Fəaliyyətə dair illik hesabatlar
2021-ci ilin hesabatı
2021-ci ildə Şəkinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair
H E S A B A T
2021-ci ildə istehsalın əsas sahələrində ilkin hesablamalara görə faktiki qiymətlərlə 506277,7 min manatlıq məhsul buraxılmışdır. 2021-ci ildə faktiki qiymətlərlə məhsul buraxılışı 2020-ci il ilə müqayisədə 94,0 faiz təşkil edir. O cümlədən, sənayedə məhsul buraxılışı 62352,6 min manat, kənd təsərrüfatında 235272,7 min manat, tikintidə 51257,6 min manat, nəqliyyat və anbar təsərrüfatında 3982,9 min manat, informasiya və rabitədə 3111,5 min manat, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 150300,4 min manat olmuşdur.
Uyğun olaraq fiziki həcm indeksi rayon üzrə 85,1 faiz, sənayedə 102,6 faiz, kənd təsərrüfatında 101,9 faiz, tikintidə 37,8 faiz, nəqliyyat və anbar təsərrüfatında 90,5 faiz, informasiya və rabitədə 113,3 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 99,1 faiz olmuşdur.
Adambaşına faktiki qiymətlərlə 2668,8 manatlıq məhsul buraxılmışdır.
2021-ci ildə ilkin hesablamalara əsasən pərakəndə əmtəə dövriyyəsi 456840,2 min manat, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 90508,9 min manat olmuşdur.
2021-ci ildə Şəki rayonunun əhalisi ilkin hesablamalara əsasən 562 nəfər artaraq 189656 nəfərə çatmışdır. Belə ki, bu artım əhalinin təbii və ümumi hərəkəti ilə müəyyənləşmişdir. 2021-ci ildə 1986 uşaq dünyaya gəlmişdir ki, onların da 554 nəfəri şəhər, 1432 nəfəri isə kənd əhalisinin payına düşür.
Ümumiyyətlə, 2021-ci il üçün şəhər əhalisi Turan və Çələbixan qəsəbələri ilə birlikdə 68368 nəfər, kənd əhalisi isə 121288 nəfər olmuşdur. Əhalinin 36,1 faizi şəhər, 63,9 faizi isə kənd yerlərində məskunlaşmışdır.
2021-ci ildə 1986 doğum, 1570 ölüm halı qeydə alınmışdır.
Hesablamalar nəticəsində məlum olmuşdur ki, hər 1000 nəfərə doğulanların sayı 10,5 nəfər, ölənlərin sayı isə 8,3 nəfər təşkil etmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə doğum 222 nəfər azalmış, ölüm halları isə 226 nəfər artmışdır.
2021-ci ildə 1219 nikah, 258 boşanma halı qeydə alınmışdır.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 603 nikah,62 nikah pozulmaları artmışdır.
Respublikamızda olduğu kimi, Şəki rayonunda da əhalinin sayının dəyişməsinə təsir göstərən amillərdən biri də miqrasiyadır. Miqrasiya saldosu 2021-ci ildə +146 nəfər, əvvəlki ildə isə bu rəqəm +143 nəfər olmuşdur. Bu isə əhalinin həm təbii, həm də ümumi artımına təsir göstərmişdir. 2021-ci ildə təbii artım 416 nəfər olmuşdur ki, bu da ötən illə müqayisədə 448 nəfər azdır.
Azərbaycan Respublikasında son illərdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də əmək bazarının inkişafı və işçi qüvvəsindən səmərəli istifadə edilməsidir.
Ölkədə aparılan islahatlar iqtisadiyyatda əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olmuş, dinamik iqtisadi inkişaf təmin edilmişdir. Regionların iqtisadi inkişafının təmin edilməsi, əhalinin sosial rifahı və həyat səviyyəsinin daha da yüksəldilməsi, ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Əhalinin məşğulluğunu təmin etmək məqsədilə yeni iş yerləri, müəssisələr, infrastruktur obyektləri və s. yaradılmışdır.
01 yanvar 2022-ci il tarixinə muzdlu işçilərin orta sayı 20340 nəfər olmuşdur, onlardan 807 nəfəri kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 1230 nəfəri sənayedə, 505 nəfəri tikintidə, 3306 nəfəri ticarət və nəqliyyat vasitələrinin təmirində, 143 nəfəri nəqliyyat və anbar təsərrüfatında, 96 nəfəri turistlərin yerləşdirilməsi və ictimai iaşədə, 280 nəfəri informasiya və rabitədə, 138 nəfəri maliyyə və sığorta fəaliyyətində, 84 nəfəri daşınmaz əmlakla əlaqədar əməliyyatlarda, 294 nəfəri peşə, elm və texniki fəaliyyətdə, 42 nəfəri inzibati və yardımçı xidmətlərin göstərilməsində, 950 nəfəri dövlət idarəetməsi və müdafiə, sosial təminatda, 8013 nəfəri təhsildə, 2453 nəfəri əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 1955 nəfəri istirahət, əyləncə incəsənət sahəsində fəaliyyətdə, 44 nəfəri isə digər sahələrdə xidmətlərin göstərilməsində işləyirlər.
