Şriftin ölçüsü :

Saytın rəngi :

2020-ci ilin hesabatı

2020-ci ildə Şəkinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair

H E S A B A T

           Tarixə dönən, xalqımızın yaddaşında Böyük Zəfər ili kimi qalan 2020-ci  ildə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında mühüm dəyişikliklər baş vermişdir. 2021-ci il yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilmişdir. Müşavirədə çıxış edən cənab  Prezidentimiz demişdir :” Keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb, təslim olub və biz 3 rayonumuzu bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytardıq. Beləliklə, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu. Biz bunu hərbi yollarla həll etdik. Beləliklə, müharibə başa çatdı. Biz istədiyimizə nail olduq. İndi artıq quruculuq dövrü başlayır. 2020-ci ilin fevral ayında ölkəmizdə parlament seçkiləri keçirilmişdir. Parlament seçkiləri demokratiya istiqamətində atılmış növbəti ciddi addım idi. Parlamentin rəhbər orqanları yeniləndi, rəhbərliyə yeni insanlar gəldi “ .

      44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən müharibədə Şəki 56 nəfər şəhid verdi. Qəhrəman  şəhidlərimiz böyük izdihamla son mənzilə yola  salınmış, mərasimə toplaşan minlərlə şəkili gənc onların  qanının yerdə qalmayacağını, intiqam gününün yaxınlaşdığını, düşməndən amansız qisas alınacağını bildirmişdilər. Ali Baş Komandanın hər an əmrinə hazır olan Müzəffər Azərbaycan Ordusu işğalda qalan əzəli-əbədi torpaqlarımızı  cəmi 44 gün ərzində azad edərək, düşmən üzərində  çaldığı şanlı Qələbənin paytaxt Bakının Azadlıq meydanında Zəfər paradını keçirdi. Bu Qələbənin əldə edilməsi üçün canından-qanından keçən Azərbaycanın şəhid oğullarının müqəddəs ruhları da şad oldu. Azərbaycan Prezidenti xalqımıza Qələbə sevincini yaşadan, qanı ilə “Qarabağ Azərbaycandır!” yazan şəhidlərimizin qəhrəmanlıqlarını qiymətləndirdi , onlar orden və medallara layiq görüldü, dövlətin ali mükafatları ilə təltif olundu.      Bu gün bütün dünya ölkələri koranovirus  pandemiyası ilə müharibə şəraitində yaşayır.   Azərbaycan koronavirus epidemiyası yayılan ilk gündən bu mübarizəyə qoşulub, dövlət tərəfindən lazımi işlər görülüb. Cənab Prezidentimiz  İlham Əliyevin tapşırığı əsasında  Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmış,  koronavirusun ölkə iqtisadiyyatına, vətəndaşların sosial vəziyyətinə mənfi təsirinin aradan qaldırılmasına yönələn bir sıra fərman və Sərəncamlar verilmiş, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır.

 Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Şəki şəhərində də qabaqlayıcı tədbirlər görülmüşdür. Bu məqsədlə mənim imzaladığım sərəncama əsasən xüsusi qərargah,  daxil olan məlumatların operativ qəbul edilməsi üçün 244 26 43 nömrəli “Qaynar xətt” yaradılmışdır.

Operativ Qərargahın tələblərinə uyğun olaraq Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən zəruri tədbirlərin görülməsi  müddət ərzində davam etdirilmişdir. Qlobal pandemiya hesab olunan koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə  Şəki Şəhər İcra Hakimiyyətinin, başçının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əməkdaşlarından, məhəllə nümayəndələrindən ,şəhər və kənd bələdiyyələrinin üzvlərindən ibarət  52 qrup yaradılmışdır. Qrup üzvləri şəhərin küçə və prospektlərində, kənd və qəsəbələrdə  sakinlər arasında təbliğat və maarifləndirmə işləri aparmışdır. Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq  mobil qruplarla yanaşı,  mən ,başçının müavinləri, polis şöbəsinin rəisi və icra hakimiyyətinin məsul işçiləri şəhər ərazisində, ticarət obyektlərində  xəbərdarlıq işləri aparmış, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək tövsiyə olunmuşdur. Həmçinin rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatların binaları, şəhər ərazisindəki istirahət parklarının ərasizi, ictimai yaşayış evləri  , eyni zamanda marşrut avtobusları və dayanacaqlar mütəmadi olaraq dezinfeksiya olunmuşdur. Şəki şəhər İH-nin nəzdində yaradılan mobil qruplar tərəfindən şəhər ərazisində, kənd və qəsəbələrdə təbliğat işi fasiləsiz olaraq həyata keçirilir,  əhalinin daha çox görə biləcəyi yerlərə xüsusi maarifləndirici posterlər yerləşdirilir və sakinlərə maarifləndirici flayerlər paylanılır. Bir müddət öncə start götürən "Evə zəng" kompaniyası çərçivəsində 4000-ə yaxın evlə telefon əlaqəsi saxlanılaraq maarifləndirici söhbətlər aparılmış, sakinlərə karantin rejiminin qaydaları izah olunmuşdir.

