Şəki Şəhər İcra Hakimiyyəti Başçısının Əmr və Sərəncamları
İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsin təyin edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISININ
SƏRƏNCAMI
“ 44 ” “ 24 ” Aprel 2024-cü il
İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsin təyin edilməsi haqqında
“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Prezidentinin 23 fevral 2017-ci il tarixli 1256 nömrəli Fərmanının 5-ci bəndini rəhbər tutaraq inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan vəzifəli şəxslərin həmin Fərmana əsasən təsdiq edilmiş siyahısının 5-ci bəndinə əsasən
QƏRARA ALIRAM:
- Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Əliəkbərli Ziyad Valeh oğlu Şəki Şəhər İcra Hakimiyyəti adından İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli şəxs qismində təyin edilsin.
- Şəki Şəhər İcra Hakimiyyəti adından inzibati xətalar haqqında işlərə baxan səlahiyyətli şəxs Əliəkbərli Ziyad Valeh oğluna tapşırılsın ki, inzibati xətalarla bağlı işlərə vaxtında və qanunvericiliyin tələblərinə uyğun baxılmasını təmin etsin.
- İnformasiya təminatı və təhlili sektorunun müdiri Azər Məhərrəmliyə tapşırılsın ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısını Şəki Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.
Elxan Usubov