Müddət ərzində işə düzəlmək istəyi ilə məşğulluq mərkəzinə 2016 nəfər müraciət etmişdir. Onlardan 1198 nəfəri işlə təmin olunmuşdur. 2021-ci ildə işsizlik statusu alanların sayı 127 nəfər olmuşdur.
2021-ci ildə iqtisadiyyatın sahələri üzrə işçilərin orta siyahı sayı və onlara hesablanmış orta aylıq nominal əməkhaqqı aşağıdakı cədvəldə verilmişdir:
2021-ci ildə 225 yeni iş yeri açılmışdır. Açılmış yeni iş yerlərinin 140-ı mövcud müəssisə və təşkilatlardadır.
Rayon üzrə bir işçiyə düşən orta aylıq əməkhaqqı ümumi 461,0 manat, o cümlədən, sənayedə 477,1 manat, tikintidə 540,3 manat, informasiya və rabitədə 423,3 manat, maliyyə və sığorta fəaliyyətində 1301,5 manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlarda 751,6 manat, digər sahələrdə xidmətlərin göstərilməsi üzrə 504,2 manat olmuşdur.
Azərbaycan Respublikası təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir. Strateji sahə olan təhsilin cəmiyyətin bütün sahələrinə nüfuz etməsi, onun dünya sistemində yeri hər bir dövlətin ali məqsədlərindən biridir.
Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir.
Ölkə iqtisaiyyatının dinamik inkişafı təhsil sisteminin də təşəkkülünə zəmin yaratmışdır.
Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən tədbirlər ardıcıl davam etdirilir. Təkcə 2003-2020-ci illər ərzində rayonda 30-dan çox yeni məktəb binası tikilmişdir.
2021-2022-ci dərs ilinin əvvəlinə rayonda fəaliyyət göstərən 98 dövlət gündüz ümumtəhsil məktəblərində 28075 nəfər şagird təhsil almış və ötən dərs ili ilə müqayisədə onların sayı 356 nəfər artmışdır. Təhsil alan şagirdlərdən 11296 nəfəri şəhər məktəblərində, 16779 nəfəri isə kənd məktəblərində təhsil almışdır.
2021-ci ildə ümumtəhsil tam orta məktəblərini 1723 nəfər bitirmiş, onlardan 713 nəfəri tam orta təhsil haqqında attestat almışlar.
Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Son illər dövlət tərəfindən təhsil sahəsində aparılan islahatlar nəticəsində orta ixtisas müəssisələrinin müstəqil fəaliyyəti və inkişafi üçün hüquqi, iqtisadi zəmin yaranmış, orta ixtisas təhsil sahəsi xeyli genişlənmişdir.
2021-2022-ci tədris ilində dərs ilinin əvvəlinə 3 orta ixtisas təhsil müəssisələrində 1939 nəfər təhsil almışdır. Qəbul olunan tələbələrin sayı 617 nəfər, buraxılmış mütəxəssislərin sayı isə 497 nəfər olmuşdur.
2021-2022-ci tədris ilində 912 nəfər tələbənin təhsil aldığı 1 dövlət ali məktəbi – ADPU-nun Şəki filialı fəaliyyət göstərmişdir. Qəbul olunan tələbələrin sayı 242 nəfər, buraxılmış mütəxəssislərin sayı isə 216 nəfər olmuşdur. Cari dərs ilinin əvvəlinə dövlət ali məktəb tələbələrinin 75,9 faizi təhsil xərclərinin tam ödənilməsi şərtilə təhsil almışdır.
Əhalinin sağlamlığını, sosial rifahını yaxşılaşdırmaq üçün rayonda bir çox sosial təyinatlı obyektlər fəaliyyət göstərir. İlkin hesablamalara görə rayonun səhiyyə sistemində xəstəxanaların sayı 3, ambulator-poliklinikaların sayı 18, xəstəxanalarda çarpayıların sayı 560 olmuşdur.
Səhiyyə müəssisələrində əhalinin hər 10000 nəfərinə düşən çarpayıların sayı 29,5 olmuşdur.
