Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

Respublikanın iri kənd təsərrüfatı və sənaye rayonlarından biri olan Şəki rayonunun ərazisi 2.43 min kvadrat km, əhalisi 185,1 min nəfərdir. Ondan şəhər əhalisi Turan və Çələbixan qəsəbələri ilə birlikdə 67.7  min nəfər, kənd əhalisi 117,4  min nəfərdir. Əhalinin 36,7 faizi şəhərdə, 63,3 faizi isə kənddə yaşayır. Əhalinin sıxlığı bir kvadrat kilometrə 76 nəfərdir.

2025-ci il ərzində istehsalın əsas sahələrində ilkin hesabatlara görə 654671,7 min manatlıq məhsul buraxılmışdır. 2025-ci ildə faktiki qiymətlərlə məhsul buraxılışı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 106,2 faiz təşkil edir. O cümlədən, sənayedə məhsul buraxılışı 66395,5 min manat, kənd təsərrüfatında 304720,7 min manat, tikintidə 58765,5 min manat, nəqliyyat və anbar təsərrüfatında 12771,6 min manat, informasiya və rabitədə 8372,4 min manat, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 203646,0 min manat olmuşdur.

Rayonda 2025-ci il ərzində 491 yeni iş yeri açılmışdır. Rayon üzrə orta aylıq əmək haqqı 699,7 manat olmuşdur. 2003-2025-ci illər ərzində rayonda 37 yeni məktəb binası tikilmiş, 9 məktəb binası əsaslı təmir edilmiş, 15 modul tipli məktəb quraşdırılmışdır. Hazırda rayonda 25 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 9-u kiçik müəssisələrdir. Əhaliyə 14 Optik Xətt Terminalı (OLT) və 28 poçt şöbəsi xidmət göstərir ki, bunlardan da 7 poçt şöbəsi şəhərdə, 21 poçt şöbəsi kəndlərdədir.

Keçidlər