Şriftin ölçüsü :

Saytın rəngi :

2022-ci ilin hesabatı

2022-ci ildə  Şəkinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair

H E S A B A T

2022-ci ilin sosial- iqtisadi inkişafının yekunlarına nəzər salarkən ilk öncə qeyd etmək istəyirəm ki, 2022- ci ilin dekabr  ayı  şəhərimiz üçün olduqca əlamətdar hadisələrlə zəngin olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəki rayonuna səfər ediblər.Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Ümummilli Lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasında  , Şəkinin Orta Zəyzid kəndində “Green Factory” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) quru meyvə istehsalı müəssisəsində yaradılan şəraitlə, Heydər Əliyev Fondu tərəfindən Şəki Xan məscidi kompleksində aparılmış bərpa işləri , “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olublar. Dövlətimizin başçısı həmçinin Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Cənab Prezidentimiz Şəkiyə 11 dəfə səfər etmiş, bu səfərlər zamanı 31 obyektin açılışında və  təməlqoyma mərasimlərində iştirak etmiş, həmin obyektlərdə yaradılan şəraitlə tanış olmuş,  qısa müddətdə Şəkinin sosial – iqtisadi inkişafı ilə bağlı 23 Sərəncam imzalamışdır. 

 Vətən müharibəsi Azərbaycanın tarixinə ən şanlı səhifələrdən biri kimi daxil olmuşdur. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilmişdir.Lakin  erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədilmişdir.

 2022–ci il sentyabrın 12-si gecədən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Sentyabrın 13-14-də davam edən şiddətli döyüşlərdə Azərbaycan Ordusunun bölmələri böyük qəhrəmanlıq göstərərək düşmənə sarsıdıcı zərbələr endirib. Ermənistanın təxribatına cavab əməliyyatı zamanı sərhəddə strateji yüksəkliklər nəzarətə götürülmüş, düşmənin yüzlərlə canlı qüvvəsi məhv edilmiş, hərbi infrastrukturu, silah-sursat anbarı, hərbi texnika və qurğuları sıradan çıxarılmışdır. Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət etmiş hərbi qulluqçusu, əsgər Lətifov Fərid Qiyas oğlu Şəki şəhərində , əsgər Qasımov Nihat Mehman oğlu sentyabrın 14-də doğulub boya-başa çatdığı Şəkinin Kiçik Dəhnə kəndində torpağa tapşırılmışdır.

Torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğı hər zaman dövlətimizin əsas prioriteti olub. Birbaşa Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verilir və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir

Şəhərimizdə şəhid ailələri, müharibə veteranları və əlillər dövlət qayğısı ilə əhatə olunmuş, onların sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanmışdır. Müddət ərzində  Şəki Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən Vətən Müharibəsi qaziləri və veteranları ilə görüşlər keçirilmiş, onları narahat edən problemlər nəzarətə götürülmüş və həlli istiqamətində bir sıra işlər görülmüşdür. Keçirilən görüşlərdə,  şəhər icra hakimiyyətinin məsul işçiləri, ilə yanaşı hüquq-mühafizə orqanlarının rəhbərləri və qeyri-hökümət təşkilatlarının nümayəndələri də iştirak etmişdilər.

Vətən müharibəsində Şəki rayonu üzrə 58 şəhid, 73 müharibə əlili,1064 nəfər veteran olmuşdur. Azərbaycan Prezidenti xalqımıza Qələbə sevincini yaşadan, qanı ilə “Qarabağ Azərbaycandır!” yazan şəhidlərimizin qəhrəmanlıqlarını qiymətləndirmiş , onlar orden və medallara layiq görülmüş, dövlətin ali mükafatları ilə təltif olunmuşdur..  

Hal-hazırda Daxili qoşunlarda xidmətini davam etdirən polkovnik Zəfər Yusifov“Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına laiq görürmüş, indiyədək rayonumuz üzrə müharibə iştirakçılarına 2079 adda müxtəlif medallar verilmiş, o cümlədən  14 şəhidimiz ordenlə təltif olunmuşdur.Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən 58 şəhidin qəbirüstü götürülmüş, şəhidlərin ailə üzvləri ilə 1290 -a yaxın görüş keçirilmiş,41 şəhidimizin adına küçə verilmiş, 105 ailə ev növbəsinə götürülmüş, 14 nəfərə müraciətləri əsasında torpaq sahəsi verilmiş,,20 şəhidin  adına xatirə lövhəsi vurulmuş, bu qrupdan olan ailələrə 177  190 (Bir yüz yetmiş yeddi min yüz doxsan ) manat maddi yardım olunmuş, 5 nəfər imtiyazlı şəxsin kommunal xidmətlərə görə borclarının ödənilməsi üçün 1000 manat, 3 nəfər müharibə iştirakçısı və ailə üzvlərinə ev təmiri üçün 2000 manat verilmişdir..Şəhidlərimizin bir hissəsinin dəfn olunduğu ərazidə “Şəhidlər abidə kompleksi” yaradılmış, məşğulluq marafonu ilə 88 nəfər şəhid ailəsinin üzvləri, qazi və  veteran müxtəlif işlə təmin olunmuşdur.Bu müddət ərzində tərəfimizdən mütamadi olaraq şəhidlərimizin doğum və anım günlərində hər birisinin məzarları və ailələri ziyarət olunmuş, şəhidlərimizin adlarının məktəblərə verilməsi üçün ailələrin müraciətləri əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmışdır. Şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları şəhərimizdə keçirilən bütün tədbirlərə dəvət olunmuş, müqəddəs günlərdə onlar üçün bayram süfrəsi açılmış, ərzaq sovqatı paylanmışdır.