İlkin hesablamalara əsasən 2021-ci il ərzində səhiyyə sahəsində 261 həkim və 1142 orta tibb işçisi çalışmışdır. Beləliklə, rayon əhalisinin hər 10000 nəfərinə 14 həkim, 60 orta tibb işçisi düşür.
2020-ci il ilə müqayisədə həkimlərin sayı 62, orta tibb işçilərinin sayı 37 nəfər azalmışdır.
Əhalinin sağlamlığının qiymətləndirilməsinin əsas göstəricilərindən biri də xəstələnmə hallarından ibarətdir. Müddət ərzində qeydiyyata alınmış xəstəliklər arasında koronavirus, həzm orqanlarının xəstəlikləri, tənəffüs orqanlarının xəstəlikləri, qan dövranı sisteminin xəstəlikləri üstünlük təşkil etmişdir.
Mədəniyyət. Xalqımızın tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsinin toplanıb saxlanması, gələcək nəsillərə ötürülməsi və biliklərin yayılmasında hər bir xalqın milli sərvəti olan kitabxanaların rolu əvəzsizdir.
Kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, onların maddi texniki bazasının mökəmləndirilməsi, müasir tələblərə cavab verən texnologiya və proqram təminatları ilə təmini istiqamətində kompleks tədbirlər görülməkdədir.
Müddət ərzində 1 teatr, 8 muzey, 2 qoruq, 53 klub, 61 kütləvi kitabxana fəaliyyət göstərmişdir, kitabxanalarda 544,2 min kitab fondu mövcud olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kitab fondu 1,7 min kitab artmışdır.
Kitabxanalara gələn oxucuların sayı 2021-ci ilin yanvar-dekabr aylarında 39,5 min nəfər olmuşdur. Oxucuların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 min nəfər artmışdır.
Pensiya təminatı. Əhalinin sosial müdafiəsi dövlətimizin apardığı siyasətin prioritet məsələlərindəndir. Ölkədə əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqələrinin-əlillərin, ahılların və uşaqların sosial müdafiəsi sahəsində mühüm tədbirlər həyata keçirilir, aztəminatlı vətəndaşların rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə onlara dövlət tərəfindən müxtəlif sosial müavinətlər təyin olunur. 2021-ci ilin yanvar-dekabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 15 saylı Regional Ərazi Filialının ilkin məlumatına əsasən 21943 nəfər pensiyaçı qeydiyyatda olmuşdur.
Pensiyaçıların 13093 nəfəri yaşa görə, 7170 nəfəri əlilliyə görə, 1680 nəfəri isə ailə başçısının itirilməsinə görə pensiya alan şəxslərdir. Təyin olunmuş aylıq pensiyaların orta məbləği 277,6 manat təşkil etmişdir.
15 saylı Regional Ərazi Filialının ilkin məlumatlarına əsasən, 2021-ci il ərzində sosial müavinət, təqaüd və kompensasiya alanların ümumi sayı 13277 nəfər olmuşdur. Bir nəfərə düşən orta aylıq məbləğ 118,3 manat təşkil etmişdir.
Müddət ərzində fəaliyyət göstərən sosial sahə üzrə yerinə yetirilmiş işlərin dəyəri 1627,7 min manat olmuşdur ki, bu dövlət müəssisələri üzrə 727,9 min manat, qeyri-dövlət müəssisələri üzrə isə 899,8 min manatdır.
Görülən işin həcmi 2020-ci il ilə müqayisədə 716,6 min manat çoxdur.
2021-ci ildə pullu xidmətlərin həcmi 1619,2 min manat olmuşdur, bu da 2020-ci ilə nisbətən 673,5 min manat çoxdur. Pullu xidmətin həcmi dövlət müəssisələrində 803,6 min manat, qeyri-dövlət müəssisələrində 815,6 min manat olmuşdur.
Bütün dünya ölkələrinin turizm sektoruna təsir edən pandemiya ölkəmizdə də özünün mənfi təsirlərini göstərmiş, lakin buna baxmayaraq bir sıra xidmət sahələrinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması nəticəsində əhaliyə göstərilmiş ödənişli xidmət göstəriciləri də xeyli artmışdır.
2021-ci ildə əhaliyə ilkin hesablamalara əsasən 90508,9 min manatlıq, əvvəlki ilin müvafiq dövründəkindən 8800 min manat və ya müqayisəli qiymətlərlə 4,7 faiz çox ödənişli xidmət göstərilmişdir. Göstərilən xidmətlərin 81669,3 min manatı və ya 90,2 faizi fiziki şəxslərin, 8839,6 min manatı və ya 9,8 faizi hüquqi şəxslərin payına düşür.
