Şriftin ölçüsü :

Saytın rəngi :

Qardaşlaşmış şəhərlər

Qardaş şəhərlər - coğrafi olaraq bir birindən uzaq olan yaşayış məskənlərinin mədəni və ticarət əlaqələri ilə ortaya gətirdikləri birlikdir. 
    Qardaşlaşmış şəhərlərin ilkin bəsit forması Avropada Alman şəhəri olan Padernborn və Fransız şəhəri Le-Mans arasında 836-cı ildə olub. Müasir qardaşlaşmış şəhərlərin inteqrasiyası ilk dəfə I Dünya müharibəsindən sonra 1920-ci ildə Keighley və Poix-du-Nord şəhərləri arasında baş tutub.
     II Dünya müharibəsi zamanı Avropada antihitler koalisiyasına üzv dövlətlərin bəzi şəhərləri dostluq və əməkdaşlıq əlaqələri yaratmışdılar. Konkret olaraq, 1942-ci ildə SSRİ-nin Stalinqrad və İngiltərənin Kantri şəhərləri arasında bü cür münasibətlərin əsası qoyulmuşdu.
    Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyası 1957-ci ildə Fransada yaradılmışdır. 1957-ci ildən sonra isə şəhərlərin qardaşlaşması rəsmiləşdirilməyə başladı.  Şəhərlər arasında qardaşlaşma əsasən mədəni, iqtisadi, siyasi, təhsil, səhiyyə, ətraf aləmin mühafizəsi sahəsində əlaqələrin möhkəmləndirilməsi və inkişafı ilə müşayiət olunur. İndiyədək Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyasına 4000-dən artıq şəhər üzv olub.
     Azərbaycan şəhərləri, o cümlədən Şəki şəhəri də bir sıra dünya şəhərləri ilə qardaşlaşmış şəhər statusunu daşıyır.
   

Şəki şəhəri ilə qardaşlaşmış şəhərlər:

 

 

Keçidlər