Şəki Rayon Mərkəzi Xəstəxanasında koronavirusun aşkarlanması üçün tam avtomatlaşdırılmış diaqnostik laboratoriya fəaliyyət göstərir və səhhətində problem olan, Covid 19-a yoluxma ehtimalı olan şəxslər laboratoriya əməkdaşları tərəfindən dərhal test edilir, nəticə bilinənədək  onların evdən çıxmaması və özünü izolyasiya etməsi tövsiyyə olunur. Alınan testlərin cavabı müsbət olduqda, xəstəliyin aşkar olunduğu mənzil dərhal GEM tərəfindən dezinfeksiya edilir, xəstəlik aşkar olunan şəxslər müalicə məqsədi ilə xəstəxanaya yerləşdirilir, onun ailə üzvləri və son günlərdə əlaqədə olduğu şəxslər müəyyən edilərək, onlardan test nümunələri götürülür və testin nəticələri bilinənədək həmin şəxslərin özünütəcrid qaydalarına əməl etmələrinə ciddi nəzarət edilir.

 Qabaqlayıcı tədbirlər görmək məqsədi ilə böyük ticarət mərkəzlərinin işçiləri, məhəllələrdə yerləşən kiçik, lakin alıcı sayı çox olan məhəllə mağazalarının satıcıları və bazar ərazisində gündəlik ticarətlə məşğul olan satıcılar arasında seçmə yolu ilə test nümunələri götürülmüş və nəticələrə uyğun tədbirlər həyata keçirilmişdir.

Tətbiq olunan sərt karantin rejimində İH və onun tabeliyində olan təşkilatların, eləcə də Şəki rayon Polis Şöbəsi, Mərkəzi Xəstəxana, Qida Təhlükəsizliyi Agentliyi, GEM, Nəqliyyat Departamenti və digər aidiyyatı orqanların Nazirlər Kabineti yanında Operativ Qərərgahın və Şəki İcra hakimiyyətində yaradılmış Qərərgahın tələblərinə uyğun şəkildə birgə fəaliyyəti artıq nəticələrdə özünü biruzə vermiş , aparılan kompleks tədbirlərin nəticəsində ki, rayonda gündəlik yoluxma sayı kifayət qədər azalmışdır.

   Qeyd etmək istəyirəm ki, 2020- ci ilin iyul  ayı  şəhərimiz üçün olduqca əlamətdar hadisələrlə zəngin olmuşdur. İyul ayının 29-da cənab Prezidentimiz İlham Əliyev Şəkiyə səfər etmişdir. Dövlətimizin başçısı Şəkidə umummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş , Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olmuş, Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir.  Xəstəxana ilə tanışlıqdan sonra Prezident İlham Əliyev həkimlərlə görüşündə demişdir:“ Son illər ərzində Şəki şəhərinin həm infrastruktur layihələrinin icrası, eyni zamanda, tarixi abidələrinin bərpası istiqamətində çox böyük işlər görülüb. Turizm layihələri icra edilir. Bir çox otellər tikilib və əlbəttə ki, infrastruktur olmadan turizm inkişaf edə bilməz. Bu modul tipli xəstəxananın qarşısında gözəl mərkəzi şəhər xəstəxanası, Olimpiya Mərkəzi, “ASAN xidmət” mərkəzi və digər obyektlər tikilib. Əlbəttə ki, keçən il Şəki Xan Sarayı ilə birgə şəhərin mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması tarixi hadisədir. Bu, Azərbaycanın növbəti böyük zəfəridir” .  2020 -ci ilin iyul ayında cənab Prezidentimiz Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə 3 Sərəncam imzalamışdır. Qeyd etmək istəyirəm ki, cənab Prezidentimiz    Şəkiyə  10 dəfə səfər etmiş , bu səfərlər zamanı 26 obyektin açılışında və  təməlqoyma mərasimlərində iştirak etmiş,  qısa     müddətdə Şəkinin sosial – iqtisadi inkişafı ilə bağlı 23 Sərəncam imzalamışdır.         

