Fəaliyyətə dair illik hesabatlar
2012-ci ilin hesabatı
2012-ci ildə Şəkinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair
H E S A B A T
Tarixə dönən, xalqımızın yaddaşında uğurlarla qalan 2012-ci ildə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında mühüm dəyişikliklər baş vermişdir. 2013-cü il yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ölkəmizin 2012-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda ölkəmizin sənaye potensialının gücləndirilməsi, sosial proqram və layihələrin icrası geniş müzakirə olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Dövlət başçısı 2012-ci ildə iqtisadiyyatın uğurla inkişaf etdiyini, qeyri-neft sektorunun 9,7 faiz, əhalinin pul gəlirlərinin 13,8 faiz artdığını, inflyasiyanın 1,1 faiz təşkil etdiyini bildirmişdir. Bütün sosial proqram və layihələrin həyata keçirilməsində heç bir problemin olmadığını vurğulayan cənab Prezidentimiz demişdir: “ Əvvəlki illərdə əldə edilmiş uğurlar 2013-cü ildə cox vacib rol oynayacaqdır. Çünki əvvəlki illərdə qəbul edilmiş proqramlar və icra edilmiş layihələr bu ilin uğurlu inkişafını da təmin etməlidir”.
Qeyd etmək istəyirəm ki, 2012-ci ilin sentyabr ayı şəhərimiz üçün olduqca əlamətdar hadisələrlə zəngin olmuşdur. Sentyabr ayının 9-da cənab Prezidentimiz İlham Əliyev Şəkiyə səfər etmişdir. Dövlətimizin başçısı Şəkidə umummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş , Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir.Orijinal memarlıq üslubunda inşa olunacaq və ümumi sahəsi 5 min 629 kvadratmetr olan Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətindən bəhs edən muzeyin , 230 nəfərlik akt zalının , kitabxananın , sərgi zalının, toplantı və tədris otaqlarının, linqafon kabinetinin, həmçinin digər təyinatlı bölmələrin yaradılması nəzərdə tutulmuşdur. Mərkəz Heydər Əliyev irsinn təbliğində mühüm rol oynamaqla yanaşı, gənc nəslin dünyagörüşünün, bilik və bacarığının artırılmasına hərtərəfli şərait yaradacaqdır. Ərazidə həmçinin Heydər Əliyev Parkı , Bayraq Meydanı və Şəki Şəhər İcra Hakimiyyəti üçün yeni binanın da inşası nəzərdə tutulmuşdur. Cənab Prezidentimiz Şəkiyə səfəri çərçivəsində 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin, Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti hesabına inşa olunmuş taxıl anbarı və dəyirman kompleksinin, dördulduzlu “ Shaki Palace” otelinin açılışında iştirak etmiş, M. F. Axundzadənin adını daşıyan mədəniyyət və istirahət parkında aparılmış yenidənqurma işləri ilə tanış olmuşdur. Şəkiyə səfəri çərçivəsində dövlətimizin başçısı məcburi köçkünlərlə və Şəki şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir:” Şəki şəhərinin və rayonunun inkişafı ilə bağlı çox böyük işlər görülür. Mən dəfələrlə Şəkidə olmuşam, keçən il, bu il, ondan əvvəlki dövrdə . Böyük quruculuq, abadlıq işləri görülür. Bu gün Heydər Əliyev Mərkəzinin təməl daşını qoyduq. Şəkidə mədəniyyət, səhiyyə, təhsil sahəsində böyük işlər görülür, infrastruktur layihələr icra edilir. Şəki böyük mədəniyyət mərkəzidir, zəngin tarixə, mədəniyyətə malik olan bir diyardır. Rayonun və şəhərin kommunal infrastrukturunun yeniləşdirilməsi məsələləri də öz həllini tapır. Bir sözlə, Şəki çox dinamik inkişaf edir. Mən keçən dəfə Şəkidə ötən ilin payızında olmuşam. Heç bir il keçməyib, amma gördüyüm dəyişikliklər məni çox sevindirir.”
Bu bir daha onu göstərir ki, cənab Prezidentimiz bütün tarixi şəhərlərə, o cümlədən, şəhərimizə böyük qayğı və diqqət göstərir. Mən bir daha bütün şəkililər adından hörmətli Prezidentimizə Şəkiyə və şəkililərə göstərdiyi diqqət və qayğıya görə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.
