Şriftin ölçüsü :

Saytın rəngi :

Ölümün qeydə alınması

Xidmətin məzmunu :

- Ölümün qeydə alınması

 Xidmətin aid olduğu təsnifat :

- Vətəndaşlıq, qeydiyyat və miqrasiya

 Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :

- İcra Hakimiyyəti Başçısının qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri

 Xidmətin hüquqi əsası :

- Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.2, 158.3, 159.1, 159.2, 193, 194 və 195-ci maddələri;

- "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 297 nömrəli Fərmanının 2-ci bəndinin 5-ci və 6-cı abzasları;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı" Qaydasının 1.5-1.7-ci, 1.12-ci bəndləri, 8-ci bölməsi (8.1-8.15-ci bəndləri);

- Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.2-ci bəndi.

 Xidmətin həyata keçirilmə formaları :

- Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması

 Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :

- Telefon vasitəsilə məlumatlandırma

 Xidmətin həyata keçirilməsinin nəticəsi :

- Ölüm haqqında şəhadətnamə

 Xidmət istifadəçisi barədə məlumat :

- Fiziki şəxslər

 Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi

əsası :

Müddət (Məbləğ) :

2 iş günü

Ödənişsiz :

Xidmət ödənişsiz həyata keçirilir

 Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)

 Xidmətin göstərilmə yeri :

- Şəki Şəhər İcra Hakimiyyəti Başçısının qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri

 Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı" Qaydasının 1.7-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır.

 Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :

Tələb olunan sənədin adı 
- Tələb olunan sənədin təqdimedilmə forması 

Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında həkim şəhadətnaməsi 
- Kağız daşıyıcıda 

Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında feldşer arayışı 
- Kağız daşıyıcıda 

Ölmüş şəxsin şəxsiyyət vəsiqəsi 
- Kağız daşıyıcıda 

Ölmüş şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda, onun hərbi bileti 
- Kağız daşıyıcıda 

Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında həkim arayışı 
- Kağız daşıyıcıda 

Ölüm haqqında həkim sənədi olmadıqda, ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi 
- Kağız daşıyıcıda 

Ölmüş şəxsin doğum haqqında şəhadətnaməsi 
- Kağız daşıyıcıda 

Ölmüş şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda, onun xidməti vəsiqəsi 
- Kağız daşıyıcıda 

 Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :

- Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə İcra Hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır.
- Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.
- Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır.
- Ölüm haqqında məlumat İcra Hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir.
- Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. 
- Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
- Naməlum (tanınmamış) şəxslərin ölümünün qeydiyyatı tibb müəssisəsinin müvafiq sənədində əksini tapan məlumatlar əsasında aparılır.
- Yol getdiyi yerdə (qatarda, gəmidə, təyyarədə və s.) ölmüş şəxslərin ölümü yaxındakı İcra Hakimiyyətinin nümayəndəliyində qeyd oluna bilər.
- Ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur.

 Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :

- İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən Rayon İcra Hakimiyyətinə və ya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə inzibati qaydada şikayət edə bilər.
- Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 (bir) ay müddətində baxılır.

 Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :

- Yoxdur

 Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :

- Yoxdur

 Xidmətin elektronlaşma səviyyəsi :

- Elektronlaşdırılmayıb

 Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :

- Avtomatlaşdırılmayıb

 Şəki Şəhər İcra Hakimiyyəti

 Ünvan:

Az 5500 20 Yanvar küçəsi, 8

Telefon:

(024) 244-33-23

Faks:

(024) 244-39-94

E-poçt:

mail@sheki-ih.gov.az

Rəsmi internet informasiya ehtiyatının ünvanı:

sheki-ih.gov.az

VÖEN:

3000072051

Ödəmə rekvizitləri:

A 1. Emitent (ödəyən) bank
Adı: Kapital bank Şəki filialı
Kodu: 200703
VÖEN: 9900003611
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
S.Ü.İ.F.T. BİK: AIIBAZ2X

A 2. Ödəyən müştəri
Adı: Şəki Yerli Xəzinədarlıq Orqanı (YXO)
Hesab nömrəsi: AZ03AIIB32051019447000201170
VÖEN: 3000104011

İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar:

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)

 

Keçidlər