       2020-ci ildə rayonumuzun sosial-iqtisadi inkişafının yekunları ilə tanış olmaq üçün konkret faktlara nəzər salaq. 2020-ci ildə istehsalın əsas sahələrində ilkin hesablamalara görə faktiki qiymətlərlə 540 milyon 441 min manatlıq məhsul buraxılmışdır ki, bu da 2019-cг ilin müvafiq dövrü ilə müqayisədə 93,7 faiz təşkil edir. Buraxılmış məhsulun 9,2 faizi dövlət, 90,8 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Adambaşına faktiki qiymətlərlə 2859 manatlıq məhsul istehsal olunmuş, pərakəndə əmtəə dövriyyəsi 441 milyon 240  min manat olmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrünə nisbətən 98,1 faiz təşkil edir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 81 milyon 708 min manat olmuşdur ki, bu da 2019- cu illə müqayisədə  75,4 faiz təşkil edir.  Ölkəmizdə aparılan islahatlar nəticəsində iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, qeyri -neft sektorunun inkişafı istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş, əhalinin məşğulluğunu təmin etmək məqsədilə yeni iş yerləri , istehsal müəssisələri yaradılmışdır.   Rayonda 2020-ci ildə 277  yeni iş yeri açılmışdır ki, bunun da hamısı daimi iş yerləridir. Yeni açılmış iş yerlərinin 47 - si yeni yaradılmış müəssisə və təşkilatların , 230 iş yeri isə mövcud müəssisə və təşkilatların  payına düşür. Rayon üzrə  bir işçiyə düşən orta aylıq nominal  əmək haqqı 442,5 manat olmuşdur. Hazırda rayonda 23 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 9-u kiçik müəssisədir. 2020-ci ildə rayonumuzda iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına yönəldilmiş investisiyanın həcmi 154 milyon 559 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 76 faiz təşkil edir. İstifadə edilmiş investisiyanın  89,3 faizi dövlət mülkiyyətinin ,  10,7 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Əsas kapitala yönəldilmiş investisiyanın   88,6  faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 76,2 faiz təşkil edir. 2020 –ci ildə Şəki rayonunda əmtəə dövriyyəsinin ümumi həcmi 441 milyon 240 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz azdır.Əmtəə dövriyyəsinin , yəni satılmış malların 9,9 faizi hüquqi şəxslər, 90,1 faizi isə ticarətlə məşğul olan sahibkarlar tərəfindən realizə olunmuşdur.

    Şəkililər ölkə rəhbərinin əhalinin sosial müdafiəsi sahəsində yeritdiyi siyasəti yüksək qiymətləndirir, aztəminatlı əhali qrupuna göstərdiyi böyük diqqət və qayğının təzahürü kimi qəbul edir. 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən cənab Prezidentimiz sosial sahədə mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdıraraq demişdir: “ Orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıbdır. Neft Fondunun vəsaiti azalmayıb, artıb. Bu, bəlkə də bir çoxları üçün təəccüblüdür. Çox yox, amma təqribən 0,5 faiz artıb. Deməli, biz öz valyuta ehtiyatlarımızı qoruya bilmişik. Baxmayaraq ki, biz koronavirusla mübarizəyə milyardlarla manat yönəltmişik, müharibə aparmışıq və digər xərclər olubdur, müavinətlər, sosial paket. Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında şəhid ailələrinin müavinəti 300 manatdan 500 manata qaldırılıb. Yəni, bütün bunlar böyük maliyyə yüküdür. Amma dövlətin dayanıqlılığı, ölkəmizin uğurlu siyasəti nəticəsində biz buna nail ola bilmişik  ”.

