İcra Hakimiyyəti
Apellyasiya Şurası
Azərbaycan Respublikası Prezidentinin 03.02.2016-ci il tarixli, 762 saylı Fərmanına uyğun olaraq Şəki Şəhər İcra Hakimiyyəti başçısının 21 nömrəli, 16.02.2016-cı il tarixli Sərəncamı ilə Şəki Şəhər İcra Hakimiyyəti yanında Apellyasiya Şurası yaradılmışdır. Apellyasiya Şurası “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”yə uyğun olaraq fəaliyyət göstərir. Şura sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə sahibkarların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılmışdır. Şəki Şəhər İcra Hakimiyyəti yanında Apellyasiya Şurasının tərkibi aşığıdakı kimidir:
Şuranın sədri:
- Elman İmamverdiyev - Başçının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri
- Xəyalə Töhrablı - Başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri
- Yusif Məmmədov - Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdir
- Rəfail Mənəfov - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - Ərazi-təşkilat məsələləri sektorunun müdiri
- Cahangir Nəbiyev - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər
təsərrüfatı şöbəsinin müdir müavini - Memarlıq-tikinti məsələləri, şəhər təsərrüfatı və mədəni irsin qorunması sektorunun müdiri - Azər Məhərrəmli - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdir müavini - Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri
- Ziyad Əliəkbərli - Şəki ŞİHBA-nın Hüquq və kadr məsələləri sektorunun müdiri
Şuranın elektron ünvanı: apellyasiya@sheki-ih.gov.az







