Xidmətin məzmunu :
|
- Vəsiyyətnamələrin təsdiq edilməsi
|
Xidmətin aid olduğu təsnifat :
|
- Notariat fəaliyyəti
|
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
|
- İcra Hakimiyyəti Başçısının qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri
|
Xidmətin hüquqi əsası :
|
- "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 15, 18, 45, 47 və 48 maddələri - "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2000-ci il tarixli 261 №-li Fərmanının 3-cü bəndinin 4-cü abzası - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 №-li Qərarı ilə təsdiq edilmiş " Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın III fəsli (57-74-cü bəndlər) - Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.2-ci bəndi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 avqust 2000-ci il tarixli 148 №-li Qərarı ilə təsdiq edilmiş "Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formaları" 28-29 və 28x-29x nömrəli Formalar
|
Xidmətin həyata keçirilmə formaları :
|
- Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
|
- Telefon vasitəsilə məlumatlandırma
|
Xidmətin həyata keçirilməsinin nəticəsi :
|
- Vəsiyyətnamənin təsdiqi
|
Xidmət istifadəçisi barədə məlumat :
|
- Fiziki şəxslər
- Hüquqi şəxslər
|
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
|
Müddət (Məbləğ) :
|
1 iş günü
|
Ödəniş :
|
10 manat
|
Ödənişin hüquqi əsası :
|
- "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 10.15. maddə
|
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
|
Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)
|
Xidmətin göstərilmə yeri :
|
- Şəki İcra Hakimiyyəti Başçısının qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri; - Xəstəlik nəticəsində, əlilliklə, sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar olaraq və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda şəxsin icra hakimiyyətinin nümayəndəliyinin işlədiyi binaya (otağa) gələ bilmədiyi hallarda nəqliyyat vasitəsi ilə təmin edildikdən və ya maraqlı şəxs tərəfindən faktiki nəqliyyat xərcləri ödənildikdən sonra notariat hərəkətləri bu binalardan (otaqlardan) kənarda da aparıla bilər.
|
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
|
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 №-li Qərarı ilə təsdiq edilmiş " Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 16-cı bəndinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmadıqda, notariat hərəkətləri bunun üçün lazım olan bütün sənədlərin təqdim olunduğu və dövlət rüsumu və müəyyən edilmiş hallarda haqq ödənildiyi gün aparılır. - "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə görə hakimiyyətinin nümayəndəliyi aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər: - hərəkətin aparılması qanuna zidd olduqda; - hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; - hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə; - qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; - notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; - əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda.
|
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
|
Tələb olunan sənədin adı - Tələb olunan sənədin təqdimedilmə forması
|
Fiziki şəxsin yazdığı və ya yazdırdığı vəsiyyətnamə - Kağız daşıyıcıda
|
Dövlət rüsumunun ödənilməsi haqqında sənəd - Kağız daşıyıcıda
|
Müraciət edənin şəxsiyyətini təsdiq edən sənəd - Kağız daşıyıcıda
|
|
Ödənilmə üsulları :
|
- Bank vasitəsi ilə
|
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
|