Bəhs olunan dövrdə Şəkidə əmək haqları, pensiyalar və ünvanlı sosial yardımların əhaliyə çatdırılmasında, əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə təmin olunması istiqamətində bir sıra işlər görülmüşdür. Müddət ərzində 25527 nəfər əmək pensiyaçısına xidmət göstərilmişdir. Onlardan 13391 nəfəri yaşa,7471 nəfəri əlilliyə, 1665 nəfəri ailə başçısını itirməyə görə əmək pensiyası alanlardır. Aztəminatlı ailələrin Dövlət Sosial Müdafiəsinin təmini məqsədilə Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “ Ünvanlı Dövlət Sosial Yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması,verilməsi və verilməsindən imtina edilməsi Qaydaları “ ilə vətəndaşların tanış olması üçün şöbədə maarifləndirmə işləri təşkil olunmuş , eyni zamanda əhali aktiv məşğulluq layihəsinə cəlb olunmuşdur. Cənab Prezidentimiz İlham Əliyevin ölkənin sosial- iqtisadi inkişafına dair imzaladığı Fərman və Sərəncamları rəhbər tutaraq  “ Məşğulluq haqqında”Azərbaycan Respublikası Qanununa uyğun olaraq Şəki rayonunda işaxtaran və işsiz vətəndaşların məşğulluğunu və onların sosial müdafiəsini təmin etmək məqsədilə 2020-ci il üçün Ərazi Məşğulluq proqramı işlənib hazırlanmış , əhalinin aktiv məşğulluq proqramına cəlb edilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsinə başlanmışdır.

2020-ci ildə mərkəz tərəfindən 1879 nəfər işlə təmin olunmuşdur. Əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəsinin sosial müdafiəsini təmin etmək məqsədilə rayonun bir sıra müəssisələrində Şəki şəhər icra hakimiyəti başçısının Sərəncamına əsasən 16 kvota yeri müəyyən edilmiş, 7 nəfər kvota üzrə işlə təmin olunmuşdur. 2020-ci il ərzində filialda Şəki rayonu üzrə qeydiyyatda olan işaxtaran və işsz vətəndaşlardan 869 nəfər “ Dost iş Mərkəzi “ MMC-nə ictimi işlərə göndərilmişdir.      

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə kənd təsərrüfatının inkişafında yeni mərhələ başlanmışdır. Kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişafına nail olmaq, yerlərdə potensial imkanlardan maksimum istifadə etmək, əkin torpaqlarını genişləndirmək , müasir tələblərə cavab verən iri istehsal və emal sahələrini yaratmaq və sair  bu mərhələnin əsas vəzifəsidir. Aqrar sahədə həyata keçirilən  islahatların əsas məqsədi əhalinin məşğulluq  problemini həll etmək, qeyri- neft sektorunu inkişaf etdirməkdən  ibarətdir.  

   Şəki respublikamızın ən iri aqrar rayonlarından biridir. Rayonun kənd təsərrüfatının əsas sahələrindən birini taxılçılıq təşkil edir. 2020- ci ildə  rayon ərazisində taxıl istehsalçıları tərəfindən ötən iln payızında əkilmiş 65657 hektar taxıl sahəsində yetişən məhsulun vaxtında və itkisiz yığılması üçün tərəfimizdən zəruri tədbirlər görülmüşdür. Nəticədə 2020-ci ildə rayonda 199 min 261 ton məhsul istehsal edilmiş, orta məhsuldarlıq 30,4 sentner təşkil etmişdir. 2020-ci ilin payızında 2021-ci ilin məhsulu üçün rayon ərazisində 66389 hektar sahədə payızlıq taxıl əkilmiş, taxıl səpininin optimal müddətdə və tələb olunan aqrotexniki qaydalar çərçivəsində aparılması nəticəsində normal bitiş aparılmışdır.

     Hesabat dövründə rayonda 4615 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilmişdir ki, onun da 185 hektarını vələmir, 644 hektarını qarğıdalı, 392 hektarını paxlalılar, 1108 hektarını tütün, 686 hektarını kartof, 822 hektarını tərəvəz, 156 hektarını bostan, ,  76 hektarını şəkər çuğunduru ,351çoxillik otlar, 195 hektarını isə birillik otlar təşkil edir. Vegetasiya dövründə yazlıq əkinlərə ardıcıl aqrotexniki qulluq göstərilmiş və sahələrdə bol məhsul yetişmişdir. 2020-ci ildə rayonda 543 ton vələmir,   10321 ton kartof, 20631 ton tərəvəz, 2676 ton bostan, 3837 ton quru tütün, 27847 ton meyvə, 4270 ton üzüm və s. məhsullar istehsal olunmuşdur.