Bu gün ölkəmizdə mədəni irsin qorunub saxlanılmasına, xalqımızın zəngin mədəniyyətinin təbliğinə dövlət səviyyəsində böyük diqqət yetirilir . Şəkinin beynəlxalq turizm və mədəniyyət mərkəzi kimi yenidən qurulması ilə əlaqədar  cənab Prezidentimizin verdiyi tapşırıqlar, qısa müddət ərzində Şəki şəhərinin inkişafı ilə bağlı imzalanan coxsaylı Sərəncamlar  nəticəsində bu gün şəhər milli memarlıq üslubunu qorunub saxlamaq şərti ilə müasirləşir , regionun turizm potensialı daha da artır.   Azərbaycan Respublikasının birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə şərq memarlığının nadir incisi hesab olunan “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO -nun Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilməsi ölkəmizin mədəni həyatında böyük hadisədir. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Şəkinin tarixi hissəsində Dünya İrs Konvensiyasının tələblərinə uyğun gələn onlarla abidə mövcuddur.  Ötən il Nazirlər Kabinetinin qərarı ilə daha 58 abidənin dövlət mühafizəsinə götürülməsi Şəkinin mədəni-tarixi irsinin daha dayanıqlı şəkildə qorunması, ümumbəşəri dəyərlərinin mühafizəsi baxımından  olduqca önəmlidir.

2021-ci il iyulun 7-də Şəkidə keçirilən təntənəli mərasimdə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı təşkilatın Baş Direktoru tərəfindən imzalanan sertifikat şəhər rəhbərliyinə təqdim olunmuşdur. Həmin tədbirdə hər il iyulun 7-nin Şəkidə “Şəhər günü” kimi qeyd olunması qərara alınmışdır. Məhz bu baxımdan Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə  iyulun 7 də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin, Mədəniyyət Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə reallaşan “Şəhər günü” möhtəşəm bayram tədbiri keçirilmişdir. Hər ilin yayında  şəhərimizdə keçirilən və artıq ənənə şəkilni alan “ İpək Yolu “  Beynəlxalq Musiqi Festivalı Şəki musiqisevərlərinin yaddaşında gözəl bir xatirə kimi qalıb.   Dünya musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramları , gözəl ifaçıların qatıldığı festival bizə həmişə  xoş  bayram ovqatı bəxş edib. “İpək yolu”  Beynəlxalq Musiqi Festivalının məhz Şəkidə keçirilməsi bu şəhərin mədəni həyatında böyük bir hadisədir. Bu il 11-ci dəfə keçirilən festivalda da  tanınmış musiqi kolllektivləri iştirak etmış , musiqisevərlər, şəhərimizin sakinləri və qonaqları yenə də gözəl bir musiqi bayramının şahidi olmuşdur. Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanın tanınmış musiqi  kollektivləri, istedadlı musiqiçilər iştirak etmişdir. İyulun 7-də başlanan və üç gün davam edən Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı uğurla başa çatmışdır.

2022-ci ildə Şəkidə  istehsalın əsas sahələrində ilkin hesablamalara görə faktiki qiymətlərlə 518 milyon 761 min manatlıq məhsul buraxılmışdır ki, bu da  2021-ci il ilə müqayisədə 102,6 faiz təşkil etmişdir. O cümlədən, sənayedə məhsul buraxılışı 65740,7min manat, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 215 milyon 124,3 min manat, tikintidə 54 milyon 548 min manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 95 milyon 76 min manat, informasiya və rabitə sahəsində32 milyon 88 min manat, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 170 milyon 483 min manat olmuşdur.  

Uyğun olaraq fiziki həcm indeksi rayon üzrə 93,4 faiz, sənayedə 109,8 faiz, kənd təsərrüfatında 78,9 faiz, tikintidə 109,5 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində132,0 faiz, informasiya və rabitə sahəsində105,8 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 101,9 faiz olmuşdur.

Adambaşına faktiki qiymətlərlə 2721,7 manatlıq məhsul buraxılmışdır.

2022-ci ildə ilkin hesablamalara əsasən pərakəndə əmtəə dövriyyəsi 532 milyon 760,5 min manat, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 107 milyon 802,9 min manat olmuşdur.         Əvvəlki ilin müvafiq dövrünə nisbətən əmtəə dövriyyəsinin həcmi  yəni 1,9 faiz artmışdır. Hazırda 18 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 1-i iri, 8-i orta, 4-ü kiçik, 5-i mikro sahibkarlardır. 2022-ci ildə bütün maliyyə mənbələri hesabına iqtisadiyyatın inkişafına yönəldilən əsas kapitala investisiyanın həcmi 70 milyon 245 min manat olmuşdur ki, bu da əvvəlki il ilə müqayisədə 115,1 faiz təşkil etmişdir. İstifadə edilmiş investisiyanın 61,2 faizi dövlət mülkiyyətinin, 38,8 faizi qeyri-dövlət mülkiyyətinin payına düşmüşdür. Əsas kapitala yönəldilmiş investisiyanın 77,7 faizi  tikinti-quraşdırma işlərinə sərf edilmişdir ki, bu da əvvəlki il ilə müqayisədə 109,5 faiz təşkil etmişdir. 2022-ci ildə 327 yeni iş yerləri açılmışdır ki, bunun da 124 iş yeri və ya 37,9faizi yeni yaradılmış müəssisə və təşkilatların, 203 iş yeri və ya 62,1 faizi mövcud müəssisə və təşkilatların  payına düşür.

Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili siyasətinin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Bu gün ölkəmizdə sahibkarlara böyük diqqət vardır. Onlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir.    Sahibkarlığın inkişaf etdirilməsi istiqamətində Şəkidə bir sıra konkret tədbirlər həyata keçirilmişdir   Azərbaycan Respublikası Prezidentinin "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" strateji xəttinə uyğun olaraq "KOB Dostu" mexanizmi dövlət-sahibkar əməkdaşlıq platforması əsasında formalaşan mühüm  bir layihədir.  "KOB Dostu" fəaliyyət göstərdiyi şəhər və rayonlarda  kiçik və orta biznes subyektlərinin  potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılmasına, yeni sahibkarlıq subyektlərinin yaradılması və inkişafına, eləcə də  kiçik və orta sahibkarların hüquqlarının müdafiəsinə dəstək göstərir. İyulun 22-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Şəki şəhərində “KOB Fest” sərgi-satış yarmarkası təşkil olunub.Tədbirin keçirilməsində əsas məqsəd  mikro və kiçik sahibkarlar tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsidir. “ Yuxarıbaş Milli Tarix Memarlıq Qoruğu” ərazisində keçirilən “KOB Fest”də Şəki şəhəri və ətraf rayonlardan olan KOB subyektləri tərəfindən bölgəyə xas olan sənətkarlıq nümunələrinin nümayişi və satışı təşkil olunub. Ümumilikdə yarmarkada 70-dək mikro və kiçik sahibkarlıq subyektinin 1500-dən çox adda qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri sərgilənib. Regionlarda fəaliyyət göstərən sahibkarları maliyyə resurslarına çıxış imkanları, bu sahədə mövcud olan dövlət dəstəyi mexanizmləri – güzəştli kreditlər, subsidiyalar barədə məlumatlandırmaq, eləcə də paytaxt və bölgələrdən olan iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsi üçün maarifləndirmə  məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi  və “Marsol” MMC-nin birgə təşkilatçılığı, Dövlət Məşğulluq Agentliyi və “Kapital Bank”ın tərəfdaşlığı, “Maricel Astara Resort” otelin dəstəyi ilə. Şəki şəhərində “Regional tərəfdaşların inkişafı” layihəsinin təqdimatına həsr olunmuş konfrans keçirilmişdir. Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, Bakı şəhərindən və Şəki-Zaqatala iqtisadi rayonundan 200-dən çox sahibkar iştirak etmişdir.Tədbirdə sahibkarlara göstərilən dəstək tədbirləri, o cümlədən dövlətin güzəştli kreditləri, subsidiyalar, biznesin maliyyə resurslarına çıxışı istiqamətində yeniliklər barədə məlumat verimiş. həmçinin “Region sahibkarlarının maliyyə kanallarına çıxış imkanları” mövzusunda panel müzakirə təşkil olunmuşdur.

Şəki Şəhər İcra Hakimiyyəti və “Caspian Energy Club”un birgə təşkilatçılığı ilə Şəki şəhərində B2G Forum keçirilmişdir.  İqtisadiyyatın fərqli sahələrini təmsil edən 50-dən çox sahibkarın iştirak etdiyi forumda ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi Şəkidə  də yerli və xarici investorlar üçün əlverişli biznes mühitinin mövcud olması , Şəki rayonunda aqro turizm, ekoturizm, kənd turizmi və müxtəlif turizm sahələri inkişaf etməsi xüsusi olaraq vurğulanmışdır. Forum iştirakçıları “Caspian Energy Club”un gələcək regional fəaliyyəti və planları haqqında məlumatlandırılmışdır.

Şəkililər ölkə rəhbərinin əhalinin sosial müdafiəsi sahəsində yeritdiyi siyasəti yüksək qiymətləndirir, aztəminatlı əhali qrupuna göstərdiyi böyük diqqət və qayğının təzahürü kimi qəbul edir.

Bəhs olunan dövrdə Şəkidə əmək haqları, pensiyalar və ünvanlı sosial yardımların əhaliyə çatdırılmasında, əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə təmin olunması istiqamətində bir sıra işlər görülmüşdür.  Aztəminatlı ailələrin Dövlət Sosial Müdafiəsinin təmini məqsədilə Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “ Ünvanlı Dövlət Sosial Yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması,verilməsi və verilməsindən imtina edilməsi Qaydalarına “ ilə vətəndaşların tanış olması üçün şöbədə maarifləndirmə işləri təşkil olunmuş , eyni zamanda əhali aktiv məşğulluq layihəsinə cəlb olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin 2 saylı Şəki –Zaqatala Regional Filialında    2022-ci il ərzində  19801 nəfər əmək pensiyaçısına xidmət göstərilib. Onlardan 12897 nəfəri yaşa, 5240 nəfəri əlilliyə, 1664 nəfəri ailə başçısını itirməyə görə əmək pensiyası alanlardır. Həmçinin, Şəki rayonu üzrə müavinət-təqaüd  alan 15137 nəfər vətəndaşa xidmət göstərilmişdir.

Aztəminatlı ailələrin sosial müdafiəsinin təmini məqsədi ilə Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı Dövlət Sosial Yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na müvafiq vətəndaşların maarifləndirilməsi işləri şöbədə təşkil olunmuşdur.

