Şriftin ölçüsü :

Saytın rəngi :

Sənədlərdəki imzanın həqiqiliyinin təsdiq edilməsi

Xidmətin məzmunu :

- Sənədlərdəki imzanın həqiqiliyinin təsdiq edilməsi

Xidmətin aid olduğu təsnifat :

- Notariat fəaliyyəti

Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :

- İcra Hakimiyyəti Başçısının qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri

Xidmətin hüquqi əsası :

- "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 15, 18 və 67-cı maddələri;

- "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2000-ci il tarixli 261 №-li Fərmanının 3-cü bəndinin 6-cı abzası;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 №-li Qərarı ilə təsdiq edilmiş " Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 27, 128-132-ci bəndləri;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 avqust 2000-ci il tarixli 148 №-li Qərarı ilə təsdiq edilmiş "Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formaları" 36-37 və 36x-37x nömrəli Formalar;

Xidmətin həyata keçirilmə formaları :

- Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması

Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :

- Telefon vasitəsilə məlumatlandırma

Xidmətin həyata keçirilməsinin nəticəsi :

- Sənədlərdəki imzanın həqiqiliyinin təsdiq edilməsi

Xidmət istifadəçisi barədə məlumat :

- Fiziki şəxslər

- Hüquqi şəxslər

Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :

Müddət (Məbləğ) :

1 iş günü

Ödəniş :

2 manat

Ödənişin hüquqi əsası :

- "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 10.17. maddəsi

Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)

Xidmətin göstərilmə yeri :

- Şəki Şəhər İcra Hakimiyyəti Başçısının qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri;
- Xəstəlik nəticəsində, əlilliklə, sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar olaraq və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda şəxsin icra hakimiyyətinin nümayəndəliyinin işlədiyi binaya (otağa) gələ bilmədiyi hallarda nəqliyyat vasitəsi ilə təmin edildikdən və ya maraqlı şəxs tərəfindən faktiki nəqliyyat xərcləri ödənildikdən sonra notariat hərəkətləri bu binalardan (otaqlardan) kənarda da aparıla bilər.

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 №-li Qərarı ilə təsdiq edilmiş " Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 16-cı bəndinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmadıqda, notariat hərəkətləri bunun üçün lazım olan bütün sənədlərin təqdim olunduğu və dövlət rüsumu və müəyyən edilmiş hallarda haqq ödənildiyi gün aparılır.

- "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə görə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 №-li Qərarı ilə təsdiq edilmiş " Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 35 və 36-cı bəndlərinə görə icra hakimiyyətinin nümayəndəliyi əgər:

- notariat hərəkətlərinin aparılması qanuna ziddirsə;

- hərəkət başqa notariat orqanı tərəfindən aparılmalıdırsa;

- notariat hərəkətinin aparılması üçün fəaliyyət qabiliyyəti olmayan şəxs, yaxud lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etmişsə;

- hüquqi şəxsin adından bağlanan əqd onun nizamnaməsində və ya əsasnaməsində göstərilən məqsədlərə ziddirsə;

- qanunun tələblərinə uyğun olmayan əqd bağlanmışsa;

- sənədlər qanunvericiliyin tələblərinə uyğun gəlmirsə və ya sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar varsa;

-  əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun gəlmirsə, notariat hərəkətlərini aparmaqdan imtina edir.

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 №-li Qərarı ilə təsdiq edilmiş " Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 24-cü bəndinə görə pozuntu və qaralaması olan, təsdiq edilməmiş əlavələri olan sənədlərin, zədələndiyinə görə mətninin oxunması mümkün olmayan, yaxud karandaşla yazılmış sənədlərin notariat hərəkətlərinin aparılması üçün qəbul edilməsi qadağandır.

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :

Tələb olunan sənədin adı 
- Tələb olunan sənədin təqdimedilmə forması 

İmzanın həqiqiliyinin təsdiq ediləsi sənəd
- Kağız daşıyıcıda 

Dövlət rüsumunun ödənilməsi haqqında sənəd 
- Kağız daşıyıcıda 

Müraciət edənin şəxsiyyətini təsdiq edən sənəd 
- Kağız daşıyıcıda 

Ödənilmə üsulları :

- Bank vasitəsi ilə

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :

- Notariat hərəkətlərini apararkən İcra Hakimiyyətinin nümayəndəliyi hər bir halda notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya hüquqi şəxslərin nümayəndələrinin şəxsiyyətini müəyyən edirlər.

- İcra Hakimiyyətinin nümayəndəliyi qanuna zidd və əqdin şərhindən ibarət olmayan, eləcə də özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatlar əks etdirməyən sənədlərdə imzanın həqiqiliyini təsdiq edir.

- İcra Hakimiyyətinin nümayəndəliyi imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir. Sənədlər əqdin şərhindən ibarətdirsə, notarius tərəflərə müvafiq qaydada əqd bağlamağı təklif etməlidir.