         Rayonumuzda kənd təsərrüfatı işlərinin müasir səviyyədə qurulması , məhsul istehsalının artırılması, kənd təsərrüfatı istehsalçılarının maraqlarının müdafiəsi məqsədilə şəhər icra hakimiyyəti tərəfindən zəruri tədbirlər həyata keçirilir.           

          Rayonumuz üçün spesifik hesab edilən baramaçılığın, tütünçülüyün, fındıqçılığın inkişafının təmin edilməsi istiqamətində ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün geniş iş aparılır.Baramaçılığın inkişafında əsas faktor ipəkqurdunun yem bazasının genişləndirilməsidir. Hesab edirəm ki , gələn il bu sahədə bol məhsul əldə etmək üçün bu il qarşıya çıxan çətinliklər geniş müzakirə olunmalı , mövcud nöqsanlar aradan qaldırılmalıdır.  2020-ci ildə rayonun kümdarlarına Qax Damazlıq və İnqubasiya Stansiyasında inqubasiya inqubasiya edilmiş 1590 qutu barama qurdu pylanmışdır. Qeyd etmək istəyirəm ki, bir sıra çətinliklərə baxmayaraq rayonumuzda barama istehsalında dinamik inkişaf təmin edilir. Belə ki, 2016-cı ildə rayonda 9,7 ton, 2017-ci ildə 17,9 ton barama istehsal edilmişdisə ,2020-ci ildə 33,2 ton barama istehsal olunmuşdur.

  Rayonda istehsal olunan ixrac yönümlü məhsullardan birini də tütün təşkil edir. Rayonumuzda tütün əkinlərinin genişləndirilməsi və istehsalın həcminin artırıması daim diqqət mərkəzində saxlanılır. Tütünçülüyün inkişaf etdirilməsi və istehsalçıların marağının müdafiə olunması məsələsi də Şəki şəhər icra hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanılır. 2019-2023-cü illərdə regionların sosial- iqtisadi inkişafına dair Dövlət Proqramında qarşıya qoyulan vəzifələrdən biri də tütün qurutma komplekslərinin yaradılmasından ibarətdir. İndiyədək rayonda 170 ədəd müxtəlif tutumlu tütün qurutma kameraları quraşdırılıb istifadəyə verilmişdir, bu da tütün istehsalçılarının bu günki təlabatını ödəyir.

Ölkə başçısı tərəfindən fındıqçılığın inkişafı məqsədilə qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində rayonumuzda məqsədyönlü iş aparılır.  Belə ki, son 3 il ərzində 2912 hektar sahədə yeni fındıq bağları salınmış  və hazırda həmin bağlara ardıcıl aqrotexniki qulluq işləri aparılır.

      Rayonumuzun əsas kənd təsərrüfatı sahələrindən biri hesab olunan heyvandarlıq sahəsində də   dinamik inkişaf təmin edilir.   Hazırda rayonda 69 292  baş iribuynuzlu,  302 281  baş xırda buynuzlu, 289 757 baş ev quşları  var. Mövcud mal-qara arasında baytarlıq və damazlıq tədbirləri ardıçıl davam etdirilir, yem tədarükü işləri  uğurla həyata keçirilir.

        Qeyd etmək lazımdır ki, istər bitkiçilik, istərsə də heyvandarlıq məhsulları istehsalının artırılması ilə yanaşı, emal olunmasının təşkili, yeni emal müəssisələrinin yaradılması, istehsal olunan məhsulların satışna köməklik göstərilməsi, aqroservis xidmətlərinin genişləndirilməsi və s. qarşımızda duran həlli vacib məsələdir.