İşaxtaran və işsiz vətəndaşların ictimai işlərdə iştirak etmək istəyən hissəsinin artırılması əmək bazarında yaranmış gərginliyin xeyli azalmasına və işsiz əhalininböyük hissəsnin sosial vəziyyətinin qismən yaxşılaşmasına səbəb olur.Belə ki, Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq“ altsistemində qeydiyyata olan işaxtaran və işsiz vətəndaşlardan  özünəməşğulluq proqramına cəlb olunması nəzərdə tutulmuşdur. Əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəsinin sosial müdafiəsini təmin etmək məqsədilə 2022 -cu il üçün rayonun təhsil, səhiyyə, tikinti, rabitə ,mədəniyyət və digər sahələrdə iş yerlərinin yaradılması üçün şəhər icra hakimiyyətinin başçısının sərəncamına əsasən 2 kvota yeri müəyyən edilmişdir. İyunun 5-də Şəki şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkənin müasir əmək bazarında aktual olan peşə və ixtisasıarın tanıtım  və təbliğatı məqsədilə Peşələr Festivalı keçirilmişdir. Festivalın keçirilməsində əsas məqsəd vətəndaşların diqqətini peşəyönümlü məsləhət xidmətinə cəlb etmək, müasir əmək bazarında mövcud olan peşələrin təbliğatını aparmaq olmuşdur. “Öyrən, Əylən, Peşəni seç!” devizi altında keçirilən festivalda iştirak edən yeniyetmə və gənclər müasir əmək bazarının tələbləri ilə tanış olmaq imkanı qazanmış, təqdim olunan peşələrin tanınmış mütəxəssisləri ilə görüşmək imkanı əldə etmiş, əyani şəkildə müvafiq peşə və ixtisasların incəlikləri ilə tanış olmuş, öz maraq və istəklərinə uyğun peşə seçimində faydalana bilmişlər.Tədbir yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində mühüm rol oynamışdır.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə kənd təsərrüfatının inkişafında yeni mərhələ başlanmışdır. Aqrar sahədə həyata keçirilən  islahatların əsas məqsədi əhalinin   məşğulluq  problemini həll etmək, qeyri- neft sektorunu inkişaf etdirməkdən  ibarətdir.    Rayonun kənd təsərrüfatında aparıcı yerlərdən birini taxılçılıq təşkil edir. 2022-ci ilin məhsulu üçün 2021-ci ilin payızında Şəki rayonunun taxıl istehsalçıları 65544 hektar sahədə taxıl əkmişlər. Taxıl əkininin 32318,6 hektarını buğda, 32964,4 hektarını arpa və 261 hektarını xəsil arpa təşkil etmişdir. Mövcud aqrotexniki qaydalara uyğun aparılan taxıl əkinlərindən normal  bitiş alınmşdır. Son zamanlar yer kürəsində baş verən ekoloji dəyişiklik, xüsusi ilə də qlobal istiləşmə rayonumuzda da kənd təsərrüfatının inkişafına mənfi təsir göstərmişdi.

2022-ci iln  yaz aylarında yağıntının iqlim normasından aşağı olması taxıl əkinlərinin xeyli hissəsinin inkişafdan geri qalmasına səbəb olmuşdur.

Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən yerlərdə aparılan monitorinqlər nəticəsində məlum olmuşdur ki, yaz aylarının quraq və yağmursuz keçməsi nəticəsində rayonda 17063,5 hektar taxıl əkinləri tamamilə məhv olmuş,  qeyri-münasib hava şəraiti salamat qalan taxıl  əkinlərinə də mənfi təsirini göstərmişdir.

Salamat qalan taxıl sahələrindən məhsulun vaxtında və itkisiz yığılması üçün bütün zəruri tədbirlər görülmüş, taxıl yığan və daşıyan texnikalar saz vəziyyətə gətirilmiş, anbar və xırmanlar təmir edilmiş, yanğın təhlükəsizliyi tədbirləri gücləndirilmişdir. Xüsusi ilə də taxıl sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə yerlərdə taxıl istehsalçılarının iştirakı ilə  əyani və praktik seminar və müşavirələr keçirilmişdir

 Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində rayonda taxıl biçinini itkisiz və vaxtında başa çatdırmaq mümkün olmuşdur. 2022-ci ildə rayonda 89576 ton məhsul istehsal olunmuşdur. Orta məhsuldarlıq 18,4 sentner təşkil etmişdir. İstehsal olunan məhsulun 45811 tonunu buğda, 42672 tonunu isə arpa təşkil etmişdir. Taxıl bicinindən sonra sahələrdən küləş yığılmış və sahələrin  şumlanılmasına başlanılmışdır. Artıq taxılı biçilmiş 24283 hektar sahə şümlanılmışdır. Rayonda 2023-cü ilin məhsulu üçün 2022-ci ilin payızında 65230hektar sahədə şum aparılmış,64572.8 hektar sahədə payızlıq dənli bitkilər (32940.8 ha buğda, 31632 ha arpa) əkilmişdir. Əkin aparılan ərazinin 48596 hektarı dəmyə şəraitində yerləşir. Fermerlər tərəfindən 6460 ton buğda və 1332 ton arpa toxumu olmaq üzrə cəmi 7792 ton sertifikatlı toxum və 4526 ton (keçən illə müqayisədə 881 ton çox) gübrə (Ammofos,NitroAmmofoska vədigərgübrələr) istifadə olunmuşdur.Rayonda fəaliyyət göstərən toxumçuluq təsərrüfatlarının sayı18-əbərabərdir.