Ölkədə azad sahibkarlıq mühitinin formalaşması yeni sahibkarlıq formalarının yaranmasına təkan verdiyi üçün hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların və hüquqi şəxslərin sayı durmadan artmaqda davam edir. Bu da istehlak mallarının tələbata uyğun qaydada əhali tərəfindən alınmasına köməklik göstərir.
2021-ci ildə ilkin hesablamalara əsasən əmtəə dövriyyəsinin ümumi həcmi 456840,2 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrünə nisbətən əmtəə dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 3,0 faiz azalmışdır.
Satılmış malların 11,7 faizi hüquqi şəxslər, 88,3 faizi isə ticarətlə məşğul olan fərdi sahibkarlar tərəfindən realizə olunmuşdur.
2021-ci il ərzində orta hesabla rayonun ticarət obyektlərindən adambaşına 2350,3 manatlıq istehlak malları alınmışdır.
2021-ci ilin dekabr ayında əsas ərzaq məhsullarının orta bazar qiymətləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə aşağıdaki kimi olmuşdur.
Azərbaycan Respublikasının dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur. Uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq son illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, minlərlə yeni iş yeri yaradılmışdır. Pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirlərinin azaldılması son dövrlərdə əsas məqsədlərdən hesab olunur. Sənayenin inkişafı bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Rayonun sənayesi əsasən toxuculuq sənayesi, elektrik enerjisinin istehsalı və bölüşdürülməsi, eləcə də qazın bölüşdürülməsi və suyun yığılması, təmizlənməsi və paylanması, kərpic istehsalı, qida istehsalı, siqaret istehsalı, şərab istehsalı, un istehsalı, heyvan yemi istehsalı kimi sahələrlə təmsil olunmuşdur.
Hazırda rayonda 16 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 1-i iri, 7-si orta, 5-i kiçik, 3-ü mikro sahibkarlardır.
2021-ci il ərzində sənaye sahəsində ilkin məlumatlara əsasən 62352,6 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da 2020-ci ilin göstəricisindən 26342,8 min manat çoxdur.
İqtisadi fəaliyyət növlərinin təsnifatına uyğun olaraq sənayenin emal bölməsində 30274,0 min manatlıq, elektrik enerjisi, qaz və buxar istehsalı və bölüşdürülməsi və təchizatı bölməsində 29266,3 min manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 2812,3 min manatlıq sənaye məhsulu istehsal edilmişdir.
2021-ci ildə toxuculuq sənayesi sahəsində 3065,3 min manatlıq toxuculuq məhsulları istehsal edilmişdir ki, bu da 2020-ci ilin göstəricisindən 302,1 min manat çoxdur.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə istehlaka verilən suyun göstəricisi 2021-ci ildə 2,0 milyon kubmetr təşkil etmişdir ki, bu da ötən ilin göstəricisindən 0,1 milyon kubmetr çoxdur.
Ümumilikdə 2021-ci ildə 14939,2 min manatlıq elektrik enerjisi istehsal edilmişdir ki, bu da əvvəlki ilin göstəricisindən 857,9 min manat çoxdur.
2021-ci ildə rayonun qazla təchizatında 9102,3 min manatlıq xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin göstəricisindən 5657,6 min manat çoxdur.
Hesabat dövrünün sonuna rayonun sənaye müəssisələrinin anbarlarında 4909,7 min manatlıq hazır məhsul qalığı olmuşdur ki, bu da 2020-ci ilin göstəricisindən 2299,0 min manat azdır.
2021-ci ildə sənaye sahəsində çalışan işçilərin orta sayı 1230 nəfər, sənaye sahəsində çalışan işçilərə hesablanmış əməkhaqqı fondu isə 6297,1 min manat olmuşdur ki, bu da 2020-ci ildə hesablanmış əməkhaqqı fondundan 101,9 min manat çoxdur.
2021-ci ildə bir işçiyə düşən orta aylıq əməkhaqqı 477,1 manat olmuşdur ki, bu da 2020-ci ilin orta aylıq əməkhaqqından 31,9 manat çoxdur.
Pandemiya dövründə qeyri-neft sektorunun, xüsusilə sənayenin inkişafının vacibliyi bir daha özünü bariz şəkildə göstərdi. 2021-ci ildə sənayenin statistikasını təhlil edərkən sənaye sahəsinin əhalinin məşğulluğunun təmin olunmasında, rayon iqtisadiyyatının inkişafında rolunu mühüm əhəmiyyət kəsb etdiyi görülür.
