Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyəti Başçısının Əmr və Sərəncamları

  

AZƏRBAYCAN RESPUBLİKASI
ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISININ
Ə  M  R  İ

344 ”                                                                                                            “ 30Dekabr 2017-ci il

Bəşirov Əhmədiyə İdris oğlunun İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxs təyin  edilməsi haqqında

     “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Prezidentinin 23 fevral 2017-ci il tarixli 1256 nömrəli Fərmanının 5-ci bəndini rəhbər tutaraq inzibati xətalar haqqında işlərə səlahiyyətli olan vəzifəli şəxslərin  həmin Fərmana əsasən  təsdiq edilmiş siyahısının  5-ci bəndinə əsasən

                 ƏMR EDİRƏM:

  1. Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Bəşirov Əhmədiyə İdris oğlu Şəki Şəhər İcra Hakimiyyəti adından  İnzibati xətalar haqqında  işlərə baxmağa səlahiyyətli şəxs təyin edilsin.
  2. Şəki Şəhər İcra Hakimiyyəti adından inzibati xətalar haqqında işlərə baxan səlahiyyətli şəxs Əhmədiyə İdris oğlu Bəşirova tapşırılsın ki, inzibati xətalarla bağlı işlərə vaxtında və qanunvericiliyin tələblərinə uyğun baxılmasını təmin etsin.
  3. İnformasiya  təminatı və təhlili sektorunun müdiri Azər Məhərrəmliyə tapşırılsın ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısını Şəki Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

                                                                                                                               

Elxan Usubov

 

AZƏRBAYCAN RESPUBLİKASI
ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISININ
Ə  M  R  İ

02 ”                                                                                                            “ 05 Yanvar 2018-ci il


“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Şəki Şəhər İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı” nın təsdiq edilməsi  barədə

   “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 03.05.2017-ci il tarixli 1361 nömrəli Fərmanının 4-cü bəndinin icrasını təmin etmək məqsədilə

             ƏMR EDİRƏM:

  1.  “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Şəki Şəhər İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”  təsdiq edilsin.(əlavə olunur)
  2.  Şəki Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri  A. Məhərrəmliyə tapşırılsın ki, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Şəki Şəhər İcra hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısını Şəki Şəhər İcra hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

       
Elxan Usubov
 


Şəki  Şəhər İcra Hakimiyyəti başçısının
                                                          05 yanvar 2018-ci il tarixli,  02 nömrəli Əmri ilə təsdiq edilmişdir

Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Şəki Şəhər  İcra hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin 

Siyahısı

Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən  tərtib edilir:
 

  1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin  190-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə - İcra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri, başçının inzibati ərazi dairələri üzrə nümayəndələri;
  2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 197.1 və 197.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə- Başçının müavini- Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması  şöbəsinin müdiri, onun müavini;
  3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 251.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə - başçının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması  şöbəsinin müdiri, onun müavini, İcra hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri, başçının inzibati ərazi dairələri üzrə nümayəndələri;
  4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 413, 451 və 516.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər  üzrə - Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, onun müavini (dini qurumlarla  işin təşkilatçısı);
  5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 527, 530 və 532-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə - Başçının birinci müavini, Başçının müavini- Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması  şöbəsinin müdiri, Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri.
Keçidlər