Şriftin ölçüsü :

Saytın rəngi :

Nikahın qeydə alınması

Xidmətin məzmunu :

- Nikahın qeydə alınması

 Xidmətin aid olduğu təsnifat :

- Vətəndaşlıq, qeydiyyat və miqrasiya

 Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :

- İcra Hakimiyyəti Başçısının qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri

 Xidmətin hüquqi əsası :

- Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 9.1, 9.2, 9.4, 9.5, 158.2, 158.3, 159.1, 159.2, 172.1, 173, 174-cü maddələri və 171-ci maddənin 1-ci cümləsi;

- "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 297 nömrəli Fərmanının 2-ci bəndinin 4-cü, 5-ci və 6-cı abzasları;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı" Qaydasının 1.2, 1.5, 1.6, 1.7, 1.12 bəndləri, 3-cü bölməsi (3.1-3.23 bəndləri);

- Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.2-ci bəndi.

 Xidmətin həyata keçirilmə formaları :

- Vətəndaşın müraciəti əsasında səyyar xidmətin təşkili

- Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması

 Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :

- Telefon vasitəsilə məlumatlandırma

 Xidmətin həyata keçirilməsinin nəticəsi :

- Nikah haqqında şəhadətnamə

 Xidmət istifadəçisi barədə məlumat :

- Fiziki şəxslər

 Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :

Müddət (Məbləğ) :

30 təqvim günü

Rüsum :

5 AZN

Xidmət haqqı :

Xidmət haqqı yoxdur

Ödənişin hüquqi əsası :

- Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 9.1, 9.2, 9.4, 9.5, 158.2, 158.3, 159.1, 159.2, 172.1, 173, 174 maddələri və 171-ci maddənin 1-ci cümləsi
- "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 297 nömrəli Fərmanının 2-ci bəndinin 4-cü, 5-ci və 6-cı abzasları
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə
təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı" Qaydasının 1.2, 1.5, 1.6, 1.7, 1.12 bəndləri, 3-cü bölməsi (3.1-3.23 bəndləri)
- Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.2. bəndi

 Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)

 Xidmətin göstərilmə yeri :

- Şəki İcra Hakimiyyəti Başçısının qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin inzibati binası

 Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı" Qaydasının 1.7 bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır;

- Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 11.1. maddəsinə görə nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir;

- Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12-ci maddəsinə görə aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
- Yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
- Övladlığa götürənlər və övladlığa götürülənlər;
- İkisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
- İkisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı" Qaydasının 3.6 bəndinə görə əvvəllər nikahda olmuş şəxslər yalnız nikahın pozulması haqqında şəhadətnaməni (surətini) və ya ərinin (arvadının) ölüm şəhadətnaməsi (surətini), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarışı təqdim etdikdə yeni nikah qeydə alına bilər;

- Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 173-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı" Qaydasının 3.15. bəndinə görə nikahı qeyd etmək üçün təyin olunmuş günədək nikahın qeyd edilməsinə qanuni maneələrin olduğu haqqında icra hakimiyyətinin nümayəndəliyinə ərizə daxil olarsa, qeydiyyat təxirə salınır, nikaha daxil olmağı arzu edən şəxslər bu barədə məlumatlandırılır, ərizə verənə ərizəni təsdiq edən sənədli sübutlar təqdim olunması üçün 1 aydan çox olmayaraq vaxt verilir. Nikahın qeydiyyatı üçün maneələrin olmasını təsdiq edən sübutlar təqdim edildikdə, icra hakimiyyətinin nümayəndəliyi nikahı bağlamaqdan imtina edir, nikaha daxil olmağı arzu edən şəxslərə bu barədə yazılı surətdə bildirir. Müəyyən edilmiş müddətdə əsaslı sübutlar təqdim olunmazsa, nikah qeydə alına bilər. Bu barədə nikaha daxil olmağı arzu edən şəxslərə məlumat verilir.

 Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :

Tələb olunan sənədin adı 
- Tələb olunan sənədin təqdimedilmə forması 

Nikaha daxil olmağı arzu edənlərin şəxsiyyət vəsiqələrinin surəti (imzasının icra hakimiyyətinin nümayəndəliyi tərəfindən və ya notariat qaydasında təsdiq edilmiş) 
- Kağız daşıyıcıda 

Nikaha daxil olmağı arzu edən şəxslərdən biri ağır xəstəliyi ilə əlaqədar nikahın qeydə alınması üçün icra hakimiyyəti nümayəndəliyinin yerləşdiyi binaya (otağa) gələ bilmədikdə bunu təsdiq edən həkim arayışı 
- Poçt vasitəsi ilə və ya şəxsən 

Müddəti azaltmaq və uzatmaq üçün əsas ola bilən üzrlü səbəbləri təsdiq edən sənəd (sənədlər) 
- Poçt vasitəsi ilə və ya şəxsən 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı" Qaydasının 3.9 bəndində qeyd olunan xüsusi halları təsdiqləyən sənəd (sənədlər) 
- Poçt vasitəsi ilə və ya şəxsən 

Əvvəllər nikahda olmuş şəxsin nikahın pozulması haqqında şəhadətnamənisin notariat qaydasında təsdiq edilmiş surəti və ya ərinin (arvadının) ölüm şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti, yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin və ya ondan çıxarışın notariat qaydasında təsdiq edilmiş surəti 
- Poçt vasitəsi ilə və ya şəxsən 

Nikaha daxil olmağı arzu edən şəxslərin yazılı ərizələri 
- Kağız daşıyıcıda 

Nikaha daxil olmaq istəyən şəxslərin həkim müayinəsindən keçmələri barədə tibbi arayış 
- Poçt vasitəsi ilə və ya şəxsən 

Əgər nikaha daxil olmaq istəyən şəxslərdən birinin üzrlü səbəbə görə (ağır xəstəlik, uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək məqsədilə icra hakimiyyətinin nümayəndəliyinə gəlmək imkanı olmadıqda, gəlmiş ikinci tərəf digər tərəfin özünə aid hissəsini şəxsən doldurduğu (gəlməmiş tərəfin ərizədəki imzasının icra hakimiyyətinin nümayəndəliyi tərəfindən və ya notariat qaydasında təsdiq edilmiş) birgə ərizə və ya ayrı-ayrı ərizələri 
- Kağız daşıyıcıda 

 Ödənilmə üsulları :

- Bank vasitəsi ilə

 Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :

- Nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir İcra Hakimiyyətinin nümayəndəliyi tərəfindən həyata keçirilir;

- Nikaha daxil olmağı arzu edənlər bu barədə İcra Hakimiyyətinin nümayəndəliyinə şəxsən yazılı ərizə verirlər;

- Ərizəni qəbul etmiş İcra Hakimiyyətinin nümayəndəliyi nikaha daxil olanları nikahın qeyd olunması şərtləri və qaydası ilə tanış etməli, bu şəxslərin bir-birinin səhhəti və ailə vəziyyəti haqqında xəbərdar olduqlarını aydınlaşdırmalı, habelə gələcək ər-arvad və ya valideyn kimi onlara hüquqlarını və vəziyyətini izah etməlidir. Ümumi uşaqları olan şəxslər arasında nikah bağlandığı hallarda İcra Hakimiyyətinin nümayəndəliyi onlara eyni zamanda atalığın müəyyən olunması qaydasını izah etməlidir;

- Nikahın bağlanması vaxtı elə təyin edilməlidir ki, o, eyni binada ölüm və nikahın pozulmasının qeydiyyatı ilə bir vaxta düşməsin;

- Nikahın qeydiyyatı günü təyin edilərkən İcra Hakimiyyətinin nümayəndəliyi nikaha daxil olanların nikahı təntənəli şəraitdə bağlamaq arzusunda olub-olmadıqlarını aydınlaşdırır;

- Nikahda daxil olanlar nikahı təntənəli şəraitdə bağlamaq arzusunda olduqlarını bildirdikdə İcra Hakimiyyətinin nümayəndəliyi bunun üçün şərait yaradır;

- Nikah İcra Hakimiyyətinin nümayəndəliyi tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq onların iştirakı ilə bağlanır;

- Üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti Qeydiyyat şöbəsi, konsulluq idarəsi və İcra Hakimiyyətinin nümayəndəliyi tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər;

- Müddəti azaltmaq və uzatmaq üçün əsas ola bilən üzrlü səbəblərə təcili olaraq uzunmüddətli ezamiyyətə getmə və ya daimi yaşamaq üçün başqa yerə köçmə, birgə uşaqların olması, nikaha daxil olmaq istəyən qadının hamilə olması, evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi, hərbi xidmətə çağırılma və digər hallar aid edilə bilər. Bu hallar müvafiq sənədlərlə (ezamiyyə vərəqəsi, tibb arayışı, doğum haqqında şəhadətnamə və s) təsdiq edilməlidir;

- Xüsusi hallarda (hamiləlik, birgə uşağın olması, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması, bu Qaydanın 3.9-cu bəndində nəzərdə tutulmuş digər hallarda) nikah ərizə verilən gün bağlana bilər;

