İcra Hakimiyyəti
Şura
Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli, 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”yə uyğun olaraq Şəki Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə İcra Hakimiyyəti başçısı yanında Şuranın yeni tərkibi təsdiq edilmişdir. İcra Hakimiyyətinin Başçısı yanında Şuranın iclasları «Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə»yə uyğun olaraq ayda iki dəfədən az olmayaraq keçirilir. İcra Hakimiyyəti başçısının yanında daimi məşvərətçi orqan olan Şuranın yaradılması rayonun iqtisadi, sosial, mədəni və digər yerli məsələlərinə baxılıb müzakirə edilməsi və onların həllinə dair konkret təkliflərin hazırlanması məqsədi daşıyır. Müzakirə olunmuş məsələlər üzrə irəli sürülmüş təklif və tövsiyələr əsasında Şuranın qərarları, zəruri hallarda isə şəhər icra hakimiyyəti başçısının Sərəncamları verilir.
Şuranın tərkibi:
Şura sədri
- Elxan Usubov - Şəki Şəhər İcra Hakimiyyətinin başçısı
Şura üzvləri
- Xəyalə Töhrablı - Şəki ŞİHB-nın müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri
- Elman İmamverdiyev - Şəki ŞİHB-nın müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri
- Yusif Məmmədov - Şəki ŞİHBA-nın Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri
- Rəfail Mənəfov - Şəki ŞİHBA-nın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdirinin müavini – Ərazi-təşkilat məsələləri sektorunun müdiri
- Cahangir Nəbiyev - Şəki ŞİHBA-nın Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdirinin müavini - Memarlıq-tikinti məsələləri, şəhər təsərrüfatı və mədəni irsin qorunması sektorunun müdiri
- Ziyad Əliəkbərli - Şəki ŞİHBA-nın Hüquq və kadr məsələləri sektorunun müdiri
- Anar Nəsibov - Şəki rayon Prokuroru
- Elnur Həsənov - Şəki Şəhər Rayon Polis şöbəsinin rəisi
- Anar İspəndiyarov - Dövlət Təhlükəsizlik Xidmətinin Şəki şəhər şöbəsinin rəisi
- Aytac Məcidova - Şəki Bələdiyyəsinin sədri
- Ariz Əhmədov - Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektorunun müdiri
Şura katibi
- Aqil Allahverdiyev - Şəki ŞİHBA-nın Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri







