İctimai Şura
Şuranın 2025-ci il üçün hesabatı
Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın 2025-ci ildə
fəaliyyətinə dair
HESABATI
2025-ci ilin əvvəlində Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın səlahiyyət müddəti bitdiyi üçün Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yaradılmış Komissya tərəfindən Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya yeni seçki təşkil edilərək keçirilmiş və İctimai Şura yeni tərkibdə formalaşmışdır. İctimai Şuranın yeni tərkibi 10 nəfərdən ibarət olmuşdur.
Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şura 2025-ci ildə Şəki Şəhər İcra Hakimiyyəti ilə yerli ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması istiqamətində fəaliyyət göstərmişdir.
Yeni tərkibdə formalaşmış Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın ilk iclasında İctimai Şuranın tərkibinin təsdiq edilmiş, Şuranın sədri, sədr müavi və katibi seçilmişdir, Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın reqlamenti təsdiq edilmişdir.
İlin əvvəlində Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın 2025-ci il üçün Tədbirlər Planı tərtib edilərək təsdiq edilmiş və hesabat dövründə Tədbirlər Planında nəzərdə tutulan məsələlərin icrası təmin edilmişdir.
Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın 2025-ci il üçün Tədbirlər Planına uğun olaraq hesabat dövründə İctimai Şuranın 5 iclası keçirilmiş, iclaslarda müxtəlif məsələlər müzakirə edilmişdir.
Müddət ərzində Şəki Şəhər İcra hakimiyyəti yanında İctimai Şuranın üzvləri ictimai əhəmiyyət kəsb edən məsələlər barədə əhalinin müxtəlif təbəqələrinin rəy və təkliflərini, onları narahat edən problemləri öyrənmək məqsədilə sorğular keçirmişdir. Rayon ərazisində ictimai rəyin öyrənilməsi məqsədilə aparılan sorğuların nəticələri ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətinə iki dəfə ümumiləşdirilmiş məlumat təqdim olunmuşdur.
"Cəmiyyətin İnkişafı Mərkəzi" İctimаi Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "İctimai iştirakçılığın təkmilləşdirilməsi" layihəsi çərçivəsində İctimai Şuraya təqdim edilmiş sorğu rəsmi qaydada cavablandırılmışdır.
Hesabat dövründə Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri şəhid, qazi ailələrini ziyarət etmiş, onların problemləri ilə maraqlanmışlar.
Hesabat dövründə Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərinin mühüm əhəmiyyətli tədbirlərdə, ictimai maraq doğuran məsələlərin müzakirə olunduğu konfranslarda, seminarda, dəyirmi masalarda iştirakı təmin edilmişdir. Belə ki, İctimai Şuranın üzvləri 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair Şəki Şəhər İcra Hakimiyyəti başçısının hesabat yığıncağında, 20 Yanvar faciəsinin otuz altıncı ildönümü, 20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü, 27 sentyabr - Anım Gününun beşinci ildönümü, Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 illiyi ilə əlaqədar və “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” adlı toplantılarda, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Suverenliyə Doğru Yol: Heydər Əliyevin İrsi” mövzusunda və Xalq şairi, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş konfranslarda, Xocalı soyqırımının otuz dördüncü ildönümünə həsr olunmuş anım tədbirində, “Sənətkarlıq diyarı” adlı mədəni-kütləvi tədbirdə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Zəfərdən zəfərə gedən yol” adlı, Azərbaycan milli mətbuatının yaranmasının 150 illik yubileyi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü, 15 iyun - Milli Qurtuluş Günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü, 8 noyabr - Zəfər Gününün beşinci ildönümü, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilən tədbirlərdə, “Şəhərsalma və Memarlıq” ili çərçivəsində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında iştirak etmişlər.
Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərinə yeni vəsiqələr hazırlanaraq verilmişdir.
Şəki Şəhər İcra hakimiyyəti yanında İctimai Şuranın fəaliyyətinin səmərəliyinin təmin edilməsi məqsədilə şəhər icra hakimiyyətinin yeni inzibati binasında İctimai Şuraya istifadə üçün ayrıca otaq ayrılmışdır. İctimai Şuraya öz iclaslarını təşkil etmək üçün binada lazımi şərait yaradılmışdir.
İctimai Şuranın feysbuk sosial şəbəkə hesabı yenilənmişdir. İşin səmərəliliyini və operativliyini təmin etmək üçün Şəki Şəhər İcra hakimiyyəti yanında İctimai Şuranın votsap qrupu fəaliyyət göstərir.
İctimai Şuranın fəaliyyətinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.