- Nikaha daxil olmağı arzu edən şəxslər müəyyən olunmuş vaxtda gəlmədikdə və gəlməməyin səbəbi üzrlü hesab edilmədikdə nikahın qeydə alınması haqqında ərizə ləğv edilir. Nikaha daxil olmağı arzu edən şəxslər fikirlərini dəyişmədikdə yenidən ərizə verməlidirlər. İcra Hakimiyyətinin nümayəndəliyi isə nikahı qeydə almaq üçün yenidən 1 aylıq müddət müəyyən etməlidir;

- Nikahı qeyd etmək üçün təyin olunmuş günədək nikahın qeyd edilməsinə qanuni maneələrin olduğu haqqında Qeydiyyat şöbəsi, konsulluq idarəsi və İcra Hakimiyyətinin nümayəndəliyinə ərizə daxil olarsa, qeydiyyat təxirə salınır, nikaha daxil olmağı arzu edən şəxslər bu barədə məlumatlandırılır, ərizə verənə ərizəni təsdiq edən sənədli sübutlar təqdim olunması üçün 1 aydan çox olmayaraq vaxt verilir. Nikahın qeydiyyatı üçün maneələrin olmasını təsdiq edən sübutlar təqdim edildikdə, İcra Hakimiyyətinin nümayəndəliyi nikahı bağlamaqdan imtina edir, nikaha daxil olmağı arzu edən şəxslərə bu barədə yazılı surətdə bildirir. Müəyyən edilmiş müddətdə əsaslı sübutlar təqdim olunmazsa, nikah qeydə alına bilər. Bu barədə nikaha daxil olmağı arzu edən şəxslərə məlumat verilir;

- Nikaha daxil olan şəxslərin arzusu ilə nikahın qeydə alınmasında digər şəxslər iştirak edə bilərlər. Nikah haqqında aktın qeydində imza edən şahidlər iki nəfərdən artıq olmamalıdır;

- Nikaha daxil olmağı arzu edən şəxslərdən biri ağır xəstəliyi ilə əlaqədar nikahın qeydə alınması üçün Qeydiyyat şöbəsi, konsulluq idarəsi və İcra Hakimiyyəti nümayəndəliyinin yerləşdiyi binaya (otağa) gələ bilmədikdə nikahın qeydiyyatı nikaha daxil olanların hər ikisinin iştirakı ilə, bu Qaydaların şərtlərinə əməl olunmaqla evdə, tibb müəssisələrində aparıla bilər. Bu halda nikaha daxil olmağı arzu edən şəxsin Qeydiyyat şöbəsi, konsulluq idarəsi və İcra Hakimiyyəti nümayəndəliyinin yerləşdiyi binaya (otağa) gələ bilməməsinin səbəbi həkim arayışı ilə təsdiq olunur və bu arayış nikah haqqında ərizəyə əlavə edilir. Nikah haqqında akt qeydinin 16-cı qrafasına nikahın bağlandığı yer və həkim arayışı barədə məlumatlar daxil edilir;

- Nikaha daxil olmağı arzu edən şəxslərin müraciətinə əsasən nikah toy mərasimində qeydə alına bilər;

- Nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şəhadətnamə verilir.

 Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :

- İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən Rayon İcra Hakimiyyətinə və ya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə inzibati qaydada şikayət edə bilər;

- Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 (bir) ay müddətində baxılır.

 Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :

- Yoxdur

 Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :

- Yoxdur

 Xidmətin elektronlaşma səviyyəsi :

- Elektronlaşdırılmayıb

 Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :

- Avtomatlaşdırılmayıb

Şəki Şəhər İcra Hakimiyyəti

 Ünvan:

Az 5500 20 Yanvar küçəsi, 8

Telefon:

(024) 244-33-23

Faks:

(024) 244-39-94

E-poçt:

mail@sheki-ih.gov.az

Rəsmi internet informasiya ehtiyatının ünvanı:

sheki-ih.gov.az

VÖEN:

3000072051

Ödəmə rekvizitləri:

A 1. Emitent (ödəyən) bank
Adı: Kapital bank Şəki filialı
Kodu: 200703
VÖEN: 9900003611
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
S.Ü.İ.F.T. BİK: AIIBAZ2X

A 2. Ödəyən müştəri
Adı: Şəki Yerli Xəzinədarlıq Orqanı (YXO)
Hesab nömrəsi: AZ03AIIB32051019447000201170
VÖEN: 3000104011

İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar:

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)

Keçidlər