Hesabat dövründə rayonda yazlıq bitkilərin əkini, yaz-tarla işlərinin uğurla həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılmışdır. Cari ildə rayonda 4474 ha sahədə yazlıq bitkilərin əkini həyata keşirilmişdir ki, onun da   162 hektarını  vələmir, 500 hektarını dən üçün qarğıdalı, 400 hektarını paxlalılar, 1250 hektarını tütün, 696 hektarını kartof, 799 hektarını tərəvəz, 172 hektarını bostan, 74 hektarını şəkər çuğunduru 306 hektarını çoxillik otlar, 175 hektarını isə birillik otlar təşkil edir. Rayonda kənd təsərrüfatı işlərinin müasir tələblər səviyyəsində aparılmasına, məhsul istehsalının artırılmasına, istehsalçıların maraqlarının müdafiəsinin yaxşılaşdırılmasına şəhər icra hakimiyyəti tərəfindən nəzarət edilməsi və dəstək göstərilməsi davam etdirilir.

Şəki rayonu üçün ənənəvi sahələrdən biri olan barama istehsalının inkişafı şəhər icra hakimiyyəti tərəfindən daim diqqət mərkəzində saxlanılır, yem bazasının genişləndirilməsi, kümdarlara diqqət və qayğı göstəriliməsi uğurla davam etdirilir.    Rayonun kümdarlarına Qax Damazlıq və İnqubasiya Stansiyasında inqubasiya edilmiş 1050 qutu  barama qurdu paylanılmışdır. Kümdarlarımız barama qurdunun bəslənilməsi üçün bütün imkanlarını səfərbər edərək 20,76 ton barama istehsal etmişlər.

Rayonda tütünçülüyün inkişaf etdirilməsi, əhalinin məşğulluğunun yaxşılaşdırılması və istehsalçıların marağının müdafiə olunması da  Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən  nəzarətdə saxlanılır və istehsalçılara bu sahədə mütəmadi dəstək verilir. Bu il rayonda 1250  hektar sahədə tütün əkini  aparılıb Əkində əsasən ətirli tütün sortlarından olan “Virciniya”,  iriyarpaqlı sortlardan isə “İmunni-580”, “Zaqatala-67”  sortlarından istifadə etmişlər. Tütün sahələrinə aqrotexniki qulluq göstərilməsi və yetişən yarpaqların dərilməsi tədbirləri davam etdirilir.

2019-2023-cü illərdə regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramında qarşıya qoyulan vəzifələrdən biri də yerlərdə tütün qurutma komplekslərinin yaradılmasından ibarətdir.

Dövlət proqramından irəli gələn vəzifələrin icrası olaraq rayonda  son illərdə 246 ədəd müxtəlif tutumlu tütün qurutma kameraları quraşdırılıb istifadəyə verilmişdir. Tütün qurutma kameralarının quraşdırılması tütün istehsalçıların ağır əl əməyini azalmasına, tütün əkinlərinin genişləndirilməsinə və daha çox tütün istehsalına səbəb olmuşdur.

Heyvandarlıqda qarşıda duran başlıca vəzifələr mövcud mal-qaranın cins tərkibinin yaxşılaşdırılması tədbirlərinin davam etdirilməsindən, heyvandarlıq məhsulları istehsalının kəmiyyət və keyfiyyətinin yaxşılaşdırılmasından ibarətdir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 iyul tarixli 3099 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın 11.10-cu bəndini və Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin 2021-ci il 17 noyabr tarixli 163 nömrəli əmrini rəhbər tutaraq rayonda fəaliyyət göstərən təsərrüfat subyektlərinin torpaqlarından səmərəli istifadə edilməsinə, kənd təsərrüfatı məhsullarının istehsalında səmərəliliyin təmin edilməsinə nail olmaq üçün onların könüllülük əsasında kooperativlərdə birləşmələrinin üstünlükləri barədə maarifləndirmənin və təbliğat–izahat işlərinin davam etdirilməsi, kooperativlərin yaradılmasında istehsalçılara metodiki və praktiki dəstək, eyni zamanda informasiya-məsləhət xidmətinin göstərilməsi məqsədilə 17 noyabr 2021-ci il tarixli 11 saylı əmrlə Mərkəzdə daimi fəaliyyət göstərən işçi qrupu yaradılmışdır.

Görülən işlərin nəticəsi olaraq 25.11.2022-ci il tarixdə Şəki rayonu Sarıca kəndində 5 fermerin mülkiyyətində olan və ümumi ərazisi 80.44 hektar olan “Şuşa” İstehsal Kooperativi yaradılmışdır.

Rayonda kənd təsərrüfatı işləri uğurla davam edir. Kənd təsərrüfatı mütəxəssisləri və bu sahəyə nəzarət edən dövlət məmurlarının qarşısında duran əsas vəzifə isə hər daim istehsalçılarla təmasda olaraq onların üzləşdikləri problemlərin çevik həllinə köməklik göstərməkdən ibarətdir.    Son illər ölkəmizdə aqrar sahənin inkişafına dair bir çox mühüm tədbirlər həyata keçirilib.  Kənd təsərrüfatı təbiətdən asılı sahə olduğu üçün əkinlərin baş verə biləcək risklərdən sığortalanması olduqca vacibdir. Bu baxımdan Şəki şəhər icra hakimiyyətinin başçısı kənd yaşayış məntəqələrində sakinlərlə keçirdiyi bütün səyyar qəbullarda aqrar sığorta ilə bağlı fermerləri məlumatlandırır və onları təsərrüfatlarını sığortalamağa dəvət edir. gəlirlərinin qorunması üçün bu sektorun imkanlarından istifadə etməyə çağırır.

