Fərman və Sərəncamlar
Sabit Rəhmаn аdınа Şəki Dövlət Drаm Tеаtrı binasının yenidən qurulması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan teatr sənətinin inkişafında xüsusi rolunu nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Sabit Rəhmаn аdınа Şəki Dövlət Drаm Tеаtrı binasının yenidən qurulmasına başlanması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 noyabr 2011-ci il.