         2020-ci ildə Şəkidə yenidənqurma , tikinti – quraşdırma işləri davam etdirilmiş ,ilin əvvəlində şəhərimizdə aparılacaq abadlıq , quruculuq işlərinin planı təsdiqlənmişdir. İl ərzində şəhərin 11 küçəsində yolların əsaslı təmir edilməsi , 10- dan artıq küçənin dağılmış örtüyünün asfalt betonla bərpa olunması  16 küçədə su arxlarının yenidən qurulması, 6 küçədə yararsız vəziyyətə düşmüş  səkilərin təmir edilməsi , 15 ədəd coxmənzilli ictimai yaşayış binalarının  bloklarının əsaslı təmir edilməsi, həyətlərində abadlıq işlərinin aparılması nəzərdə tutulmuşdur.    Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu  üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 15 yanvar 2019-cu il tarixli, 890 nömrəli Sərəncamına əsasən ayrılmış vəsait hesabına Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasının davam etdirilir.

    2020-ci ildə rayonun normal və fasiləsiz elektrik enerjisi və qazla  təminatı sahəsində bir sıra işlər görülmüşdür Belə ki,35 KV-luq hava xəttində 4 ədəd yeni dayaq quraşdırılıb. 3.3 km məsafədə xətt əsaslı 7.4 km məsafədə isə cari təmir olunmuş, şəhərin M.Abbasov və Sarabski küçəsində pərakəndə çəkilmiş xırda diametrli qaz xətlərinin yenisi ilə əvəz olunmuş , rayonun Oxud kəndində və şəhərin M.Ə.Sabir, Sarabski, Arxüstü, Aşıq Cuma, M.Süleymanoğlu və Şərbablar küçələrində həyətlərdən keçən qaz xətlərinin küçəyə çıxarılması üçün, həmçinin rayonun Göybulaq, Daşüz və Cəfərabad, Kiçik Dəhnə, Vərəzət, Köbər Zəyzid və şəhərin Şəkinski, L.Abdullayev, M.Abbasov  və Nəriman Nərimanov küçələrində qaz xətlərinin korroziyaya uğramış yeraltı hissələrinin yenisi ilə əvəz olunması işləri tamamlanmış, 523 mənzil təbii qazla təmin olunmuşdur.

“Şəki Sukanal” TSC-i tərəfindən - 2020-cu ilin 12 ayı ərzində 14810 abonentə su və kanalizasiya xidməti göstərilmişdir. Müddət ərzində1103 abonentin su xətti təmir olunmuş, 4000 abonentin su təchizatı yaxşılaşdırılmışdır. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı 2020-ci il üçün Şəki şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar dövlət büdcəsindən ayrılmış vəsait hesabına  IV mərhələ üzrə tikinti-quraşdırma işləri başa çatdırılmışdır.

2020-ci il ərzində layihə çərçivəsində 3524 p/m kanalizasiya xətti, 4906 p/m su xətti çəkilmiş, 545 su-ev birləşməsi, 514 kanalizasiya-ev birləşməsi aparılmış, 2300 sayğac quraşdırılmışdır. Hal-hazırda çirkab su təmizləyici qurğuda tikinti işləri davam etdirlir.

               Hesabat dövründə təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmışdır .  Müddət ərzində təhsilin keyfəyyətinin yüksəldilməsi, hərbi vətənpərvərlik tərbiyəsi, istedadlı uşaqlarla işin yaxşılaşdırılmasına diqqət artırılmışdır.  Təəssüf ki, dünyanı bürüyən yeni koronavirus-COVİD-19 pandemiyası Azərbaycandan da yan keçməmişdir. Yoluxma hallarının artmasının qarşısının alınması üçün Nazirlər Kabineti  yanında Operativ Qəragah bir sıra digər karantin tədbirləri ilə yanaşı, mart ayının 3-dən etibarən respublikamızın bütün təhsil müəssisələrində dərslərin  dayandırılması haqqında qərar qəbul etmişdir. Hər yerdə olduğu kimi, Şəkinin bütün təhsil müəssisələrində  bununla bağlı zəruri dezinfeksiya və  maarifləndirmə işləri apaılmış, təlim-tərbiyə işi xüsusi karantin prejiminin tələblərinə uyğun qurulmuş, müəllim və şagirdlərin xeyli hisəsi “Virtual məktəb” layihəsinə qoşulmuş,Vatsap və Zoom  proqramları vasitəsilə   onlayn dərslər  keçirilmiş , şagirdlərin teledərsləri izləməsi nəzarətdə saxlanmışdır. Şəkinin təhsil işçiləri də gənc nəslin təlim-tərbiyəsi, onların kamil insan və hərtərəfli şəxsiyyət kimi yetişməsi işini şərəflə yerinə yetirir.  Müddət ərzində təhsilin keyfiyyətinin yüksəldilməsi, hərbi vətənpərvərlik tərbiyəsi, istedadlı uşaqlarla işin yaxşılaşdırılmasına diqqət artırılmışdır.

         Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən  tibb müəssisələri  tərəfindən 2020-ci ildə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, sahəsində müəyyən işlər görülmüşdür.     Azərbaycan Respublikası  Prezidentinin  müvafiq fərmanı ilə Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs statusu aldıqdan sonra  2020 –ci il yanvarın 1-dən  TƏBİB-in tabeliyinə verilmişdir

        Səhiyyənin İcbari Tibbi Sığorta sisteminə keçidlə əlaqədar bir çox səhiyyə müəssisələri ləğv edilmiş və yeni struktur bölmələri yaradılmışdır. Xəstələrin və vətəndaşların səhiyyə müəssisələrinə müraciətlərinin dəqiq uçotunun  aparılması, ambulator və stasionar şəraitdə göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə Kiçik Dəhnə kənd sahə xəstəxanası, Aşağı Göynük kənd xəstəxanası, Turan qəsəbə xəstəxanası həkim məntəqəsinə çevrilmişdir. Vərəm Əleyhinə Xəstəxana, Birləşmiş Uşaq xəstəxanası və onun poliklinika şöbələri, Şəki RMX-nın Terapiya, Əsəb, Endokrinoloji, Kardioloji, I Cərrahiyyə, II Cərrahiyyə, Oftalmologiya, Onkologiya şöbələri, I Terapiya, II Terapiya, Qadın Məsləhətxanası, I Pediatriya, II Pediatriya, III Pediatriya ambulator müəssisələr struktur vahidi kimi ləğv edilmişdir. Ləğv edilmiş ambulator tibb müəssisələrinin bazasında Ailə Sağlamlıq Mərkəzi yaradılmışdır. Əsəb, Kardiologiya, Terapiya və Endokrinologiya şöbələrinin bazası əsasında 60 çarpayılıq Terapiya şöbəsi, ləğ olunmuş I Cərrahiyyə, II Cərrahiyyə, Onkologiya və Oftalmologiya şöbələri bazasında 100 çarpayılıq Cərrahiyyə şöbəsi, ləğv olunmuş Birləşmiş Uşaq Xəstəxanasının əvəzinə Şəki RMX-da 38 çarpayılıq Pediatriya şöbəsi yaradılmışdır. Aparılmış struktur dəyişikliyi nəticəsində rayonda mövcud olan 672 stasionar çarpayısı azalaraq 310 çarpayı olmuşdur.

Rayon əhalisinə stasionar tibbi xidmət 230 çarpayılıq “Şəki RMX” publik hüquqi şəxsində, doğuşa yardım xidməti isə 80 çarpayılıq Perinatal Mərkəzdə aparılır.

  Dünyada baş vermiş yeni növ koronavirus (Covid- 19) infeksiyasının törətdiyi fəsadlara qarşı mübarizə tədbirlərində “Şəki RMX” publik hüquqi şəxsin tibb işçiləri çox böyük əmək sərf etmişlər. Ölkə başçısının, Nazirlər Kabinetinin, həmçinin TƏBİB İdarə heyyətinin bu sahədə imzaladığı əmr, qərar və sərəncamların icrası təmin edilmişdir. İlk növbədə əhalinin səhiyyə müəssisələrinə müraciətlərinə məhdudiyyətlər qoyulmuş, müraciət edən xəstələrin qəbulu xüsusi rejimdə  çeşidlənmiş, karantin tədbirlərinə ciddi əməl edilməsi şərtilə xəstələrin qəbulları tənzimlənmişdir.

  Şəkinin 33 şəhər, kənd və qəsəbə icra nümayəndəliyində Şəki şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq 2019-cu ilin yekunlarına dair hesabat yığıncaqları keçirilmişdir. Yığıncaqlarda icra nümayəndələrinin illik hesabatları dinlənilmiş, görülən işlər və mövcud problemlər müzakirə edilmişdir. Əhali tərəfindən qaldırılan məsələlər Şəki Şəhər İcra Hakimiyyətinin tədbirlər planına daxil edilmiş, məsul şəxslər müəyyənləşdirilərək icrası nəzarətə götürülmüşdür. İcra nümayəndələri tərəfindən hesabat yığıncaqlarında qaldırılan bir sıra dövlət əhəmiyyətli məsələlərin həlli məqsədilə aidiyyəti idarə və təşkilatlara müraciətlər olunmuşdur.