Sentyabr ayının 12-də cənab Prezidentimiz İlham Əliyev xanımı Mehriban Əliyeva və ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə Şəkinin qonağı olması bizim üçün olduqca fərəhli və sevindirici bir hadisə idi. Cənab Prezidentimiz İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Şəkidə türk əsgərinin abidə kompleksini ziyarət etmiş, Şərq memarlığının nadir incisi hesab olunan Şəki Xan Sarayı , Kiş kəndindəki Alban məbədi , Yuxarı və Aşağı Karvansara mehmanxana kompleksləri ilə tanış olmuş, Şəki Cümə məscidinə baş çəkmişlər.Hesab edirəm ki, Cənab Prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyeva , Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın 2012-ci ildə Şəkiyə səfəri şəhərimizin ictimai- siyasi həyatında cox mühüm tarixi hadisədir.
2012-ci ildə rayonumuzun sosial-iqtisadi inkişafının yekunları ilə tanış olmaq üçün konkret faktlara nəzər salmaq kifayətdir.
2012-ci ildə istehsalın əsas sahələrində ilkin hesablamalara görə faktiki qiymətlərlə 370 milyon 758 min manatlıq məhsul buraxılmışdır ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çoxdur. Adambaşına faktiki qiymətlərlə 2062 manatlıq məhsul istehsal olunmuşdur ki, bu da 2011- ci ilin müvafiq dövrü ilə müqayisədə 5, 2 faiz çoxdur. 2012-ci ildə pərakəndə əmtəə dövriyyəsi 237 milyon 121 min manat olmuşdur ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 10 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 57 milyon 187 min manat olmuşdur Rayonda 2012-ci ildə 1246 yeni iş yeri açılmışdır.
2012-ci ildə rayonumuzda iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına yönəldilmiş investisiyanın həcmi 111 milyon 480 min manat olmuşdur. Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz çoxdur. İstifadə edilmiş investisiyanın 93 milyon 223 min manatı və yaxud 83,6 faizi dövlət mülkiyyətinin , 18 milyon 256 min manatı və ya 16,4 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Əsas kapitala yönəldilmiş investisiyanın 90 milyon 323 min manatı və ya 81 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir . Əsas kapitala yönəldilmiş investisiyanın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dövlət mülkiyyəti üzrə 5,9 faiz , qeyri –dövlət mülkiyyəti üzrə 51, 8 faiz artmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili siyasətinin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Ölkəmizin başçısı Nazirlər Kabinetinin 2012-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda xüsusi olaraq vurğulamışdır ki, bu gün ölkəmizdə sahibkarlara böyük diqqət vardır. Onlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir. Cənab Prezidentimiz demişdir: “ Sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətini də mən yüksək qiymətləndirirəm. Bu Fondun xətti ilə bu günə qədər təxminən 1 milyard manata yaxın vəsait aşağı faizlərlə kredit şəklində sahibkarlara verilmişdir və çox şadam ki, bu vəsaitlər qaytarılır. Biz özəl sektorun , sahibkarlığın inkişafına təkcə maliyyə prizmasından yanaşmırıq, eyni zamanda tövsiyələr , məsləhətlər də verilir ”. Sahibkarlığın inkişaf etdirilməsi istiqamətində Şəkidə bir sıra konkret tədbirlər həyata keçirilmişdir. Belə ki, 2012-ci il dekabrın -19-da Şəki şəhər icra hakimiyyəti başçısının sahibkarlarla görüşü keçirilmişdir. Görüşdə məqsəd yerli sahibkarların fəaliyyəti ilə yaxından tanış olmaq , qarşılaşdıqları problemlərin həllində onlara yaxından kömək göstərmək olmuşdur. Müddət ərzində sahibkarlar arasında maarifləndirmə işləri aparılmış, müxtəlif qanunvericilik, hüquqi sənədlər izah olunmuş, iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə qarşıya çıxan problemlərin həllində onlara yaxından köməklik göstərilmişdir. Hazırda Şəki rayonu üzrə 3924 sahibkarlıq subyekti fəaliyyət göstərir. 2012-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəki rayonu üzrə 27 sahibkara 330 min manat güzəştli kredit verilmişdir.
Şəkililər ölkə rəhbərinin əhalinin sosial müdafiəsi sahəsində yeritdiyi siyasəti yüksək qiymətləndirir, aztəminatlı əhali qrupuna göstərdiyi böyük diqqət və qayğının təzahürü kimi qəbul edir.
