Şriftin ölçüsü :

Saytın rəngi :

Fransa Respublikası, Kolmar şəhəri

Ölkə:    Fransa

Şəhər:  Kolmar

Əhali:   67,9 min nəfər (2013)

Sahəsi: 66,5 km2

Azərbaycan Respublikasının Şəki şəhəri və Fransa Respublikasının Kolmar şəhəri arasında Dostluq və Əməkdaşlıq Xartiyası 19.05.2015-ci il tarixdə Şəki şəhərində, 19.11.2015-ci il  tarixdə Kolmar şəhərində imzalanmışdır.

Fransanın Kolmar şəhərinin rəsmi nümayəndə heyəti ilk dəfə Şəki şəhərinə 2013-cü il iyunun 1-də səfər etmişlər. Səfər çərçivəsində nümayəndə heyətinin üzvlərinin şəhər icra hakimiyyətinin başçısı ilə görüşmüş, Şəki Xan Sarayının ziyarət etmiş, həmçinin “Şəki-ipək” ASC və şərab zavodu ilə tanış olmuşlar. Şəki şəhərinə ikinci səfər 2015-ci ilin may ayında baş tutmuşdur. Bu zaman Kolmar şəhərini təmsil edən nümayəndə heyyəti Kolmar şəhəri ilə Şəki şəhəri arasında dostluq və əməkdaşlıq xartiyasının imzalanması mərasimində  iştirak edib.

Şəki şəhərini təmsil edən nümayəndələr 2015-ci və 2016-cı ilin noyabr  aylarında Kolmar şəhərinə səfər etmişlər. Şəki şəhərininin nümayəndə heyəti 2015-ci ildə Kolmar şəhərində səfərdə olarkən  dostluq və əməkdaşlıq xartiyasının ikinci nümunəsinin imzalanması mərasimində, həmçinin Milad bazarınının açılış mərasimində iştirak ediblər. Burada Şəkiyə aid olan mətbəx nümunələrinın satış-yarmarkası təşkil olunub. 2016-ci ildə Kolmar şəhərinə səfər zamanı mədəniyyət, turizm və iqtisadiyyat sahələrində ikitərəfli əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə nümayəndə heyətinin üzvləri  bir sıra görüşlərdə iştirak edib. Onlar un məmulatları müəssisəsində, şərabçılıq zavodunda istehsal təcrübəsi ilə tanış olublar, ənənəvi Milad bayramı bazarının açılışında iştirak ediblər.

Keçidlər