2020-ci ildə   Şəkidə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində bir çox işlər görülmüşdür. Müddət ərzində 185 cinayət hadisəsi qeydə alınmış,onlardan 147 -nin açılması təmin olunaraq açılma faizi 97,6 faiz  olmuşdur. Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkomaniya ilə bağlı 50 fakt aşkar edilmişdir. 

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 2020-ci ildə gənclərin həqiqi hərbi xidmətə çağırışı Şəkidə müvəffəqiyyətlə həyata keçirilmişdir. İl  ərzində 638 nəfər həqiqi hərbi xidmətə göndərilmişdir.

      “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutaraq, qəsəbə və kəndlərdə vətəndaşların müəyyən olunmuş qrafikə uyğun olaraq ümumi qəbulu təşkil olunmuş, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılmasına, haqlı tələblərinin həll edilməsinə diqqət artırılmışdır. Belə ki ,2020-ci ildə Şəki şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə  maddi yardım üçün müraciət edən vətəndaşların sosial vəziyyətinin ,yaşadıqları evlərinə təbii fəlakət nəticəsində və ya digər səbəblərdən dəymiş  zərərlərin ,ayrı-ayrı təkliflərin araşdırılması ilə bağlı komissiya yaradılmışdır . Məlumat üçün bildirim ki, son 8 ildə komissiya tərəfindən 1000 nəfərə yaxın vətəndaşa müxtəlif məqsədlər üçün 400 min  manata yaxın məbləğdə maddi yardım göstərilmişdir.    Şəki Şəhər İcra Hakimiyyətinin 2020-ci il üçün büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetasından Şəki rayonu ərazisində yaşayan 599 nəfər aztəminatlı ailələrə dəstək göstərilməsi məqsədilə 156 min120 manat, Dağlıq Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olmuş 52 nəfərin ailələrinə 157 min manat (51 nəfər- 3000,00 manat, 1 nəfər- 4000,00 manat), Dağlıq Qarabağın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsi iştirakçılarına  və 177 nəfər qazilərimizə 99 min 300 manat yardım edilmiş, həmçinin ,“Covid-19” pandemiyası zamanı maddi vəziyyəti ağır olan 298 nəfər aztəminatlı ailələrə 11 min 238  manatlıq ərzaq bağlaması paylanmışdır.

2020-ci ildə 150 nəfər vətəndaş Şəki Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmişdir. Covid 19 pandemiyası səbəbli 2020-ci ilin yanvar ayında 4 səyyar qəbul keçirilmiş,60 nəfər vətəndaş dinlənilmiş, səslənən irad və təkliflər qeydiyyata alınaraq icrası ilə bağlı tədbirlər görülmüş, həlli mümkün olmayan problemlərlə bağlı aidiyyatı orqanlar qarşısında məsələ qaldırılmışdır.  Səyyar qəbullar zamanı edilmiş müraciətlər əsasən yolların təmiri, kəndlərə təbii qazın verilməsi, köhnəlmiş elektrik dirəklərinin və xətlərin dəyişdirilməsi, sosial obyektlərin təmiri və yenilərinin açılması, su probleminin həlli, torpaq və digər məsələlərlə bağlı olmuşdur. Müddət ərzində Şəki Şəhər İcra Hakimiyyətinə 3466 müraciət daxil olmuşdur. Müraciətlərin 2184 ədədi vətəndaşlar tərəfindən, 1282 ədədi isə respublikanın yuxarı orqanlarından daxil olan müraciətlərdir. Daxil olan müraciətlərin 374 ədədi müsbət, 171 ədədi qismən həll olunmuş,  1790 ədədi  ilə bağlı müvafiq izahat verilmiş,  469 ədədi  aidiyyəti və tabeli  qurumlara göndərilmiş , 1 ədədi əsassız sayılmış,   qalanları isə icradadır .

2021-ci il yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə  çıxış edən hörmətli Prezidentimiz demişdir:  “Bir sözlə, bizim planlarımız böyükdür. Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin.

Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir.

Keçidlər