Şriftin ölçüsü :

Saytın rəngi :

Baba, nənə, qardaş, bacı və digər qohumların uşaqla ünsiyyət hüququnun yaradılması

Xidmətin məzmunu :

- Baba, nənə, qardaş, bacı və digər qohumların uşaqla ünsiyyət hüququnun yaradılması

 Xidmətin aid olduğu təsnifat :

- Ailə, qadın və uşaq

 Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :

- İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası

 Xidmətin hüquqi əsası :

- Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61-62-ci maddələri;

- "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 297 nömrəli Fərmanının 2-ci bəndinin 7-ci abzası.

 Xidmətin həyata keçirilmə formaları :

- Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması

 Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :

- Poçt xidməti vasitəsilə məlumatlandırma

- Telefon vasitəsilə məlumatlandırma

 Xidmətin həyata keçirilməsinin nəticəsi :

- İcra Hakimiyyəti başçısının sərəncamı

 Xidmət istifadəçisi barədə məlumat :

- Fiziki şəxslər

 Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :

Müddət (Məbləğ) :

30 iş günü

Ödənişsiz :

Xidmət ödənişsiz həyata keçirilir

 Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :

- Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)

 Xidmətin göstərilmə yeri :

- Şəki Şəhər İcra Hakimiyyətinin inzibati binası

 Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :

- Qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olmadıqda

 Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :

Tələb olunan sənədin adı 
- Tələb olunan sənədin təqdimedilmə forması 

Qohumluq əlaqəsini təsdiq edən sənəd 
- Kağız daşıyıcıda 

Şəxsiyyət vəsiqəsinin surəti 
- Kağız daşıyıcıda 

Ərizə 
- Kağız daşıyıcıda 

 Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :

- Xidmət istifadəçisi ərizə ilə Şəki Şəhər İcra Hakimiyyətinə müraciət edir. İcra Hakimiyyətində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik orqanı müraciəti araşdırır və müvafiq qərar qəbul edir. Qəbul edilmiş qərarın nəticəsinə görə İcra Hakimiyyətinin Başçısı sərəncam imzalayır.

 Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :

- İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər.
- Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.

 Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :

- Yoxdur

 Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :

- Yoxdur

 Xidmətin elektronlaşma səviyyəsi :

- Elektronlaşdırılmayıb

 Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :

- Avtomatlaşdırılmayıb

Şəki Şəhər İcra Hakimiyyəti

 Ünvan:

Az 5500 20 Yanvar küçəsi, 8

Telefon:

(024) 244-33-23

Faks:

(024) 244-39-94

E-poçt:

mail@sheki-ih.gov.az

Rəsmi internet informasiya ehtiyatının ünvanı:

sheki-ih.gov.az

VÖEN:

3000072051

Ödəmə rekvizitləri:

A 1. Emitent (ödəyən) bank
Adı: Kapital bank Şəki filialı
Kodu: 200703
VÖEN: 9900003611
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
S.Ü.İ.F.T. BİK: AIIBAZ2X

A 2. Ödəyən müştəri
Adı: Şəki Yerli Xəzinədarlıq Orqanı (YXO)
Hesab nömrəsi: AZ03AIIB32051019447000201170
VÖEN: 3000104011

İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar:

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)

Keçidlər