Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyəti və tabeli təsisatlarında “Etik davranış üzrə məsul müvəkkil” şəxsin təyin edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI
ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISININ
S Ə R Ə N C A M I

05 ”                                                                                                          “14” Fevral 2024-cü il

Şəki Şəhər İcra Hakimiyyəti və tabeli təsisatlarında
“Etik davranış üzrə məsul müvəkkil” şəxsin təyin edilməsi haqqında

Dövlət qulluqçularının etik davranışı korrupsiyaya qarşı mübarizədə əsas alətlərdən biri olmaqla, dövlət qulluğuna ictimai etimadın və vətəndaş məmnunluğunun artırılmasında mühüm rol oynayır. Dövlət qulluqçuları vəzifə funksiyalarının icrası zamanı bu qaydaları və bu sahədə müəyyən edilmiş dəyərləri rəhbər tutmalı, dövlət orqanlarının rəhbərləri davranışları ilə tabeliyindəki dövlət qulluqçularına nümunə olmalı, etik qaydaların tələblərinə onların əməl etməsini təmin etməlidirlər.

Odur ki, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununun 18.0.12-ci maddəsini, Azərbaycan Respublikasının Prezidentinin 23.11.2018-ci il tarixli, 739 nömrəli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 5.10-cu yarımbəndini, “Dövlət qulluqçularının etik davranış qaydaları” haqqında Azərbaycan Respublikasının Qanununun 20.1-1 maddəsini, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci maddəsinin müddəalarını və müddət ərzində Şəki ŞİHBA-da kadr dəyişikliyindən yaranan zərurəti rəhbər tutaraq;

QƏRARA  ALIRAM:

  1. Şəki Şəhər İcra Hakimiyyəti və tabeli təsisatlarında “Etik davranış üzrə məsul müvəkkil” şəxs qismində, Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Əliəkbərli Ziyad Valeh oğlu təyin edilsin.
  2. Etik müvəkkil, xidməti fəaliyyəti dövründə həmin sahəni tənzimləyən bütün normativ hüquqi aktların tələblərindən irəli gələn tapşırıqları icra edərək nəzarətdə saxlasın.
  3. Etik müvəkkil sahə üzrə lazımi hallarda Şəki Şəhər İcra Hakimiyyətinin başçısına məruzələr etsin.
  4. Hazırki sərəncam məlumatlandırma qaydasında, Şəki Şəhər İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinə, Şəki Şəhər İcra Hakimiyyətinin tabeli təsisatlarına eləcə də yerli hüquq-mühafizə orqanlarına göndərilməsi Şəki ŞİHBA-nın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən təmin edilsin.
  5. Sərəncamın icra hakimiyyətinin rəsmi internet səhifəsində yeşləşdirilməsi Şəki ŞİHBA-nın İnformasiya təminatı və təhlil sektoru tərəfindən təmin edilsin.
  6. Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

         Elxan Usubov

Keçidlər