- İcra Hakimiyyətinin nümayəndəliyi əqddə yalnız cismani qüsurlarına, xəstəliyinə və ya digər üzrlü səbəblərə görə şəxsən imza edə bilməyən şəxsin əvəzinə imza etmiş şəxsin imzasının həqiqiliyi təsdiq oluna bilər. Bu halda İcra Hakimiyyətinin nümayəndəliyi cismani qüsurlarına, xəstəliyinə və ya başqa səbəblərə görə şəxsən imza edə bilməyən şəxsin əvəzinə imza etmiş şəxsin imzasının həqiqiliyini təsdiq edərkən həm imza etmiş şəxsin, həm də bu şəxs kimin əvəzindən imza etmişsə həmin şəxsin şəxsiyyətini müəyyən edir.

- Sənəddə təsdiq edilən halları təsdiq etmək hüququ yalnız dövlət orqanına məxsus olduqda (məsələn, anadan olma, nikah, ölüm tarixi və s.), şəxsin həmin sənəddəki imzasının həqiqiliyi təsdiq edilə bilməz. Həmin sənəddəki imzanın həqiqiliyi elə hallarda təsdiq edilə bilər ki, bu sənəd xarici dövlətin məhkəməsinə və ya digər idarəsinə təqdim olunmaq üçün nəzərdə tutulsun.

- Bank vərəqələrində vəzifəli şəxslərin imzalarının nümunələrini təsdiq edərkən İcra Hakimiyyətinin nümayəndəliyi onların imzalarının həqiqiliyini və imza hüququna səlahiyyətini yoxlayır.

- Səlahiyyətin təsdiqi üçün İcra Hakimiyyətinin nümayəndəliyi aşağıdakı sənədləri tələb edir və özündə saxlayır: vəzifəli şəxsin təyin edilməsi haqqında əmr və ya seçilməsi haqqında protokol, müəyyən edilən qaydada təsdiq olunmuş nizamnamə və ya əsasnamə, yaxud idarə başçısının adına yuxarı təşkilat tərəfindən verilmiş etibarnamə. Vərəqədə bu təşkilatın möhürü ottiskinin nümunəsi göstərilməlidir. Təşkilatın möhürü yoxdursa, bu halı təsdiq edən müvafiq sənəd (hesabın sahibinə nisbətən yuxarı təşkilat tərəfindən verilmiş arayış və s.) təqdim olunmalıdır.

- Sənədlərdəki imzaların həqiqiliyini təsdiq edərkən İcra Hakimiyyətinin nümayəndəliyi həmin sənədlərdə imza edib şəxsi gerbli möhür vurmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formalar üzrə təsdiq qeydləri aparır.

- Təsdiq qeydinin mətni makinada çap edilməli və ya əl ilə aydın ldə, pozulmuş sözlərə yol verilmədən yazılmalı, boş yerlərdən xətt çəkilməli, əlavə yazılar və başqa düzəlişlər şərtləşdirilməlidir. Təsdiq qeydi sənəddə şəxsin imzasından sonra eyni səhifədə və ya sənədin arxa tərəfində, yaxud ayrıca vərəqdə yerləşdirilir. Təsdiq qeydinin ayrıca vərəqdə edildiyi, habelə təsdiq edilən sənədin məzmunu bir neçə vərəqdə ifadə olunduğu hallarda bütün vərəqlər nömrələnməli və qaytanlanmalıdır, bu barədə müvafiq qeyd yazılaraq, notariusun imzası və şəxsi gerbli möhürü ilə təsdiq olunur. Təsdiq qeydini və ya onun davamını yazmaq üçün kağız vərəqini, gerbli möhür vurulmaqla, yapışdırmağa icazə verilir, möhürün ottiskinin bir hissəsi yapışdırılmış vərəq üzərinə düşməlidir.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :

- İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən Rayon İcra Hakimiyyətinə və ya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə inzibati qaydada şikayət edə bilər.
- Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 (bir) ay müddətində baxılır.

Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :

- Yoxdur

Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :

- Yoxdur

Xidmətin elektronlaşma səviyyəsi :

- Elektronlaşdırılmayıb

Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :

- Avtomatlaşdırılmayıb

Şəki Şəhər İcra Hakimiyyəti

 Ünvan:

Az 5500 20 Yanvar küçəsi, 8

Telefon:

(024) 244-33-23

Faks:

(024) 244-39-94

E-poçt:

mail@sheki-ih.gov.az

Rəsmi internet informasiya ehtiyatının ünvanı:

sheki-ih.gov.az

VÖEN:

3000072051

Ödəmə rekvizitləri:

A 1. Emitent (ödəyən) bank
Adı: Kapital bank Şəki filialı
Kodu: 200703
VÖEN: 9900003611
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
S.Ü.İ.F.T. BİK: AIIBAZ2X

A 2. Ödəyən müştəri
Adı: Şəki Yerli Xəzinədarlıq Orqanı (YXO)
Hesab nömrəsi: AZ03AIIB32051019447000201170
VÖEN: 3000104011

İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar:

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)

Keçidlər