Qardaşlaşmış şəhərlər
Türkiyə Respublikası, Giresun şəhəri
Ölkə: Türkiyə
Şəhər: Giresun
Əhali: 128,8 min nəfər (2015)
Sahəsi: 317 км²
Giresun və Şəki arasında qardaşlaşmış rayon və şəhər münasibətlərinin yaradılması haqqında protokol 01.03.2001-ci il tarixdə Ankarada imzalanmışdır. 01.07.2013-cü il tarixdə Şəki şəhərində Şəki Bələdiyyəsi və Giresun Bələdiyyəsi arasında qardaş şəhər və əməkdaşlıq haqqında protokolun yenilənməsi ilə bağlı imzalanma olmuşdur.
Giresun şəhərini təmsil edən nümayəndələr 2001-ci ilin sentyabr ayında, 2005-ci ilin may ayında və 2012-ci ilin iyul ayında Şəkiyə səfər etmişlər. Giresun şəhərinin nümayəndələri Şəkidə ayrı-ayrı tədbirlərdə, o cümlədən “İpək Yolu” III Beynəlxalq Musiqi Festivalında və “Şəki Xan Sarayı”nın 250 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdə iştirak etmişlər.
Şəki şəhərini təmsil edən nümayəndələr 2013-cü ilin may ayında, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının kollektivi 2016-cı ilin may ayında Giresun şəhərinə səfər etmişlər. Giresun şəhərində səfərdə olmuş Şəki Bələdiyyəsinin bir qrup üzvü şəhərlə tanış olmuş, Giresun Bələdiyyəsinin üzvləri ilə görüşmüşlər. Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının kollektivi Giresun şəhərində keçirilmiş "Giresun Teatr Günləri"ndə iştirak etmiş və çıxış etmişlər.