müəssisələrinin yaradılması, istehsal olunan məhsulların satışna köməklik göstərilməsi, aqroservis xidmətlərinin genişləndirilməsi və s. qarşımızda duran həlli vacib məsələlərdəndir. 
   Hörmətli yığıncaq iştirakçıları!
2016-cı ildə  təsdiq edimiş titul siyahısına əsasən Şəkidə yenidənqurma, tikinti- quraşdırma işləri davam etdirilmiş, 18 küçədə abadlıq,  15 küçədə yolların əsaslı təmiri, 12 ədəd çoxmənzilli yaşayış binasında əsaslı təmir  işləri aparılmışdır. Cari il ərzində şəhərdə 32 878 kv metr sahəyə asfaltbeton örtük tökülmüş, 1738 metr uzunluğunda suötürücü arx qurulmuş, 1470 kv metr səki əsaslı təmir olunmuşdur.
Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına həsr olunmuş iclasında cənab Prezidentimizin qeyd etdiyi kimi bu il dünya təcrübəsindən istifadə etməklə bütün rayon mərkəzlərində aztəminatlı əhalinin mənzil problemini həll etmək üçün sosial evlərin tikintisinə başlanacaq. Sosial evlərin tikintisi əlavə iş yerlərinin yaradılması, paralel olaraq 20-dək sahənin də, o cümlədən, inşaat sektorunun  inkişafına təkan verəcək. Bu məqsədlə şəhərimizdə 750 mənzil tikintisi məqsədilə 9 mərtəbəli, 4 bloklu 12 ədəd bina tikintisinə tərəfimizdən təkliflər verilmiş, bu məqsədlə dövlət fond torpaqlarından 5 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş Baş Zəyzid kənd tam orta məktəbinin yeni binasının tikintisinə başlanmışdır.
           2015-ci il sentyabrın 4-də Şəkidə baş verən zəlzələ nəticəsində kəndlərdə və şəhərdə xeyli sayda evlərə ciddi ziyan dəymişdir. Dəymiş ziyanın dəqiqləşdirilməsi və bərpa işlərinin aparılmasına, müvafiq sənədlərin hazırlanması üçün dəvət olunmuş layihə təşkilatı tərəfindən 2064 evə baxış keçirilmiş, hər bir evlə bağlı müvafiq qərar qəbul edilmişdir. Podratçı təşkilat tərəfindən keçən müddət ərzində ən çox təhlükəli vəziyyətdə olan ailələr üçün 216 ədəd yeni fərdi yaşayış evi tikilmiş, 254 evdə bərpa gücləndirmə işləri aparılmışdır. Hazırda zəlzələdən qəzalı vəziyyətə düşmüş şəhər 23 saylı uşaq bağçası üçün yeni binanın tikintisi məqsədilə sənədləşmə işləri yekunlaşmışdır.  Müddət ərzində şəhər 14 və 16 saylı uşaq bağçaları üçün yeni binalar tikilmiş, Qoxmuq kənd uşaq bağçasının binası əsaslı təmir olunmuşdur. Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” çərçivəsində sentyabrın 22-də Şəkidə daha bir layihənin - “Şəhər 11 saylı uşaq bağçasının təmiri” layihəsinin icrası uğurla başa çatdırılmışdır.           
        2016-cı ildə  kommunal xidmət sahələrinin fəaliyyətinin günün tələbləri səviyyəsinə çatdırılması üçün müəyyən işlər görülmüş, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təchizatı səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanmışdır. Müddət ərzində şəhər və kəndlərdə istismar müddətini başa vurmuş elektrik verilişi xətlərinin çəkilməsi, transformatorların təzələnməsi və təmiri ilə bağlı xeyli iş görülmüşdür. Belə ki, Şəki şəhərində və kəndlərdə artıq yüklənməyə məruz qalan 9 ədəd transformator yarımstansiyası yeni kompleks transformator məntəqələri ilə əvəz edilmişdir. Ümumilikdə rayon ərazisində 34 ədəd yeni kompleks transformator məntəqələri quraşdırılmış və əhalinin tam istifadəsinə verilmişdir. 2016-cı ilin 12 ayı ərzində 7565 mənzil təbii qazla təmin edilmişdir.  Müddət ərzində 12 yaşayış məntəqəsi təbii qazla təmin edilmişdir. Hazırda 4 yaşayış məntəqəsi üzrə qazlaşdırma işləri davam etdirilir.
          Şəki şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər cədvələ uyğun davam etdirilir. Azərbaycan Respublikası hökuməti ilə Almaniyanın KfW Bankının birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsinin icrasına 2010-cu ilin dekabrında başlanılıb. Üç mərhələdən ibarət olan layihənin birinci mərhələsi çərçivəsində 2,27 kilometr uzunluğunda Kiş suötürücü qurğusu inşa edilib, su mənbəyindən anbar kompleksinə qədər 2,9 kilometr uzunluğunda magistral su xətti çəkilib, hər birinin tutumu 1000 kubmetr olan 2 su anbarı təmir olunub. Xlorator qurğusu və sutəmizləyici stansiyanın inzibati binası inşa edilərək sifarişçi təşkilatın istifadəsinə verilib. Birinci mərhələ üzrə işlər 2011-ci ilin sentyabrında başa çatdırılıb.  Layihənin ikinci mərhələsi çərçivəsində hər birinin tutumu 3 min kubmetr olan 3 su anbarı inşa edilib, min kubmetr tutumundakı mövcud su anbarında təmir işləri aparılıb. Eyni zamanda, birinci mərhələ çərçivəsində inşa edilən anbarlar sahəsindən yeni tikilən anbarlaradək polad borularla qidalandırıcı xətlər çəkilib, Şəki şəhərinin suya olan tələbatı qismən təmin edilib. Bu mərhələ çərçivəsində üçüncü müqavilə üzrə işlərə isə 2016-cı il dekabrın əvvəlində start verilib və Şəki şəhərinin mərkəzi hissəsinin paylayıcı su və kanalizasiya şəbəkələrinin yenidən qurulması nəzərdə tutulur. İkinci mərhələdə hər birinin tutumu 1500 kubmetr olan 2 su anbarı, həmçinin 3 kollektor tikilməsi, ev birləşmələri də daxil olmaqla, 120 kilometrdən artıq su və bir o qədər də kanalizasiya xətlərinin inşa edilməsi nəzərdə tutulmuşdur. Hazırda tikinti işləri şəhərin 12 zonasında aparılır. İnşaat işləri ilə 17 tikinti briqadası məşğuldur. Tikintidə 360 nəfərdən çox işçi çalışır.  Dekabrın əvvəlindən indiyədək 7 kilometrdən artıq su və bir o qədər də kanalizasiya xətləri inşa edilib. Ümumiyyətlə, bu mərhələ çərçivəsində işlərin 2018-ci il oktyabrın sonunadək başa çatdırılması nəzərdə tutulur. Layihənin növbəti mərhələsində isə Şəki şəhərindən kənarda tullantı sularını təmizləyəcək qurğu inşa ediləcək.
        2016-cı ildə Şəkidə kənd əhalisinin içməli və suvarma suyu ilə təminatının  yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya təlabatının ödənilməsinə  dair əlavə tədbirlər haqqında“ 2016-cı il 1 iyul  tarixli  Sərəncamından irəli gələn vəzifələrin icrası nəticəsində rayonumuzun 12 yaşayış məntəqəsində subartezian quyusu qazılmışdır. Ümumiyyətlə son beş ildə rayonumuzda 57 subartezian quyusu qazılmış, nəticədə suvarma işləri yaxşılaşdırılmış, dövlət suvarma şəbəkələrinin fəaliyyəti gücləndirilmişdir. Şəki rayonunun Çayqaraqoyunlu kəndində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” Proqramı çərçivəsində həyata keçirilən su təchizatı sisteminin tikintisi layihəsinin icrası uğurla başa çatmışdır.
      Hörmətli yığıncaq iştirakçıları!    
     Hesabat dövründə təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmışdır.
     Sevindirici haldır ki, rayonumuzun şagirdləri bir çox Respublika səviyyəli müsabiqələrdə uğurla çıxış etmiş və uğur qazanmışdır. Belə ki, respublika və beynəlxalq səviyyəli yarış və müsabiqələrdə iştirak etmək hüququ qazanan 101 nəfər şagirdin 72 nəfəri qalib adını qazanmışdır. Bu şagirdlər Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Şəhər Təhsil Şöbəsi tərəfindən ictimaiyyətə təqdim olunmuş və mükafatlandırılmışdır. 2015-2016-cı tədris ilində IX siniflər üzrə imtahana buraxılmış 1931 nəfər şagirdin 357 nəfərin şəhadətnamə qiyməti, XI siniflər üzrə imtahana buraxılan 1747 nəfər şagirddən isə 235 nəfərin attestat qiyməti “5“ olmuşdur.  Tam orta təhsil üzrə buraxılış imtahanlarında şəhər 3, 5, 8, 9, 14 nömrəli məktəblərin məzunları 80 faizdən, şəhər 7, 17 nömrəli, Orta Zəyzid kənd 1 nömrəli məktəblərin məzunları isə  90 faiz nəticə göstərmişdir. Şəki şəhər fizika- riyaziyyat və humanitar təmayüllü liseyin Xİ sinif məzunları 100 faiz nəticə göstərmişdir.  Ali məktəbə qəbul üçün ərizə vermiş 1090 nəfərdən 674 nəfəri tələbə adını qazanmışdır. 2016-2017-ci tədris ili üçün keçirilən qəbul imtahanlarında məzunlardan 157 nəfəri 500-dən, o cümlədən 61 nəfəri 600 baldan yuxarı nəticə göstərmişdir.
Şəki təhsilinin əldə etdiyi uğurlar dövlətimiz tərəfindən həmişə olduğu kimi, bu il də yüksək qiymətləndirilmişdir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 04 oktyabr 2016-ci il tarixli Sərəncamı ilə  şəhər 20 №-li tam orta məktəbin direktoru Səbuhi Qurbanov “Tərəqqi” medalına, şəhər 11 №-li tam orta məktəbin direktoru Sədiyeva Ədalət  isə “Əməkdar Müəllim” fəxri adına layiq görülmüşdür. Ümumiyyətlə son 4 ildə rayonumuzun 13 nəfər müəllimi “Əməkdar müəllim“, 7 nəfər müəlllim isə “Tərəqqi“ medalına layiq görülmüşdür. 2011- 2014- cü illərdə Şəkinin 6 məktəbi “Ən yaxşı umumtəhsil məktəbi”, 4 nəfər isə “Ən yaxşı müəllim“ adını almışdır. Mən  təhsilimizin inkişafına xüsusi diqqət göstərən  cənab Prezidentimizə bütün şəkililər adından  minnətdarlıgımı bildirirəm.
       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən  2016-cı il 18-26 mart və 13-19 noyabr tarixlərində respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə  tur –aksiya keçirilmişdir .
         Tur aksiya zamanı Şəkiyə 25 şəhər və rayondan 1125 nəfərə yaxın iştirakçı gəlmişdir. Tur-aksiya çərçivəsində məktəblilər şəhərimizin tarixini dərindən öyrənmiş, son illər Şəkidə görülən işlərlə yaxından tanış olmuşdur. Respublikamızın ictimai və mədəni həyatında çox mühüm hadisəyə çevrilən “Ölkəmizi tanıyaq” tur-aksiyası ölkə vətəndaşları tərəfindən də böyük razılıq hissi ilə qarşılanmışdır.
         Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən  tibb müəssisələri  tərəfindən 2016-cı ildə  əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, sahəsində müəyyən işlər görülmüşdür. Qeyd etmək istəyirəm ki, cənab Prezidentimizin tapşırıq və tövsiyəsinə uyğun olaraq respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Şəkidə də dispanserizasiya uğurla aparılmışdır. Bu məqsədlə Şəki Mərkəzi Rayon Xəstəxanasının konsultativ poliklinika şöbəsində əhalinin kütləvi dispanserizasiyasına ciddi hazırlıq işləri görülmüş, müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi tədbirlər planı hazırlanmış, qrafik müəyyənləşdirilmişdir.  
   Aksiyanın mütəşəkkil keçirilməsini təmin etmək üçün şəhər icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi qərargah yaradılmış, cədvəl tərtib edilmişdir. Əhali arasında tibbi müayinənin məqsədi və əhəmiyyəti barədə müntəzəm olaraq maarifləndirmə, izahat işləri aparılmışdır. Bunun nəticəsidir ki, rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu aksiyada olduqca fəal iştirak etmişdir. Fevralın 15-dən başlayan və mayın 15-dək davam edən aksiya çərçivəsində  müayinədən keçən 76827 nəfər  sakinin 4464 nəfər ambulator, 332 nəfər stasionar müalicəyə cəlb edilmiş, 28 nəfər Bakı şəhərinə müalicəyə göndərilmişdir.
  Hörmətli yığıncaq iştirakçıları!
Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğ olunmasına daim böyük diqqət göstərilir. Cənab Prezidentimiz İlham Əliyevin, YUNESKO- nun xoşməramlı səfiri Mehriban xanımın  bu sahədə gördüyü işlərin əhəmiyyəti böyükdür.  Yanvarın 19-da cənab Prezidentimiz Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında Sərəncam imzalamışdır. Buna müfaviq olaraq Şəki şəhər icra hakimiyyəti başçısının 22 yanvar 2016-cı il tarixli  sərəncamına əsasən yaradılmış komissiya “Yuxarıbaş Dövlət Tarix memarlıq Qoruğunun küçə şəbəkələrini və plan konfiqurasiyasını pozan, memarlıq dəyərinə xələl gətirən tikililərin uyğunlaşdırılması, mühəndis kommunikasiya xətlərinin təmiri və ya yenidən qurulması, tarix və mədəniyyət abidələrinin bərpası və ya konservasiyası, yolların təmiri  ilə bağlı təklifləri hazırlayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmişdir.
     Məlumdur ki, 2015-ci ildə Türkmənistanın Marı şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının növbəti 33-cü toplantısında Şəki 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmışdur. 2016-cı ildə Şəkinin TÜRKSOY- un Mədəniyyət Paytaxtı elan olunması  həm şəhərimizin, həm də  unikal Azərbaycan mədəniyyətinin təbliğində əhəmiyyətli rol oynamışdır.  Bu məqsədlə Azərbaycan Respublikasının Mədəniyyət və Turizim Nazirliyi, TÜRKSOY və Şəki Şəhər İcra Hakimiyyətinin birgə  tədbirlər planı hazırlanmış, ilin loqotipi təsdiq edilmişdir. Aprelin 28-də Şəki şəhərindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, XVIII əsrə aid ölkə əhəmiyyətli tarixi abidə olan “Qala divarları”nın içərisində “Türk dünyasının mədəniyyət paytaxtı – Şəki 2016” ilinin təntənəli açılış mərasimi keçirilmişdir. Tədbirdə TÜRKSOY-un və digər beynəlxalq təşkilatların rəsmiləri, türkdilli ölkələrdən gəlmiş nümayəndə heyətləri, Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin təmsilçiləri, görkəmli elm və incəsənət xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak etmişdilər. “Paytaxt ili”nin təntənəli açılış mərasiminin proqramı olduqca maraqlı və rəngarəng tədbirlərlə zəngin olmuşdur. Mərasim iştirakçıları əvvəlcə Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayının qarşısındakı meydançada xalqımızın qədim milli atüstü oyunlarından olan çövkən yarışlarını izləmiş, sarayın həyətində xanlıqlar dövrünü xatırladan bədii proqrama tamaşa ediblər. Tədbir iştirakçıları daha sonra qoruğun ərazisindəki Dairəvi Məbədin həyətində təşkil edilən Şərq bazarını gəzmiş, el sənətkarlarının əl işlərindən ibarət sərgilərlə tanış olmuş, folklor və musiqi kollektivlərinin çıxışlarını dinləmiş, Şəki mətbəxinin ləziz təamlarına qonaq edilmişlər. Sonra onlar şəhərdəki qədim karvansarayın həyətində Şəki sənətkarlarının istehsal etdiyi sənət nümunələrinin satış-sərgisi ilə tanış olmuşlar. Türk dünyasının mədəniyyət paytaxtı - Şəki-2016” ilinin açılış mərasimi dostluq və qardaşlığın təntənəsinə çevrilmişdi. İl ərzində Şəkidə müxtəlif sərgilər, festivallar, seminar və konfranslar keçirilmişdir. Dekabrın 1-də  Şəkidə TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı və “Türk dünyasının mədəniyyət paytaxtı – Şəki-2016” ilinin təntənəli bağlanış mərasimi keçirilmişdir. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının,  Şəki Şəhər İcra Hakimiyyətinin rəsmiləri, TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısının iştirakçıları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Tədbirin sonunda “Türk dünyasının mədəniyyət paytaxtı”nın rəmzi simvolu 2017-ci il üçün yeni mədəniyyət paytaxtı seçilmiş Qazaxıstan Respublikasının Türküstan şəhərinin meri Alıpbek Userbayevə təqdim edilmişdir.
      Hər ilin yayında  şəhərimizdə keçirilən və artıq ənənə şəkilni alan “ İpək Yolu“  Beynəlxalq Musiqi Festivalı Şəki musiqisevərlərinin yaddaşında gözəl bir xatirə kimi qalıb. Dünya musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramları, gözəl ifaçıların qatıldığı festival bizə həmişə  xoş  bayram ovqatı bəxş edib. “İpək yolu” Beynəlxalq Musiqi Festivalının məhz Şəkidə keçirilməsi bu şəhərin mədəni həyatında böyük bir hadisədir. Bu il 7-ci dəfə keçirilən festivalda da dünyanın tanınmış musiqi kolllektivləri iştirak etdi, şəhərimizin sakinləri və qonaqları yenə də gözəl bir musiqi bayramının şahidi oldu.
       İyunun 27-də başlanan və beş gün davam edən bu möhtəşəm musiqi bayramının iştirakçıları, şəhərin qonaqları  musiqisevərlər Yaponiya,  Türkiyə, İran, Özbəkistan, Moldova, Tatarıstan, Başqırdıstan, Monqolustan, Qırğızıstan, Qazaxıstan və digər ölkələrdən gələn ifaçıların,  eləcə də Azərbaycanın  musiqi, rəqs və folklor kollektivlərinin bir-birindən maraqlı  konsert proqramlarını izləmişlər.
Şübhəsiz ki, Şəki “ İpək yolu” VII Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə qeyd olunması  xalqımızın zəngin mədəniyyətinin, şəhərimizin turizm potensialının  təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Fürsətdən istifadə edib xalqımızın mədəni irsinin qorunub saxlanmasına və təbliğ olunmasına xüsusi diqqət və qayğı ilə yanaşan cənab Prezidentimiz İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanıma minnətdarlığımı bildirir, tədbirin yüksək səviyyədə keçirilməsində yaxından iştirak edən hər bir kəsə təşəkkür edirəm.
VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Ukraynanın məşhur “Kiyev virtuozları” Kamera Orkestri Şəki musiqisevərləri qarşısında çıxış etmiş, Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə III  Beynəlxalq ənənəvi şirniyyat festivalı keçirilmişdir. Festivalda respublikamızın 19 şəhər və rayonunun, həmçinin 8 ölkənin, o cümlədən İndoneziya, Fransa, Hindistan, Yunanıstan, Rusiya Federasiyasının Çuvaşiya Respublikası, Özbəkistan, İran və Ukraynanın şirniyyatçıları iştirak ediblər.
          “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində   Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı sentyabrın 15-dən 24-dək Şəkidə “Üç məkan” II Beynəlxalq Teatr Festivalı keçirilmişdir. Beynəlxalq festivalda Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinin teatr kollektivləri iştirak etmiş, ölkəmizi bu festivalda 5 teatr - Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Rus Dram Teatrı, Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı və Gəncə Dövlət Dram Teatrı ilə təmsil etmişdir. Festival çərçivəsində Azərbaycan peşəkar milli teatrının 144-cü mövsümünün açılışı olmuş, TÜRKSOY-a üzv ölkələrin teatr rəhbərlərinin 5-ci toplantısı keçirilmişdir. Toplantıda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və  Qaqauz Muxtar Vilayətinin Dövlət teatrlarının rəhbərləri iştirak etmiş, TÜRKSOY–a üzv ölkələri  arasında teatr sahəsində əməkdaşlıq, Haldun Taner ili çərçivəsində həyata keçirilən tədbirlər, qarşılaşılan problemlər və onların aradan qaldırılması yolları, qardaş teatrlar arasında repertuar dəyişikliyi və digər mövzular müzakirə olunmuşdur.
        Şəkidə 40 qeyri-hökumət təşkilatı və təşəbbüs qrupu vardır ki, onların fəaliyyəti əsasən maarifçilik, sosial sahədə layihələrin həyata keçirilməsi, müxtəlif zümrələrdən olan vətəndaşların hüquqlarının müdafiəsi və problemlərinin həllinə yardım göstərilməsi ilə bağlıdır.
  Müddət ərzində şəhərimizdə bir sıra nazirlik, idarə və komitələrin xətti ilə sosial-iqtisadi, ictimai-siyasi və mədəni sahələrin inkişafına xidmət edən regional müşavirələr, seminarlar keçirilmişdir.  
Şəkinin 34 şəhər, kənd və qəsəbə icra nümayəndəliyində Şəki şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq 2016-cı ilin yekunlarına dair hesabat yığıncaqları keçirilmişdir. Yığıncaqlarda icra nümayəndələrinin illik hesabatları dinlənilmiş, görülən işlər və mövcud problemlər müzakirə edilmişdir. Əhali tərəfindən qaldırılan məsələlər Şəki Şəhər İcra Hakimiyyətinin tədbirlər planına daxil edilmiş, məsul şəxslər müəyyənləşdirilərək icrası nəzarətə götürülmüşdür. İcra nümayəndələri tərəfindən hesabat yığıncaqlarında qaldırılan bir sıra dövlət əhəmiyyətli məsələlərin həlli məqsədilə aidiyyəti idarə və təşkilatlara müraciətlər olunmuşdur.
2016-cı ildə   Şəkidə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində bir çox işlər görülmüşdür. Müddət ərzində 240 cinayət hadisəsi qeydə alınmış, onlardan 126-nın açılması təmin olunaraq açılma faizi 96,9 faiz olmuşdur.  Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkomaniya ilə bağlı 49 fakt aşkar edilmişdir. 
         Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 2016-cı ildə gənclərin həqiqi hərbi xidmətə çağırışı Şəkidə müvəffəqiyyətlə həyata keçirilmişdir. İl  ərzində 788 nəfər həqiqi hərbi xidmətə göndərilmişdir.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın 26 dekabr 2016-cı il tarixində keçirilmiş geniş müşavirəsində səsləndirilmiş irad və qeydlər hər bir müəssisədə geniş müzakirə olunmalı, buraxılan nöqsanlar aradan qaldırılmalıdır. Şəhər icra hakimiyyətinə daxil olan müraciətlərin təhlili göstərir ki, bir sıra rəhbər şəxslər öz vəzifələrini və məsuliyyətlərini dərk edib, fəaliyyətlərini günün tələbləri səviyyəsində qura bilmirlər. Bütün sahələr üzrə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri daha da gücləndirilməli, dövlət orqanlarının fəaliyyətində şəffaflıq artırılmalıdır.
      Yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda  çıxış edən cənab Prezidendimiz qeyd etmişdir  ki, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Cənab Prezidentimiz demişdir: “İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır. “
    Hesab edirəm ki, hər bir məmur bu tələblərə ciddi şəkildə əməl etməli, vətəndaşların problemlərinə qayğı ilə yanaşmalı, öz davranışı, işi, mədəniyyəti ilə nümunə göstərməlidir.
      “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutaraq, qəsəbə və kəndlərdə vətəndaşların müəyyən olunmuş qrafikə uyğun olaraq ümumi qəbulu təşkil olunmuş, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılmasına, haqlı tələblərinin həll edilməsinə diqqət artırılmışdır. Belə ki, 2016-cı ildə Şəki şəhər icra hakimiyyəti başçısının sərancamı ilə  maddi yardım üçün müraciət edən vətəndaşların sosial vəziyyətinin, yaşadıqları evlərinə təbii fəlakət nəticəsində və ya digər səbəblərdən dəymiş zərərlərin, ayrı-ayrı təkliflərin araşdırılması ilə bağlı komissiya yaradılmışdır. Məlumat üçün bildirim ki, son altı ildə komissiya tərəfindən 873 nəfər vətəndaşa müxtəlif məqsədlər üçün 304 min 692 manat məbləğində maddi yardım göstərilmişdir.
2016-cı ildə 582 nəfər vətəndaş Şəki Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmişdir. Müddət ərzində şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiqlənmiş qrafikə əsasən 45 səyyar qəbul keçirilmiş, qəbullarda 3000 nəfərdən artıq rayon sakini iştirak etmişdir. Keçirilmiş qəbullarda 293 nəfər vətəndaş dinlənilmiş, 311 müraciət səslənmişdir.  Səyyar qəbullar zamanı edilmiş müraciətlər əsasən yolların təmiri, kəndlərə təbii qazın verilməsi, köhnəlmiş elektrik dirəklərinin və xətlərin dəyişdirilməsi, sosial obyektlərin təmiri və yenilərinin açılması, su probleminin həlli, torpaq və digər məsələlərlə bağlı olmuşdur. Müddət ərzində Şəki Şəhər İcra Hakimiyyətinə 3915 müraciət daxil olmuşdur. Müraciətlərin 2302-i vətəndaşlar tərəfindən, 1613-ü isə respublikanın yuxarı orqanlarından daxil olan müraciətlərdir. Daxil olan müraciətlərin 325-i müsbət həll olunmuş,  2709-u  ilə bağlı müvafiq izahat verilmiş,  833 ədədi isə aidiyyəti orqanlara göndərilmiş, 24-ü əsassız sayılmış,  qalanları ilə bağlı ətraflı izahat verilərək aidiyyəti üzrə müraciət olunması tövsiyə edilmişdir.
Hörmətli yığıncaq iştirakçıları!
Nazirlər Kabinetinin 2016-cı ilin  yekunlarına həsr olunan geniş iclasında çıxış edən hörmətli Prezidentimiz demişdir: “Əminəm ki, ölkəmiz 2017-ci il də uğurla inkişaf edəcək. Bütün sosial proqramlar icra ediləcək və iqtisadi inkişafla bağlı çox önəmli addımlar atılacaq ”.
Hesab edirəm ki, cənab Prezidentin hər birimizin  qarşısında qoyduğu vəzifələr layiqincə yerinə yetiriləcəkdir.
Hamınıza bu işdə uğurlar diləyirəm.
Diqqətinizə görə sağ olun.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun 2015-ci ildə Şəkinin
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair

M Ə R U Z Ə S İ


      Hörmətli yığıncaq iştirakçıları!
       Xanımlar və cənablar!
       Tarixə dönən, xalqımızın yaddaşında uğurlarla qalan 2015-ci  ildə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında mühüm dəyişikliklər baş vermişdir. 2016-cı il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ölkəmizin 2015-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası , yanvarın 18-də isə   iqtisadi və sosial məsələlərin həlli ilə bağlı  müşavirə keçirilmişdir. Hər iki iclasda ölkəmizin sənaye potensialının gücləndirilməsi, sosial proqram və layihələrin icrası geniş müzakirə olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.  Keçən il ərzində ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini, ilin sonunda neftin qiymətinin aşağı düşməsinə baxmayaraq ümumi daxili məhsulun 1 faizdən cox, sənaye istehsalının 2,4 faiz, qeyri-neft sektorunun isə 8,4 faiz artdığını deyən cənab Prezidentimiz  2015- ci ildə ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayənin qyulduğunu bildirmişdir. 
    Hörmətli yığıncaq iştirakçıları!
      2015- ilin ən mühüm hadisələrindən biri iyunun 12- dən 28- dək Bakıda 50 ölkənin iştirakı ilə keçirilən I Avropa Oyunları olmuşdur.   Oyunlar zamanı bütün dünya bir daha xalqımıza xas olan   yüksək təşkilatçılıq  səmimi qonaqpərvərlik və mədəni dəyərlərin şahidi oldu. Möhtəşəm idman bayramı təntənəli bağlanış mərasimi ilə sona çatdı. Bu idman bayramı xalqımızın tarixində gözəl bir  tədbir kimi yadda qaldı. Oyunların Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva  I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə cənab Prezidentimizin Sərəncamı ilə  ölkəmizin ən yüksək mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edildi.  Nazirlər Kabinetinin 2015-cü ilin sosial- iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən cənab  Prezidentimiz demişdir :” 2015- ci ildə ölkəmizin həyatında tarixi hadisə baş vermişdir. İlk dəfə olaraq Avropa Oyunları keçirilmişdir. Azərbaycan bu Oyunları ən yüksək səviyyədə keçirə bilmişdir. Bütün Avropaya və dünyaya müstəqil ölkəmizin imkanlarını, xalqımızın qonaqpərvərliyini , gözəl Bakı şəhərimizi göstərdik. Bu Oyunlar göstərdi ki, biz ən mötəbər beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirə bilərik “ .   Bu böyük idman bayramı çərçivəsində   may ayının 25-də şəhərimizdə möhtəşəm Alov festivalı keçirilmiş , minlərlə şəhər sakini Oyunların məşəlini böyük izdihamla qarşılamışdır.
        Hörmətli yığıncaq iştirakçıları!
        Yanvarın 26-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfrans keçirilmişdir.  Konfransda  cənab Prezidentimiz regionların inkişafı ilə bağlı  mövcud vəziyyəti və görüləcək işləri bir daha dərindən təhlil etmiş və yeni vəzifələr müəyyənləşdirmişdir. Cənab Prezidentimiz  il ərzində görülən işlərə yekun vuraraq demişdir : “  2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşmişdir. Dünya iqtisadiyyatı hələ ki, böhrandan çıxa bilmir. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumunda iştirak edərkən bir daha bunun şahidi oldum ki, hələlik dünya iqtisadiyyatı ağır vəziyyətdə qalacaq. Buna baxmayaraq, 2015-ci ildə Azərbaycanda bir çox məsələlər öz həllini tapmışdır. İlin əvvəlində nəzərdə tutduğumuz bütün vəzifələr icra edilmişdir.O qədər də asan olmayan geosiyasi vəziyyəti və dünya iqtisadi böhranını nəzərə alsaq , əlbəttə ki, bu , bizim böyük uğurumuzdur “ .  Konfransda çıxış edən cənab Prezidentimiz qeyd etdi ki, bu gün ölkəmizdə  yeni, ən müasir standartlara cavab verən sosial - iqtisadi infrastruktur yaradılmışdır. Azərbaycanın dünyada nüfuzu artmış, ölkəmiz regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir. Konfransda yaranmış vəziyyətdə çevik və sistemli tədbirlərin həyata keçirilməsi, iqtisadi və maliyyə tarazlığının təmin edilməsi, dinamik inkişaf tendensiyasının qorunub saxlanması üçün ölkənin bütün resurslarının səfərbər olunması vacib vəzifə kimi qarşıya qoyulmuş, devalvasiyadan sonra yaranmış mənfi təzahürlərin qısa zamanda aradan qaldırılması üçün   görüləcək işlər diqqətə çatdırılmışdır. Qeyd etmək istəyirəm ki, istər Nazirlər Kabinetinin iclasında, istərsə də yanvarın 18-də keçirilmiş müşavirədə cənab Prezidentimiz  yeni iqtisadi siyasət konsepsiyasının başlıca istiqamətlərini göstərmişdir. Bunlar qanunvericilik təşəbbüslərinin reallaşdırılması, dinamik iqtisadi inkişafın təmin edilməsi, bank-maliyyə sektorunun sağlamlaşdırılması, sosial təminat sahəsində tədbirlərin həyata keçirilməsi, dövlət orqanlarında struktur islahatların aparılması, korrupsiya, rüşvətxorluq və digər bu kimi neqativ halların minimuma endirilməsi və süni bahalaşmaya qarşı mübarizə tədbirlərinin görülməsini nəzərdə tutur.
   Hörmətli yığıncaq iştirakçıları!
              Qeyd etmək istəyirəm ki, 2015- ci ilin noyabr  ayı  şəhərimiz üçün olduqca əlamətdar hadisələrlə zəngin olmuşdur. Noyabr ayının 4-də cənab Prezidentimiz İlham Əliyev Şəkiyə səfər etmişdir. Dövlətimizin başçısı Şəkidə umummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş , Şəki Məhkəmə Kompleksinin, 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbinin yeni binasının , Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəkidə inşa olunmuş 160 yerlik körpələr evi – uşaq bağçasının ,  Şəki- Qax –Zaqatala avtomobil yolunun Şəki- Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak etmiş, “ Marxal “ müalicə -istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Dövlətimizin başçısı Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılışında məhkəmə və ədliyyə orqanlarının əməkdaşları ilə görüşündə demişdir ” Şəki qədim Azərbaycan diyarıdır. Şəkinin çox zəngin tarixi, mədəniyyəti vardır. Şəki nəinki Azərbaycanda, dünya miqyasında gözəlliyi ilə seçilən şəhərlərdəndir. Bir çox şəhərlər memarlıq, yaxud da şəhərsalma baxımından bir-birinə oxşayır. Şəki elə şəhərdir ki, heç bir şəhərə oxşamır. Buranın gözəl təbiəti gözəl memarlığı və şəhərsalma prinsipləri ilə tamamlanır. Şəkinin çox zəngin tarixi, mədəniyyəti vardır. Şəki bizim böyük sərvətimizdir.  ”      
      2015-ci il noyabrın 5- də cənab Prezidentimiz Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə  Sərəncam imzalamışdır. Qeyd etmək istəyirəm ki, cənab Prezidentimiz    Şəkiyə  7 dəfə səfər etmiş , bu səfərlər zamanı 18 obyektin açılışında və  təməlqoyma mərasimlərində iştirak etmiş,  qısa     müddətdə Şəkinin sosial – iqtisadi inkişafı ilə bağlı 11 Sərəncam imzalamışdır.                  Hörmətli yığıncaq iştirakçıları!
      2015-ci ildə rayonumuzun sosial-iqtisadi inkişafının yekunları ilə tanış olmaq üçün konkret faktlara nəzər salaq.
2015-ci ildə istehsalın əsas sahələrində ilkin hesablamalara görə faktiki qiymətlərlə 321 milyon 120 min manatlıq məhsul buraxılmışdır. 2015-ci ildə faktiki qiymətlərlə məhsul buraxılışı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 120 faiz təşkil edir. Buraxılmış məhsulun 7 faizi dövlət, 93 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Adambaşına faktiki qiymətlərlə 1758 manatlıq məhsul istehsal olunmuşdur. 2015-ci ildə pərakəndə əmtəə dövriyyəsi 298 milyon 167  min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 106,3 faiz təşkil edir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 73 milyon 336 min manat olmuşdur ki, bu da 2014 – cü illə müqayisədə  109 faiz təşkil edir.      Rayonda 2015-ci ildə 1569  yeni iş yeri açılmışdır ki, bunun da 1167 –si daimi iş yerləridir. Yeni açılmış iş yerlərinin 7,6 faizi yeni yaradılmış müəssisə və təşkilatların , 27,6 faizi mövcud müəssisə və təşkilatların, 64, 8 faizi isə fiziki şəxslərin payına düşür. Umumiyyətlə  01 oktyabr 2003- cü il tarixdən 01 yanvar 2016-cı il tarixədək rayonda 15856 yeni iş yeri açılmışdır ki, bunun da 94,4 faizi daimi iş yerləridir. Daimi iş yerlərindən 18 faizi yeni yaradılmış müəssisə və təşkilatların , 21,8 faizi mövcud müəssisə və təşkilatların, 60,2 faizi fiziki şəxslərin payına düşür. Rayon üzrə orta aylıq əmək haqqı 256 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 1,2 faiz çoxdur. Hazırda rayonda 17 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 10-u kiçik müəssisədir.
2015-ci ildə rayonumuzda iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına yönəldilmiş investisiyanın həcmi 45 milyon 648 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 137,9 faiz təşkil edir. İstifadə edilmiş investisiyanın  91 faizi dövlət mülkiyyətinin ,  9 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Əsas kapitala yönəldilmiş investisiyanın 31 milyon 421 min manatı və ya 92  faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 102, 8 faiz təşkil edir.
       Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili siyasətinin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Ölkəmizin başçısı Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda xüsusi olaraq vurğulamışdır ki, bu gün ölkəmizdə sahibkarlara böyük diqqət vardır. Onlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir.  Cənab Prezidentimiz demişdir : “ Sahibkarlara güzəştli kreditlərin verilməsi təmin edilməlidir. Keçən il güzəştli şərtlərlə təxminən 250 milyon manat məbləğində kreditlər verilmişdir. Bunun böyük əksəriyyəti aqrar sektora , regionlara verilmişdir. Bu il bu siyasət davam etdirilməlidir . Əlbəttə , indi bizim maliyyə imkanlarımız əvvəlki illərdəki kimi deyil , ancaq biz bu sahəyə mütləq vəsait təşkil etməliyik ” .
Hörmətli yığıncaq iştirakçıları!
   Son illərdə ölkəmizdə sənayeləşmə ilə bağlı düşünülmüş siyasət aparılır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən cənab Prezidentimiz  hər bir rayonda sənaye zonalarının yaradılmasının vacibliyini bir daha xüsusi olaraq vurğulamış və bu prosesin ləng getdiyini bildirmişdir. Məlumat üçün bildirim ki, hələ əvvəlki illərdə mövcud sənaye zonalarının inkişaf etdirilməsi ilə bağlı konkret layihələr işlənib hazırlanmış və aidiyyyatı strukturlara göndərilmişdir. Rayonumuzda inkişaf  etdirilməsi vacib olan  sahələrdən biri ipəkçılık sənayesidir. Tarixən bu şəhərdə ipəkçiliyin zəngin təcrübəsi formalaşmışdır.  Bu məqsədlə hazırlanılmış tədbirlər planının başlıca məqsədlərindən biri də ötən əsrin 70-ci illərində respublikada müvəffəqiyyətlə inkişaf edən və 14 min nəfərdən çox adamın istehsal etdiyi 1,5-2 min ton yaş barama göstəricilərinə çatmaq , müasir avadanlıq və texnologiyaların köməyi ilə daha çox istehsala nail olmaq idi.
    10 il ərzində həyata keçirilməsi nəzərdə tutulan ipəkçiliyin inkişafına  dəstək proqramı çərçivəsində   rayonumuzda 2 min daimi, 8 min mövsümü iş yerinin yaradılması nəzərdə tutulurdu.  Və yaxud, hələ  2014-cü ildə Şəkidə hind toyuğu əti və hind toyuğu məhsullarının istehsalı istiqamətində də önəmli bir layihənin həyata keçirilməsinə başlanmışdır.Layihənin həyata keçirilməsi nəticəsində Şəki rayonunda 500-ə qədər daimi iş yerləri açılması  gözlənilirdi.  Hər iki layihə ilə bağlı bir çox işlər görülmış , sahibkar tərəfindən yerin seçilməsi , mütəxəssislərin hazırlanması , qabaqcıl təcrübənin öyrənilməsi üçün 300 min avro məbləğində vəsait xərclənmişdir. Cox təəssüf ki, hələlik bu layihələri maliyyə çatmamazlığı ucbatından reallaşdırmaq mümkün olmamışdır. 
           Şəkidə ən müasir texnologiyalar əsasında yeni yaradılan “Sünbül” çörək zavodunda  məhsul istehsalına başlanmışdır. Müəssisədə Çex Respublikası, Almaniya və İtaliyadan gətirilmiş ən müasir çörəkbişirmə avadanlığı quraşdırılmışdır. Gündəlik layihə gücü 30 ton olan zavodda hələlik gün ərzində istehsal gücü 24 ton  iki çeşiddə -  zavod çörəyi ,lavaş və şirniyyat məhsulları istehsal olunur.  Rayonumuzda mövcud sənaye zonalarının inkişaf etdirilməsi və yeni sənaye sahələrinin yaradılması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə yerli sahibkarlara güzəştli şərtlərlə kreditlərin ayrılması mühüm əhəmiyyətə malikdir.      
     Hörmətli yığıncaq iştirakçıları! .
         “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən cənab Prezidentimiz demişdir: “ Sosial sahədə cox böyük işlər görülüb. Sosial infrastruktur yaradılıb. 12 il ərzində üç minə yaxın məktəb , 600 -ə yaxın xəstəxana tikilib , təmir edilib . Cəmi məktəblərimizin sayı təqribən 5 minə yaxındır, 3 mini 12 ildə tikilib . Maaşlar təxminən 5 dəfə, pensiyalar 7 dəfə artıb . “ . Şəkililər ölkə rəhbərinin əhalinin sosial müdafiəsi sahəsində yeritdiyi siyasəti yüksək qiymətləndirir, aztəminatlı əhali qrupuna göstərdiyi böyük diqqət və qayğının təzahürü kimi qəbul edir. Belə ki , 2015-ci  ildə rayonumuzda 1784 ailənin 8243 ailə üzvünə hər ay 258 min 779 manat, il ərzində 3 milyon 687 min 979 manat məbləğində  Ünvanlı Dövlət Sosial Yardımı  hesablanmış və müvafiq qayda da ödənilmişdir . Şəki rayonu üzrə hər bir ailə üzvünə təyin edilən Ünvanlı Dövlət Sosial Yardımın orta aylıq məbləği  31 manat 39 qəpik , hər ailəyə düşən orta aylıq məbləği isə 146 manat   təşkil etmişdir. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə hər ailə üzvünə düşən məbləğin  8,1 faiz artımı, hər ailəyə düşən məbləğin 10, 3 faiz artımı  deməkdir.
Dövlət Sosial Müdafiə Fondunun Şəki Şəhər Şöbəsi 2015-ci ildə 25953 nəfər əmək pensiyaçısına xidmət göstərmişdir. Həmin pensiyaçılardan 16269 nəfəri yaşa, 8052 nəfəri əlilliyə, 1632 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Əgər 2003-cü ildə pensiyaların orta aylıq məbləği 27 manat 19 qəpik idisə, 2016-cı il yanvarın 1-i tarixinə bu rəqəm 158 manat  olmuşdur. Bu ötən dövr ərzində pensiyaların orta aylıq məbləğində 5,8 dəfə artım deməkdir.
          Şəki Rayon Məşğulluq Mərkəzinin qeydiyyatında 3304 nəfər işaxtaran və işsiz vətəndaş var. 2015- ci ildə mərkəz tərəfindən 191 nəfər işlə təmin olunmuşdur.
Ötən illərdə olduğu kimi, 2015-ci ildə də məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmişdir.
        “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda  cənab Prezidentimiz kənd təsərrüfatı sahəsində prioritet istiqamətləri qeyd etmiş və bu sahədə qarşıda duran başlıca vəzifənin ölkənin əsas ərzaq məhsulları ilə təminatı məsələsi olduğunu diqqətə çatdırmışdı. Konfransda cənab Prezidentimiz xüsusilə vurğuladı ki,indiyədək görülən işlərin miqyası onu deməyə əsas verir ki, qarşıdan gələn bir neçə ildə kənd təsərrüfatı məhsulları ilə daxili tələbatın ödənilməsi məsələsi həll olunacaq, digər tərəfdən isə Azərbaycanın ixrac potensialı daha da güclənəcəkdir. Konfransda cənab Prezidentimiz  ərzaq təhlükəsizliyinin təmin edilməsinin ölkə üçün prioritet məsələ olduğunu vurğulayaraq  demişdir : “  Keçən il Azərbaycanda “ Kənd təsərrüfatı “ ili idi . Kənd təsərrüfatı 6,6 faiz artmışdır . Bu , çox yaxşı göstəricidir. Məhsuldarlıq artmışdır , xüsusilə taxılçılıqda . İri fermer təsərrüfatlarının fəaliyyətini xüsusi qeyd etmək istəyirəm . Biz iri fermer təsərrüfatlarının yaradılmasını bu il də davam etdirməliyik . Bizim üçün kənd təsərrüfatı o sahədir ki , qeyri –neft ixracımızı , ərzaq təhlükəsizliyini , insanları işlə təmin edəcək. Ona görə , keçən il “ Kənd təsərrrüfatı “ ili olmuşdur. Ancaq hesab edin ki, bu il də “ Kənd təsərrüfatı ili “ dir . Hər il “ Kənd təsərrüfatı ili “ olmalıdır “.                  Respublikamızın ən iri taxılçılıq rayonlarından biri olan Şəkinin fermer təsərrüfatlarında 2015-ci ilin məhsulu üçün 61968 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilmişdir. Yetişən məhsulu tez və itkisiz yığmaq üçün bütün zəruri tədbirlər görülmüş, taxıl biçininin tez və itkisiz başa çatdırılması üçün konkret tapşırıqlar verilmişdir. Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində rayonda taxıl biçini uğurla başa çatdırılmış  və yüksək məhsuldarlıq əldə edilmişdir. 2015-ci ildə 186 min ton taxıl istehsal olunmuş ,hər hektardan orta məhsuldarlıq 30 sentner təşkil etmişdir.  İstehsal olunan məhsul 2014-cü illə müqayisədə 110 min ton çoxdur. Hesab edirəm ki, bu cənab Prezidentimizin ölkədə ərzaq bolluğu yaradılması istiqamətində həyata keçirdiyi mühüm tədbirlərin uğurlu nəticəsidir.
2016-cı ildə  taxılçılıqda yüksək məhsuldarlıq əldə etmək üçün payızlıq taxıl səpini kompaniyasının yüksək aqrotexniki qaydalara uyğun aparılması mühüm əhəmiyyət kəsb edir . 2015- ci ildə  67373 hektar sahədə taxıl səpini həyata keçirilmişdir ki, bu da ötən illə müqayisədə 5274 hektar çoxdur .  Müddət ərzində  kənd təsərrüfatı istehsalçılarının maarifləndirilməsi məqsədilə  Şəki Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə bir sıra regional   müşavirə və seminarlar keçirilmişdir.  Bu tədbirlərdə istehsalçılara yeni texnologiya və texnikalar , payızlıq taxıl səpini kompaniyasını optimal müddətdə başa çatdırmaq , payızlıq taxıl sahələrində fitosanitar tədbirlərin vaxtında və keyfiyyətlə aparılması   üçün ətraflı məlumat verilmişdir.
       Hörmətli yığıncaq iştirakçıları!
        Cənab Prezidentimizin kənd təsərrrüfatının inkişaf etdirilməsi istiqamətində  qarşıya qoyduğu əsas vəzifələrdən biri də iri fermer təsərrüfatlarının yaradılması və ixrac məsələsidir. Məhz cənab Prezidentimizin  tapşırıq və tövsiyəsinə uyğun olaraq rayonumuzun Orta Zəyzid bələdiyyəsinə məxsus ərazisində sahibkarlar tərəfindən icarəyə götürülmüş 78 hektar ərazidə müasir texnologiyalar əsasında yeni Aqropark salınmışdır.Burada yüksək keyfiyyətli meyvə bağı salınmış , eyni zamanda məhsulun saxlanması , qablaşdırılması və emal olunması üçün işlər görülür. Əldə olunan məhsulun daxili bazarda satışı ilə yanaşı , həm də xaricə ixrac olunması nəzərdə tutulur.Ən müasir tələblərə cavab verən və meyvə məhsulları istehsalı və emalı üzrə ixtisaslaşacaq Aqroparkda 100- dən cox iş yerinin açılması nəzərdə tutulur.
      Rayonumuzun kənd təsərrüfatının əsas sahələrindən biri də heyvandarlıqdır. Bu sahənin də dinamik inkişafının təmin edilməsi, heyvandarlıq məhsulları istehsalının həcminin artırılması daim diqqət mərkəzində saxlanılır.
Qeyd etmək lazımdır ki, istər bitkiçilik, istərsə də heyvandarlıq məhsulları istehsalının artırılması ilə yanaşı, emal olunmasının təşkili, yeni emal müəssisələrinin yaradılması, istehsal olunan məhsulların satışna köməklik göstərilməsi, aqroservis xidmətlərinin genişləndirilməsi və s. qarşımızda duran həlli vacib məsələlərdəndir.
2015-cü ildə Şəkidə yenidənqurma , tikinti – quraşdırma işləri davam etdirilmiş ,ilin əvvəlində aparılacaq abadlıq , quruculuq işlərinin planı təsdiqlənmişdir Təsdiq edilmiş titul siyahısına əsasən 2015-ci ildə şəhərin 13 küçəsində abadlıq ,   əsaslı təmir işləri aparılmışdır.
      Dünya Bankının dəstəyi və Ədliyyə Nazirliyinin sifarişi ilə tikintisi həyata keçirilən “ Məhkəmə Kompleksi “,  Baş Göynük kəndində 640,   Göybulaq kəndində 180, Qoxmuq kəndində 840 ,  Qaratorpaq kəndində 132   şagird yerlik məktəb binaları istifadəyə verilmiş,    Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə qarışıq tipli uşaq internat məktəbində əsaslı təmir işləri davam etdirilmişdir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin inkişafına böyük qayğı göstərilir , yeni uşaq bağçaları tikilir , uşaqların hərtərəfli inkişafına xüsusi diqqət yetirilir.  Əhalinin daha sıx məskunlaşdığı ərazilərdə hər biri 100 yerlik 2 ,Heydər  Əliyev fondunun təşəbbüsü ilə 160 yerlik 1uşaq bağçası inşa edilmiş, 2 bağçada isə əsaslı təmir işləri aparılmışdır.
        Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sifarişi ilə Kiş kəndi ərazisində “ Marxal” istirahət Kompleksinin tikintisi davam etdirilir. Kompleksə 7 mərtəbəli mehmanxana ,SPA mərkəzi ,restoran və kotteclər daxildir. Tikintinin ümumi sahəsi 27min 839 kv metrdir. Hazırda kompleksin binalarında daxili tamamlama və 50 hektara yaxın ərazidə abadlıq işləri davam etdirilir.    “Monolit D” MMC tərəfindən isə müasir tələblərə cavab verən otel binasnda tikinti işləri başa çatmışdır. Tikintinin ümumi sahəsi 6800,0 m2 təşkil edir. Hazırda binanın fasad hissəsində bəzək işləri aparılmaqla, daxili tamamlama işləri yekunlaşmaq üzrədir.