Bütün dünya ölkələrinin iqtisadiyyatına təsir edən pandemiyanın mənfi təsirləri ölkəmizdə də özünü göstərmişdir. Lakin buna baxmayaraq dövlətin dəstəyi nəticəsində tikinti-quraşdırma işləri plana uyğun davam etdirilir. Əvvəlki illərdə olduğu kimi, 2021-ci ildə də istehsal və qeyri istehsal sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına kifayət qədər investisiyalar yönəldilmişdir.
2021-ci ildə bütün maliyyə mənbələri hesabına iqtisadiyyatın inkişafına yönəldilən əsas kapitala investisiyanın həcmi ilkin məlumatlara əsasən 63939,8 min manat olmuşdur ki, bu da əvvəlki il ilə müqayisədə 42,4 faiz təşkil edir. İstifadə edilmiş investisiyanın 49589,9 min manatı və ya 77,6 faizi dövlət mülkiyyətinin, 14349,9 min manatı və ya 22,4 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. 2021-ci ildə əsas kapitala yönəldilmiş investisiyanın 80,2 faizi və ya 51257,6 min manatı tikinti-quraşdırma işlərinə sərf edilmişdir ki, bu da əvvəlki il ilə müqayisədə 37,8 faiz təşkil edir.
2021-ci ildə ilkin məlumatlara əsasən 35874,8 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir. İstifadəyə verilmiş əsas fondların 21524,9 min manatı və ya 60,0 faizi dövlət mülkiyyətinin, 14349,9 min manatı və ya 40,0 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. 2021-ci ildə ümumi sahəsi 27328,2 kvadrat metr, dəyəri 11632,1 min manatlıq 208 ədəd yaşayış evləri tikilmişdir ki, bunun da 105 ədədi şəhər, 103 ədədi kənd ərazisində tikilmişdir.
Tikinti müəssisələrinin 2021-ci ildə öz gücləri ilə gördükləri işin əvvəlki il ilə müqayisəsi aşağıdakı cədvəldə göstərilmişdir: (fiziki şəxslər nəzərə alınmaqla).
Cari ildə 2020-ci ilə nisbətən faktiki qiymətlərlə tikinti təşkilatları tərəfindən öz gücləri ilə görülmüş tikinti təmir işlərinin həcmi 48,5 faiz təşkil etmişdir. Görülmüş işlərin 13016,9 min manatı tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilmə, 3023,4 min manatı əsaslı təmir, 2262,9 min manatı cari təmir, 2478,5 min manatı sair işlərin payına düşmüşdür.
2021-ci ildə tikinti təşkilatlarında çalışan işçilərin orta siyahı sayı 505 nəfər, onlara hesablanan aylıq əməkhaqqı 540,3 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünün orta aylıq əməkhaqqından 69,7 manat çoxdur. Hesabat dövrünün əvvəlinə siyahı tərkibində olan işçilərin sayı 694 nəfər, işə qəbul edilmiş işçilərin sayı 278 nəfər, işdən azad edilmiş işçilərin sayı isə 457 nəfər olmuşdur.
Ümumilikdə rayon üzrə tikinti təşkilatlarında hesabat dövrünün axırına siyahı tərkibində olan işçilərin sayı 515 nəfər olmuşdur.
Son illər respublikamızda kənd təsərrüfatında aparılan islahatlar, modernləşdirmə, bu sahədəki mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması, dövlət dəstəyinin daha gücləndirilməsi sayəsində aqrar sektorun dayanıqlı inkişafına nail olunub. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət tərəfindən subsidiyalar ayrılması, yeni texnikaların alınması, müasir aqroxidmət sahələrinin yaradılması fermerlərə güzəştli şərtlərlə gübrə, yanacaq, lizinqlə kənd təsərrüfatı texnikası və avadanlıqlar verilməsi aqrar sektorda məhsuldarlığın artmasına, eləcə qeyri-neft ixracının gücləndirilməsinə böyük töhfələr verib.
Respublikamızın iqtisadiyyatının yüksəlişində Şəki rayonunun öz payı vardır.
Şəki ölkənin mühüm kənd təsərrüfatı rayonlarındandır. Rayonun relyefi, zəngin iqlimi, əkinə yararlı və məhsuldar torpaqları burada kənd təsərrüfatının bir çox sahələrinin inkişafına müsbət təsir göstərmişdir.
Ümumiyyətlə, rayonda kənd təsərrüfatı məhsulları istehsalını artırmaq üçün daxili imkanlar çoxdur.
