Şriftin ölçüsü :

Saytın rəngi :

Şuranın 2023-cü il üçün hesabatı

Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın 2023-ci ildəki

fəaliyyətinə dair

HESABATI

Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şura 2023-ci ildə Şəki Şəhər İcra Hakimiyyəti ilə yerli ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması istiqamətində fəaliyyət göstərmişdir.

2022-ci ilin noyabr ayında Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın səlahiyyət müddəti bitdiyi üçün İctimai Şuraya seçkilər keçirilmiş və 2023-cü ilin yanvar ayından İctimai Şura yeni tərkibdə fəaliyyətə başlamışdır. İctimai Şuranın yeni tərkibi 9 nəfərdən ibarət formalaşmışdır. İctimai Şuranın ilk iclasında  sədr, sədrin müavini və katib seçilmişdir.

01.02.2023-cü il tarixdə Şəki Heydər Əliyev Mərkəzində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Vətənə və dövlətə layiqli xidmət” mövzusunda maarifləndirici tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın yeni seçilmiş üzvləri tədbir iştirakçılarına təqdim olunub.

Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasında İctimai Şuraya istifadə üçün ayrıca otaq ayrılmışdır. Müddət ərzində  Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın feysbuk sosial şəbəkə hesabı yaradılmış, votsap qrupu fəaliyyət göstərir.

Hesabat dövründə Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın rübdə bir dəfə aktual məsələlərin müzakirəsinə həsr olunmuş iclasları keçirilmişdir.

Müddət ərazində Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən İctimai Şuranın sərbəst fəaliyyəti üçün lazimi şərait yaradılmışdır. İctimai Şura əhalini qayğılandıran əsas məsələlərlə bağlı Şəki Şəhər İcra Hakimiyyətinə təkliflər vermişdir.

Şəki şəhərində keçirilən və ictimai əhəmiyyət kəsb edən bütün tədbirlərdə Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri iştirak etmişdir.

O cümlədən, İctimai Şuranın üzvləri “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masada, Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş  rəsmi yığıncaqda, Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım tədbirində, “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfransda, “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”  mövzusunda toplantıda, 5 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbirdə, 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbirdə, Şəkidə ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüşdə, 27 sentyabr “Anım Günü” ilə əlaqədar Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş rəsmi anım tədbirində, dövlət başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbirdə, görkəmli  kinorejissor Rasim Ocaqovun anadan olmasının 90 illik yubileyinə həsr olnmuş tədbirdə, Zəfər Günü münasibətilə keçirilən “Ata vəsiyyəti və inamlı Zəfər” mövzusunda toplantıda, Şəki Rayon Ağsaqqallar Şurasının konfransında və digər tədbirlərdə iştirakn ediblər.

Hesabat dövründə Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri şəhid, qazi  ailələrini ziyarət etmiş, onların problemləri ilə maraqlanmışlar.

İctimai Şuranın fəaliyyətinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Keçidlər