İctimai Şura
Şuranın 2022-ci il üçün hesabatı
Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın 2022-ci ildəki
fəaliyyətinə dair
HESABATI
Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şura 2022-ci ildə Şəki Şəhər İcra Hakimiyyəti ilə yerli ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması istiqamətində fəaliyyət göstərmişdir.
Müddət ərazində Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən İctimai Şuranın sərbəst fəaliyyəti üçün lazimi şərait yaradılmışdır. İctimai Şura əhalini qayğılandıran əsas məsələlərlə bağlı Şəki Şəhər İcra Hakimiyyətinə təkliflər vermişdir.
Hesabat dövründə Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın rübdə bir dəfə aktual məsələlərin müzakirəsinə həsr olunmuş iclasları keçirilmişdir.
Şəki şəhərində keçirilən və ictimai əhəmiyyət kəsb edən bütün tədbirlərdə Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri iştirak etmişdir. O cümlədən, İctimai Şuranın üzvləri Xocalı faciəsinin otuzuncu ildönümü ilə əlaqədar keçirilən anım tədbirində, Azərbaycan Dövlət Pedaqoji Şəki filialının 30 illik yubileyinə həsr edilmiş təntənəli bayram tədbirində, Prezident cənab İlham Əliyevin son prezident seçkilərindən ötən dövr ərzindəki fəaliyyətinə həsr olunmuş maarifləndirici tədbirdə, Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində hərbi vətənpərvərlik mövzusunda maarifləndirici tədbirdə, 28 May – müstəqillik Gününə həsr olunmuş tədbirdə, görkəmli kinorejissor Rasim Ocaqovun xatirəsinə həsr olunmuş tədbirdə, Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirində, Zəfər Gününə həsr olunmuş “Zəfərimiz qürurumuzdur” adlı tədbirdə iştirak ediblər.
İctimai Şuranın üzvləri şəhər icra hakimiyyətinin nümayəndələri ilə birlikdə 31.05.2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və QHT-na Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Qəbələ şəhərində keçirilən "QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: İctimai Nəzarət mexanizminin gücləndirilməsi" adlı respublika zona konfransında, 06.09.2022-ci il tarixdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda təlimdə iştirak etmişlər. 05.11.2022-ci il tarixdə Şəki şəhəri Heydər Əliyev Mətkəzində Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi İctimai Birliyi tərəfindən “İctimai iştirakçılıq və ictimai nəzarət mexanizmlərinin həyata keçirilməsinin aktuallığı və təkmilləşdirilməsi” layihəsi çərçivəsində İctimai Şura üzvlərinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.
Hesabat dövründə Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri şəhid, qazi ailələrini ziyarət etmiş, onların problemləri ilə maraqlanmışlar.
2022-ci ilin noyabr ayında Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın səlahiyyət müddəti bitdiyi üçün İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yaradılmış Komissya tərəfindən növbəti seçkilər təşkil edilmişdir. Bu məqsədlə elan verilmiş, namizədlərin irəli sürülməsi və qeydiyyatı aparılmışdır. 18 noyabr 2022-ci il tarixdə keçirilən birgə yığıncaqda Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər baş tutmuşdur. İctimai Şuranın yeni tərkibi 9 nəfərdən ibarət formalaşmışdır.
Yeni tərkibdə formalaşmış İctimai Şuranın fəaliyyətinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçiriləcəkdir.
Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şura