       Hömətli yığıncaq iştirakçıları!
       Məlum olduğu kimi 2015-ci il  sentyabr ayının 4-də Şəki şəhərinin cənub - şərq istiqamətində episentrdə 7 bal, ətraf ərazilərdə 6,5 bal gücündə  zəlzələ baş vermişdir. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı yanında yaşayış evləri, sosial obyektlər və inzibati binalara zəlzələ nəticəsində dəymiş ziyanın müəyyən edilməsi üçün  komissiya yaradılmışdır.    Komissiya tərəfindən Şəki rayonu ərazisində baxış keçirilmiş 1594 yaşayış evindən 144 evin sökülərək yenidən tikilməsi, 435 evdə  bərpa -gücləndirmə , 997 evdə təmir-bərpa işlərinin görülməsi müəyyənləşdirilmişdir. Həmçinin rayon ərazisində 31 məktəbin, 17 uşaq bağçasının. 8 tibb müəssisəsinin, 3 uşaq musiqi məktəbinin binalarına, 29 inzibati binaya zəlzələ nəticəsində ziyan dəydiyi müəyyənləşdirilmiş və rayonun ayrı-ayrı inzibati ərazi vahidlərinin nümayəndələri və yerli bələdiyyə sədrlərinin iştirakı ilə sənədləşdirilmişdir. Evləri qəzalı vəziyyətə düşmüş ailələrdən 46 ailəyə FHN tərəfindən çadırlar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin baş vermiş təbiət hadisəsinə operativ müdaxiləsi nəticəsində zəlzələnin vurduğu ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları ilə  vəsait ayrılmış, komissiyanın işinə cəlb edilmiş mütəxəssislər tərəfindən  vətəndaşlara məxsus fərdi yaşayış evlərinin sökülərək yenidən tikintisi, gücləndirmə və təmir-bərpa işlərinin aparılması məqsədilə, tikinti normalarına uyğun olan iqtisadi cəhətdən daha səmərəli layihələr işlənilərək aidiyyəti dövlət orqanlarına təqdim olunmuşdur.    Şəhər İcra Hakimiyyəti başçısının tapşırığı ilə dam örtüyü dağılmış yaşayış evlərinin sakinlərinə yağışdan qorunmaq üçün palatkalar paylanılmış və təcili olaraq həmin evlərin dam örtükləri daxili imkanlar hesabına bərpa olunmuşdur.
         Cari ildə “Azərsu” ASC-nin sifarişi, Almaniyanın KfW Bankı, İsveçrənin SECO yardım təşkilatının dəstəyi ilə Şəki şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin 4-cü mərhələsinə başlanılması nəzərdə tutulmuşdur. Bu mərhələdə  çirkab sularının təmizləyici stansiyasının tikintisi işləri aparılacaqdır.  Bu məqsədlə 10,2 ha torpaq sahəsi ayrılmışdır. 
    2015-ci ilin sonunadək rayon ərazisində yaşayış məntəqələrinin, əkin torpaqları və meşə zolaqlarının sel sularından mühafizəsi məqsədilə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sifarişi ilə mühafizə bəndlərinin təmir işlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur.
    Azərbaycan Respublikası Prezidentinin “Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2011-ci il 12 sentyabr tarixli Sərəncamından irəli gələn tələblərin yerinə yetirilməsi məqsədilə Şəkinin tarixi-memarlıq abidələrinin qorunub saxlanılması tədbirləri çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən cari ildə XVIII əsr abidəsi olan “Giləhli məscidi”nin minarəsində yaranmış qəza vəziyyətinin qarşısının alınması məqsədilə minarədə zəruri bərpa - gücləndirmə və yerləşdiyi ərazidə çay yatağında bərkitmə işlərinin aparılması nəzərdə tutulmuşdur.    Həmçinin cari ildə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən Şəki – Qax avtomobil yolunun 35 km hissəsində əsaslı təmir işləri davam etdiriləcəkdir.
    Şəhər İcra Hakimiyyəti tərəfindən Şəkinin görkəminin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir. Hazırda bir sıra ərazilərin abadlaşdırılması üçün layihələr hazırlanmışdır. Belə ki, şöbə tərəfindən şəhərin B.Vahabzadə küçəsində əsaslı şəkildə yenidənqurma işlərinin aparılması üçün şəhərin milli- memarlıq üslubu nəzərə alınmaqla memarlıq planlaşma işləri görülmüş, tikinti işlərinə başlanılmışdır.
        2015-ci ildə  kommunal xidmət sahələrinin fəaliyyətinin günün tələbləri səviyyəsinə çatdırılması üçün müəyyən işlər görülmüş, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təchizatı səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanmışdır.  Şəki Elektrik Şəbəkəsinin xidməti ərazisində 35 KV- luq hava xəttində 80 ədəd istismar müddəti bitmiş dayaqlar yenisi ilə dəyişdirilmiş, 35 KV-luq Aşağı Göynük hava xəttində 8 km məsafədə istismar müddəti bitmiş naqil yeni AC -70 markalı naqillə əvəz olunmuşdur.  Şəbəkənin xidməti ərazisində ümumilikdə 59 km hava xəttində əsaslı və cari təmir işləri aparılmış, rayon ərazisində 407 ədəd yeni sayğac quraşdırılmış , 1241 ədəd sayğac dəyişdirilmişdir.Zaqatala Regional Qaz İstismar  İdarəsinin Şəki rayon xidməti tərəfindən 2015-ci il ərzində əhaliyə satılan qazın dəyəri 100,2 faiz , qeyri-əhali sektoruna satılan qazın dəyəri 116,7 faiz ödənilmişdir.Dövlət Proqramına əsasən rayonun Qoxmuq, Böyük Dəhnə, Baltalı, Sarıca, Suçma kəndlərində 686 mənzil qazlaşdırılmışdır.
            2015-ci ildə Şəkidə kənd əhalisinin içməli və suvarma suyu ilə təminatının  yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “ Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında “ 2014-cü il 25 dekabr tarixli 961 saylı Sərəncamından irəli gələn vəzifələrin icrası nəticəsində rayonumuzun 14 yaşayş məntəqəsində subartezian quyusu qazılmışdır. Ümumiyyətlə son beş ildə rayonumuzda 42 subartezian quyusu qazılmış, nəticədə suvarma işləri yaxşılaşdırılmış, dövlət suvarma şəbəkələrinin fəaliyyəti gücləndirilmişdir.   Rayonun Şəkikənd, Cəyirli və Qozlubulaq kəndlərinin əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə Əliyar kəndininn ərazisində qurulmuş su nasos stansiyası istifadəyə verilmişdir. Stansiyanın istifadəyə verilməsi nəticəsində qeyd olunan kəndlərin 6 min nəfərə yaxın əhlisinin içməli su ilə təminatı yaxşılaşmışdır. Suçma kəndində isə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçirilən “Su təchizatı sisteminin tikintisi” layihəsinin icrası nəticəsində bu kəndin su problemi öz həllini tapmışdır.
     Hörmətli yığıncaq iştirakçıları!
Hesabat dövründə Şəkinin təhsil işçiləri də gənc nəslin təlim-tərbiyəsi, onların kamil insan və hərtərəfli şəxsiyyət kimi yetişməsi işini şərəflə yerinə yetirmişdir. Sevindirici haldır ki, rayonumuzun şagirdləri bir çox Respublika səviyyəli müsabiqələrdə böyük uğur qazanmışdır. Buraxılış imtahanlarının yekunlarına görə keyfiyyət faizi 2014-cü illə müqayisədə  xeyli  yüksək olmuşdur. IX sinfi başa vuran 1961 nəfər şagirddən 245 nəfərin şəhadətnamə qiymətləri yalnız 5 olmuşdur.  Ali məktəbə qəbul üçün ərizə vermiş 1101 nəfərdən 615 nəfəri tələbə adını qazanmışdır. Bu il keçirilən qəbul imtahanlarında məzunlardan 145 nəfəri 500-dən, o cümlədən 61 nəfəri 600 baldan yuxarı nəticə göstərmişdir.
Şəki təhsilinin əldə etdiyi uğurlar dövlətimiz tərəfindən həmişə olduğu kimi, bu il də yüksək qiymətləndirilmişdir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə  şəhər 8 №-li tam orta məktəbin direktoru Ələsgərov Səttar “Tərəqqi” medalına, şəhər 10 №-li tam orta məktəbin riyaziyyat müəllimi Şərifova Nailə  isə “Əməkdar Müəllim” fəxri adına layiq görülmüşdür. Ümumiyyətlə son 4 ildə rayonumuzun 12 nəfər müəllimi “ Əməkdar müəllim “, 6 nəfər müəlllim isə “ Tərəqqi “ medalına layiq görülmüşdür. 2011- 2015- cü illərdə Şəkinin 8 məktəbi “  Ən yaxşı umumtəhsil məktəbi” , 5 nəfər isə “  Ən yaxşı müəllim “ adını almışdır. Mən  təhsilimizin inkişafına xüsusi diqqət göstərən   cənab Prezidentimizə bütün şəkililər adından  minnətdarlıgımı bildirirəm.   
Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri də gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsidir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2015-ci ildə respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə  tur –aksiya keçirilmişdir .
          Tur-aksiya  zamanı Şəkiyə 10 şəhər və rayondan 500 nəfərə yaxın iştirakçı gəlmişdir.  Tur-aksiya çərçivəsində məktəblilər şəhərimizin tarixini dərindən öyrənmiş, son illər Şəkidə görülən işlərlə yaxından tanış olmuşdur. Respublikamızın ictimai və mədəni həyatında çox mühüm hadisəyə çevrilən “Ölkəmizi tanıyaq” tur-aksiyası ölkə vətəndaşları tərəfindən də böyük razılıq hissi ilə qarşılanmışdır.
    Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən  tibb müəssisələri  tərəfindən 2015-ci ildə  əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, sahəsində müəyyən işlər görülmüşdür. Qeyd etmək istəyirəm ki , cənab Prezidentimizin tapşırıq və tövsiyəsinə uyğun olaraq respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Şəkidə də dispanserizasiya uğurla aparılmışdır . Bu məqsədlə Şəki Mərkəzi Rayon Xəstəxanasının konsultativ poliklinika şöbəsində əhalinin kütləvi dispanserizasiyasına ciddi hazırlıq işləri görülmüş, müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi tədbirlər planı hazırlanmış, qrafik müəyyənləşdirilmişdir.  
   Aksiyanın mütəşəkkil keçirilməsini təmin etmək üçün şəhər icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi qərargah yaradılmış, cədvəl tərtib edilmişdir. Əhali arasında tibbi müayinənin məqsədi və əhəmiyyəti barədə müntəzəm olaraq maarifləndirmə, izahat işləri aparılmışdır. Bunun nəticəsidir ki, rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu aksiyada olduqca fəal iştirak etmişdir. Fevralın 1-dən başlanan və mayın 2-dək davam edən aksiya çərçivəsində  müayinədən keçən 110680 nəfər  sakinin 11914 nəfər ambulator , 474 nəfər stasionar müalicəyə cəlb edilmiş,  98 nəfər Bakı şəhərinə müalicəyə göndərilmişdir.
            Hörmətli yığıncaq iştirakçıları!
            2015-ci  ildə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Müddət ərzində bir sıra mədəni-kütləvi tədbirlər keçirilmiş, tarixi günlər, bayram tədbirləri yüksək səviyyədə qeyd olunmuşdur. May ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Tour d`Azerbaidjan-2015” veloturunun üçüncü mərhələsi keçirilmiş, xatirə günlərinə Gül bayramı ilə yekun vurulmuşdu.
2015- ci il aprelin 21 –də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” adlı layihəsi çərçivəsində Şəkiyə həsr olunmuş tədbir keçirilmişdir.  Tədbir iştiakçıları  bölgənin mətbəxi, yerli xalq sənətkarlarının təkəlduz, şəbəkə, misgərlik, ipəkçilik, xalçaçılıq nümunələri, musiqi alətləri və digər əl işləri,  rayonda fəaliyyət göstərən istehsal müəssisələrinin məhsulları, turizm imkanları və s. əks etdirən sərgi və stendlərlə tanış olmuş, “Zirvə” xalq instrumental ansamblının müşayiəti ilə təqdim edilən konsert proqramına böyük maraqla tamaşa etmişlər.
       Ədəbi, ictimai və fəlsəfi fikir tariximizin müdrik simalarından olan qüdrətli söz ustası Bəxtiyar Vahabzadənin 90 illik yubileyi  doğulduğu Şəki şəhərində böyük təntənə ilə qeyd olunmuşdur. Peşəkar kulinar, şair-publisist Cabir Xəlifəzadənin (Hacı Cabir) anadan olmasının 80 illiyi , Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri, şair-publisist Vaqif Aslanın 65 illik yubileyi  təntənə ilə qeyd olunmuş, Şəkinin iri yaşayış məntəqələrindən biri olan Turan qəsəbəsinin yaranmasının 85 illiyi keçirilmişdir. Zəngin ənənələri olan Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı 2014-cü il ərzindəki uğurlu fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis edilən “Zirvə” mükafatına layiq görülmüş,  türk dramaturqu Haldun Tanerin “Və dəyirman dönərdi” tamaşasının premyerası olmuşdur. TÜRKSOY-un baş katibi Düsen Kaseinov, şəhər icra hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, həmçinin Türkiyənin Gəncə şəhərindəki baş konsulu Orxan İşık, Ankara Dövlət Teatrının sənətçisi Erdal Küçükkömürçü və digər qonaqlar tamaşanın premyerasında iştirak etmişlər. 2015-ci ildə Türkmənistanın Mari şəhərində keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 33-cü toplantısında Şəki şəhəri 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilmişdir.
        Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmişdir. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər  görülmüş, müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilmişdir.      Hər il Şəkidə keçirilən beynəlxalq festivalların  məqsədi də   xalqımızın qeyri – maddi irsinin qorunub saxlanması və təbliğ olunmasına, eyni zamanda, Şəkinin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyyədə tanıdılmasına nail olmaqdır.
      İyulun 1-dən 5-dək Şəkidə “ İpək Yolu “ VI Beynəlxalq Musiqi Festivalı keçirilmişdir.   Beş gün davam edən bu möhtəşəm musiqi bayramının iştirakçıları, şəhərin qonaqları, ölkəmizdə akkreditə oldunmuş diplomatik korpusun nümayəndələri, musiqisevərlər Yaponiya, Türkiyə , Polşa eləcə də Azərbaycanın  musiqi, rəqs və folklor kollektivlərinin  və  ilk dəfə olaraq  Azərbaycanda yaşayan azsaylı xalqların xor, mahnı və rəqs kollektivlərinin ifasında  bir-birindən maraqlı  konsert proqramlarını izləmişlər.
  Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 20-də Şəki şəhərində II Beynəlxalq ənənəvi şirniyyat festivalı keçirilmişdi. Festivalda    Azərbaycanın 25 bölgəsinin, eləcə də Türkiyə, Yunanıstan, Rumıniya, Moldova, Rusiya, Qazaxıstan, Özbəkistan, Serbiya, Koreya Respublikası və digər ölkələrin kulinarları hazırladıqları şirniyyat məhsullarını  nümayiş etdirilmiş, sərgi təşkil olunmuşdu. 22-26 avqust tarixlərində isə Mədəniyyət və Turizm Nazirliyinin, Şəki şəhər İcra Hakimiyyətinin və "ALMUS Production" şirkətinin təşkilatçılığı ilə Azərbaycanda və Qafqazda ilk dəfə olaraq “Nağara 2015” Beynəlxalq zərb alətləri festivalı keçirilmişdir.  Festivalda Azərbaycanla yanaşı Türkiyə, İran və Özbəkistandan da məhşur ritm ifaçıları qatılmışdır.  Festivalda Azərbaycanı “Natiq-ritm” qrupu, Türkiyəni tanınmış “İstanbul Harem” qrupu, İranı “Lian” qrupu, Özbəkistanı isə məhşur Abbos Kosimovun ritm kollektivi təmsil etmişdir. Festival axşam saatlarında şəhərin mərkəzi meydanında nağaraçalanların yürüşü ilə başlamış, “ Yay Teatrı “ nda tədbirin təntənəli açılış mərasimi olmuşdur. İlk dəfə keçirilən zərb alətləri festivalının məqsədi qədim musiqi sənətimizi, eyni zamanda tariximizi qoruyub saxlamaq və təbliğ etmək  olmuşdur.
        Avqustun 29- 31-də isə Şəki şəhərində  IV Beynəlxalq Qafqaz motofestivalı keçirilmişdir.  “Baku HOG Azerbaijan”, “CAUCASUS MOTO FESTİ Harley Devidson”, Şəki Şəhər İcra Hakimiyyəti və Çingiz Mustafayev Fondunun birgə təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycan və xarici ölkələrdən 200 nəfərə yaxın bayker iştirak etmişdi. Festivalın açılış günü təşkil olunan sərgi-yarmarkada motobrendlər, moto və digər aksessuarlar  nümayiş olunmuş , möhtəşəm motoparad keçirilmişdi.  Motoparadda dünyanın bir çox ölkələrindən – ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Gürcüstan, Xorvatiya, İran, Böyük Britaniya və s. ölkələrdən gələn baykerlər öz ölkəsinin bayraqları ilə marşrut boyu şəhərin küçələrində sakinlərin önündən keçmişdilər.    Motofestivalın proqramına uyğun olaraq   möhtəşəm sou-konsert proqramları təşkil olunmuşdur.
Şəkidə 41 qeyri-hökumət təşkilatı və təşəbbüs qrupu vardır ki, onların fəaliyyəti əsasən maarifçilik, sosial sahədə layihələrin həyata keçirilməsi, müxtəlif zümrələrdən olan vətəndaşların hüquqlarının müdafiəsi və problemlərinin həllinə yardım göstərilməsi ilə bağlıdır. Bu müzakirələr zamanı ictimaiyyəti ciddi düşündürən və daha çox aktuallıq kəsb edən problemlər önə çıxarılmışdır.
  Müddət ərzində şəhərimizdə bir sıra nazirlik, idarə və komitələrin xətti ilə sosial-iqtisadi, ictimai-siyasi və mədəni sahələrin inkişafına xidmət edən regional müşavirələr, seminarlar , o cümlədən  Yeni Azərbaycan Partiyası Şəki təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilmişdir.   2015 –ci ildə Şəki ilə qardaşlaşmış şəhərlər sırasına  Fransanın Kolmar şəhəri də əlavə olunmuşdur. Mayın 19- da Şəki şəhərində , noyabrın 19 –da isə Kolmarda tərəflər arasında “ Dostluq və Əməkdaşlıq Xartiyası “ imzalanmışdır. Bolqarıstanın Qabrovo şəhərində Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü Şəki ilə qardaşlaşmış Qabrovo şəhərinin icra hakimiyyətinin dəstəyi ilə şəhərimizin mədəniyyətinin təbliğinə həsr olunmuş sərgi təşkil edilmişdi. Şəkinin 34 şəhər, kənd və qəsəbə icra nümayəndəliyində Şəki şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq 2014-cü ilin yekunlarına dair hesabat yığıncaqları keçirilmişdir. Yığıncaqlarda icra nümayəndələrinin illik hesabatları dinlənilmiş, görülən işlər və mövcud problemlər müzakirə edilmişdir. əhali tərəfindən qaldırılan məsələlər Şəki Şəhər İcra Hakimiyyətinin tədbirlər planına daxil edilmiş, məsul şəxslər müəyyənləşdirilərək icrası nəzarətə götürülmüşdür. İcra nümayəndələri tərəfindən hesabat yığıncaqlarında qaldırılan bir sıra dövlət əhəmiyyətli məsələlərin həlli məqsədilə aidiyyəti idarə və təşkilatlara müraciətlər olunmuşdur.
2015-cü ildə   Şəkidə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində bir çox işlər görülmüşdür. Müddət ərzində 241 cinayət hadisəsi qeydə alınmış,onlardan 212-nin açılması təmin olunaraq açılma faizi 96,4 faiz olmuşdur. Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkomaniya ilə bağlı 30 fakt aşkar edilmişdir. 
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 2015-ci ildə gənclərin həqiqi hərbi xidmətə çağırışı Şəkidə müvəffəqiyyətlə həyata keçirilmişdir. İl  ərzində 797 nəfər həqiqi hərbi xidmətə göndərilmişdir.
“Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutaraq, qəsəbə və kəndlərdə vətəndaşların müəyyən olunmuş qrafikə uyğun olaraq ümumi qəbulu təşkil olunmuş, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılmasına, haqlı tələblərinin həll edilməsinə diqqət artırılmışdır. Belə ki ,2015-ci ildə Şəki şəhər icra hakimiyyəti başçısının sərancamı ilə  maddi yardım üçün müraciət edən vətəndaşların sosial vəziyyətinin ,yaşadıqları evlərinə təbii fəlakət nəticəsində və ya digər səbəblərdən dəymiş  zərərlərin ,ayrı-ayrı təkliflərin araşdırılması ilə bağlı komissiya yaradılmışdır . Məlumat üçün bildirim ki, son beş ildə komissiya tərəfindən 784  nəfər vətəndaşa müxtəlif məqsədlər üçün 273 min 592 manat məbləğində maddi yardım göstərilmişdir.
2015-ci ildə 420 nəfər vətəndaş Şəki Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmişdir. Müddət ərzində şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiqlənmiş qrafikə əsasən 44 səyyar qəbul keçirilmiş, qəbullarda 3000 nəfərdən artıq rayon sakini iştirak etmişdir. Keçirilmiş qəbullarda 272 nəfər vətəndaş dinlənilmiş, 274 müraciət səslənmişdir.  Səyyar qəbullar zamanı edilmiş müraciətlər əsasən yolların təmiri, kəndlərə təbii qazın verilməsi, köhnəlmiş elektrik dirəklərinin və xətlərin dəyişdirilməsi, sosial obyektlərin təmiri və yenilərinin açılması, su probleminin həlli, torpaq və digər məsələlərlə bağlı olmuşdur. Müddət ərzində Şəki Şəhər İcra Hakimiyyətinə 3643 müraciət daxil olmuşdur. Müraciətlərin 2632-i vətəndaşlar tərəfindən, 1011-ı isə respublikanın yuxarı orqanlarından daxil olan müraciətlərdir. Daxil olan müraciətlərin 983 –ü müsbət həll olunmuş,  980-ı ilə bağlı müvafiq izahat verilmiş,  601-ədədi isə aidiyyəti orqanlara göndərilmiş , 980-ı ilə bağlı ətraflı izahat verilərək aidiyyəti üzrə müraciət olunması tövsiyə edilmiş, 75-i əsassız sayılmışdır.
Hörmətli yığıncaq iştirakçıları!
Nazirlər Kabinetinin 2015-ci ilin  yekunlarına həsr olunan geniş yığıncağında hörmətli Prezidentimiz demişdir: “   2016- cı ildə biz fəal işləməliyik . Dediyim bütün vəzifələr icra edilməlidir. Vəzifələrin icrası üçün mexanizmlər qısa bir zamanda işlənib mənə təqdim edilməlidir. Müvafiq qərarlar qəbul ediləcək ki, 2016-cı ili də biz uğurla başa vuraq”.
Hesab edirəm ki, cənab Prezidentin hər birimizin  qarşısında qoyduğu vəzifələr layiqincə yerinə yetiriləcəkdir.
Hamınıza bu işdə uğurlar diləyirəm.
Diqqətinizə görə sağ olun.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun 2014-cü ildə Şəkinin
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair

                                                        M Ə R U Z Ə S İ

Hörmətli yığıncaq iştirakçıları!
Xanımlar və cənablar!
Tarixə dönən, xalqımızın yaddaşında uğurlarla qalan 2014-cü  ildə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında mühüm dəyişikliklər baş vermişdir. 2015-cü il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ölkəmizin 2014-cü ildə sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda ölkəmizin sənaye potensialının gücləndirilməsi, sosial proqram və layihələrin icrası geniş müzakirə olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.  Keçən il ərzində ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini, ilin sonunda neftin qiymətinin aşağı düşməsinə baxmayaraq iqtisadiyyatımızın 3 faiz, qeyri-neft sektorunun isə 7 faiz artdığını deyən cənab Prezidentimiz  2014-cü ildə infilyasiyanın 1,4 faiz olduğunu, əhalinin pul gəlirlərinin 4,8 faiz artdığını qeyd etmişdir.  2014-cü ildə ölkədə 30-dan çox sənaye müəssisinin yaradıldığını, xeyli yeni iş yerlərinin açıldığını deyən cənab Prezident  bir neçə nəhəng layihənin də icra olunduğunu, Azərbaycanın yer səthini müşahidə edən ikinci peykinin orbitə buraxıldığını bildirmişdir. Düşünülmüş iqtisadiyyatın verdiyi imkanlardan yararlanaraq sosial sahənin inkişafına diqqətin artırıldığını deyən   dövlət başçısı 2014-cü ildə 60-dan çox tibb mərkəzinin, 50-dən artıq məktəbin tikilib istifadəyə verildiyini, ölkə əhalisinin 116 min nəfər artdığını, “ASAN Xidmət”in uğurla fəaliyyət göstərdiyini, yarandığı gündən bu quruma 3 milyon 500 min müraciətin daxil olduğunu vurğulamışdır.
        Ötən il Azərbaycanın beynəlxalq əlaqələrinin də uğurlu olduğunu deyən dövlət başçısı ölkəmizin regional məsələlərin həllində də mühüm amil olduğunu diqqətə çatdırmışdır. Azərbaycanın beynəlxalq təşkilatlarla bundan sonra da fəal əməkdaşlıq edəcəyini bildirən cənab Prezidentimiz  ölkəmizin müsbət imicini korlamaq, beynəlxalq miqyasda Azərbaycana qarayaxma cəhdlərinin əbəs olduğunu diqqətə çatdırmış və heç kimin ölkəmizlə ultimatum dilində danışa bilməyəcəyini xüsusi vurğulamışdır.
     Cənab Prezidentimiz 2015- ci ildə hər bir dövlət qurumunda idarəetmə prinsiplərinin  təkmilləşdirilməsinin , israfçılıq hallarının qarşısının alınmasının vacibliyini vurğulamış, ölkə üçün zəruri olan, iqtisadi və sosial əhəmiyyətli  layihələrin icrasının davam etdiriləcəyini bildirmiş , hər bir rayonda sənaye mərkəzlərinin yaradılması ilə bağlı tapşırıqların icrasını tələb etmişdir. Bütün sosial proqram və layihələrin həyata keçirilməsində heç bir problemin olmadığını vurğulayan cənab Prezidentimiz demişdir: “. Keçən il dünyada və bölgədə müxtəlif proseslər gedirdi. Gərginlik, demək olar ki, böyük dərəcədə artmışdır. Ancaq Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilmişdir. Ölkəmizin təhlükəsizliyi təmin edilmişdir, iqtisadi və sosial proqramlar icra olunmuşdur. Azərbaycan xalqı 2014-cü ildə də təhlükəsizlik şəraitində yaşamışdır. Bu, bir daha onu göstərir ki, bizim tutduğumuz yol düzgün yoldur  “.
      Hörmətli yığıncaq iştirakçıları!
        Yanvarın 27-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilmişdir. Cənab Prezidentimiz bir il ərzində görülən işlərə yekun vuraraq demişdir : “ Dünyada siyasi böhran davam edir, maliyyə və iqtisadi böhranın yeni mərhələsi başlamışdır. Azərbaycanda isə keçən il ərzində bütün işlər müsbət istiqamətdə getmişdir. Azərbaycan inamla irəliyə gedir, dayanıqlı inkişaf təmin edilmişdir. Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır. Çünki Azərbaycanda xalqla iqtidar arasında birlik var, bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizim atılan bütün addımlarımız Azərbaycanın inkişafına xidmət edir. Ölkəmizdə ictimai, siyasi vəziyyət sabitdir, iqtisadiyyata böyük həcmdə investisiyalar qoyulur və iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atılır “ .
      Hörmətli yığıncaq iştirakçıları!
      2015-ci ildə rayonumuzun sosial-iqtisadi inkişafının yekunları ilə tanış olmaq üçün konkret faktlara nəzər salaq.
2014-cü ildə istehsalın əsas sahələrində ilkin hesablamalara görə faktiki qiymətlərlə 274 milyon 227 min manatlıq məhsul buraxılmışdır . Adambaşına faktiki qiymətlərlə 1515 manatlıq məhsul istehsal olunmuşdur. 2014-cü ildə pərakəndə əmtəə dövriyyəsi 266 milyon 176  min manat olmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövrünə nisbətən 8 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 64 milyon 5 min manat olmuşdur ki, bu da 2013 – cü illə müqayisədə  5 faiz çoxdur.      Rayonda 2014-cü  ildə 2090  yeni iş yeri açılmışdır ki, bunun da 4,4 faizi yeni yaradılmış müəssisə və təşkilatların , 7,7 faizi mövcud müəssisə və təşkilatların, 87, 9 faizi isə fiziki şəxslərin payına düşür. Umumiyyətlə  01 oktyabr 2003- cü il tarixdən 01 yanvar 2015-ci il tarixədək rayonda 14287 yeni iş yeri açılmışdır ki, bunun da 96,6 faizi daimi iş yerləridir. Daimi iş yerlərindən 18,6 faizi yeni yaradılmış müəssisə və təşkilatların , 23,4 faizi mövcud müəssisə və təşkilatların, 58 faizi fiziki şəxslərin payına düşür. Rayon üzrə orta aylıq əmək haqqı 253 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 6 faiz çoxdur. Hazırda rayonda 18 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 12-si kiçik müəssisədir. 2014-cü il ərzində rayonun sənaye sahəsində 21262 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da 2013- cü illə müqayisədə 885 min manat çoxdur.
2014-cü ildə rayonumuzda iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına yönəldilmiş investisiyanın həcmi 38 milyon 965 min manat olmuşdur. İstifadə edilmiş investisiyanın  84,6 faizi dövlət mülkiyyətinin ,  15,4 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Əsas kapitala yönəldilmiş investisiyanın 28 milyon 780 min manatı və ya 87,3 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir .
       Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili siyasətinin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Ölkəmizin başçısı Nazirlər Kabinetinin 2014-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda xüsusi olaraq vurğulamışdır ki, bu gün ölkəmizdə sahibkarlara böyük diqqət vardır. Onlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir.  Cənab Prezidentimiz demişdir : “ Bu il də sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi təmin ediləcəkdir. Bu təşəbbüsün cox gözəl nəticələri vardır. Biz bunu əyani şəkildə görürük. Bölgələrdə açılan yeni müəssisələr və iş yerləri bunu göstərir” .
     Hörmətli yığıncaq iştirakçıları!
   Bildiyiniz kimi,  2014-cü il “ Sənaye ili “ elan edilmişdir və ötən ildə ölkəmizdə sənayeləşmə ilə bağlı düşünülmüş siyasət aparılmışdır.  Nazirlər Kabinetinin 2014-cü ilin   yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən cənab Prezidentimiz  hər bir rayonda sənaye zonalarının yaradılmasının vacibliyini xüsusi olaraq vurğulamış  və bu göstərişin  icra edilməsini tələb etmişdir . Rayonda inkişaf  etdirilməsi nəzərdə tutulan sahələrdən biri ipəkçılık sənayesidir.   Bu məqsədlə hazırlanılmış tədbirlər planının başlıca məqsədlərindən biri ötən əsrin 70-ci illərində respublikada müvəffəqiyyətlə inkişaf edən və 14 min nəfərdən çox adamın istehsal etdiyi 1,5-2 min ton yaş barama göstəricilərinə çatmaq , müasir avadanlıq və texnologiyaların köməyi ilə daha çox istehsala nail olmaqdır.
    10 il ərzində həyata keçirilməsi nəzərdə tutulan ipəkçiliyin inkişafına  dəstək proqramı çərçivəsində bu sahənin inkişafına 50 milyon manatdan çox sərmayə qoyuluşu planlaşdırılır.  Nəticədə rayonumuzda 2 min daimi, 8 min mövsümü iş yeri yaradılacaq. Hesab edirəm ki,layihənin həyata keçirilməsi nəticəsində nəinki,   Şəkidə ,ümumilikdə,   respublikamızda ipəkçilik sənayesinin inkişafında yeni mərhələ başlayacaq.      2014-cü ildə Şəkidə hind toyuğu əti və hind toyuğu məhsullarının istehsalı istiqamətində də önəmli bir layihənin həyata keçirilməsinə başlanmışdır.Layihənin həyata keçirilməsi nəticəsində Şəki rayonunda 500-ə qədər daimi iş yerləri açılacaq və rayonun infrastrukturu və tikinti sahəsinə milyonlarla sərmayə qoyuluşu cəlb olunacaqdır.
          2014 cü ildə Şəkidə ən müasir texnologiyalar əsasında yeni yaradılan “Sünbül” çörək zavodunda ilkin məhsul istehsalına başlanmışdır. Tikintisinə 2013-cü ilin martında başlanan bu müəssisədə Çex Respublikası, Almaniya və İtaliyadan gətirilmiş ən müasir çörəkbişirmə avadanlığı quraşdırılmışdır. Gündəlik layihə gücü 30 ton olan zavodda hələlik gün ərzində istehsal gücü 14 ton olan birinci xətt istismara verilmişdir. İlkin mərhələdə zavodda iki çeşiddə - sosial, yəni zavod çörəyi və lavaş istehsal olunur. 2015-ci ilin əvvəlində quraşdırılacaq ikinci xəttin gündəlik istehsal gücü isə 16 ton olacaqdır. Yeni xətt istismara verildikdən sonra zavodda çovdar çörəyi və digər çeşiddə çörək məmulatlarının istehsalına da başlanılacaqdır.
         2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəki rayonu üzrə 47 sahibkara  791 min manat güzəştli kredit verilmişdir.
           Hörmətli yığıncaq iştirakçıları! . “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən cənab Prezidentimiz demişdir: “ 2004-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 100 dollar idisə, hazırda bu, 565 dollardır. Orta aylıq pensiya 24 dollar idi, hazırda 221 dollardır. Azərbaycanda sosial infrastruktur layihələri son on bir ildə uğurla icra edilmişdir. 2900 məktəb binası, 560 tibb ocağı tikilmiş və ya təmir edilmişdir. Təkcə regionlarda 41 olimpiya idman mərkəzi və 30 gənclər mərkəzi yaradılmışdır. Bax, bu, sosial sahəyə, sosial infrastruktura qoyulan vəsaitin və ayrılan diqqətin təzahürüdür. Bu illər ərzində sosial cəhətdən ən ağır vəziyyətdə olan soydaşlarımıza - məcburi köçkünlərə də biz daim qayğı ilə yanaşmışıq. Son on bir il ərzində 84 qəsəbə yaradılmışdır. Hazırda, 210 min köçkün yeni, gözəl evlərə, mənzillərə köçürülmüşdür. Bu məqsədlər üçün 2 milyard manat, yəni, 2,6 milyard dollar vəsait ayrılmışdır “ .
2014-cü ildə rayonumuzda 2022 ailəyə Ünvanlı Dövlət Sosial Yardımı təyin olunmuşdur. Hal-hazırda 2022 ailəyə 271 min 348 manat məbləğində Ünvanlı Dövlət Sosial Yardımı təyin edilərək ödənilir. Ünvanlı Dövlət Sosial Yardımı təyin olunan ailələr arasında 499 ailə ilk dəfədir ki, bu yardımı alır. Şəki rayonu üzrə hər bir ailə üzvünə təyin edilən Ünvanlı Dövlət Sosial Yardımın orta aylıq məbləği  29 manat 65 qəpik , hər ailəyə düşən orta aylıq məbləği isə 134 manat 20 qəpik  təşkil etmişdir. 2014-cü il ərzində Ünvanlı Dövlət Sosial Yardımı almış ailələrin orta sayı 2322 ailə və bir ailəyə düşən yardımın məbləği 137 manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz artım deməkdir.
Dövlət Sosial Müdafiə Fondunun Şəki Şəhər Şöbəsi 2014-cü ildə 26093 nəfər əmək pensiyaçısına xidmət göstərmişdir. Həmin pensiyaçılardan 16487 nəfəri yaşa, 7961 nəfəri əlilliyə, 1645 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Əgər 2003-cü ildə pensiyaların orta aylıq məbləği 27 manat 19 qəpik idisə, 2015-cü il yanvarın 1-i tarixinə bu rəqəm 158 manat  olmuşdur. Bu ötən dövr ərzində pensiyaların orta aylıq məbləğində 5,8 dəfə artım deməkdir.
          Şəki Rayon Məşğulluq Mərkəzinə 2013-cü ildə 427 nəfər işaxtaran müraciət etmişdir. Müddət ərzində 213 nəfər işə düzəlmişdir. İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən 13 kvota yerinə 11 nəfər işə götürülmüşdür. 27 may 2014-cü il tarixdə keçirilən “Əmək Yarmarkası” na 22 müəssisə və təşkilatdan 248 boş iş yeri çıxarılmışdır. Yarmarkada 50 nəfərə göndəriş verilmiş, onlardan 48 nəfəri  işlə təmin olunmuşdur.
Ötən illərdə olduğu kimi, 2014-cü ildə də məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmişdir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda  cənab Prezidentimiz  dövlət tərəfindən kənd təsərrüfatının inkişafına göstərilən diqqət və qayğıdan danışaraq bildirmişdir ki , yerlərdə kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə mineral gübrələr və kənd təsərrüfatı texnikaları verilir. Konfransda cənab Prezidentimiz subsidiyaların verilməsində şəffaflığın qorunub saxlanması , iri fermer təsərrüfatlarının yaradılması ,əkin sahələrinin genişləndirilməsi , kənd təsərrüfatı məhsullarının ixracının artırılması məsələlərinə toxunaraq demişdir : “ Fermerlər bildiyiniz kimi, torpaq vergisindən başqa bütün vergilərdən azaddırlar. Kənd təsərrüfatının inkişafında ən qabaqcıl təcrübə tətbiq edilməlidir. Taxılçılıqda iri fermer təsərrüfatları yaradılıbdır və biz bunun gözəl nəticələrini görürük. İstifadəsiz qalan torpaqlar da kifayət qədər çoxdur. Vaxtilə kimsə onları ya zəbt edib, ya icarəyə götürüb. İcarəyə götürüb və elə də qoyub gedib. Yəni, hesab edirəm ki, biz istifadəsiz torpaqların taleyi ilə bağlı tədbir görməliyik. Kim torpağı icarəyə götürüb istifadə etmirsə, gərək o icarə müqavilələri ləğv edilsin. Yerli icra orqanlarının nümayəndələri nəzarət etməlidirlər  “.  Respublikamızın ən iri taxılçılıq rayonlarından biri olan Şəkinin fermer təsərrüfatlarında 2014-cü ilin məhsulu üçün 69152 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilmişdir. Yetişən məhsulu tez və itkisiz yığmaq üçün bütün zəruri tədbirlər həyata keçirilmiş, taxıl biçininin tez və itkisiz başa çatdırılması üçün konkret tapşırıqlar verilmişdir. Lakin əvvəlki illərdən fərqli olaraq bu il taxılçılqda geriləmə müşahidə olunmuş, məhsuldarlıq demək olar ki, 2 dəfə aşağı düşmüşdür. Havaların quraq keçməsi , yağmursuz və əlverişsiz iqlim şəraiti nəticəsində 15 min hektaradək taxıl sahəsi tamamilə məhv olmuşdur. Son statistik məlumatlara əsasən 2014-cü ildə 73 min 974  ton taxıl istehsal olunmuş ,hər hektardan orta məhsuldarlıq 12 sentner təşkil etmişdir. Uzun sürən quraqlıq nəticəsində taxılçılıqla məşğul olan fermerlərin əksəriyyyətinə ciddi ziyan dəymiş , növbəti ilin taxıl səpini üçün bir sıra problemlər yaranmışdır. Rayonun taxıl istehsalçılarının problemləri nəzərə alınaraq icra hakimiyyyəti tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlər edilmişdir. Həmin müraciətlər əsasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayonun taxıl istehsalçılarına 3500 ton yüksək reproduksiyalı toxum verilmiş , fermerlərə mineral gübrələr və kənd təsərrüfatı texnikası ilə təmin olunmalarına köməklik göstərilmişdir.Nəticədə rayonda 2014-cü ilin payızında taxıl əkini sürətlənmiş , 2015-ci ilin məhsulu üçün 61231 hektar sahədə payızlıq taxıl əkilmişdir. Verilmiş toxumların dəyəri cənab Prezidentimiz tərəfindən bağışlanmışdır. Göstərilən köməyə görə fermerlərimiz ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.       Nazirlər Kabinetinin 2014-cü ilin  yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən cənab Prezidentimiz demişdir : “ Ərzaq təhlükəsizliyi ilə bağlı  islahatlar aparılır, aqroparklar salınır, subsidiyaların verilməsi prosesi təkmilləşdirilir. Məhsuldarlığın artırılması prosesi də çox önəmlidir. Əminəm ki, biz yaxın gələcəkdə özümüzü bütün əsas ərzaq məhsullarımızla təmin edəcəyik “ .
Əkin sahələrinin və yaşayış məntəqələrinin sel sularından qorunması məqsədilə çay hövzələrində 790 min kub metr həcmində tənzimləmə işləri aparılmış , mövcud daş –beton bəndlərdə 510 kub metr həcmində təmir-bərpa işləri görülmüş , 800 kub metr daş bənd , 150 kub metr qabion bəndi qurulmuşdur.2014-cü ildə Şəkidə ağac əkini kompaniyası davam etdirilmiş ,56 min ədəd ting əkilmişdir.
       2014-cü ildə Şəkidə yenidənqurma , tikinti – quraşdırma işləri davam etdirilmiş ,ilin əvvəlində şəhərdə aparılacaq abadlıq , quruculuq işlərinin planı təsdiqlənmişdir. Təsdiq edilmiş titul siyahısına əsasən 2014-cü ildə şəhərin 15 küçəsində abadlıq , 17 küçəsində isə  əsaslı təmir işləri aparılmış, Lütfəli Abdullayev küçəsi ilə M.Ə. Rəsulzadə prospektinin kəsişməsində kiçik bağ salınmış, görkəmli gülüş ustası Lütfəli Abdullayevin büstü qoyulmuşdur.              2014-cü ildə Şin və Baş Şabalıd kənd tam orta məktəbləri  üçün dövlət vəsaiti hesabına inşa edilmiş 280 və 120 şagird yerlik yeni məktəb binaları  və  Şəki şəhər təhsil şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir.   Hazırda rayonun Göybulaq, Baş Göynük , Qaratorpaq və Qoxmuq kəndlərində yeni məktəb binalarının tikintisi davam etdirilir. Bu məktəblərin də cari tədris  ilinin  sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.
         Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sifarişi ilə Şəki rayonunun Baş Göynük kəndi ərazisində respublikanın şimal-qərb bölgəsində ilk dəfə alternativ enerji ilə işləyəcək çoxfunksiyalı idman zalı tikilir.
Ümumi sahəsi 1645 kvadratmetr olan, üç mərtəbədən ibarət binada inzibati və məşq otaqları, habelə çoxfunksiyalı idman zalı yerləşəcək. İdman zalında mini futbol, voleybol, basketbol, həndbol, güləş, atletika və digər yarışların keçirilməsi üçün hər cür şərait yaradılacaqdır.    
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin inkişafına böyük qayğı göstərilir , yeni uşaq bağçaları tikilir , uşaqların hərtərəfli inkişafına xüsusi diqqət yetirilir. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva  “ Məktəbəqədər təhsil müəssisələrinin inkişafı “ Proqramının təqdimatı zamanı demişdir : “ Ölkəmizdə təmirə ehtiyacı olan bütün bağçalarda təmir işləri aparılmalıdır. Artan təlabatı ödəmək üçün yeni bağçalar tikilməlidir. Bəzi hallarda təmirin əvəzinə yeni bağçanın tikintisi daha səmərəlidir “ . 2014-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Şəkidə  əhalinin daha sıx məskunlaşdığı ərazilərdə hər biri 100 yerlik 3 uşaq bağçasının tikintisinə başlanmışdır. Son iki ildə Şəkidə 9 uşaq bağçası tikilmiş və yaxud əsaslı təmir olunmuşdur.
       Həmçinin cari ildə Azərbaycan Respublikası  Gənclər və İdman Nazirliyinin sifarişi ilə “Gənclər evi“ nin  tikintisi işlərinə başlanmış, “Asan“ xidmət mərkəzinin Şəki Ərazi İdarəsi, şəhər polis şöbəsi üçün inzibati binaların tikintisi  məqsədilə aidiyyatı dövlət qurumları tərəfindən iş aparılır.
          2014-cü ildə    qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülən sakinlər üçün 24 mənzilli yaşayış evi istifadəyə verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şəki şəhərində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 5 fərdi yaşayış evinin tikintisinə başlanmış, yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün 30 yerlik Reabilitasiya Mərkəzinin və 25 yerlik sığınacağın tikintisinin aparılması planlaşdırılmışdır.Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sifarişi ilə Kiş kəndi ərazisində “Marxal”  istirahət kompleksinin tikintisi davam etdirilir. Bu il Heydər Əliyev Mərkəzinin, Bayraq Meydanının və Şəki Şəhər İcra Hakimiyyətinin yeni binasının tikintisinin başa çatdırılması və istifadəyə verilməsi gözlənilir. Həmçinin, “Monolit D Plaza” otelinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sifarişi ilə inşa olunan “Məhkəmə Kompleksi”nin 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
2014-cü ildə  kommunal xidmət sahələrinin fəaliyyətinin günün tələbləri səviyyəsinə çatdırılması üçün müəyyən işlər görülmüş, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təchizatı səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanmışdır.
           Hesabat dövründə təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmışdır.  Son illər Şəki təhsilinin əldə etdiyi uğurlar danılmazdır. 2014-cü ildə Şəkinin umumtəhsil məktəblərini bitirmiş 1682 məzundan 1130 nəfəri ali məktəbə daxil olmaq üçün sənəd vermiş, onlardan 682 nəfəri tələbə adını qazanmışdır. Məzunlardan 135 nəfəri 500-dən, 40 nəfəri isə 600 baldan yuxarı toplamışdır. Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2014- cü il tarixli Sərəncamına əsasən Şəki şəhər 7, 8 və 18 saylı məktəblər “ Ən yaxşı ümumtəhsil məktəbi ” müsabiqəsinin qalibi elan edilmişdir.
         2013-2014-cü dərs ilində Şəki rayonunun 98 ümumtəhsil məktəbində 22911 şagird təhsil almışdır. Tədris ilində 72 şagird respublika və beynəlxalq olimpiadalarda, müsabiqələrdə iştirak etmiş, onlardan 37 nəfəri qalib adını qazanmışdır. “İNEPO-Avrasiya” ətraf mühitin mühafizəsi VIII Beynəlxalq layihə olimpiadasında Şəki məktəbliləri bir gümüş medala və 3 sertifikata layiq görülmüşdür.
      Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin daha dərindən məqsədi ilə Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün açıq tarix dərsləri keçirilmiş, bu dərslərdə bütün həyat və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi naminə gördüyü nəhəng işlər ətraflı təhlil edilmiş, ölkə həyatının bütün sahələrində qazanılan nailiyyətlər konkret faktlarla şagirdlərin diqqətinə çatdırılmışdır.
          Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən  tibb müəssisələri  tərəfindən 2014-cü ildə  əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, sahəsində müəyyən işlər görülmüşdür. Cənab Prezidentimizin tapşırıq və tövsiyəsinə uyğun olaraq 2014-ci il fevralın 17-dən mayın 1-dək    respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Şəkidə də dispanserizasiya uğurla aparılmışdır. Bu məqsədlə Şəki Mərkəzi Rayon xəstəxanasının konsultativ poliklinika şöbəsində əhalinin kütləvi dispanserizasiyasına ciddi hazırlıq işləri görülmüşdür. Müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi tədbirlər planı hazırlanmış, qrafik müəyyənləşdirilmişdir. Əhalinin müayinə olunması üçün poliklinika şöbəsində bütün lazımi şərait yaradılmışdır.
      Aksiyanın mütəşəkkil keçirilməsini təmin etmək üçün şəhər icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi qərargah yaradılmış, cədvəl tərtib edilmişdir. Əhali arasında tibbi müayinənin məqsədi və əhəmiyyəti barədə müntəzəm olaraq maarifləndirmə, izahat işləri aparılmışdır. Bunun nəticəsidir ki, rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu aksiyada olduqca fəal iştirak etmiş və rayon əhalisi dövlət başçısının bu xeyirxah təşəbbüsünü ürəkdən alqışlamışdır.  Fevralın 17-dən başlanan və mayın 1-dək davam edən aksiya çərçivəsində indiyədək 90 min nəfərə yaxın  tibbi müayinədən   keçən   sakinin 6307 nəfəir ambulator , 102 nəfəri stasionar müalicəyə cəlb edilmiş,  42 nəfər  isə Bakı şəhərinə müalicəyə göndərilmişdir.
       Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmişdir. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülmüş, müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilmişdir.     Azərbaycanda səfərdə olan Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın  prezidenti Qustava Araoz  Şəkinin qonağı olmuşdur.
     İCOMOS-un prezidenti Qustava Araoz Azərbaycanda, o cümlədən onun dilbər güşəsi olan Şəkidə olmağından məmnunluğunu bildirmiş, ölkəmizdə tarixi abidələrin qorunmasına və bərpasına göstərilən dövlət qayğısını yüksək qiymətləndirmişdir.
             Dünya Bankı tərəfindən həyata keçirilməsi planlaşdırılan “Azərbaycanın Regional İnkişaf Tədqiqatı” layihəsi çərçivəsində turizmin inkişafı üzrə regional inkişaf tədqiqatının ilkin nəticələrinin və tövsiyələrinin müzakirəsi məqsədilə Şəki şəhərinə səfər etmiş Dünya Bankının Davamlı İnkişaf üzrə Sektor və Tapşırıq Qrupunun rəhbəri Əhməd Eyveid və Turizm üzrə məsləhətçi Skot Ueyni Şəkidə  olmuşdur.      Dünya Bankının maliyyə dəstəyi ilə dünya mədəniyyətinin nadir incisi hesab edilən Şəki Xan Sarayı bərpa olunmuş, Qala divarları içərisində yerləşən Şəki sənətkarlar evi təmir edilmişdir.Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçiriləcək yeni beşillik layihə isə Şamaxı-Zaqatala dəhlizi üzrə turizm imkanlarının araşdırılması və inkişafını əhatə edir..
       Hər il oduğu kimi 2014-cü ilin dekabr ayında Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində “Prezident Kuboku” uğrunda “Çövkən” milli oyunları keçirilmişdir.
Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın turizm potensialının daha geniş təbliğ edilməsi məqsədilə bir sıra infoturlar təşkil olunmuş, Şəkinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addımlar atılmışdır.
Xalqımızın umummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Şəkidə silsilə tədbirlər keçirilmişdir. Gənclər və İdman Nazirliyi ilə Şəki Şəhər İcra Hakimiyyətinin birgə layihəsi olan və tarixi bərpa formatında təşkil edilən “ Tarixin canlı səhifələri “ adlı gənclər festivalının əsas məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onların tariximizə olan marağını özlərinin də oynadıqları kiçik səhnəciklər vasitəsilə artırmaq, şərəf dolu tarixi döyüş səhnələrini gənclərə əyani şəkildə çatdırmaqdan ibarət olmuşdur.
     Şəki Şəhər İcra Hakimiyyəti və  "Kanal S" Regional Televiziya  Şirkətinin təşkilatçılığı ilə yubiley münasibətilə  keçirilən bayram konsertində şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri, qonaqlar və şəhər sakinləri  iştirak etmişdir.  Bayram konsertinə “Natiq” Ritm Qrupunun musiqili yürüşü ilə start verilmişdir. Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərə mayın 10-da  Gül bayramı ilə yekun vurulmuşdur.
     Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri də gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsidir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2014-cü il avqustun 1-dən sentyabrın 6-dək respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə  tur –aksiya keçirilmişdir . Ekskursiya turları 3 istiqamətdə – Gəncə-Göygöl-Şəmkir, İsmayıllı-Qəbələ-Şəki və Quba-Qusar-Xaçmaz marşrutları üzrə həyata keçirilmişdir.
         Bir aydan artıq davam edən tur-aksiyanın birinci mərhələsi zamanı Şəkiyə 19 şəhər və rayondan 900 nəfərə yaxın iştirakçı gəlmişdir.  Tur-aksiya çərçivəsində məktəblilər şəhərimizin tarixini dərindən öyrənmiş, son illər Şəkidə görülən işlərlə yaxından tanış olmuşdur. Respublikamızın ictimai və mədəni həyatında çox mühüm hadisəyə çevrilən “Ölkəmizi tanıyaq” tur-aksiyası ölkə vətəndaşları tərəfindən də böyük razılıq hissi ilə qarşılanmışdır.
           Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Azərbaycanın informasiya təhlükəsizliyi bölgə mediası müstəvisində” mövzusunda konfrans keçirilmişdir.
       Tədbirdə şuranın idarə heyətinin üzvləri, ölkənin aparıcı kütləvi informasiya vasitələrinin, elektron media resurslarının rəhbərləri, Şəki və ətraf rayonlarda fəaliyyət göstərən qəzetlərin təmsilçiləri iştirak etmişdilər. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə oktyabrın 27-28-də Şəki şəhərində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda iki günlük regional konfrans keçirilmişdir.
     Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədi daşıyan konfransda şimal-qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, həmçinin fəal dindarlar və ilahiyyatçılar iştirak etmişlər.
           Şəki Olimpiya İdman Kompleksində gənclərin könüllülük üzrə birinci regional forumu keçirilmişdir. Şəki Şəhər İcra Hakimiyyətinin, “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin, Yeni Azərbaycan Partiyası Şəki təşkilatının, şəhər gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən forum “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın müvafiq bəndinin icrasına uyğun olaraq, gənclər arasında könüllülük hərəkatının təbliğ olunması, gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi məqsədi daşıyır.
            Hörmətli yığıncaq iştirakçıları!
            2014-cü  ildə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Şəhərimizin mədəniyyət və istirahət parklarında şəhər əhalisinin səmərəli istirahətinin təşkili üçün bir sıra tədbirlərin görülməsi işi davam etdirilmişdir. Müddət ərzində bir sıra mədəni-kütləvi tədbirlər keçirilmiş, tarixi günlər, bayram tədbirləri yüksək səviyyədə qeyd olunmuşdur.   Qeyd etmək istəyirəm ki, artıq Şəki Azərbaycanda Festivallar şəhəri kimi tanınır. Bir il ərzində Şəkidə 4  Beynəlxalq festival keçirilmiş , bu festivallara 20 –yə yaxın xarici ölkədən  200 nəfərdən çox iştirakçı  qatılmışdı.
       Hər ilin yayında  şəhərimizdə keçirilən və artıq ənənə şəkilni alan “ İpək Yolu “  Beynəlxalq Musiqi Festivalı Şəki musiqisevərlərinin yaddaşında gözəl bir xatirə kimi qalıb.   Dünya musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramları , gözəl ifaçıların qatıldığı festival bizə həmişə  xoş  bayram ovqatı bəxş edib. “İpək yolu”  Beynəlxalq Musiqi Festivalının məhz Şəkidə keçirilməsi bu şəhərin mədəni həyatında böyük bir hadisədir. Bu il beşinci dəfə keçirilən festivalda da dünyanın tanınmış musiqi kolllektivləri iştirak etdi , şəhərimizin sakinləri və qonaqları yenə də gözəl bir musiqi bayramının şahidi oldu.      Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğ olunmasına daim böyük diqqət göstərilir. Cənab Prezidentimiz İlham Əliyevin , YUNESKO- nun xoşməramlı səfiri Mehriban xanımın  bu sahədə gördüyü işlərin əhəmiyyəti böyükdür. 2013-cü ilin avqustunda Şəkiyə səfəri çərçivəsində şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə cənab Prezidentimiz demişdir : “ Bizim, ümumiyyətlə, çox zəngin mədəniyyətimiz vardır. Şəkinin də Azərbaycan tarixində, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yeri vardır. Şəki Azərbaycanda və deyə bilərəm yəqin ki, bölgədə və dünyada öz gözəlliyi ilə seçilən bir şəhərdir. Biz gərək Şəkidə gələcəkdə beynəlxalq tədbirlərin sayını da artıraq “ .
          İyulun 1-də başlanan və beş gün davam edən bu möhtəşəm musiqi bayramının iştirakçıları, şəhərin qonaqları, ölkəmizdə akkreditə oldunmuş diplomatik korpusun nümayəndələri, musiqisevərlər Hindistan, Çin, Türkiyə və Rusiyanın, eləcə də Azərbaycanın teatr, musiqi, rəqs və folklor kollektivlərinin bir-birindən maraqlı  konsert proqramlarını izləmişlər. “Eurovision” mahnı müsabiqəsi qalibləri və iştirakçılarının qala-konserti festivalın yeniliyi olmuşdur. Festival çərçivəsində Türkdilli Ölkələrin Mədəniyyət Təşkilatına (TÜRKSOY) üzv ölkələrin rəssamlarının sərgisi açlmış, TÜRKSOY-un türkdilli ölkələrin milli geyimlərindən ibarət hazırladığı moda sərgisi  nümayiş etdirilmişdir.   İyulun -1-də “ Aşağı Karvansaray” kompleksində festivalın rəsmi açılış mərasimi keçirilmiş , Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin iştirakı ilə Niyazinin  “ Rast “ baleti nümayiş olunmuşdur . Festivalda Azərbaycanla yanaşı 14 ölkənin tanınmış musiqi kollektivləri  çıxış  etmişdir. Festival günlərində təşkil olunmuş konsert proqramlarını 5 min nəfərdən çox tamaşaçı izləmişdir. Beş gün davam edən musiqi bayramı nəinki şəhərimizin , bütövlükdə ölkəmizin mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir. Festivalda iştrirak edən TÜRKSOY –un Baş Katibi Düsen Kaseinov yurnalistlərə müsahibəsində bildirmişdir ki, Şəki beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün ideal məkandır .    Festivalda Azərbaycan Bəstəkarlar İttifaqının , ölkəmizdə akkreditə olunmuş bir sıra dövlətlərin – o cümlədən, Almaniya, Yaponiya ,  Hindistan , Belarus ,  Litva,  Rusiya, Niderland ,İsrail , Polşa,  Norveç , Rumıniya və Türkiyənin  fövqəladə və səlahiyyətli səfirləri və səfirliklərin əməkdaşları, TÜRKSOY -un Baş Katibi Düsen Kaseinov, Avropa Şurasının Bakı Ofisinin rəhbəri xanım Draqana Filipoviç, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş Katibi Yandos Asanov , Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin  rəhbəri,  respublikanın və xarici ölkələrin tanınmış musiqi ansambllarının və rəqs qruplarının kollektivləri, ziyalılar, musiqişünaslar, aparıcı kütləvi informasiya vasitələrinin və ictimaiyyətin  nümayəndələri – ümumilikdə 1000 nəfərdən çox  qonaq iştirak etmişdir.
Şübhəsiz ki, Şəki “ İpək yolu” V Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə qeyd olunması  xalqımızın zəngin mədəniyyətinin , şəhərimizin turizm potensialının  təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Fürsətdən istifadə edib xalqımızın mədəni irsinin qorunub saxlanmasına və təbliğ olunmasına xüsusi diqqət və qayğı ilə yanaşan cənab Prezidentimiz İlham Əliyevə , Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanıma minnətdarlığımı bildirir , tədbirin yüksək səviyyədə keçirilməsində yaxından iştirak edən hər bir kəsə təşəkkür edirəm.
Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində sentyabrın 10-dan 19-dək   I Şəki  Beynəlxalq Teatr festivalı keçirilmişdi.  On gün davam edən festivalda tanınmış mədəniyyət və incəsənət xadimləri, teatrsevərlər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Festivalın açılışında çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev demişdir :  “  Bu gün Azərbaycan teatrının 142-ci mövsümü başlayır. Çox əlamətdardır ki, bu mövsümün açılışını Şəki Dövlət Dram Teatrında keçiririk. Bilirsiniz ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, bu teatr yenidən qurulub, yeni bir sima alıbdır. Biz bütün bunlara görə dövlətimizin başçısına minnətdarlığımızı bildiririk “. İki ildən bir keçirilməsi nəzərdə tutulan Beynəlxalq Teatr Festivalı Şəkinin mədəni həyatında mühüm bir hadisəyə , əsl teatr bayramına çevrildi. Festival zamanı göstərilən tamaşaları 6000 nəfərdən çox tamaşaçı izləmişdir. 
             Festival çərçivəsində  görkəmli gülüş ustası, Xalq Artisti, Dövlət Mükafatı laureatı Lütfəli Abdullayevin 100 illik yubiley tədbiri keçirilmiş, adını daşıyan küçənin başlanğıcında görkəmli gülüş ustasının büstünün açılışı olmuşdur. Tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etmişdilər. Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsinin yubiley tədbirinin onun doğulduğu Şəkidə keçirilməsi şəhərin mədəni həyatında  əlamətdar hadisəyə çevrilmişdir.  Şəkililər həmyerlilərinə - görkəmli gülüş ustasına olan bu sevgi və məhəbbətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
       Şəkidə "Şəhər günü"nə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Bayram şənliklərində respublikamızın tanınmış elm və incəsənət xadimləri, Şəki ilə qardaşlaşmış Gürcüstan Respublikasının Telavi şəhərindən gəlmiş nümayəndə heyəti, habelə ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri, musiqi və rəqs kollektivləri iştirak ediblər.
          Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 20-də Şəki şəhərində ilk dəfə Beynəlxalq ənənəvi şirniyyat festivalı keçirilmişdi. Festivalda       Türkiyə, Rusiya, Monqolustan, Gürcüstan, Qırğızıstan, Koreya Respublikası, həmçinin Azərbaycanın 23 şəhər və rayonlarından gəlmiş qənnadıçıların əvvəlcədən hazırladıqları şirniyyat məhsulları  nümayiş etdirilmiş, sərgi təşkil olunmuşdu.
         Beynəlxalq ənənəvi şirniyyat festivalının keçirilməsinin də əsas məqsədi xalqımızın qeyri – maddi irsinin qorunub saxlanması və təbliğ olunmasına, eyni zamanda, Şəkinin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyyədə tanıdılmasına nail olmaqdır.
        Avqustun 29- 31-də isə Şəki şəhərində  ilk Qafqaz motofestivalı keçirilmişdir.  “Baku HOG Azerbaijan”, “CAUCASUS MOTO FESTİ Harley Devidson”, Şəki Şəhər İcra Hakimiyyəti və Çingiz Mustafayev Fondunun birgə təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycan və xarici ölkələrdən 200 nəfərə yaxın bayker iştirak etmişdi. Festivalın açılış günü təşkil olunan sərgi-yarmarkada motobrendlər, moto və digər aksessuarlar, həmçinin Azərbaycan mədəniyyətini əks etdirən əşyalar nümayiş olunmuş , möhtəşəm motoparad keçirilmişdi.  Motoparadda dünyanın bir çox ölkələrindən – ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Gürcüstan, Xorvatiya, İran, Böyük Britaniya və s. ölkələrdən gələn baykerlər öz ölkəsinin bayraqları ilə marşrut boyu şəhərin küçələrində sakinlərin önündən keçmişdilər.    Motofestivalın proqramına uyğun olaraq  “Aşağı Karvansaray” kompleksində möhtəşəm sou-konsert proqramları təşkil olunmuşdur.
     Şəkinin 33şəhər, kənd və qəsəbə icra nümayəndəliyində Şəki şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq 2013-cü ilin yekunlarına dair hesabat yığıncaqları keçirilmişdir. Yığıncaqlarda icra nümayəndələrinin illik hesabatları dinlənilmiş, görülən işlər və mövcud problemlər müzakirə edilmişdir.
Hesabat yığıncaqlarında əhali tərəfindən qaldırılan qəsəbə və kəndlərin təbii qazla təmin olunması, içməli suya ehtiyacın olması, qəsəbə və kəndarası yolların, körpülərin təmiri, məktəb tikintisi, təmiri, səhiyyə və mədəniyyət müəssisələrində təmir işlərinin aparılması, bənd tikintisi, bəzi yerlərdə elektrik dirəklərinin, naqillərin və transformator yarımstansiyalarının dəyişdirilməsi və s. barədə əhali tərəfindən qaldırılan məsələlər Şəki Şəhər İcra Hakimiyyətinin tədbirlər planına daxil edilmiş, məsul şəxslər müəyyənləşdirilərək icrası nəzarətə götürülmüşdür. İcra nümayəndələri tərəfindən hesabat yığıncaqlarında qaldırılan bir sıra dövlət əhəmiyyətli məsələlərin həlli məqsədilə aidiyyəti idarə və təşkilatlara müraciətlər olunmuşdur.
2014-cü ildə   Şəkidə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində bir çox işlər görülmüşdür. Müddət ərzində 162 cinayət hadisəsi qeydə alınmış,onlardan 127-nin açılması təmin olunaraq açılma faizi 86,4 faiz olmuşdur. Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkomaniya ilə bağlı 13 fakt aşkar edilmişdir. 
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 2014-cü ildə gənclərin həqiqi hərbi xidmətə çağırışı Şəkidə müvəffəqiyyətlə həyata keçirilmişdir. İl  ərzində 888 nəfər həqiqi hərbi xidmətə göndərilmişdir.
“Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutaraq, qəsəbə və kəndlərdə vətəndaşların müəyyən olunmuş qrafikə uyğun olaraq ümumi qəbulu təşkil olunmuş, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılmasına, haqlı tələblərinin həll edilməsinə diqqət artırılmışdır. Belə ki ,2014-cü ildə Şəki şəhər icra hakimiyyəti başçısının sərancamı ilə  maddi yardım üçün müraciət edən vətəndaşların sosial vəziyyətinin ,yaşadıqları evlərinə təbii fəlakət nəticəsində və ya digər səbəblərdən dəymiş  zərərlərin ,ayrı-ayrı təkliflərin araşdırılması ilə bağlı komissiya yaradılmışdır . Müddət ərzində komissiya tərəfindən 241  nəfər vətəndaşa müxtəlif məqsədlər üçün 77 min 600 manat məbləğində maddi yardım göstərilmişdir.2014-cü ildə 610 nəfər vətəndaş Şəki Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmişdir. Müddət ərzində şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiqlənmiş qrafikə əsasən 44 səyyar qəbul keçirilmiş, qəbullarda 6000 nəfərdən artıq rayon sakini iştirak etmişdir. Keçirilmiş qəbullarda 310 nəfər vətəndaş dinlənilmiş, 345 müraciət səslənmişdir.  Səyyar qəbullar zamanı edilmiş müraciətlər əsasən yolların təmiri, kəndlərə təbii qazın verilməsi, köhnəlmiş elektrik dirəklərinin və xətlərin dəyişdirilməsi, sosial obyektlərin təmiri və yenilərinin açılması, su probleminin həlli, torpaq və digər məsələlərlə bağlı olmuşdur. Müddət ərzində Şəki Şəhər İcra Hakimiyyətinə 3019 müraciət daxil olmuşdur. Müraciətlərin 2111-i vətəndaşlar tərəfindən, 908-ı isə respublikanın yuxarı orqanlarından daxil olan müraciətlərdir. Daxil olan müraciətlərin 77 -sı müsbət həll olunmuş,  137-si ilə bağlı müvafiq izahat verilmiş,  86-ədədi isə aidiyyəti orqanlara göndərilmiş , 45-i ilə bağlı ətraflı izahat verilərək aidiyyəti üzrə müraciət olunması tövsiyə edilmişdir. Təhlillər göstərir ki, 2014-cü ildə 2013-cü ilə nisbətən müraciətlərin sayı 901 ədəd, o cümlədən , ərizələrin sayı 901 ədəd , şikayətlərin sayı 16 ədəd azalmışdır.
Hörmətli yığıncaq iştirakçıları!
Şübhəsiz ki, qazanılan bütün uğurlar hörmətli Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlıdır. Nazirlər Kabinetinin 2014-cü ilin  yekunlarına həsr olunan geniş yığıncağında hörmətli Prezidentimiz demişdir: “   Yenə də demək istəyirəm ki, 2014-cü ilin yekunları və 2015-ci il bir daha bizim gücümüzü göstərəcək. Nə neftin qiymətinin düşməsi , nə böhranlar , nə yaxınlıqda baş verən qanlı toqquşmalar  bizim sürətli inkişafımıza təsir edə bilməz. Mən tam əminəm ki, biz 2015 – ci ili də uğurla başa vuracağıq və ölkəmizin inkişafını təmin edəcəyik ”.
Hesab edirəm ki, rayonumuzda son illər ərzində bütün sahələrdə əldə edilən uğurlar bu il də davam etdiriləcək, yeni nailiyyətlərin qazanılması üçün qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetiriləcəkdir.
Hamınıza bu işdə uğurlar diləyirəm.
Diqqətinizə görə sağ olun.