- Notariat hərəkətlərini apararkən İcra Hakimiyyətinin nümayəndəliyi hər bir halda notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya hüquqi şəxslərin nümayəndələrinin şəxsiyyətini müəyyən edirlər. - Əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılır. - Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. - Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsi ilə tərtibinə yol verilmir. - İcra Hakimiyyətinin nümayəndəliyi fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən İcra Hakimiyyətinin nümayəndəliyinə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. - Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən İcra Hakimiyyətinin nümayəndəsinin iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyət edənin sözlərindən İcra Hakimiyyətinin nümayəndəsinin yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və İcra Hakimiyyətinin nümayəndəsinin, şahidlərin yanında imzalamalıdır. - Əgər vəsiyyətnamə vəsiyyət edənin sözlərinə əsasən İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən tərtib olunursa, vəsiyyətnamədə vəsiyyət edəndən başqa, iki şahidin imza etməsinə yol verilir. Bu halda İcra Hakimiyyətinin nümayəndəsi ilk növbədə hər iki şahidin imzalarının həqiqiliyini, sonra isə vəsiyyətnaməni təsdiq etməlidir. - Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. - Vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında İcra Hakimiyyətinin nümayəndəsinə verə bilər. Həmin şəxslərin orada olması onların zərfin üzərində notariat qaydasında (formasında) təsdiq edilmiş imzaları ilə müəyyən olunur. Bu növ vəsiyyətnamənin saxlanması onun notariusda rəsmən depozitə qoyulması ilə təmin edilməlidir. - Vəsiyyətnamə, tərtib edildiyi yer və vaxt göstərilməklə, yazılı ldə tərtib edilməli və vəsiyyət edən tərəfindən şəxsən imzalanmalıdır. Vəsiyyətnamə təsdiq olunan tarix və saat dəqiq göstərilməlidir. Vəsiyyətnamənin mətnində qeyd-şərtə və qaralamaya yol verilməməlidir. - Vəsiyyət edən fiziki qüsurlarına, xəstəliyinə və ya başqa səbəblərə görə vəsiyyətnaməni şəxsən imzalaya bilmirsə, vəsiyyətnaməni onun xahişi və iştirakı ilə digər şəxs imzalaya bilər. Bu zaman təsdiq qeydində vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. - Əgər vəsiyyət edən şəxs lal-kardırsa və ya lal-kar və savadsızdırsa, vəsiyyətnaməni o, İcra Hakimiyyətinin nümayəndəliyində və iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin irarədsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir. - Vəsiyyətin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyəti iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyət onların yanında texniki vasitədən istifadə etməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyəti imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətdə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsi ilə vəsiyyəti təsdiqləməlidirlər. - İcra Hakimiyyətinin nümayəndəliyi vəsiyyətnamənin təsdiqi barədə xahişlə müraciət edən şəxsi qanun üzrə vərəsələrin Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunmuş dairəsi ilə tanış etməli və vəsiyyət edənə onun hüquqlarını izah etməlidir. - Vəsiyyət sərəncamlarının dəqiq icrası məqsədi ilə vəsiyyət edən vəsiyyətnamə ilə həm vəsiyyət üzrə vərəsələr sırasından vəsiyyətnamənin bir və ya bir neçə icraçısını, həm də vərəsə olmayan başqa şəxsi təyin edə bilər. Başqa şəxsin təyin edildiyi halda vəsiyyətnamə icraçısının razılığı zəruridir. Bu razılığı o, vəsiyyətnamənin özündə və ya vəsiyyətnaməyə qoşulmuş ərizədə yazmaqla ifadə etməlidir. - Vəsiyyətnamə təsdiq olunarkən vəsiyyət edəndən vəsiyyət etdiyi əmlak üzərində mülkiyyət hüququnu, eləcə də onun xeyrinə vəsiyyət olunan şəxslə qohumluq əlaqəsini təsdiq edən sənəd tələb olunmur. Vəsiyyətnamə kənar şəxsin xeyrinə də təsdiq oluna bilər. - Əgər vəsiyyət edən özəlləşdirilmiş mənzili vəsiyyət edirsə, o zaman notarius bu mənzildə qeydiyyatda olan ailə üzvləri haqqında arayış tələb edir və mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin yazılı razılığını tələb edir.
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
|
- İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən Rayon İcra Hakimiyyətinə və ya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə inzibati qaydada şikayət edə bilər. - Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 (bir) ay müddətində baxılır.
|
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları:
|
- Yoxdur
|
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
|
- Yoxdur
|
Xidmətin elektronlaşma səviyyəsi :
|
- Elektronlaşdırılmayıb
|
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
|
- Avtomatlaşdırılmayıb
|