Şəki rayonu aqrar sahənin inkişaf etdirilməsi baxımından yüksək imkanlara malikdir. Son dövrlərdə baş verən qlobal iqlim dəyişiklikləri ilə əlaqədar kənd təsərrüfatı məhsullarının risklərə qarşı müdafiəsi istehsalın davamlılığını və qida təhlükəsizliyini təmin edən əsas və vacib amillərdəndir. 2022 ci ilin mart ayında Şəki rayonunun Turan qəsəbəsi, Şəki kəndi, Dərəcənnət, Sarıca, Bolludərə, Qayabaşı, Qaratorpaq, Çayqaraqoyunlu və digər kəndlərində baş verən güclü fırtına əkin sahələrinə, xüsusilə taxıl zəmilərinə böyük zərər vurmuşdur. Məhsullarını sığortalayan fermerlər tərəfindən təbiət hadisələri ilə bağlı Aqrar Sığorta Fonduna verilmiş məlumatlar əsasında müstəqil ekspertlərin zərərləri qiymətləndirməsindən sonra qanunvericiliyə uyğun zərər ödənişlərinin həyata keçirilməsinə başlanmışdır. İl ərzində Aqrar Sığorta Fondunun rəhbərliyi Şəki şəhərində fermerlərlə görüşərək mart ayında baş vermiş fırtınadan dəyən zərərlə bağlı sığorta ödənişlərini təqdim ediblər Ümumilikdə Şəki rayonuda 354 müqavilə üzrə 500 000 manat zərər ödənişi öz təsdiqini tapmışdır. Qeyd etmək lazımdır ki, 2021-2022-ci il əkin mövsümündə Şəki rayonunda 3279 sığorta müqaviləsi üzrə 27283 hektar təsərrüfat sığortalanmışdır ki, bunun da 90%-ni taxıl, 10%-ni fındıq sahələri təşkil edir.

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhərində respublika toxum sərgi-satış yarmarkası təşkil edilmşdir. Yarmarkanın keçirilməsində məqsəd yerli toxum bazarının formalaşması, payızlıq əkinlər ərəfəsində yerli toxuma olan tələbatın ödənilməsi, toxum istehsalçıları ilə fermerlər arasında birbaşa münasibətlərin qurulmasına kömək etməkdir. Toxum sərgi-satış yarmarkalarının keçirilməsi fermerlərə bu sahədə olan yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq imkanı vermişdir.

2022-ci ildə tikinti sahəsində fəaliyyətin qanunauyğun qaydada tənzimlənməsi məqsədilə şəhər ərazisində cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına  aparılacaq tikinti-quraşdırma və abadlıq işləri üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun satınalma prosedurunun təşkili məqsədilə sənədləşmə işlərini aparmış, Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisi başa çatdırılmışdır..Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2021-ci il tarixli, 766s nömrəli sərəncamı ilə ayrılmış vəsait hesabına birbaşa müqavilə əsasında tikintisinin aparılmasına razılıq verilmiş Şəki şəhərinin mərkəzi ilə axan Qurcana və Dəyirmanarxı çaylarında qəzalı vəziyyətdə olan sahil divarlarının, su tənzimləyici bəndlərin bərpa olunması, təmiri, çay yatağının təmizlənməsi işlərinə dair  “Elşən” MMC ilə bağlanılmış müqaviləyə uyğun işlərin aparılmasına gündəlik nəzarət həyata keçirilməklə, ayrılmış vəsait həcmində hər iki çayda layihə-smeta sənədlərinə uyğun olaraq tikinti işləri aparılmışdır.Hazırda şəhər ərazisində yolların təmiri işləri üçün tender proseduru başa çatdırılmış, şəhərin küçəsində əsaslı təmir işləri davam etdirilir.

“Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.2-ci maddəsinə əsasən rayonun inzibati ərazisində özbaşına tikililərin qarşısının alınması məqsədilə müntəzəm nəzarət tədbirləri davam etdirilmiş və cari ildə rayon ərazisində özbaşına tikinti işləri aparan 9 fiziki şəxs haqqında sənədlər toplanılaraq özbaşına tikilinin sökülməsi üçün qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası FHN TTNDA-nə göndərilmiş və inzibati xəta törətmiş 5 fiziki şəxs haqqında qanunamüvafiq tədbirlər görülməsi məqsədilə şəhər polis şöbəsinə müraciət olunmuşdur.

Ötən müddət ərzində şöbə tərəfindən təcili və təxirəsalınmaz tədbirlərin həlli məqsədilə aidiyyəti dövlət orqanlarına müraciətlər hazırlanaraq göndərilmiş və verilmiş tapşırıqlara uyğun sənədləşdirmə işləri aparılmışdır. Belə ki, Şəki şəhərində tikintisi tamamlanmış Heydər Əliyev Mərkəzinin binasının Mədəniyyət Nazirliyinin balansına verilməsi ilə bağlı nazirliyin və şəhər icra hakimiyyətinin nümayəndələrindən ibarət komissiya yaradılmış və təhvil-qəbul işləri başa çatdırılmışdır.

Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 313 ünvanında yerləşən yataqxana binasının qəzalı vəziyyətdə olduğuna və C.Cabbarlı 44 ünvanında yerləşən 6 ailəyə məxsus yaşayış evində baş vermiş yanğının nəticələrinin aradan qaldırılmasına dair Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında qaldırılmış məsələ ilə bağlı Nazirlər Kabineti tərəfindən verilmiş tapşırıqların icrası istiqamətində Fövqəladə Hallar Nazirliyi və Maliyyə Nazirliyi ilə birgə işlər davam etdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında”  2022-ci il 7 aprel tarixli 1655 nömrəli və “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” 2022-ci il 7 aprel tarixli 1656 nömrəli fərmanları ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq məlumatların Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilməsi üçün işlər yekunlaşdırılmış, Azərbaycan Respublikası Prezidentinin imzaladığı Qanunvericilik aktları, Fərman və Sərəncamları ilə yerli icra hakimiyyəti orqanlarına verilmiş tapşırıqların icrası təmin olunmuşdur.

Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Şəki şəhər 7 nömrəli tam orta məktəb üçün nəzərdə tutulan 960 şagird yerlik yeni binanın inşası davam etdirilir,

Şəki Elektrik Şəbəkəsi tərəfindən 2022-ci il ərzində rayonun normal və fasiləsiz elektrik enerjisi ilə təminatı sahəsində bir sıra işlər görülmüşdür. Ümumilikdə  3449 ədəd 0.4 kV-luq dayaq, 120.682  km məsafəyə SİP markalı kabel xətti çəkilmiş 30.996 km məsafəyə abonent xətti çəkilmişdir. Texniki şərt əsasında abonentlərin elektrik enerjisi ilə təchizatının təmin edilməsi məqsədilə 111 ədəd yeni 0.4 KV-luq dayaq quraşdırılıb, 5.328 km məsafədə SİP kabel xətti çəkilib. 676 ədəd yeni sayğac quraşdırılmışdır.

2022-ci il ərzində rayon əhalisi normal təbii qazla təchiz edilmişdir. Şəki-Cəfərəbad dairəvi qaz xətti 100 metr məsafədə  13 dayaq üzərinə qoyularaq normal vəziyyətə gətirilmiş, Şəki rayonu üzrə119 abonentin qaz sayğacı küçə xəttinə çıxarılmışdır.

Şəki XS tərəfindən 1736 sızma aşkarlanaraq ləğv olunmuş, 104 qəza xidmətinə 173 sifariş daxil olmuş və icra olunmuşdur.“Təmiz qaz” tərəfindən aşkarlanan 9646 sızma ləğv olunmuş, “Təmiz qaz” tərəfindən və xidmət sahəsi tərəfindən aşkar olunmuş sızmaların ləğv olunması üçün 411 ədəd kran yenisi ilə, 2553 mexaniki sayğac yeni mexaniki sayğacla, 224 mexaniki sayğac smart sayğacla əvəz olunmuş, 419 yeni sayğac quraşdırılmışdır.30371p/m qaz xətti kipliyə sınaq olunmuşdur.                                                                                

Daxili imkanlar hesabına Şəki şəhəri, N.Nərimanov prospekti 85a ünvanında yaşayan Qarabağ müharibəsi iştiraşkısı Cabbarlı Tural Mehman oğluna məxsus evin qarşısında orta təzyiqli qaz xətti, IIBiləcik kəndində yaşayan müharibə iştiraşkısı Nizaməddinov Elvin Yasin oğluna məxsus fərdi yaşayış evinə qaz xətti quraşdırılmış, Şəki rayonu Vərəzət kəndi Rəsulov Osman Şəmsəddin oğlu (müharibə veteranı), Şəki şəhəri Mənəflər küçəsində yaşayan müharibə iştirakçısı Qədirov Kərim Taleh oğluna məxsus fərdi yaşayış evi, Şəki rayonu Kiçik Dəhnə kəndində yaşayan şəhid atası Rüstəmov Tapdıq Əsgər oğluna məxsus fərdi yaşayış evi, Kiş kəndində yaşayan şəhid ailəsi Adıgözəlov Seyran Məhəmməd oğluna oğluna məxsus fərdi yaşayış evi,Kiş kəndində yaşayan şəhid anası Aslanova Eminaxatın Məmmədəli qızına məxsus fərdi yaşayış evi, Kiçik Dəhnə kəndində yaşayan qazi Həbillayev Elvin  İsmət oğluna məxsus fərdi yaşayış evi, Orta Zəyzid kəndində II Qarabağ müharibəsi veteranı Rəsulov Bəhruz Elxan oğluna məxsus fərdi yaşayış evi qazlaşdırılmış, Kiş kəndində şəhid atası İsmayıl Abdullayevə məxsus fərdi yaşayış evinin qarşısından keçən d57mm-lik qaz xəttinin yeri dəyişdirilmişdir.

Şəki Sukanal” TASC tərəfindən 2022-ci il ərzində 17445 abonentə su və kanalizasiya xidməti göstərmişdir. Müddət ərzində 1625 abonentin su xətti təmin olunmuş, 1816 abonentin su təchizatı yaxşılaşdırılmışdır. Şəhərin mövcud su təchizatı və kanalizasiya sistemi üzrə daxili imkanlar hesabına xeyli işlər görülmüş, 1280 pm uzunluğunda sıradan çıxmış su xətləri yenisi ilə əvəz olunmuşdur, 30 siyirtmə dəyişdirilib və təmir olunmuşdur. Şəhərin magistral kanalizasiya xəttinin 670 pm hissəsində təmir işləri aparılmış, 1997 pm hissəsi isə ağac köklərindən təmizlənmişdir. Xəttin üzərində olan 11 baxış quyusunda təmir işləri aparılmış və çuqun luk qapağı qoyulmuşdur.

