Xidmətlər
Doğumun qeydə alınması
Xidmətin məzmunu : |
||||||||
- Uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə doğumun qeydiyyatı |
||||||||
Xidmətin aid olduğu təsnifat : |
||||||||
- Vətəndaşlıq, qeydiyyat və miqrasiya |
||||||||
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı : |
||||||||
- İcra Hakimiyyəti Başçısının qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri |
||||||||
Xidmətin hüquqi əsası : |
||||||||
- Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.2, 158.3, 159.1, 159.2, 166.2-ci maddələri; - Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2002-ci il tarixli 744 nömrəli "Azərbaycan Respublikasında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı işinin təkmilləşdirilməsi haqqında" Fərmanının 2-ci bəndi; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı" Qaydasının 1.5-1.7, 1.12-ci bəndləri və 2-ci hissəsi; - Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.2-ci bəndi. |
||||||||
Xidmətin həyata keçirilmə formaları : |
||||||||
- Vətəndaşın müraciəti əsasında səyyar xidmətin təşkili - Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması |
||||||||
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması : |
||||||||
- Telefon vasitəsilə məlumatlandırma |
||||||||
Xidmətin həyata keçirilməsinin nəticəsi : |
||||||||
- Doğum haqqında şəhadətnamə |
||||||||
Xidmət istifadəçisi barədə məlumat : |
||||||||
- Fiziki şəxslər |
||||||||
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası : |
||||||||
|
||||||||
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti : |
||||||||
Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00) |
||||||||
Xidmətin göstərilmə yeri : |
||||||||
- İcra Hakimiyyəti Başçısının qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin yerləşdiyi bina (otaq) |
||||||||
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları : |
||||||||
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı" Qaydasının 1.7 bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. |
||||||||
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması |
||||||||
|
||||||||
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar : |
||||||||
- Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə İcra Hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. |
||||||||
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar : |
||||||||
- İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən Şəhər İcra Hakimiyyətinə və ya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə inzibati qaydada şikayət edə bilər. - Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 (bir) ay müddətində baxılır. |
||||||||
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları : |
||||||||
- Yoxdur |
||||||||
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri |
||||||||
- Yoxdur |
||||||||
Xidmətin elektronlaşma səviyyəsi : |
||||||||
- Elektronlaşdırılmayıb |
||||||||
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi : |
||||||||
- Avtomatlaşdırılmayıb |
Şəki Şəhər İcra Hakimiyyəti
Ünvan: |
Az 5500 20 Yanvar küçəsi, 8 |
Telefon: |
(024) 244-33-23 |
Faks: |
(024) 244-39-94 |
E-poçt: |
|
Rəsmi internet informasiya ehtiyatının ünvanı: |
|
VÖEN: |
3000072051 |
Ödəmə rekvizitləri: |
A 1. Emitent (ödəyən) bank |
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: |
Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00) |