 

 

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun 2013-cü ildə Şəkinin
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair

                                                       M Ə R U Z Ə S İ
Hörmətli yığıncaq iştirakçıları!
Xanımlar və cənablar!
Tarixə dönən, xalqımızın yaddaşında uğurlarla qalan 2013-cü  ildə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında mühüm dəyişikliklər baş vermişdir. 2014-cü il yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ölkəmizin 2013-cü ildə sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda ölkəmizin sənaye potensialının gücləndirilməsi, sosial proqram və layihələrin icrası geniş müzakirə olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Dövlət başçısı 2013-cü ildə iqtisadiyyatın uğurla inkişaf etdiyini,   qeyri-neft sektorunun 9,8 faiz, əhalinin pul gəlirlərinin 8 faiz artdığını, inflyasiyanın 2,4 faiz təşkil etdiyini bildirmişdir. Bütün sosial proqram və layihələrin həyata keçirilməsində heç bir problemin olmadığını vurğulayan cənab Prezidentimiz demişdir: “ 2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Azərbaycanda böyük layihələr icra edilmişdir, ölkəmizin beynəlxalq nüfuzu artmışdır. Ölkədə aparılan islahatlar daha da dərinləşmişdir. Bir sözlə, biz ölkəmizin uğurlu inkişafını təmin edə bildik. “.
  Hörmətli yığıncaq iştirakçıları!
      2013-cü ildə ölkəmizin ictimai- siyasi həyatında önəmli hadisə baş vermiş – prezident seçkiləri keçirilmişdir.   Prezident postu uğrunda 10 namizəd mübarizə aparmışdır. Min məntəqədə quraşdırılmış veb-kameralar səsvermənin gedişini onlayn izləməyə imkan vermişdir.
    Azərbaycan Respublikası Prezidentinin seçkiləri Şəkidə də demokratik və seçicilərin fəallığı şəraitində uğurla keçirilmişdir. Seçkilərin gedişini müxtəlif siyasi partiyaları  təmsil edən yerli, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu, MDB Parlamentlərarası Assambleyası və ABŞ səfirliyini təmsil edən xarici müşahidəçilər izləmişlər.   113 saylı Şəki şəhər seçki dairəsi üzrə  seçicilərin 82,73 faizi, 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə  seçicilərin 85,9  faizi, 115 saylı Şəki kənd ikinci seçki dairəsi üzrə  seçicilərin 82,5  faizi cənab Prezidentimiz İlham Əliyevə səs vermişdir.    Oktyabrın 19- da  Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycanda keçirilmiş prezident seçkilərində səsvermənin nəticələri haqqında Mərkəzi Seçki Komissiyasının  protokolunun təsdiq olunması məsələsinə baxılmış və  plenum MSK-nın protokolunu təsdiq etmişdir. İlham Heydər oğlu Əliyev səslərin 84,54 faizini toplayaraq çox böyük səs fərqi ilə növbəti beş ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2014-cü il yanvarın 9-da  Nazirlər Kabinetinin iclasında çıxış edən cənab Prezidentimiz demişdir : “ 2013-cü ildə Azərbaycanda ölkəmizin ictimai- siyasi həyatında önəmli hadisə baş vermişdir – prezident seçkiləri keçirilmişdir. Azərbaycan xalqı bir daha öz səsini bizim siyasətimizə , real siyasətə vermişdir, boşboğazlığa , boş vədlərə yox, real siyasətə , real işlərə öz səsini vermişdir “.
    Mən bütün şəkililərin adından cənab Prezidentimizi bu böyük qələbəsi münasibətilə bir daha ürəkdən təbrik edir , ona gələcək fəaliyyətində uğurlar arzulayıram.
Hörmətli yığıncaq iştirakçıları!
              Qeyd etmək istəyirəm ki, 2013- cü ilin avqust  ayı  şəhərimiz üçün olduqca əlamətdar hadisələrlə zəngin olmuşdur. Avqust ayının 14-də cənab Prezidentimiz İlham Əliyev Şəkiyə səfər etmişdir. Dövlətimizin başçısı Şəkidə umummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş ,  Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun açılışında iştirak etmiş, əsaslı təmirdən sonra istifadəyə verilən XVIII əsrə aid tarix-memarlıq abidəsi - “Şəki xanlarının evi”  və Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur. Dövlətimizin başçısı Şəki şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir ” Şəkinin  Azərbaycan tarixində, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yeri vardır. Şəki Azərbaycanda və deyə bilərəm yəqin ki, bölgədə və dünyada öz gözəlliyi ilə seçilən bir şəhərdir. Həm daxili turizm artır, həm xaricdən gələn qonaqların sayı.   Şəkinin tarixi o qədər zəngindir ki, bu tarixə nəyisə əlavə etməyə ehtiyac yoxdur. Yəni, bu tarix qorunmalıdır. Amma görürəm, şəhərin tarixi mərkəzində, bax, bu bərpa işləri çox böyük zövqlə və həssaslıqla aparılır ki, Şəkinin nadir şəhərsalma ansamblını qoruyaq. Biz də bunu bərabər edəcəyik.”
         2013-cü il avqustun 20- də cənab Prezidentimiz Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə 2 Sərəncam imzalamışdır. Qeyd etmək istəyirəm ki, cənab Prezidentimiz  2011- 2013 cü illərdə  Şəkiyə  4 dəfə səfər etmiş , bu səfərlər zamanı 13 obyektin açılışında və  təməlqoyma mərasimlərində iştirak etmişdir.  Qısa müddətdə Şəkinin sosial – iqtisadi inkişafı ilə bağlı 6 Sərəncam imzalanmışdır.
Hörmətli yığıncaq iştirakçıları!
Bu bir daha onu göstərir ki, cənab Prezidentimiz bütün tarixi şəhərlərə, o cümlədən, şəhərimizə böyük qayğı və diqqət göstərir. Mən bir daha bütün şəkililər adından hörmətli Prezidentimizə Şəkiyə və şəkililərə göstərdiyi diqqət və qayğıya görə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.
           2013-cü ildə rayonumuzun sosial-iqtisadi inkişafının yekunları ilə tanış olmaq üçün konkret faktlara nəzər salaq.
2013-cü ildə istehsalın əsas sahələrində ilkin hesablamalara görə faktiki qiymətlərlə 335 milyon 8 min manatlıq məhsul buraxılmışdır . Adambaşına faktiki qiymətlərlə 1867 manatlıq məhsul istehsal olunmuşdur. 2013-cü ildə pərakəndə əmtəə dövriyyəsi 246 milyon 459  min manat olmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövrünə nisbətən 2 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 61 milyon 477 min manat olmuşdur ki, bu da 2012 – ci illə müqayisədə  7,5 faiz çoxdur.                                                                     Rayonda 2013-cü  ildə 1656  yeni iş yeri açılmışdır ki, bunun da 26,1 faizi yeni yaradılmış müəssisə və təşkilatların , 8,5 faizi mövcud müəssisə və təşkilatların, 65, 4 faizi isə fiziki şəxslərin payına düşür. Umumiyyətlə  01 oktyabr 2013- cü il tarixdən 01 yanvar 2014-cü il tarixədək rayonda 11770 yeni iş yeri açılmışdır ki, bunun da 95,8 faizi daimi iş yerləridir. Daimi iş yerlərindən 18,5 faizi yeni yaradılmış müəssisə və təşkilatların , 26,9 faizi mövcud müəssisə və təşkilatların, 54,6 faizi fiziki şəxslərin payına düşür. Rayon üzrə orta aylıq əmək haqqı 238 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 2,1 faiz çoxdur. Hazırda rayonda 23 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 15-i kiçik müəssisədir. 2013-cü il ərzində rayonun sənaye sahəsində 23844 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da 2012- ci illə müqayisədə 923 min manat çoxdur.
2013-cü ildə rayonumuzda iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına yönəldilmiş investisiyanın həcmi 93 milyon 432 min manat olmuşdur. Müqayisə üçün bildirim ki, bu rəqəm 2009- cu ildə cəmi 26 milyon 863 min manat idi. İstifadə edilmiş investisiyanın 55 milyon 714 min manatı və yaxud 59,6 faizi dövlət mülkiyyətinin , 37 milyon 718 min manatı və ya 40,4 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Əsas kapitala yönəldilmiş investisiyanın 63 milyon 444 min manatı və ya 67,9 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir .
Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili siyasətinin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Ölkəmizin başçısı Nazirlər Kabinetinin 2013-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda xüsusi olaraq vurğulamışdır ki, bu gün ölkəmizdə sahibkarlara böyük diqqət vardır. Onlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir.    Sahibkarlığın inkişaf etdirilməsi istiqamətində Şəkidə bir sıra konkret tədbirlər həyata keçirilmişdir. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən  Şəki rayonunun Aşağı Laysqı kəndində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” çərçivəsində  tədbir keçirmişdir.
Şəkidə və ətraf rayonlarda fəaliyyət göstərən 80-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə rayonların iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış, iştirakçılara Şəki rayonunda prioritet hesab olunan müasir çörək zavodunun, quşçuluq və kiçik cins heyvandarlıq təsərrüfatlarının nümunəvi investisiya layihələri və metodiki materialla təqdim olunmuşdur.
Hazırda Şəki rayonu üzrə 2000 sahibkarlıq subyekti fəaliyyət göstərir. 2013-cü ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəki rayonu üzrə 51 sahibkara 11 milyon 480 min manat güzəştli kredit verilmişdir.
           Hörmətli yığıncaq iştirakçıları!
2013-cü ildə rayonumuzda 2645 ailəyə Ünvanlı Dövlət Sosial Yardımı təyin olunmuşdur. Hal-hazırda 2477 ailəyə 303 min 388 manat məbləğində Ünvanlı Dövlət Sosial Yardımı təyin edilərək ödənilir. Ünvanlı Dövlət Sosial Yardımı təyin olunan ailələr arasında 583 ailə ilk dəfədir ki, bu yardımı alır. Şəki rayonu üzrə hər bir ailə üzvünə təyin edilən Ünvanlı Dövlət Sosial Yardımın orta aylıq məbləği  27 manat 53 qəpik , hər ailəyə düşən orta aylıq məbləği isə 122 manat 48 qəpik  təşkil etmişdir.
Dövlət Sosial Müdafiə Fondunun Şəki Şəhər Şöbəsi 2013-cü ildə 25802 nəfər əmək pensiyaçısına xidmət göstərmişdir. Həmin pensiyaçılardan 16731 nəfəri yaşa, 7299 nəfəri əlilliyə, 1585 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Əgər 2003-cü ildə pensiyaların orta aylıq məbləği 27 manat 19 qəpik idisə, 2013-cü il yanvarın 1-i tarixinə bu rəqəm 156 manat 44 qəpik olmuşdur. Bu ötən dövr ərzində pensiyaların orta aylıq məbləğində 5,8 dəfə artım deməkdir.
          Şəki Rayon Məşğulluq Mərkəzinə 2013-cü ildə 432 nəfər işaxtaran müraciət etmişdir. Müddət ərzində 235 nəfər işə düzəlmişdir. İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən 12 kvota yerinə 11 nəfər işə götürülmüşdür. 23 may 2013-cü il tarixdə keçirilən “Əmək Yarmarkası” na 23 müəssisə və təşkilatdan 251 boş iş yeri çıxarılmışdır. Yarmarkada 57 nəfərə göndəriş verilmiş, onlardan 48 nəfəri  işlə təmin olunmuşdur
verilir ”.
      Ötən illərdə olduğu kimi, 2013-cü ildə  də  məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmişdir.
      Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə     2013-cü ildə  80 min 606 hektar sahənin taxılı biçilmiş, 219 min 652 ton məhsul istehsal olunmuşdur. Hər hektardan orta hesabla 27,2 sentner məhsul götürülmüşdür. Tədarük edilmiş taxılın 162 min 16 tonu buğda, 57 min 636 tonu isə arpadır.
   2013- cü ilin payızında 2014- cü ilin məhsulu üçün 69152 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilmişdir ki, onun da 38841 hektarını buğda , 30311 hektarını isə arpa təşkil edir. Rayonda 6400 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilmişdir .      Əkin sahələrinin və yaşayış məntəqələrinin sel sularından mühafizə edilməsi məqsədilə rayon ərazisində mövcud olan sel təhlükəli dağ çaylarının hövzələrində 917 min kub metr həcmində təmizləmə işləri aparılmış, 850 kub metr daş – beton bəndi , 220 kub metr qabion bəndi   qurulmuşdur.
       Nazirlər Kabinetinin 2013-cü ilin  yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən cənab Prezidentimiz iri fermer təsərrüfatlarının yaradılmasının vacib olduğunu bir daha  diqqətə çatdırmış,  bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara verilən kreditlərin  2014- cü ildə daha da artırılacağını bildirmişdir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda cənab Prezidentimiz kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə fermerlərə verilən subsidiyaların çatdırılmasında tam şəffaflığın təmin edilməsi üçün ciddi tapşırıqlar vermişdir. Konfransda çıxış edən cənab  Prezidentimiz qeyd etmişdir : “ Subsidiyaların verilməsində tam şəffaflıq təmin edilməlidir. Bu mənim son xəbərdarlığımdır. Subsidiyanın verilməsində tam şəkildə nəzarət – uçot sistemı yaradılmalıdır. Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları ümumi məqsədə xidmət etməlidir” .
   2013-cü ildə ayrılmış yerli büdcə vəsaiti hesabına  şəhərin 14 küçəsinə asfalt  beton örtük çəkilmiş, 2 ictimai yaşayış binasının dam örtükləri yenilənmiş , 10 küçədə müasir işıqlandırma dirəkləri quraşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin “ Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında “ 2012-ci il 4 sentyabr tarixli Sərəncamına uyğun olaraq   Aşağı Küngüt – Aydınbulaq avtomobil yolunun tikintisi başa çatmış, cənab Prezidentimiz İlham Əliyev avqustun 14-də bu avtomobil yolunun açılışında iştirak etmişdir. Ümumi uzunluğu 30 kilometr, hərəkət hissəsinin eni 6 metr olan avtomobil yolunun yenidən qurulmasına 2012-ci ilin dekabrında başlanmışdır. Prezident İlham Əliyevin ölkəmizin avtomobil yollarının yenidən qurulması ilə bağlı verdiyi tapşırıqlar əsasında inşa olunan bu yolun mühüm əhəmiyyəti vardır. Çünki bu yol həm də bır sıra rayonlararası magistral avtomobil yollarına birləşir. Səkkiz min əhalinin yaşadığı 8 məntəqəni əhatə edən yol yük və sərnişin avtomobillərinin rahat hərəkətini təmin edəcəkdir. Dünya standartları səviyyəsində tikilən yolun üzərində eni 8 metr, uzunluğu 10 metr olan körpü də inşa edilmişdir.
Cənab Prezidentimiz İlham Əliyevin 20 avqust 2013-cü il tarixli Sərəncamına əsasən 18 min nəfər əhalinin yaşadığı Aşağı Göynük – Baş Göynük – Baş Şabalıd avtomobil yolunun tikintisi işlərinə başlanmışdır.
       2013- cü ildə şəhərin yeni Baş Planına uyğun olaraq 9 ha ərazidə Heydər Əliyev adına parkın , Heydər Əliyev Mərkəzinin və Bayraq Meydanının , Şəki şəhər icra hakimiyyəti üçün yeni inzibati binanın tikintisinə başlanmışdır.
               113 saylı Şəki şəhər və 115 saylı Şəki kənd ikinci seçki dairələri dairə seçki komissiyalarının yeni inzibati binaları tikilib istifadəyə verilmişdir.  Hər birinin umumi sahəsi 190 kvadratmetr olan binalarda komissiya üzvlərinin normal fəaliyyət göstərmələri üçün lazımi şərait yaradılmış, otaqlar müasir texniki avadanlıq və inventarla təchiz olunmuşdur.
            2013- cü ildə Şəkidə 7 məktəbin tikintisi və yaxud əsaslı təmiri başa çatdırılmış, 5 məktəbin tikintisinə başlanmışdır.  Şəki şəhərindəki 28 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra   istifadəyə verilmişdir. Qeyd etmək istəyirəm ki, son bir ildə Şəki şəhərində və kəndlərdə dövlət vəsaiti hesabına 4 uşaq bağçası əsaslı təmir olunmuşdur. 2013-cü ildə bir bağça üçün yeni binanın tikintisinə, 3 bağçada isə əsaslı təmir işlərinə başlanmışdır.
         Mövcud olan kanalların , arxların və digər suötürücü qurğuların təmizlənməsi , əsaslı təmiri və yenilərinin tikintisi məqsədi ilə xeyli işlər görülmüş , 2013- cü ildə 4,5 km uzunluğunda yeni arxlar salınmış, 1536 kv metr ərazidə yaşıllaşdırma işləri aparılmışdır.
         Cari ildə şəhərin yeni yaşayış massivində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası tikilib istifadəyə verilmiş,  qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülən sakinlər üçün 24 mənzilli yaşayış evinin tikintisi başa çatdırılmışdır. 
2013-cü ildə  kommunal xidmət sahələrinin fəaliyyətinin günün tələbləri səviyyəsinə çatdırılması üçün müəyyən işlər görülmüş, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təchizatı səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanmışdır. Müddət ərzində şəhər və kəndlərdə istismar müddətini başa vurmuş elektrik verilişi xətlərinin çəkilməsi, transformatorların təzələnməsi və təmiri ilə bağlı xeyli iş görülmüşdür.   Bununla yanaşı Şəki Elektrik Şəbəkəsi əhalini elektrik enerjisi ilə təmin edən və istismar müddətini başa vurmuş əsas xətlər və dayaqların dəyişdirilməsini , transformator yarımstansiyalarına vaxtlı –vaxtında texniki baxışın keçirilməsini daim nəzarətdə saxlamalı ,  bu sahədə yarana biləcək  problemləri vaxtında aradan qaldırmalıdır.
2013-cü ildə  991 yeni mənzil təbii qazla təmin edilmiş , abonent sayı 20385-ə çatdırılmışdır. Ümuilikdə müddət ərzində Turan qəsəbəsi , Bideyiz və Baş Zəyzid kəndləri təbii qazla təchiz olunmuş , Cəyirli , Qayabaşı, Sarıca , Qozlubulaq , Çayqaraqoyunlu , Bolludərə , Qaratorpaq , və Şəkikənd kəndlərinin qazlaşdırılması istiqamətində işlər davam etdirilmişdir.  2014-cü ildə ən mühüm vəzifə maksimum daha çox yaşayış məntəqələrinin qazlaşdırılmasına nail olmaqdır.
Hesabat dövründə təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmışdır. 2013-cü ildə Şəkinin umumtəhsil məktəblərini bitirmiş 1917 məzundan 1166 nəfəri ali məktəbə daxil olmaq üçün sənəd vermiş, onlardan 680 nəfəri tələbə adını qazanmışdır. Ail məktəbə daxil olanların 145 nəfəri 500-dən , 55 nəfəri isə 600 baldan yuxarı toplamışdır. Məzunlardan 11 nəfəri “Qızıl medal”a layiq görülmüşdür. Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçirilən “Şəki şəhərində peşə təlimi məktəbinin binasının təmiri” layihəsinin başa çatmışdır. Bu münasibətilə keçirilən   tədbirdə Yaponiyanın ölkəmizdəki səfiri Suşuke Vatanabe, Təhsil naziri Mikayıl Cabbarov, şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
        1966-cı ildə yaradılmış və 1998-1999-cu tədris ilindən hazırkı binada fəaliyyət göstərən peşə məktəbində bu günədək əsaslı təmir işləri aparılmamışdır.  Müasir avadanlıqla təchiz edilən peşə məktəbində 2013 -2014 -cü tədris ilindən başlayaraq bir sıra ixtisaslar üzrə kadr hazırlığına başlanmışdır . Şəki rayonunun turizm potensialı nəzərə alınaraq bu təhsil müəssisəsində turizm və xidmət sahələri üzrə yeni ixtisasların tədris edilməsi üçün müvafiq şərait yaradılmışdır.
               Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən  tibb müəssisələri  tərəfindən 2013-cü ildə  əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, sahəsində müəyyən işlər görülmüşdür.      Dünya Bankı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə həyata keçirdikləri “Səhiyyə sektorunda struktur islahatları” layihəsi çərçivəsində rayonun Aşağı Göynük kəndində sahə xəstəxanası, Baş Göynük kəndində isə həkim məntəqəsi inşa edilmişdir.
    Yeni səhiyyə obyektləri ümumilikdə bu ərazidə yaşayan 40 minə yaxın sakinə xidmət göstərəcəkdir. Şəki Mərkəzi Rayon Xəstəxanasının nəzdindəki doğum evinin bazasında yaradılmış Regional Perinatal Mərkəzin açılış mərasimi olmuşdur .
Mərkəz Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti tərəfindən qəbul olunmuş “Ana və uşaqların sağlamlıqlarının qorunmasına dair tədbirlər Proqramı”na uyğun olaraq təşkil olunmuşdur. 1985-ci ildən fəaliyyət göstərən bu binada Səhiyyə Nazirliyinin sifarişi, Dünya Bankının maliyyə dəstəyi ilə 2011-ci ildə əsaslı təmir işlərinə başlanmışdır.. Mərkəz 9 rayonun əhalisinə xidmət göstərəcəkdir.
              Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmişdir. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülmüş, müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilmişdir. 2013-cü il avqust ayının 14-də Şəkiyə səfəri çərçivəsində dövlətimizin başçısı  Şəki şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir:” Şəki Azərbaycanda və deyə bilərəm ki,  bölgədə və dünyada öz gözəlliyi ilə seçilən bir şəhərdir. Burada əlbəttə  təbiət və memarlıq, qədim və tarixi binalar, Şəkinin şəhərsalma qaydaları gözəl bir mənzərə, bir vəhdət yaradır. Təsadüfi deyil ki, Şəkinin mədəniyyəti ilə maraqlananların sayı getdikcə artır. Həm daxili turizm artır, həm xaricdən gələn qonaqların sayı . Azərbaycanın demək olar ki, bütün yerlərində Şəkiyə çox böyük hörmət və maraq vardır. İstərdim ki, Azərbaycanın bütün vətəndaşları vaxt tapıb Şəkiyə səfər etsinlər. İndi şərait yaxşılaşır, yollar da çəkilir və nəqliyyat vasitələri müasirləşdirilir. Ona görə də gələcəkdə daxili və xarici turizm inkişaf edəcəkdir. Biz gərək Şəkidə gələcəkdə beynəlxalq tədbirlərin sayını da artıraq “ .
              2013-cü ildə şəhərimizin qonağı olan Rumıniyanın keçmiş Prezidenti Emil Konstantinesku , Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazi , Çin Xalq Respublikasının , Fransanın , İsrailin , Türkiyənin , Koreyanın , Rumıniyanın ,Rusiyanın , İordaniyanın , Tacikstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri,  Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun , İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları və başqaları da Şəkinin geniş turizm potensialına malik olduğunu bildirmiş və bu şəhərdən xoş təəssüratla ayrılmışlar.
Hər il oduğu kimi 2013-cü ilin dekabr ayında Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində “Prezident Kuboku” uğrunda “Çövkən” milli oyunları keçirilmişdir.
Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın turizm potensialının daha geniş təbliğ edilməsi məqsədilə bir sıra infoturlar təşkil olunmuş, Şəkinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addımlar atılmışdır.
         Hörmətli yığıncaq iştirakçıları!
2013-cü  ildə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Şəhərimizin mədəniyyət və istirahət parklarında şəhər əhalisinin səmərəli istirahətinin təşkili üçün bir sıra tədbirlərin görülməsi işi davam etdirilmişdir. Müddət ərzində bir sıra mədəni-kütləvi tədbirlər keçirilmiş, tarixi günlər, bayram tədbirləri yüksək səviyyədə qeyd olunmuşdur.
Bildiyiniz kimi iyun ayının 28-dən iyulun 4-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi , Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  şəhərimizdə “ İpək Yolu “ IV Beynəlxalq  Musiqi  Festivalı keçirilmişdir.     
Festivalda Azərbaycan Bəstəkarlar İttifaqının , ölkəmizdə akkreditə olunmuş bir sıra dövlətlərin – o cümlədən, Fransa, İordaniya,  Qazaxıstan, Belarus ,  Latviya,  Rusiya, Hindistan ,Ukrayna, Polşa, Tacikstan, Çin və Türkiyənin  fövqəladə və səlahiyyətli səfirləri və səfirliklərin əməkdaşları, TÜRKSOY -un , Türkiyə Respublikasının Giresun və Konya   şəhər bələdiyyəsinin nümayəndələri,  respublikanın və xarici ölkələrin tanınmış musiqi ansambllarının və rəqs qruplarının kollektivləri, ziyalılar, musiqişünaslar, aparıcı kütləvi informasiya vasitələrinin və ictimaiyyətin  nümayəndələri – ümumilikdə 1000 nəfərdən çox  qonaq iştirak etmişdir.
           Bu böyük bayram tədbiri MDB ölkələri rəqs ansambllarının geniş konsert proqramı ilə başlamışdır. İyunun -29-da “ Aşağı Karvansaray” kompleksində festivalın rəsmi açılış mərasimi keçirilmiş , Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin iştirakı ilə” Yeddi gözəl “ baleti nümayiş olunmuşdur . Festivalda Azərbaycanla yanaşı 12 ölkənin tanınmış musiqi kollektivləri  çıxış  etmişdir. Bir həftə davam edən musiqi bayramı nəinki şəhərimizin , bütövlükdə ölkəmizin mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir. Festival günlərində  Şəki bələdiyyəsi ilə Türkiyənin Giresun bələdiyyəsi arasında qardaş şəhər və əməkdaşlıq haqqında protokol yenilənmişdir.
           Şübhəsiz ki,  “ İpək yolu” Beynəlxalq Musiqi Festivalı  xalqımızın zəngin mədəniyyətinin , şəhərimizin turizm potensialının  təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Qeyd etmək istəyirəm ki, bu il biz  beşinci dəfə bu festivalı keçirəcəyik. Bu festival artıq Şəki V “ İpək Yolu “ Beynəlxalq Musiqi Festivalı adlanır.   Festival çərçivəsində Şəkidə həm də “ İpək Bayramı “ nın keçirilməsi nəzərdə tutulmuşdur. 2014-cü ilin sentyabr ayında şəhərimizdə “ Gülüş bayramı “ nın da keçirilməsi nəzərdə tutulmuşdur. Oktyabrın 11-də Şəkidə Şəhər Gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirilmişdir. Bayram tədbirində Milli Məclisin deputatları, respublikamızın tanınmış elm və incəsənət xadimləri, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri, habelə musiqi və rəqs kollektivləri iştirak etmişlər.
Artıq ikinci ildir ki, qeyd olunan bu tədbir Şəkinin tarixini, mədəniyyətini, folklorunu,  mətbəxini daha geniş təbliğ  etdirmək məqsədi daşıyır.
Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və respublika Dövlət mükafatları laureatı, Xalq Artisti Rasim Ocaqovun anadan olmasının 80 illik yubileyi , noyabrın- 23-də  onun vətəni Şəkidə böyük hörmət və məhəbbətlə qeyd olunmuşdur.
         Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  Şəki şəhərində “Ortaq türk tarixinin araşdırılması problemləri” mövzusunda I Beynəlxalq Elmi Konfrans keçirilmişdir. Konfransın işində Azərbaycan ilə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Dağıstan Respublikasından (Rusiya) gəlmiş tarixçi alimlər iştirak etmişlər.
    “Azərbaycan” qəzeti və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə  Şəki şəhərində “Milli Qurtuluş-20: regionların sosial-iqtisadi yüksəlişi” mövzusunda “dəyirmi masa” və Azərbaycan-NATO tərəfdaşlığına dair ictimai məlumatlandırma tədbiri  keçirilmişdir.
        Hazırda Şəkidə 43 qeyri-hökumət təşkilatı vardır ki, onların fəaliyyəti əsasən maarifçilik, sosial sahədə bir sıra layihələrin həyata keçirilməsi ilə bağlıdır. Müddət ərzində rayonumuzda  ictimai-siyasi təşkilatlar və dini qurumlarla, milli azlıqlar, etnik qruplar, aztəminatlı ailələr, qaçqın və məcburi köçkünlərlə, kütləvi informasiya vasitələri ilə səmərəli iş aparılmışdır.
Şəkinin 33 kənd və qəsəbə icra nümayəndəliyində Şəki şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq 2012-ci ilin yekunlarına dair hesabat yığıncaqları keçirilmişdir. Yığıncaqlarda icra nümayəndələrinin illik hesabatları dinlənilmiş, görülən işlər və mövcud problemlər müzakirə edilmişdir.
Hesabat yığıncaqlarında əhali tərəfindən qaldırılan qəsəbə və kəndlərin təbii qazla təmin olunması, içməli suya ehtiyacın olması, qəsəbə və kəndarası yolların, körpülərin təmiri, məktəb tikintisi, təmiri, səhiyyə və mədəniyyət müəssisələrində təmir işlərinin aparılması, bənd tikintisi, bəzi yerlərdə elektrik dirəklərinin, naqillərin və transformator yarımstansiyalarının dəyişdirilməsi və s. barədə əhali tərəfindən qaldırılan məsələlər Şəki Şəhər İcra Hakimiyyətinin tədbirlər planına daxil edilmiş, məsul şəxslər müəyyənləşdirilərək icrası nəzarətə götürülmüşdür. İcra nümayəndələri tərəfindən hesabat yığıncaqlarında qaldırılan bir sıra dövlət əhəmiyyətli məsələlərin həlli məqsədilə aidiyyəti idarə və təşkilatlara müraciətlər olunmuşdur.
2013-cü ildə   Şəkidə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində bir çox işlər görülmüşdür. Müddət ərzində 152 cinayət hadisəsi qeydə alınmış,onlardan 114-nün açılması təmin olunaraq açılma faizi 84,4 faiz olmuşdur. Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkomaniya ilə bağlı 12 fakt aşkar edilmişdir. 
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 2013-cü ildə gənclərin həqiqi hərbi xidmətə çağırışı Şəkidə müvəffəqiyyətlə həyata keçirilmişdir. İl  ərzində 1103 nəfər həqiqi hərbi xidmətə göndərilmişdir.
“Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutaraq, qəsəbə və kəndlərdə vətəndaşların müəyyən olunmuş qrafikə uyğun olaraq ümumi qəbulu təşkil olunmuş, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılmasına, haqlı tələblərinin həll edilməsinə diqqət artırılmışdır. Belə ki ,2013-cü ildə Şəki şəhər icra hakimiyyəti başçısının sərancamı ilə  maddi yardım üçün müraciət edən vətəndaşların sosial vəziyyətinin ,yaşadıqları evlərinə təbii fəlakət nəticəsində və ya digər səbəblərdən dəymiş  zərərlərin ,ayrı-ayrı təkliflərin araşdırılması ilə bağlı komissiya yaradılmışdır . Müddət ərzində komissiya tərəfindən 184  nəfər vətəndaşa müxtəlif məqsədlər üçün 73 min manat məbləğində maddi yardım göstərilmişdir.2013-cü ildə 652 nəfər vətəndaş Şəki Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmişdir. Müddət ərzində şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiqlənmiş qrafikə əsasən 43 səyyar qəbul keçirilmiş, qəbullarda 5800 nəfər iştirak etmişdir. Keçirilmiş qəbullarda 345 nəfər vətəndaş dinlənilmiş, 396 müraciət səslənmişdir.  Səyyar qəbullar zamanı edilmiş müraciətlər əsasən yolların təmiri, kəndlərə təbii qazın verilməsi, köhnəlmiş elektrik dirəklərinin və xətlərin dəyişdirilməsi, sosial obyektlərin təmiri və yenilərinin açılması, su probleminin həlli, torpaq və digər məsələlərlə bağlı olmuşdur. Müddət ərzində Şəki Şəhər İcra Hakimiyyətinə 3935 müraciət daxil olmuşdur. Müraciətlərin 2529-u vətəndaşlar tərəfindən, 1906-sı isə respublikanın yuxarı orqanlarından daxil olan müraciətlərdir. Daxil olan müraciətlərin 1016-sı müsbət həll olunmuş, 139-u qismən həll olunmuş,  1943-ü ilə bağlı müvafiq izahat verilmiş, 85-i əsassız sayılmış, 245-ı baxılmaq üçün tabeli qurumlara, 432-ədədi isə aidiyyəti orqanlara göndərilmiş , qalanları isə icrada olmuşdur .
Hörmətli yığıncaq iştirakçıları!
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” başa çatmışdır.         Nazirlər Kabinetinin 2013-cü ilin  yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən cənab Prezidentimiz demişdir: “ Bu il biz üçüncü Regional İnkişaf Proqramını qəbul edəcəyik.  Keçən il ikinci poqram icra edilmişdir. Artıq onun icrası başa çatmışdır.  Bu iki Proqramın icrası, onların qəbul edilməsi , deyə bilərəm ki,   bölgələrdə ciddi dönüşün yaranmasına səbəb olmuşdur. Biz bunu həm statistik göstəricilərdə , həm də həyatda aydın görürük . Bölgələr canlandı , abadlaşdı , müasir infrastruktur yaradıldı “ .
Şübhəsiz ki, qazanılan bütün uğurlar hörmətli Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlıdır. Nazirlər Kabinetinin 2013-cü ilin  yekunlarına həsr olunan geniş yığıncağında hörmətli Prezidentimiz demişdir: “  Əminəm ki , 2014- cü il də ölkəmiz , xalqımız üçün uğurlu olacaqdır”.
Hesab edirəm ki, rayonumuzda son illər ərzində bütün sahələrdə əldə edilən uğurlar bu il də davam etdiriləcək, yeni nailiyyətlərin qazanılması üçün qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetiriləcəkdir.
Hamınıza bu işdə uğurlar diləyirəm.
Diqqətinizə görə sağ olun.

