Şriftin ölçüsü :

Saytın rəngi :

Bolqarıstan Respublikası, Qabrovo şəhəri

              

Ölkə:                                                 Bolqarıstan
      Şəhər:                                               Qabrovo
      Əhali:                                                58,4 min nəfər(2012)
      Sahəsi:                                             233,8  km2                                       


     Şəki və Qabrovo arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında birgə bəyannamə 07.10.2004-cü il tarixdə Bakı şəhərində imzalanmışdır.
     Qabrovo şəhərini təmsil edən nümayəndələr 2006-cı ilin avqust ayında Şəkiyə səfər etmişlər. Qonaqlar Şəkidə “İpək Bayramı”nda iştirak ediblər.
     Şəki şəhərini təmsil edən nümayəndələr 2005-ci ilin may,  2006-cı, 2007-ci və 2015-ci ilin sentyabr aylarında Qabrovo şəhərinə səfər etmişlər. Şəki şəhərini təmsil edən nümayəndələr by səfərlər zamanı Qabrovoda Beynəlxalq Yumor Festivalında, Beynəlxalq Ənənəvi Əl İşləri Sərgisində, həmçinin 2015-ci ildə Qabrovo şəhərində Şəki şəhərinin mədəniyyətinin təbliğinə dair fotosərgidə, XIII Beynəlxalq Xalq Sənətkarlığı Yarmarkasında iştirak etmişlər. Yarmarkada iki nəfər tətbiqi sənət ustası Şəki şəhərini təmsil edib.

Keçidlər