Xidmətlər
Sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi
Xidmətin məzmunu : |
||||||
- Sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi |
||||||
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı : |
||||||
- İcra Hakimiyyəti Başçısının qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri |
||||||
Xidmətin hüquqi əsası : |
||||||
- "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 15, 18, 64, 65 və 66-cı maddələri; - "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2000-ci il tarixli 261 №-li Fərmanının 3-cü bəndinin 6-cı abzası; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 №-li Qərarı ilə təsdiq edilmiş " Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 24-27, 124-127-ci bəndləri; - Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.2-ci bəndi; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 avqust 2000-ci il tarixli 148 №-li Qərarı ilə təsdiq edilmiş "Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formaları" 33-35 və 33x-35x nömrəli Formalar. |
||||||
Xidmətin həyata keçirilmə formaları : |
||||||
- Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması |
||||||
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması : |
||||||
- Telefon vasitəsilə məlumatlandırma |
||||||
Xidmətin həyata keçirilməsinin nəticəsi : |
||||||
- Sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiq edilməsi |
||||||
Xidmət istifadəçisi barədə məlumat : |
||||||
- Fiziki şəxslər - Hüquqi şəxslər |
||||||
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası : |
||||||
|
||||||
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti : |
||||||
Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00) |
||||||
Xidmətin göstərilmə yeri : |
||||||
- Şəki Şəhər İcra Hakimiyyəti Başçısının qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri; |
||||||
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları : |
||||||
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 №-li Qərarı ilə təsdiq edilmiş " Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 16-cı bəndinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmadıqda, notariat hərəkətləri bunun üçün lazım olan bütün sənədlərin təqdim olunduğu və dövlət rüsumu və müəyyən edilmiş hallarda haqq ödənildiyi gün aparılır. - "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə görə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 №-li Qərarı ilə təsdiq edilmiş " Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 35 və 36-cı bəndlərinə görə icra hakimiyyətinin nümayəndəliyi əgər: - notariat hərəkətlərinin aparılması qanuna ziddirsə; - hərəkət başqa notariat orqanı tərəfindən aparılmalıdırsa; - notariat hərəkətinin aparılması üçün fəaliyyət qabiliyyəti olmayan şəxs, yaxud lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etmişsə; - hüquqi şəxsin adından bağlanan əqd onun nizamnaməsində və ya əsasnaməsində göstərilən məqsədlərə ziddirsə; - qanunun tələblərinə uyğun olmayan əqd bağlanmışsa; - sənədlər qanunvericiliyin tələblərinə uyğun gəlmirsə və ya sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar varsa; - əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun gəlmirsə, notariat hərəkətlərini aparmaqdan imtina edir. - "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə görə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 №-li Qərarı ilə təsdiq edilmiş " Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 24-cü bəndinə görə pozuntu və qaralaması olan, təsdiq edilməmiş əlavələri olan sənədlərin, zədələndiyinə görə mətninin oxunması mümkün olmayan, yaxud karandaşla yazılmış sənədlərin notariat hərəkətlərinin aparılması üçün qəbul edilməsi qadağandır. Əgər bir neçə vərəqdə ifadə olunmuş sənədlər nömrələnməmiş, qaytanlanmamış, vəzifəli şəxsin imzası ilə və sənədi verən idarənin, müəssisəsinin və təşkilatın möhürü ilə təsdiq edilməmişsə, bu sənədlər də qəbul edilmir. |
||||||
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması : |
||||||
|
||||||
Ödənilmə üsulları : |
||||||
- Bank vasitəsi ilə |
||||||
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar : |
||||||