2021-ci ilin məhsulu üçün əkin sahələrinin cəmi 71886,2 hektar olmuşdur ki, bunun da 64647 hektarını dənli və dənli paxlalı bitkilər, 1422,7 hektarını texniki bitkilər, 701 hektarını kartof, 823,5 hektarını tərəvəz, 172 hektarını ərzaq üçün bostan bitkiləri, 4120 hektarını yemlik bitkilər təşkil etmişdir.
Rayon üzrə 2020-ci ilə nisbətən dənli və dənli paxlalı bitkilərin istehsalı 4579,6 ton və ya 2,3 faiz azalmış, kartof istehsalı 243,2 ton və ya 2,4 faiz artmış, tərəvəz istehsalı 0,9 ton və ya 0,1 faiz azalmış, bostan bitkiləri 276,2 ton və ya 10,3 faiz, yem bitkilərinin tədarükü 1483,4 ton və ya 5,0 faiz, tütün istehsalı 313 ton, və ya 8,1faiz artmışdır.
2021-ci ildə rayon üzrə 7366 hektar bağlar və giləmeyvəliklər mövcud olmuşdur, onlardan 3925 hektarı bar verən yaşdadır. Bağlar və giləmeyvəliklərdən 28556,5 ton məhsul toplanmışdır.
2021-ci il ərzində 1026,6 hektar sahədə yeni bağlar salınmışdır.
2021-ci ildə 307 hektar mövcud olmuş üzüm bağlarından, 3980,2 ton, bundan başqa 295 ton talvar üzüm yığılmışdır. Rayon üzrə üzüm istehsalı (talvar üzüm də daxil olmaqla) 2020-ci ilə nisbətən 5,0 ton və ya 0,1 faiz artaraq 4275,2 ton olmuşdur.
2021-ci ilin məhsulu üçün toplanmış sahənin strukturunda dənli və dənli paxlalı bitkilər 89,9 faiz, kartof, tərəvəz, bostan bitkiləri 2,4 faiz, texniki bitkilər 2,0 faiz, yemlik bitkilər 5,7 faiz təşkil etmişdir.
Kənd təsərrüfatı müəssisələri üzrə 2021-ci ildə 12636 hektar dənli və dənli paxlalı bitkilərinin sahəsi biçilib döyülmüş və hektara 25,1 sentner olmaqla 31721,0 ton məhsul toplanılmışdır
Fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatları üzrə 2021-ci ildə 51994 hektar sahədən dənli və dənli paxlalı bitkilər toplanılmış və hektara 32,1 sentner olmaqla 166982,7 ton məhsul istehsal edilmişdir. Bunundan başqa 701 hektar sahədən 10564,3 ton kartof, 823,5 hektar sahədən 20630,0 ton tərəvəz, 172 hektar sahədən 2951,8 ton bostan məhsulları, 1232 hektar sahədən 4126,7 ton tütün 4098 hektar sahədən 31252,0 ton yem bitkiləri, 229 hektar bicənək və mədəni otlaq sahəsindən 732,8 ton quru ot toplanmışdır.
2021-ci il üzrə 14 nömrəli hesabat formasına əsasən mal-qaranın ilkin baş sayı əvvəlki illə müqayisədə azalmişdır. Rayonda mövcud olan mal-qaranın vəziyyəti ötən ilin müvafiq dövrü ilə müqayisədə öz əksini aşağıdakı cədvəldə tapmışdır.
Cədvəldən göründüyü kimi rayon üzrə iri buynuzlu mal-qaranın baş sayı əvvəlki ililn müvafiq dövrünə nisbətən 1149 baş yəni, 1,7 faiz azalmış, o cümlədən ana inək və camışların sayı 152 baş yəni, 0,4 faiz artmış, qoyun və keçilərin sayı 14083 baş yəni, 4,7 faiz azalmışdır.
Kənd təsərrüfatı müəssisələrində iri buynuzlu mal-qaranın baş sayı 2 baş, yəni 0,1 faiz, inək və camışlar 97 baş, yəni 12,5 faiz azalmış, qoyun və keçilərin sayı 147 baş yəni, 18,0 faiz artmışdır.
Fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında iri buynuzlu mal-qaranın sayı 1147 baş yəni 1,7 faiz azalmış, inək və camışların sayı 249 baş yəni 0,7 faiz artmış, qoyun və keçilərin baş sayı 14230 baş yəni 4,7 faiz azalmışdır.