 

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun 2012-ci ildə Şəkinin

sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair

M Ə R U Z Ə S İ


Hörmətli yığıncaq iştirakçıları!
Xanımlar və cənablar!
Tarixə dönən, xalqımızın yaddaşında uğurlarla qalan 2012-ci  ildə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında mühüm dəyişikliklər baş vermişdir. 2013-cü il yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ölkəmizin 2012-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda ölkəmizin sənaye potensialının gücləndirilməsi, sosial proqram və layihələrin icrası geniş müzakirə olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Dövlət başçısı 2012-ci ildə iqtisadiyyatın uğurla inkişaf etdiyini,   qeyri-neft sektorunun 9,7 faiz, əhalinin pul gəlirlərinin 13,8 faiz artdığını, inflyasiyanın 1,1 faiz təşkil etdiyini bildirmişdir. Bütün sosial proqram və layihələrin həyata keçirilməsində heç bir problemin olmadığını vurğulayan cənab Prezidentimiz demişdir: “ Əvvəlki illərdə əldə edilmiş uğurlar 2013-cü ildə cox vacib rol oynayacaqdır. Çünki əvvəlki illərdə qəbul edilmiş proqramlar və icra edilmiş layihələr bu ilin uğurlu inkişafını da təmin etməlidir”.
Hörmətli yığıncaq iştirakçıları!
Əziz qonaqlar!
Qeyd etmək istəyirəm ki, 2012-ci ilin sentyabr  ayı  şəhərimiz üçün olduqca əlamətdar hadisələrlə zəngin olmuşdur. Sentyabr ayının 9-da cənab Prezidentimiz İlham Əliyev Şəkiyə səfər etmişdir. Dövlətimizin başçısı Şəkidə umummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş , Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir.Orijinal memarlıq üslubunda inşa olunacaq və ümumi sahəsi 5 min 629 kvadratmetr olan Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətindən bəhs edən muzeyin , 230 nəfərlik akt zalının , kitabxananın , sərgi zalının, toplantı və tədris otaqlarının, linqafon kabinetinin, həmçinin digər təyinatlı bölmələrin yaradılması nəzərdə tutulmuşdur.  Mərkəz Heydər Əliyev irsinn təbliğində mühüm rol oynamaqla yanaşı, gənc nəslin dünyagörüşünün, bilik və bacarığının artırılmasına hərtərəfli şərait yaradacaqdır. Ərazidə həmçinin Heydər Əliyev Parkı , Bayraq Meydanı və Şəki Şəhər İcra Hakimiyyəti üçün yeni binanın da inşası nəzərdə tutulmuşdur. Cənab Prezidentimiz Şəkiyə səfəri çərçivəsində  423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin, Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti hesabına inşa olunmuş taxıl anbarı və dəyirman kompleksinin, dördulduzlu “ Shaki Palace” otelinin  açılışında iştirak etmiş, M. F. Axundzadənin adını daşıyan mədəniyyət və istirahət parkında aparılmış yenidənqurma işləri ilə tanış olmuşdur. Şəkiyə səfəri çərçivəsində dövlətimizin başçısı məcburi köçkünlərlə və Şəki şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir:” Şəki şəhərinin və rayonunun inkişafı ilə bağlı çox böyük işlər görülür. Mən dəfələrlə Şəkidə olmuşam, keçən il, bu il, ondan əvvəlki dövrdə . Böyük quruculuq, abadlıq işləri görülür. Bu gün Heydər Əliyev Mərkəzinin təməl daşını qoyduq. Şəkidə mədəniyyət, səhiyyə, təhsil sahəsində böyük işlər görülür, infrastruktur layihələr icra edilir. Şəki böyük mədəniyyət mərkəzidir, zəngin tarixə, mədəniyyətə malik olan bir diyardır. Rayonun və şəhərin kommunal infrastrukturunun yeniləşdirilməsi məsələləri də öz həllini tapır. Bir sözlə, Şəki çox dinamik inkişaf edir. Mən keçən dəfə Şəkidə ötən ilin payızında olmuşam. Heç bir il keçməyib, amma gördüyüm  dəyişikliklər məni çox sevindirir.”      
Hörmətli yığıncaq iştirakçıları!
Bu bir daha onu göstərir ki, cənab Prezidentimiz bütün tarixi şəhərlərə, o cümlədən, şəhərimizə böyük qayğı və diqqət göstərir. Mən bir daha bütün şəkililər adından hörmətli Prezidentimizə Şəkiyə və şəkililərə göstərdiyi diqqət və qayğıya görə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.
Sentyabr ayının 12-də cənab Prezidentimiz İlham Əliyev  xanımı Mehriban Əliyeva və ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə  Şəkinin qonağı olması bizim üçün olduqca fərəhli  və sevindirici bir hadisə  idi. Cənab Prezidentimiz İlham Əliyev və  Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Şəkidə türk əsgərinin abidə kompleksini ziyarət etmiş, Şərq memarlığının nadir incisi hesab olunan Şəki Xan Sarayı , Kiş kəndindəki Alban məbədi , Yuxarı və Aşağı Karvansara  mehmanxana kompleksləri ilə tanış olmuş, Şəki Cümə məscidinə baş çəkmişlər.Hesab edirəm ki, Cənab Prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyeva ,  Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın 2012-ci ildə Şəkiyə   səfəri şəhərimizin ictimai- siyasi həyatında cox mühüm tarixi hadisədir.
           Hörmətli yığıncaq iştirakçıları!
2012-ci ildə rayonumuzun sosial-iqtisadi inkişafının yekunları ilə tanış olmaq üçün konkret faktlara nəzər salmaq kifayətdir.
2012-ci ildə istehsalın əsas sahələrində ilkin hesablamalara görə faktiki qiymətlərlə 370 milyon 758 min manatlıq məhsul buraxılmışdır ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çoxdur. Adambaşına faktiki qiymətlərlə 2062 manatlıq məhsul istehsal olunmuşdur ki, bu da 2011- ci ilin müvafiq dövrü ilə müqayisədə 5, 2 faiz çoxdur. 2012-ci ildə pərakəndə əmtəə dövriyyəsi 237 milyon 121 min manat olmuşdur ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 10 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 57 milyon 187 min manat olmuşdur  Rayonda 2012-ci ildə 1246 yeni iş yeri açılmışdır.
2012-ci ildə rayonumuzda iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına yönəldilmiş investisiyanın həcmi 111 milyon 480 min manat olmuşdur.  Bu  əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz çoxdur. İstifadə edilmiş investisiyanın 93 milyon 223 min manatı və yaxud 83,6 faizi dövlət mülkiyyətinin , 18 milyon 256 min manatı və ya 16,4 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Əsas kapitala yönəldilmiş investisiyanın 90 milyon 323 min manatı və ya 81 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir . Əsas kapitala yönəldilmiş investisiyanın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dövlət mülkiyyəti üzrə 5,9 faiz , qeyri –dövlət mülkiyyəti üzrə 51, 8 faiz artmışdır.
Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili siyasətinin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Ölkəmizin başçısı Nazirlər Kabinetinin 2012-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda xüsusi olaraq vurğulamışdır ki, bu gün ölkəmizdə sahibkarlara böyük diqqət vardır. Onlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir. Cənab Prezidentimiz demişdir: “ Sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətini də mən yüksək qiymətləndirirəm. Bu Fondun xətti ilə bu günə qədər təxminən 1 milyard manata yaxın vəsait aşağı faizlərlə kredit şəklində sahibkarlara verilmişdir və çox şadam ki, bu vəsaitlər qaytarılır. Biz özəl sektorun , sahibkarlığın inkişafına təkcə maliyyə prizmasından yanaşmırıq, eyni zamanda tövsiyələr , məsləhətlər də verilir ”. Sahibkarlığın inkişaf etdirilməsi istiqamətində Şəkidə bir sıra konkret tədbirlər həyata keçirilmişdir. Belə ki, 2012-ci il dekabrın -19-da Şəki şəhər icra hakimiyyəti başçısının sahibkarlarla  görüşü keçirilmişdir. Görüşdə məqsəd yerli sahibkarların fəaliyyəti ilə yaxından tanış olmaq ,  qarşılaşdıqları problemlərin həllində onlara yaxından kömək göstərmək olmuşdur. Müddət ərzində sahibkarlar arasında maarifləndirmə işləri aparılmış, müxtəlif qanunvericilik, hüquqi sənədlər izah olunmuş,  iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə qarşıya çıxan problemlərin həllində onlara yaxından köməklik göstərilmişdir. Hazırda Şəki rayonu üzrə 3924 sahibkarlıq subyekti fəaliyyət göstərir. 2012-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəki rayonu üzrə 27 sahibkara 330 min manat güzəştli kredit verilmişdir.
           Hörmətli yığıncaq iştirakçıları!
Şəkililər ölkə rəhbərinin əhalinin sosial müdafiəsi sahəsində yeritdiyi siyasəti yüksək qiymətləndirir, aztəminatlı əhali qrupuna göstərdiyi böyük diqqət və qayğının təzahürü kimi qəbul edir.
Yanvarın 15-də Nazirlər Kabinetinin geniş yığıncağında çıxış edən cənab Prezidentimiz İlham Əliyev demişdir: “Azərbaycanda orta maaş və orta pensiya artır Əgər biz MDB məkanında müqayisə aparsaq , bu , yüksək səviyyədədir. Orta əmək haqqı 500 dollardan çoxdur. Orta pensiya 200 dollara yaxındır. Əlbəttə ki, bu, bizi qane etmir. Biz çalışmalıyıq ki, daha böyük artıma nail olaq”.
2012-ci ildə rayonumuzda 2814 ailəyə Ünvanlı Dövlət Sosial Yardımı təyin olunmuşdur. Hal-hazırda 2613 ailəyə 285 min 859 manat məbləğində Ünvanlı Dövlət Sosial Yardımı təyin edilərək ödənilir. Ünvanlı Dövlət Sosial Yardımı təyin olunan ailələr arasında 750 ailə ilk dəfədir ki, bu yardımı alır. Şəki rayonu üzrə hər bir ailə üzvünə təyin edilən Ünvanlı Dövlət Sosial Yardımın orta aylıq məbləği  24 manat 92 qəpik , hər ailəyə düşən orta aylıq məbləği isə 109 manat 04 qəpik  təşkil etmişdir.
Dövlət Sosial Müdafiə Fondunun Şəki Şəhər Şöbəsi 2012-ci ildə 25678 nəfər əmək pensiyaçısına xidmət göstərmişdir. Həmin pensiyaçılardan 16987 nəfəri yaşa, 7134 nəfəri əlilliyə, 1557 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Əgər 2003-cü ildə pensiyaların orta aylıq məbləği 27 manat 19 qəpik idisə, 2013-cü il yanvarın 1-i tarixinə bu rəqəm 140 manat 09 qəpik olmuşdur. Bu ötən dövr ərzində pensiyaların orta aylıq məbləğində 5 dəfə artım deməkdir. Kənd yerlərində yaşayan pensiyaçılara plastik kartların verilməsi ilə əlaqədar xeyli işlər görülmüşdür. Artıq bütün pensiyaçılar plastik kartlarla təmin olunmuşlar. Hal-hazırda rayon ərazisində Beynəlxalq Bankın Şəki filialı tərəfindən 14 ədəd bankomat quraşdırılmış və aktiv fəaliyyət göstərir. Onlardan 8-i şəhərin mərkəzində, 6-sı kənd ərazisində yerləşir.
          Şəki Rayon Məşğulluq Mərkəzinə 2012-ci ildə 452 nəfər işaxtaran müraciət etmişdir. Müddət ərzində 214 nəfər işə düzəlmişdir. İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən 18 kvota yerinə 11 nəfər işə götürülmüşdür. 25 may 2012-ci il tarixdə keçirilən “Əmək Yarmarkası” na 26 müəssisə və təşkilatdan 258 boş iş yeri çıxarılmışdır. Yarmarkada 50 nəfərə göndəriş verilmiş və işlə təmin olunmuşdur.
      Ötən illərdə olduğu kimi, 2012-ci ildə  də  məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Respublikamızın ən iri taxılçılıq rayonlarından biri olan Şəkinin fermer təsərrüfatlarında 2012-ci ilin məhsulu üçün 76265 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilmişdir. Yetişən məhsulu tez və itkisiz yığmaq üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir.Belə ki, Şəki Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş yığıncağında taxıl biçininin tez və itkisiz başa çatdırılması müzakirə olunmuş və konkret qərarlar qəbul edilmişdir. Həmçinin Şura üzvləri taxıi biçininin gedişi ilə yerində tanış olmaq üçün Səbətli ərazisində olmuş , fermerlərin problemləri ilə maraqlanmış, biçinin vaxtında və itkisiz başa çatdırılması üçün öz tövsiyələrini vermişdir. Ümumiyyətlə, rayonumuzda yazlıq və payızlıq bitki əkinlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi  daim diqqət mərkəzində saxlanmışdır. Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində rayonda taxıl biçini vaxtında və itkisiz başa çatdırılmış, 256 min ton taxıl istehsal edilmiş, hər hektardan orta məhsuldarlıq 35,2 sentner təşkil etmişdir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən Şəki respublikamızda taxıl istehsalının həcminə və hər hektardan orta məhsuldarlığa görə 2012-ci ildə birinci yer tutmuşdur.
Şəkinin taxılçılıqla məşğul olan fermerləri 2013-cü ildə də daha bol taxıl məhsulu istehsalına nail olmaq üçün 2012-ci ilin payızında taxıl səpini kompaniyasını uğurla başa çatdırmışlar.
Nazirlər Kabinetinin 2012-ci ilin  yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən cənab Prezidentimiz iri fermer təsərrüfatlarının yaradılmasının vacib olduğunu bir daha  vurğulayaraq bu prosesin daha da sürətləndirilməsinin zəruri olduğunu bildirmiş, bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli kreditlərin verildiyini, gələn il bu məbləğin daha da artırılacağını bildirmişdir. Cənab Prezidentimizin 2012-ci il sentyabrın 9-da açılışında iştirak etdiyi taxıl anbarı və dəyirman kompleksi məhz əsas ərzaq məhsullarına olan təlabatın təmin edilməsi istiqamətində rayonumuzda görülən mühüm işlərdən biridir. Regionların 2009-2013-cü illərdə  sosial –iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq , Şəki rayonunun Göybulaq kəndində üç hektar ərazidə taxıl məhsullarının tədarükü , saxlanması və emalı kompleksi inşa edilmişdir.Müasir texnologiya əsasında qurulmuş taxıl anbarı Şəki və ətraf rayonlarda fəaliyyət göstərən fermerlərin istehsal etdiyi taxıl məhsullarının uzun müddətə itkisiz saxlanmasına imkan verəcək.
        Əkin sahələrinin yaşayış məntəqələrini sel sularından mühafizə etmək məqsədilə Küngüt, Daşağıl, Zəyzid, Şin və Kiş çaylarında 1114 min kub metr təmizlənmə işləri görülmüşdür
Rayonumuzun kənd təsərrüfatının əsas sahələrindən biri də heyvandarlıqdır. Bu sahənin də dinamik inkişafının təmin edilməsi, heyvandarlıq məhsulları istehsalının həcminin artırılması daim diqqət mərkəzində saxlanmış, heyvandarlığın inkişafında mal-qaranın cins tərkibinin yaxşılaşdırılması , damazlıq –seleksiya işinin genişləndirilməsi sahəsində də xeyli iş görülmüşdür. İyun ayının 5-də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəkidə heyvandarlıqda damazlıq – seleksiya işlərinə dair respublika seminar müşavirəsi keçirilmişdir. Seminar müşavirədə kənd təsərrüfatı naziri cənab İsmət Abbasov , həmçinin respublikamızın 52 rayonundan 320 nəfər iştirak etmişdir.
Şəki Şəhər Icra Hakimiyyəti başçısı yanında Şuranın  təsdiq edtiyi tədbirlər planına əsasən müddət ərzində müəyyən edilmiş yerlərdə minlərlə ağac və gül kolları əkilmiş, onlara lazımi səviyyədə qulluq göstərilmişdir.  Icra hakimiyyətinin təşəbbüs və təşkilatçılığı  ilə keçirilən ağacəkmə kompaniyasında idarə və müəssisələr ,icra nümayəndəlikləri, bələdiyyələr  yaxından iştirak etmiş, qəsəbə və kəndlərdə, habelə Şəki-Oğuz, Şəki-Yevlax, Şəki-Balakən şosse yollarının kənarlarında, şəhərin müxtəlif ərazilərində 30 mindən çox ağac əkilmiş və mühafizəsi təşkil edilmişdir.
2012-ci ildə    Şəki Şəhər İcra Hakimiyyəti  Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə Şəki şəhərinin Baş Planını  hazırlamışdır. Baş Plana əsasən bir sıra infrakstruktur layihələrin həyata keçirilməsi,həmçinin, şəhərin qərbə doğru genişlənməsi, perspektivdə Oxud, İnçə, Kİş, Qoxmuq kəndlərinin də şəhər ərazisinə daxil olması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası  Şəhərsalma və Arxitektura   Komitəsinin sifarişi ilə hazırlanan Baş Planın ilkin variantı şəhər sakinlərinin iştirakı ilə geniş müzakirə olunmuş və bəzi dəyişikliklər edilməklə qəbul edilmişdir.
        2012-ci ildə şəhərin M. Ə. Rəsulzadə prospektində , Salman Mumtaz və Oğuz şossesi küçələrində , eləcədə yeni tikilmiş 100 çarpayılıq xəstəxana kompleksinin qarşısında umumilikdə 42210 m 2 ərazidə yollar genişləndirilib asfalt- beton örtük salınmaqla yenidən qurulmuş, köhnə arxlar əsaslı surətdə bərpa edilmiş , səkilərə beton plitələr düzülmüşdür. Şəhərin Heydər Əliyev prospekti ilə Salman Mümtaz küçəsinin kəsişməsindəki dairə yenidən qurulmuş , dairə və ətraf ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmişdir. M.Ə. Rəsulzadə , Heydər Əliyev prospektləri  və “ Oğuz şossesi” küçəsində müasir tipli 770 ədəd işiq dirəyi və 1100 ədəd lampa quraşdırılmaqla yeni işıqlandırma sistemi yaradılmışdır. Qala divarlarının ətrafında 6000m 2 ərazidə yaşıllaşdırma işləri aparılmış , yeni işıqlandırma sistemi qurulmuşdur. 2012-ci il ərzində umumilikdə 13700 m2 ərazidə  şəhərin müxtəlif küçə və meydanlarında dekorativ ağaclar və gül kolları əkilmiş , yeni yaşıllıq zolaqları salınmışdır. Bütövlükdə 2012-ci ildə şəhərin 22 küçəsində abadlıq işləri aparılmış , 16 küçədə isə asfalt beton örtük tökülməklə yollar , bir sıra yaşayış binalarının fasadları və dam örtükləri  əsaslı  təmir edilmiş , ictimai binaların həyətlərində sakinlərin öz şəxsi vəsaiti hesabına tikilmiş və camaat arasında “Xeyir-Şər” evləri adlanan tikililərin  təmiri, yenilərinin tikilməsi işi davam etdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “ Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında “ Sərəncamına uyğun olaraq M. F. Axundzadənin adını daşıyan Mədəniyyət və İstirahət parkında yenidənqurma və əsaslı təmir işləri əsasən başa çatmışdır. Şəki Şəhər İcra Hakimiyətinin daxili imkanları hesabına aparılmış yenidənqurma işlərindən sonra ərazinin siması tamamilə  dəyişmişdir. Burada şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır.Ümumi sahəsi 7 hektar olan parkın 35 min kvadratmetr ərazisində yaşıllıq işləri görülmüş, müxtəlif dekorativ ağaclar və gül kolları əkilmişdir.Parkda uşaqların da istirahəti üçün lazımi şərait yaradılmışdır.Burada iki fəvvarə, sünü şəlalə və göl yaradılmışdır.  Bu Sərəncama uyğun olaraq həmçinin dahi ədibin ev muzeyinə gedən yolda  ,  qala divarları qarşısındakı meydanda və onun ətrafıında müasir işıqlandırma sistemi qurulmış , yeni yaşıllıq zolağı salınmışdır.2012-ci il sentyabrın 22-də Şəkidə M. F. Axundzadənin 200 illik yubileyinə həsr olunmuş  tədbirlər çərçivəsində Cənab Prezidentimiz İlham Əliyevin tapşırığı əsasında inşası başa çatdırılan “Yay teatrı” nın  açılışı olmuşdur.
   Cari ildə şəhərin yeni yaşayış massivində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdir. İl ərzində qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülən sakinlər üçün 24 mənzilli yaşayış evinin,  Şəki Dövlət Dram Teatrının  binasının , Şəki Mərkəzi Rayon Xəstəxanasının fasad hissəsində aparılan təmir işləri davam etdirilmişdir.
2012-ci ildə  kommunal xidmət sahələrinin fəaliyyətinin günün tələbləri səviyyəsinə çatdırılması üçün müəyyən işlər görülmüş, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təchizatı səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanmışdır. Müddət ərzində şəhər və kəndlərdə istismar müddətini başa vurmuş elektrik verilişi xətlərinin çəkilməsi, transformatorların təzələnməsi və təmiri ilə bağlı xeyli iş görülmüşdür. .  Bununla yanaşı Şəki Elektrik Şəbəkəsi əhalini elektrik enerjisi ilə təmin edən və istismar müddətini başa vurmuş əsas xətlər və dayaqların dəyişdirilməsini , transformator yarımstansiyalarına vaxtlı –vaxtında texniki baxışın keçirilməsini daim nəzarətdə saxlamalı ,  bu sahədə yarana biləcək  problemləri vaxtında aradan qaldırmalıdır.
2012-ci il ərzində 1515 mənzil təbii qazla təmin edilmiş ,abonent sayı 19409-a çatdırılmışdır.  2013-cü ildə ən mühüm vəzifə maksimum daha çox yaşayış məntəqələrinin qazlaşdırılmasına nail olmaqdır.
Hesabat dövründə təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmışdır. Son illər Şəki təhsilinin əldə etdiyi uğurlar danılmazdır. 2012-ci ildə Şəkinin umumtəhsil məktəblərini bitirmiş 1731 məzundan 1166 nəfəri ali məktəbə daxil olmaq üçün sənəd vermiş, onlardan 587 nəfəri tələbə adını qazanmışdır.Məzunlardan 112 nəfəri 500-dən , 35 nəfəri isə 600 baldan yuxarı toplamışdır.
           Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2012- ci il tarixli Sərəncamına əsasən Şəki şəhər 5 və 10 saylı məktəblər “ Ən yaxşı ümumtəhsil məktəbi “ müsabiqəsinin qalibi elan edilmişdir. Müddət ərzində şəhər 22 saylı uşaq bağçası yüksək səviyyədə təmir edilmiş , 28 saylı bağçada təmir işlərinə başlanmışdır.
            Şəki şəhər 5 saylı tam orta məktəb üçün 320 yerlik yeni tədris korpusunun, Şorsu  kəndində  360 şagird yerlik, Çələbi Xan qəsəbəsində 180 şagird yerlik yeni məktəb binalarının tikintisi başa çatdırılmış,  Əliyar kəndində 80 şagird yerlik ümumi orta məktəbin tikintisi, Baş Küngüt kənd tam orta məktəbin və şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin   əsaslı təmiri , şəhər 10 saylı tam orta məktəbin idman və  akt zallarının, yeməkxanasının tikintisi,qəzalı vəziyyətdə olan şəhər 12, 14 və 17 saylı məktəblər üçün yeni binaların tikintisi davam etdirilmişdir.
     Bununla yanaşı , 2012-ci ildə Şəki Şəhər Təhsil şöbəsinin yeni inzibati binasının tikintisinə başlanmışdır.  Son bir il ərzində Şəkidə 11 məktəbin əsaslı təmiri və yaxud yeni binaların inşa olunması cənab Prezidentimizin Şəkiyə olan yüksək diqqətinin və qayğısının nəticəsidir.   
         Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən  tibb müəssisələri  tərəfindən 2012-ci ildə  əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, sahəsində müəyyən işlər görülmüşdür.  Şəki Doğum Evi Kompleksində dövlət vəsaiti hesabına əsaslı təmir,  Aşağı və Baş Göynük kənd xəstəxanaları  üçün yeni binaların tikintisi davam etdirilmiş , Şəki Mərkəzi Rayon Xəstəxanasında bir sıra əsaslı yenidənqurma işlərinə başlanmışdır. “Hemofiliya və talassemiyalı irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq Şəki Regional Qan Bankında qanvermə aksiyası keçirilmişdir.
Məlumdur ki, 2011-ci ilin sentyabrında Rusiya Federasiyasının Tatarıstan Respublikasında TÜRKSOY-un 4-cü seminarında Tatarıstan Respublikasının Elabuqa, Başqırdıstan Respublikasının Ufa şəhəri, Azərbaycan Respublikasının Şəki şəhəri Türk dünyasının 2012-ci ildə qeyri- maddi mədəni irs paytaxtları seçilmişdir. Məhz bu çərcivədə il ərzində Şəkidə müxtəlif  tədbirlərinin  keçirilməsi  nəticəsində şəhərimizin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addımlar atılmışdır.
Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmişdir. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülmüş, müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilmişdir. Bu ilin sentyabr ayının 9-da Şəkiyə səfəri çərçivəsində dövlətimizin başçısı məcburi köçkünlərlə və Şəki şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir:”Şəki turizm mərkəzidir. Şəki nəinki Azərbaycanın , bölgənin və dünyanın turizm mərkəzinə çevrilməlidir.” Keçən ilin müvafiq dövrünə nisbətən Şəkiyə gələn turistlərin sayı 5 dəfə artmışdır. 2012-ci ildə şəhərimizin qonağı olan Qırğızıstanın keçmiş Prezidenti Roza Otunbayeva , ABŞ-ın ölkəmişdəki səfiri Riçard Morninqstar , İkinci Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları ,  Diplomatik Akademiyaların Bakıda keçirilən 40 -cı Forumunun iştirakçıları   və başqaları da Şəkinin geniş turizm potensialına malik olduğunu bildirmiş və bu şəhərdən xoş təəssüratla ayrılmışlar.
         Hörmətli yığıncaq iştirakçıları!
2012-ci ildə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Şəhərimizin mədəniyyət və istirahət parklarında şəhər əhalisinin səmərəli istirahətinin təşkili üçün bir sıra tədbirlərin görülməsi işi davam etdirilmişdir. Müddət ərzində bir sıra mədəni-kütləvi tədbirlər keçirilmiş, tarixi günlər, bayram tədbirləri yüksək səviyyədə qeyd olunmuşdur.
2012-ci il iyun ayının 30-dan iyulun 4-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi , Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəkidə “ İpək Yolu “III Beynəlxalq  Musiqi  Festivalı və “ Şəki Xan Sarayı”nın 250 illik yubileyinə həsr olunmuş böyük bayram tədbiri keçirilmişdir.     
Tədbirlərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin , Azərbaycan Bəstəkarlar İttifaqının , Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun , Azərbaycan Tarix Muzeyinin,  Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun, o cümlədən ölkəmizdə akkreditə olunmuş bir sıra dövlətlərin - İordaniya, Özbəkistan, Niderland Krallığı, Bolqarıstan, Qazaxıstan, Belarus , Koreya, Braziliya, Rumıniya, Yaponiya, Latviya, Litva, Mərakeş, Pakistan, Ukrayna, Kuba, Polşa, Gürcüstan və Türkiyənin  fövqəladə və səlahiyyətli səfirləri və səfirliklərin əməkdaşları, ATƏT-in Bakı ofisinin , Türkiyə Respublikasının Giresun ,  Gürcüstan  Respublikasının Telavi şəhər bələdiyyəsinin nümayəndələri, Milli Məclisin üzvləri, respublikanın və xarici ölkələrin tanınmış musiqi ansambllarının və rəqs qruplarının kollektivləri, ziyalılar, musiqişünaslar, aparıcı kütləvi informasiya vasitələrinin və ictimaiyyətin  nümayəndələri – ümumilikdə 700 nəfərdən çox  qonaq iştirak etmişdir.
Bu böyük bayram tədbiri  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin iştirakı ilə “Arşın malçı İpək Yolunda” musiqili hekayəti ilə başlamış , sonrakı günlərdə Cənubi Koreyanın , Türkiyənin , İranın , Gürcüstanın , o cümlədən ölkəmizin tanınmış musiqi kollektivlərinin  çıxışları ilə davam etmişdir. Beş gün davam edən musiqi festifalına “ Şəki Xan Sarayı” nın 250 illik yubiley tədbiri ilə yekun vurulmuşdur. Festifal nəinki şəhərimizin , bütövlükdə ölkəmizin mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir. Təsadüfi deyil ki, cənab Prezidentimiz İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-cu ilin I yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs  Qarayev demişdir : “ Evrovizion” musiqi yarışması nə qədər iri mədəniyyət layihəsi olsa da , yeganə misal deyildir. Ötən ayın sonunda Şəkidə keçirilən “ İpək yolu “ Beynəlxalq musiqi festivalı , yaxın günlərdə Qəbələ şəhərində keçiriləcək Beynəlxalq musiqi festivalı , Üzeyir Hacıbəyli , Mstislav Rostropoviç adına Beynəlxalq musiqi festivalları nəinki Bakıya , həm də Azərbaycanın regionlarına dünyanın ən nüfuzlu musiqi ustaları və həvəskarlarının böyük axınına səbəb olmuşdur...... Eyni zamanda , bu ayın əvvəlində Azərbaycan və dünya memarlığının nadir incisi hesab olunan Şəki Xan Sarayının 250 illik yubileyi Şəkidə beynəlxalq səviyyədə qeyd olunmuşdur.”
Şübhəsiz ki, həm “ İpək yolu” Beynəlxalq Musiqi Festivalı , həm də Şəki Xan Sarayının 250 illik yubileyinin yüksək səviyyədə qeyd olunması  xalqımızın zəngin mədəniyyətinin , şəhərimizin turizm potensialının  təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
Sentyabr ayının 22-də şəhərimizdə görkəmli maarifçi və ictimai xadim  M. F. Axundzadənin 200 illik yubileyinə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Respublikanın tanınmış elm və mədəniyyət xadimlərinin, millət vəkillərinin, ziyalıların, xarici ölkələrdən dəvət olunmuş qonaqların iştirak etdikləri mərasimdə bildirilmişdir ki, 2012-ci il TÜRKSOY tərəfindən həm də “ M. F. Axundzadə “ ili elan olunmuşdur. Bu baxımdan Axundzadənin yubiley tədbirlərində TÜRKSOY-un üzvü olan ölkələrdən , o cümlədən Türkiyə, Qazaxıstan və Rusiya Federasiyası Başqırdıstan Respublikasından dəvət olunmuş qonaqlar iştirak etmişdir. Yubiley tədbirləri M. F. Axundzadənin ev muzeyinin açılışı ilə başlanmış, daha sonra tədbir  M.F. Axundzadənin adını daşıyan mədəniyyət və istirahət parkında təşkil olunmuş “ Kitab bayramı” ilə davam etdirilmişdir. Həmin gün bilavasitə cənab Prezidentimizin tapşırığı əsasında inşa olunmuş 600 yerlik  “ Yay Teatrı” nın açılışı olmuş , burada    Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “ Mirzə Fətəli Axundzadə - 200” mövzusunda Beynəlxalq elmi simpozium keçirilmişdir.  Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi onun vətəni Şəkidə ədəbiyyat , poeziya və söz bayramı kimi qeyd olunmuşdur. Sentyabrın 23- də isə şəhərimizdə ilk dəfə olaraq Şəkinin 2700 illik yubileyinə həsr olunmuş “ Şəhər günü “ bayram tədbiri keçirilmişdir.  Şəhərin mərkəzi meydanlarından birində bayramın  təntənəli açılışından sonra tədbir Şəki Xan Sarayının həyətində davam etdirilmişdir. “ Şəhər günü “ çərçivəsində Şəki şəhər bələdiyyəsi ilə Türkiyənin Konya şəhər Məram bələdiyyəsi arasında qardaş şəhər  haqqında protokol imzalanmış , “ Yuxarı Karvansara “ mehmanxana kompleksində rəsm və çiçək sərgisi açılmışdır. “ Şəhər günü “ bayram tədbirinə Türkiyənin məşhur “ Anadolu atəşi “ rəqs ansamblının konserti ilə yekun vurulmuşdur.  Yubiley tədbirləri nəinki şəhərimizin , bütövlükdə ölkəmizin mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir.
Fürsətdən istifadə edib xalqımızın mədəni irsinin qorunub saxlanmasına və təbliğ olunmasına xüsusi diqqət və qayğı ilə yanaşan , bu tədbirlərin keçirilməsi üçün verdiyi çox böyük  dəstəyə görə cənab Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirir , bu tədbirlərin yüksək səviyyədə keçirilməsində yaxından iştirak edən hər bir kəsə təşəkkür edirəm.
     Hazırda Şəkidə 43 qeyri-hökumət təşkilatı vardır ki, onların fəaliyyəti əsasən maarifçilik, sosial sahədə bir sıra layihələrin həyata keçirilməsi ilə bağlıdır. Müddət ərzində rayonumuzda  ictimai-siyasi təşkilatlar və dini qurumlarla, milli azlıqlar, etnik qruplar, aztəminatlı ailələr, qaçqın və məcburi köçkünlərlə, kütləvi informasiya vasitələri ilə səmərəli iş aparılmışdır.
Şəkinin 33 kənd və qəsəbə icra nümayəndəliyində Şəki şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq 2011-ci ilin yekunlarına dair hesabat yığıncaqları keçirilmişdir. Yığıncaqlarda icra nümayəndələrinin illik hesabatları dinlənilmiş, görülən işlər və mövcud problemlər müzakirə edilmişdir.
Hesabat yığıncaqlarında əhali tərəfindən qaldırılan qəsəbə və kəndlərin təbii qazla təmin olunması, içməli suya ehtiyacın olması, qəsəbə və kəndarası yolların, körpülərin təmiri, məktəb tikintisi, təmiri, səhiyyə və mədəniyyət müəssisələrində təmir işlərinin aparılması, bənd tikintisi, bəzi yerlərdə elektrik dirəklərinin, naqillərin və transformator yarımstansiyalarının dəyişdirilməsi və s. barədə əhali tərəfindən qaldırılan məsələlər Şəki Şəhər İcra Hakimiyyətinin tədbirlər planına daxil edilmiş, məsul şəxslər müəyyənləşdirilərək icrası nəzarətə götürülmüşdür. İcra nümayəndələri tərəfindən hesabat yığıncaqlarında qaldırılan bir sıra dövlət əhəmiyyətli məsələlərin həlli məqsədilə aidiyyəti idarə və təşkilatlara müraciətlər olunmuşdur.
2012-ci ildə   Şəkidə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində bir çox işlər görülmüşdür. Müddət ərzində 157 cinayət hadisəsi qeydə alınmış,onlardan 141-nin açılması təmin olunaraq açılma faizi 88,7 faiz olmuşdur. Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkomaniya ilə bağlı 11 fakt aşkar edilmişdir. 
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 2012-ci ildə gənclərin həqiqi hərbi xidmətə çağırışı Şəkidə müvəffəqiyyətlə həyata keçirilmişdir. İl  ərzində 1248 nəfər həqiqi hərbi xidmətə göndərilmişdir. 2012-ci ildə Dünya Bankı ilə “ Ədliyyə sisteminin müasirləşdirilməsi “ layihəsi çərçivəsində inşa olunacaq Şəki Məhkəmə Kompleksinin təməlqoyma mərasimi keçirilmişdir.
“Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutaraq, qəsəbə və kəndlərdə vətəndaşların müəyyən olunmuş qrafikə uyğun olaraq ümumi qəbulu təşkil olunmuş, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılmasına, haqlı tələblərinin həll edilməsinə diqqət artırılmışdır. Belə ki ,2012-ci ildə Şəki şəhər icra hakimiyyəti başçısının sərancamı ilə  maddi yardım üçün müraciət edən vətəndaşların sosial vəziyyətinin ,yaşadıqları evlərinə təbii fəlakət nəticəsində və ya digər səbəblərdən dəymiş  zərərlərin ,ayrı-ayrı təkliflərin araşdırılması ilə bağlı komissiya yaradılmışdır . Müddət ərzində komissiya tərəfindən 170  nəfər vətəndaşa müxtəlif məqsədlər üçün 70 min manat məbləğində maddi yardım göstərilmişdir.2012-ci ildə 934 nəfər vətəndaş Şəki Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmişdir. Müddət ərzində şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiqlənmiş qrafikə əsasən 41 səyyar qəbul keçirilmiş, qəbullarda 5500 nəfər iştirak etmişdir. Keçirilmiş qəbullarda 316 nəfər vətəndaş dinlənilmiş, 386 müraciət səslənmişdir.  Səyyar qəbullar zamanı edilmiş müraciətlər əsasən yolların təmiri, kəndlərə təbii qazın verilməsi, köhnəlmiş elektrik dirəklərinin və xətlərin dəyişdirilməsi, sosial obyektlərin təmiri və yenilərinin açılması, su probleminin həlli, torpaq və digər məsələlərlə bağlı olmuşdur. Müddət ərzində Şəki Şəhər İcra Hakimiyyətinə 3909 müraciət daxil olmuşdur. Müraciətlərin 2916-sı vətəndaşlar tərəfindən, 993-ü isə respublikanın yuxarı orqanlarından daxil olan müraciətlərdir. Daxil olan müraciətlərin 1075-i müsbət həll olunmuş, 80-i qismən həll olunmuş, 1401-i ilə bağlı müvafiq izahat verilmiş, 77-i əsassız sayılmış, 531-ı baxılmaq üçün tabeli qurumlara, 698-ədədi isə aidiyyəti orqanlara göndərilmiş , qalanları isə icrada olmuşdur . 2012-ci ilin birinci yarısında Şəki Şəhər İcra Hakimiyyəti regional televiziya kanalı olan “Kanal-S”-in imkanlarından istifadə edərək  “Açıq mikrofon” vasitəsilə vətəndaşların birbaşa icra başçısına ünvanladığı sualları yerindəcə cavablandırılmış, onların həlli nəzarətə götürülmüşdür.
Hörmətli yığıncaq iştirakçıları!
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən yaxın iki ildə rayonumuzun sosial-iqtisadi inkişafının gücləndirilməsi, ərazinin infrastrukturunun yenidən qurulması üçün bir sıra mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qarşıda duran mühüm məsələlərdən biri sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi və ərazinin təbii sərvətlərindən səmərəli istifadə olunmasına nail olmaqdır. Bununla yanaşı yol təsərrüfatı və nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi, elektrik enerjisi, istilik və qaz təchizatı, rabitə xidmətinin yaxşılaşdırılması, su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması, meliorasiya və irriqasiya sahəsində mühüm işlərin davam etdirilməsi olduqca vacibdir.
Məlumdur ki, 2013-cü il “ İnformasiya –kommunikasiya texnologiyaları ili “ elan edilmişdir. Hesab edirəm ki , il ərzində şəhərimizdə bir sıra mühüm əhəmiyyətə malik layihələr həyata keçiriləcək.
Şübhəsiz ki, qazanılan bütün uğurlar hörmətli Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlıdır. Nazirlər Kabinetinin 2012-ci ilin  yekunlarına həsr olunan geniş yığıncağında hörmətli Prezidentimiz demişdir: “  İl başlayır, bütün dövlət, hökumət qurumları öz vəzifə borcunu bilirlər. Əminəm ki, hər bir dövlət məmuru bu il ərzində öz vətəninə, xalqına sədaqətlə xidmət edəcək və 2013-cü ili də biz uğurla başa vuracağıq”.
Hesab edirəm ki, rayonumuzda son illər ərzində bütün sahələrdə əldə edilən uğurlar bu il də davam etdiriləcək, yeni nailiyyətlərin qazanılması üçün qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetiriləcəkdir.
Hamınıza bu işdə uğurlar diləyirəm.
Diqqətinizə görə sağ olun.

 

 

 

Keçidlər