- Notariat hərəkətlərini apararkən İcra Hakimiyyətinin nümayəndəliyi hər bir halda notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya hüquqi şəxslərin nümayəndələrinin şəxsiyyətini müəyyən edirlər. - Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyü təsdiq edilərkən vətəndaşların şəxsiyyəti həmçinin iş yeri üzrə idarə, müəssisə, təşkilat tərəfindən onlara verilmiş xidməti vəsiqə, tələbə bileti və ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin verdiyi milli sürücülük vəsiqəsi əsasında da müəyyən edilə bilər. 16 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların şəxsiyyəti valideynlərin (övladlığa götürənlərin) pasportlarında onlar barəsində edilmiş qeydlərlə birlikdə doğum haqqında şəhadətnaməyə əsasən müəyyən oluna bilər. - İcra Hakimiyyətinin nümayəndəliyi idarələrin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətlərini o şərtlə təsdiq edirlər ki, həmin sənədlər qanuna zidd olmasın, hüquqi əhəmiyyət daşısın, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etmək qanunla qadağan edilməmiş olsun. - Şəxsin verdiyi sənədin surətinin düzgünlüyü o hallarda təsdiq edilir ki, sənədin əslində həmin şəxsin imzasının həqiqiliyini notarius, müvafiq İcra Hakimiyyəti orqanı və ya şəxsin işlədiyi, təhsil aldığı və yaxud müalicə olunduğu yer üzrə idarə, müəssisə, təşkilat təsdiq etmiş olsun. - Sənədin surətinin düzgünlüyü notariat qaydasında təsdiq olunmuşsa və ya sənədin surətini sənədin əslini vermiş idarə, müəssisə, təşkilat vermişdirsə, notarius sənədin surətindən çıxarılmış surətin düzgünlüyünü təsdiq edə bilər. Sonuncu halda sənədin surəti idarənin, müəssisənin, təşkilatın blankında tərtib edilməli, üzərinə möhür vurulmalı və qeyd olunmalıdır ki, sənədin əsli həmin idarə, müəssisə, təşkilatda saxlanılır. - Sənədlərdən çıxarışların düzgünlüyü o halda təsdiq edilə bilər ki, bu sənədlərin məzmunu bir-biri ilə əlaqəsi olmayan bir neçə məsələyə aid olsun. Çıxarış sənədin müəyyən məsələyə aid hissəsinin tam mətnini özündə əks etdirməlidir. - Sənədin təsdiq edilən surəti və ya sənəddən çıxarış sənədin əsli ilə tutuşdurulur. Sənədin surəti kseroks və yaxud çap və əlyazma üsulu ilə tərtib edilə bilər. - Təsdiq edilən və ya verilən sənədlər bir neçə ayrı-ayrı vərəqdə ifadə olunduqda həmin vərəqlər nömrələnməli və qaytanlanmalı, bu barədə müvafiq qeyd yazılmalı, həmin qeyd İcra Hakimiyyətinin nümayəndəliyi tərəfindən İcra Hakimiyyəti nümayəndəsinin imzası və gerbli möhürü ilə təsdiq edilməlidir. - Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edərkən İcra Hakimiyyətinin nümayəndəliyi həmin sənədlərdə imza edib şəxsi gerbli möhür vurmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formalar üzrə təsdiq qeydləri aparır. - Təsdiq qeydinin mətni makinada çap edilməli və ya əl ilə aydın ldə, pozulmuş sözlərə yol verilmədən yazılmalı, boş yerlərdən xətt çəkilməli, əlavə yazılar və başqa düzəlişlər şərtləşdirilməlidir. - Təsdiq qeydi sənəddə şəxsin imzasından sonra eyni səhifədə və ya sənədin arxa tərəfində, yaxud ayrıca vərəqdə yerləşdirilir. Təsdiq qeydinin ayrıca vərəqdə edildiyi, habelə təsdiq edilən sənədin məzmunu bir neçə vərəqdə ifadə olunduğu hallarda bütün vərəqlər nömrələnməli və qaytanlanmalıdır, bu barədə müvafiq qeyd yazılaraq, notariusun imzası və şəxsi gerbli möhürü ilə təsdiq olunur. - Sənədin surətinin düzgünlüyünü təsdiq etmək haqqındakı qeyd üçün kağız vərəqləri əlavə edilməsinə və yapışdırılmasına, habelə sənədin dublikatı üzərində əlavə yazışmalar edilməsinə yol verilmir. |
||||||
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar : |
||||||
- İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən Rayon İcra Hakimiyyətinə və ya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə inzibati qaydada şikayət edə bilər. - Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 (bir) ay müddətində baxılır. |
||||||
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları: |
||||||
- Yoxdur |
||||||
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri : |
||||||
- Yoxdur |
||||||
Xidmətin elektronlaşma səviyyəsi : |
||||||
- Elektronlaşdırılmayıb |
||||||
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi : |
||||||
- Avtomatlaşdırılmayıb |
Şəki Şəhər İcra Hakimiyyəti
Ünvan: |
Az 5500 20 Yanvar küçəsi, 8 |
Telefon: |
(024) 244-33-23 |
Faks: |
(024) 244-39-94 |
E-poçt: |
|
Rəsmi internet informasiya ehtiyatının ünvanı: |
|
VÖEN: |
3000072051 |
Ödəmə rekvizitləri: |
A 1. Emitent (ödəyən) bank |
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: |
Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00) |