2021-ci ildə rayon üzrə cəmi 12149,6 ton diri çəkidə ət, 61637,4 ton süd, 28817 min ədəd yumurta, 499,4 ton yun istehsalı olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən ət 422,8 ton, süd 959,9 ton, yumurta 703 min ədəd, yun isə 9,4 ton çoxdur. İstehsal olunmuş ətin 99,9 faizi, və ya 12146,1 tonu, südün 94,6 faizi 58326.1 tonu, yunun 99,6 faizi, və ya 497,5 tonu, yumurtanın isə hamısı sahibkarlıq, ailə kəndli ev təsərrüfatlarının payına düşür.
Kənd təsərrüfatı müəssisə və təşkilatlarında çalışan işçilərin orta siyahı sayı və əməkhaqqı barədə məlumatların təhlili göstərir ki, iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi nəticəsində 2020-ci il ilə müqayisədə 2021-ci ilin müvafiq dövründə kənd təsərrüfatı sahəsində iqtisadi fəallıq artmışdır.
2021-ci ildə kənd təsərrüfatı müəssisələrində çalışanlara 4833,1 min manat əməkhaqqı verilmişdir. Ondan 3097,4 min manatı dövlət, 1735,7 min manatı isə qeyri-dövlət sektorunun payına düşür.
2021-ci ildə həmin müəssisələrin siyahı tərkibində olan işçilərin orta sayı 807 nəfər olmuşdur. Onlardan 642 nəfəri dövlət, 165 nəfəri isə qeyri-dövlət kənd təsərrüfatı müəssisələrində işləyir. Kənd təsərrüfatı müəssisələrində çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 504,7 manat olmuşdur.
Ölkələr, şəhərlər arasında iqtisadi və sosial əlaqələrin qorunmasında və inkişafında, xam və ya istehsal olunmuş məhsulların daşınmasında və nəqlində nəqliyyat sisteminin rolu əvəzedilməzdir.
Ölkə iqtisadiyyatının əsas infrastrukturlarından biri olan nəqliyyat sektorunun dayanıqlı inkişafı davam edir. Əvvəlki illərdə olduğu kimi, 2021-ci ildə də nəqliyyat sektoruna investisiyaların yönəldilməsi, nəqliyyatın hərəkət heyətinin yenilənməsi, yeni avtomobil yollarının çəkilişi, yenidənqurması və s. işlər davam etdirilmiş, transmilli layihələr sahənin inkişafına öz müsbət təsirini göstərmişdir.
Nəqliyyat sistemi ölkə iqtisadiyyatının ən mühüm sahələrindən biridir. O, ölkənin iqtisadi inkişafını və əhalinin sosial rifahını xarakterizə edən sahələrdən biri olmaqla, fəaliyyəti ilbəil artmaqdadır.
Əhaliyə 3 nəqliyyat müəssəsi və “Şəki-Avtovağzal” ATSC xidmət göstərir.
2021-ci ildə nəqliyyat sektoru üzrə faktiki qiymətlərlə məhsul buraxılışının həcmi 3326,9 min manat olmuşdur.
Hesabat dövründə nəqliyyat və anbar təsərrüfatı üzrə əhaliyə cəmi 3982,9 min manatlıq nəqliyyat xidməti göstərilmişdir ki, bunun da 976,3 min manatı nəqliyyat və anbar təsərrüfatı müəssisələrinin, 3006,6 min manatı isə fiziki şəxslərin payına düşür.
2021-ci ildə nəqliyyat və anbar təsərrüfatında çalışan siyahı tərkibində olan işçilərin orta sayı 143 nəfər, orta aylıq nominal əməkhaqqı isə 313,0 manat olmuşdur.
2021-ci ildə fiziki şəxslər üzrə sərnişin daşınmasından 2556,3 min manat, yük daşınmasından isə 450,3 min manat məhsul buraxılışı olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sərnişindaşımada 32,0 min manat, yükdaşımada isə 60,1 min manat çoxdur.
2021-ci ildə şəhər-rayon daxili sərnişindaşıma və yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən 15501,0 min nəfər sərnişin, 1279,0 min ton yük daşınmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 244,0 min nəfər sərnişin, 13,0 min ton yük çoxdur.
2021-ci ildə cəmi 3111,5 min manatlıq rabitə və informasiya xidməti göstərilmişdir ki, bunun da 2483,4 min manatı telekommunikasiya xidmətlərinin, 628,1 min manatı isə informasiya xidmətlərinin payına düşür.
Rabitə və informasiya sahəsi üzrə ümumi məhsul buraxılışı aşağıdakı kimidir: (min manat)
Əhaliyə 40 elektron sistemli ATS və 38 poçt şöbəsi xidmət göstərir. Bunlardan da 5 ATS və 9 poçt şöbələri şəhərdə, 35 ATS və 29 poçt şöbələri isə kəndlərdədir.