Yanvarın 15-də Nazirlər Kabinetinin geniş yığıncağında çıxış edən cənab Prezidentimiz İlham Əliyev demişdir: “Azərbaycanda orta maaş və orta pensiya artır Əgər biz MDB məkanında müqayisə aparsaq , bu , yüksək səviyyədədir. Orta əmək haqqı 500 dollardan çoxdur. Orta pensiya 200 dollara yaxındır. Əlbəttə ki, bu, bizi qane etmir. Biz çalışmalıyıq ki, daha böyük artıma nail olaq”.
2012-ci ildə rayonumuzda 2814 ailəyə Ünvanlı Dövlət Sosial Yardımı təyin olunmuşdur. Hal-hazırda 2613 ailəyə 285 min 859 manat məbləğində Ünvanlı Dövlət Sosial Yardımı təyin edilərək ödənilir. Ünvanlı Dövlət Sosial Yardımı təyin olunan ailələr arasında 750 ailə ilk dəfədir ki, bu yardımı alır. Şəki rayonu üzrə hər bir ailə üzvünə təyin edilən Ünvanlı Dövlət Sosial Yardımın orta aylıq məbləği 24 manat 92 qəpik , hər ailəyə düşən orta aylıq məbləği isə 109 manat 04 qəpik təşkil etmişdir.
Dövlət Sosial Müdafiə Fondunun Şəki Şəhər Şöbəsi 2012-ci ildə 25678 nəfər əmək pensiyaçısına xidmət göstərmişdir. Həmin pensiyaçılardan 16987 nəfəri yaşa, 7134 nəfəri əlilliyə, 1557 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Əgər 2003-cü ildə pensiyaların orta aylıq məbləği 27 manat 19 qəpik idisə, 2013-cü il yanvarın 1-i tarixinə bu rəqəm 140 manat 09 qəpik olmuşdur. Bu ötən dövr ərzində pensiyaların orta aylıq məbləğində 5 dəfə artım deməkdir. Kənd yerlərində yaşayan pensiyaçılara plastik kartların verilməsi ilə əlaqədar xeyli işlər görülmüşdür. Artıq bütün pensiyaçılar plastik kartlarla təmin olunmuşlar. Hal-hazırda rayon ərazisində Beynəlxalq Bankın Şəki filialı tərəfindən 14 ədəd bankomat quraşdırılmış və aktiv fəaliyyət göstərir. Onlardan 8-i şəhərin mərkəzində, 6-sı kənd ərazisində yerləşir.
Şəki Rayon Məşğulluq Mərkəzinə 2012-ci ildə 452 nəfər işaxtaran müraciət etmişdir. Müddət ərzində 214 nəfər işə düzəlmişdir. İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən 18 kvota yerinə 11 nəfər işə götürülmüşdür. 25 may 2012-ci il tarixdə keçirilən “Əmək Yarmarkası” na 26 müəssisə və təşkilatdan 258 boş iş yeri çıxarılmışdır. Yarmarkada 50 nəfərə göndəriş verilmiş və işlə təmin olunmuşdur.
Ötən illərdə olduğu kimi, 2012-ci ildə də məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Respublikamızın ən iri taxılçılıq rayonlarından biri olan Şəkinin fermer təsərrüfatlarında 2012-ci ilin məhsulu üçün 76265 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilmişdir. Yetişən məhsulu tez və itkisiz yığmaq üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir.Belə ki, Şəki Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş yığıncağında taxıl biçininin tez və itkisiz başa çatdırılması müzakirə olunmuş və konkret qərarlar qəbul edilmişdir. Həmçinin Şura üzvləri taxıi biçininin gedişi ilə yerində tanış olmaq üçün Səbətli ərazisində olmuş , fermerlərin problemləri ilə maraqlanmış, biçinin vaxtında və itkisiz başa çatdırılması üçün öz tövsiyələrini vermişdir. Ümumiyyətlə, rayonumuzda yazlıq və payızlıq bitki əkinlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi daim diqqət mərkəzində saxlanmışdır. Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində rayonda taxıl biçini vaxtında və itkisiz başa çatdırılmış, 256 min ton taxıl istehsal edilmiş, hər hektardan orta məhsuldarlıq 35,2 sentner təşkil etmişdir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən Şəki respublikamızda taxıl istehsalının həcminə və hər hektardan orta məhsuldarlığa görə 2012-ci ildə birinci yer tutmuşdur.
Şəkinin taxılçılıqla məşğul olan fermerləri 2013-cü ildə də daha bol taxıl məhsulu istehsalına nail olmaq üçün 2012-ci ilin payızında taxıl səpini kompaniyasını uğurla başa çatdırmışlar.