ATS-in ümumi tutumu 27052 ədəddir (şəhərdə 15240 ədəd, kəndlərdə 11812 ədəd).
Hesabat dövründə 247 ədəd telefon çəkilişi olmuşdur. Rayonda 16269 internet-ADSL, 1 peyk rabitəsi, 831 SDMA abunəçisi vardır.
2021-ci ildə cəmi telefon danışıqlarının sayı 2158,0 min danışıq olmuşdur ki, bunun da 1597,5 mini respublika daxili, 3,5 mini beynəlxalq danışıqlardır. Mobil telefon şəbəkəsinə çıxışların sayı isə 557,0 min olmuşdur.
Əhaliyə göstərilən rabitə xidmətinin əsas göstəriciləri aşağıdakı kimidir:
2021-ci ildə informasiya və rabitə sahəsində çalışan siyahı tərkibində olan işçilərin orta sayı 280 nəfər, orta aylıq nominal əməkhaqqı isə 423,3 manat olmuşdur.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramı (2019-2023-cü illər) qəbul edildikdən sonra ötən dövr ərzində Dövlət proqramı üzrə makroiqtisadi sabitliyin, davamlı inkişafın təmin edilməsi istiqamətində və müxtəlif sahələri əhatə edən tədbirlərin icrası Şəki rayonunda da uğurla davam etdirilir.
2021-ci ildə tədbirlər planına əsasən aşağıdakı işlər görülmüşdür:
- 246 tütün qurutma məntəqəsi tikilib istifadəyə verilmişdir.
- 2528 ha sahədə yeni fındıq bağları, 233 ha sahədə qoz bağı, 128 ha zeytun bağı, 60 ha sahədə badam bağı salınmışdır.
- Respublika və yerli əhəmiyyətli a/yollarında cari təmir və saxlanma üzrə 2389,7 min manatlıq iş yerinə yetirilmişdir.
- 960 şagird yerlik tam orta məktəbin tikintisi başa çatdırılmışdır. Oxud kənd modul tipli ümumi orta məktəbinin tikintisi başa çatdırılmışdır. Şəki şəhər 21 nömrəli tam orta məktəbinin əsaslı təmiri işləri yekunlaşmışdır. Baltalı, Cumakənd, Cəyirli, Qumux kənd tam orta məktəblərinin tikintisi, Qaradağlı, Vərəzət, Təpəcənnət kəndlərində modul tipli məktəblərin tikintisi başa çatdırılmışdır.
- Cumakənd kəndinə 790 metr fiber optik kabel çəkilməklə kənd EATS-nin birləşdirici xətti Radio Rele Xətt avadanılğından çıxarılaraq, fiber optik kabel üzərinə keçirilmiş, Gegabit səviyyəyə malik İSR-901 avadanlığı guraşdırılaraq, istismara verilmişdir. 2021-ci ilin üç rübü ərzində şəbəkədəki Kabel Kanalizasiya Qurğularında (KKQ), Hava Rabitə Xətlərində(HRX) təmir işləri zamanı 1569 metr asma kabel, eləcə də 13 km-dən çox abunəçi naqillərində profilaktiki iş aparılmış, 48 ədəd Paylayıcı Şkaflar texniki normaya qətirilmış, bütün quyularda kabellərin konsollara səliqə ilə düzülməsi təmin olunmuşdur. Müddət ərzində ərzində 75 ədəd qəzalı dirək təmir olunmuşdur. 2021-ci il ərzində 285 ədəd abunəçi xətti dəyişdirilmiş, operatorlar tərəfindən qəbul olunmuş 20 mindən çox abunəçi sifarişi normativ vaxtlarda icra olunmuşdur.
- 200 çarpayılıq yeni Psixiatriya xəstəxanası üçün tikilən bina istifadəyə verilmişdir. İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar şöbələrin köçürülməsi ilə bağlı xəstəxananın daxilində və ərazisində müxtəlif rekonstruksiya işləri aparılmışdır. Şəki Perinatal Mərkəzdə cari təmir işləri aparılmışdır. Baş Layısqı kənd həkim məntəqəsində ümumi təmir işləri aparılmışdır.
Böyük Dəhnə kəndində 9 otaqdan ibarət həkim məntəqəsi istifadəyə verilmişdir.
2021-ci ildə 225 yeni iş yerləri açılmışdır ki, bunun da 85 iş yeri və ya 37,8 faizi yeni yaradılmış müəssisə və təşkilatların, 140 iş yeri və ya 62,2 faizi mövcud müəssisə və təşkilatların payına düşür.