Nazirlər Kabinetinin 2012-ci ilin yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən cənab Prezidentimiz iri fermer təsərrüfatlarının yaradılmasının vacib olduğunu bir daha vurğulayaraq bu prosesin daha da sürətləndirilməsinin zəruri olduğunu bildirmiş, bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli kreditlərin verildiyini, gələn il bu məbləğin daha da artırılacağını bildirmişdir. Cənab Prezidentimizin 2012-ci il sentyabrın 9-da açılışında iştirak etdiyi taxıl anbarı və dəyirman kompleksi məhz əsas ərzaq məhsullarına olan təlabatın təmin edilməsi istiqamətində rayonumuzda görülən mühüm işlərdən biridir. Regionların 2009-2013-cü illərdə sosial –iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq , Şəki rayonunun Göybulaq kəndində üç hektar ərazidə taxıl məhsullarının tədarükü , saxlanması və emalı kompleksi inşa edilmişdir.Müasir texnologiya əsasında qurulmuş taxıl anbarı Şəki və ətraf rayonlarda fəaliyyət göstərən fermerlərin istehsal etdiyi taxıl məhsullarının uzun müddətə itkisiz saxlanmasına imkan verəcək.
Əkin sahələrinin yaşayış məntəqələrini sel sularından mühafizə etmək məqsədilə Küngüt, Daşağıl, Zəyzid, Şin və Kiş çaylarında 1114 min kub metr təmizlənmə işləri görülmüşdür
Rayonumuzun kənd təsərrüfatının əsas sahələrindən biri də heyvandarlıqdır. Bu sahənin də dinamik inkişafının təmin edilməsi, heyvandarlıq məhsulları istehsalının həcminin artırılması daim diqqət mərkəzində saxlanmış, heyvandarlığın inkişafında mal-qaranın cins tərkibinin yaxşılaşdırılması , damazlıq –seleksiya işinin genişləndirilməsi sahəsində də xeyli iş görülmüşdür. İyun ayının 5-də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəkidə heyvandarlıqda damazlıq – seleksiya işlərinə dair respublika seminar müşavirəsi keçirilmişdir. Seminar müşavirədə kənd təsərrüfatı naziri cənab İsmət Abbasov , həmçinin respublikamızın 52 rayonundan 320 nəfər iştirak etmişdir.
Şəki Şəhər Icra Hakimiyyəti başçısı yanında Şuranın təsdiq edtiyi tədbirlər planına əsasən müddət ərzində müəyyən edilmiş yerlərdə minlərlə ağac və gül kolları əkilmiş, onlara lazımi səviyyədə qulluq göstərilmişdir. Icra hakimiyyətinin təşəbbüs və təşkilatçılığı ilə keçirilən ağacəkmə kompaniyasında idarə və müəssisələr ,icra nümayəndəlikləri, bələdiyyələr yaxından iştirak etmiş, qəsəbə və kəndlərdə, habelə Şəki-Oğuz, Şəki-Yevlax, Şəki-Balakən şosse yollarının kənarlarında, şəhərin müxtəlif ərazilərində 30 mindən çox ağac əkilmiş və mühafizəsi təşkil edilmişdir.
2012-ci ildə Şəki Şəhər İcra Hakimiyyəti Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə Şəki şəhərinin Baş Planını hazırlamışdır. Baş Plana əsasən bir sıra infrakstruktur layihələrin həyata keçirilməsi,həmçinin, şəhərin qərbə doğru genişlənməsi, perspektivdə Oxud, İnçə, Kİş, Qoxmuq kəndlərinin də şəhər ərazisinə daxil olması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanan Baş Planın ilkin variantı şəhər sakinlərinin iştirakı ilə geniş müzakirə olunmuş və bəzi dəyişikliklər edilməklə qəbul edilmişdir.
2012-ci ildə şəhərin M. Ə. Rəsulzadə prospektində , Salman Mumtaz və Oğuz şossesi küçələrində , eləcədə yeni tikilmiş 100 çarpayılıq xəstəxana kompleksinin qarşısında umumilikdə 42210 m 2 ərazidə yollar genişləndirilib asfalt- beton örtük salınmaqla yenidən qurulmuş, köhnə arxlar əsaslı surətdə bərpa edilmiş , səkilərə beton plitələr düzülmüşdür. Şəhərin Heydər Əliyev prospekti ilə Salman Mümtaz küçəsinin kəsişməsindəki dairə yenidən qurulmuş , dairə və ətraf