“Aztelekom” MMC-nin Şimal-Qərb Regional Filialının Şəki Şöbəsi tərəfindən 2022-ci il ərzində rayonda internetdən istifadənin kefiyyətinin artırılması məqsədilə “Aztelekom” MMC-nin Şimal-qərb regional filalının rəhbərliyi altında, yeni texnologiyaların tətbiqi ilə şəbəkələrin genişləndirilməsi layihələrinin icrası Şəki rayonu ərazisində GPON texnalogiyasının tikinti işləri sürətləndirilmişdir. GPON texnologiyasının tətbiq olunması məqsədilə, şəhərin yeni yaşayış massivləri olan  hissəsində, yəni 96, 97, 10,102, 103, 104, 121, 122, 123 və 124-cü kvartallarda, şəhərin  M.Ə.Rəsulzadə və Rasim Ocaqov küçələri ərazisində,  Kiçik Dəhnə, Oxud, Baş Laysqı, Qumux, Cunud və Şin kəndlərində dirəklərin basdırılması və fiber optik  kabellərin çəkilşi başa çatdırılmışdır. Oxud, Kiçik Dəhnə, Baş Laysqı kəndlərində, eləcə də Şəki şəhər mərkəzində GPON şəbəkələrinə aid mərkəzi Optik Xətt Terminalları (OLT) quraşdırıllaraq, dövrəyə verilmişdir. Dekabr ayının son günlərində Turan qəsəbəsində OLT avadanlığı üçün özülə avadanlığın quraşdırılması həyata keçirilib.

Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhərin əsas magistral  prospekt-küçələrinin əl və  mexaniki üsulla süpürülməsi, su arxlarının təmizlənməsi, yolların su avtomaşınları ilə yuyulması, qış mövsümündə prospekt-küçələrin qar-buz örtüyündən təmizlənərək qum-duz-kəpək qarışığının səpilməsi, tullantıların yığılaraq zibil poliqonuna daşınması, zərərsizləşdirilməsi, yaşıllıq zolaqlarına qulluq edilməsi, şəhərin prospekt-küçələrinin işıqlandırması və s. işlər görülmüşdür. Müddət ərzində Şəki şəhərinin bir sira küçələrində 1944 ədəd yeni işıq nöqtələri  yaradılmış və yeni işıqlanma dayaqları qoyulmuşdur.  Bu işlər B.Vahabzadə, Bağbanlar və s. küçələrdə hazırda davam etdirilir. Şəhərin küçələrinin işıqlanma sistemlərinə hər gün nəzarət edilmiş, hava və yeraltı elektrik xətləri yoxlanılmış, hər hansı uyğunsuzluq aşkar edildiyi halda təcili olaraq bərpa işləri yerinə yetirilmişdir.

Şəki Mənzil İstismar Sahəsi tərəfindən 2022-ci il ərzində ictimai yaşayış binalarında yaşayan əhali ictimai yaşayış qaydaları, texniki təhlükəsizlik qaydaları, pandemiya və onun törədə biləcəyi fəsadlar barədə müntəzəm məlumatlandırılmışdır.

“12 saylı Yol İstismarı” MMC tərəfindən 2022-ci il ərzində xidmət etdiyi Respublika və yerli əhəmiyyətli avtomobil yollarında saxlanma, cari təmir və orta təmir üzrə işlər yerinə yetirilmişdir.,Baqqal avtomobil yolu 0-3,2 km sahəsində yolun hərəkət hissəsində torpaq işləri, su ötürücü borular ilə təmiri işləri görülmüş, Baş Küngüt avtomobil yolu 2,1 km sahəsində yolun hərəkət hissəsində asfaltbetonla təmir işləri  yerinə yetirmiş, Oraban-Baş Kəldək 0-5,8 km sahəsində yolun hərəkət hissəsində təmir işləri yerinə yetirilmişdir.

Hesabat dövründə təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmışdır .  Müddət ərzində təhsilin keyfəyyətinin yüksəldilməsi, hərbi vətənpərvərlik tərbiyəsi, istedadlı uşaqlarla işin yaxşılaşdırılmasına diqqət artırılmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və“ Azərbaycan Respublikasının Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” 2021-ci il tarixli 3059 nömrəli və “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2021-ci il 20 dekabr tarixli 3058 nömrəli sərəncamalarına əsasən respublikamızda 12 yeni Regional Təhsil İdarəsi yaradılmış, məktəbəqədər tərbiyə müəssisələri də həmin idarələrin tabeliyinə verilmişdir.

Şəki Şəhər Təhsil Şöbəsi isə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin strukturuna daxil edilmiş və hazırda həmin idarənin Şəki rayonu üzrə təhsil sektoru kimi fəaliyyət göstərir.

Müddət ərzində Şəki rayonu üzrə təhsil sektoru və onun əhatə etdiyi təhsil müəssisələri tərəfindən təhsilalanlara keyfiyyətli təlim verilməsi , onlarla aparılan tərbiyə işlərinin səmərəli təşkili sahəsində bir sıra işlər görülmüşdür.

2021-2022-ci dərs ilinin nəticələrinə görə rayonun 96 ümumtəhsil  məktəbində 29521 nəfər şagird təhsilini uğurlu başa çatdıraraq yuxarı siniflərə keçirilmişlər.Onlardan 2072 nəfəri 130 qrupda məktəbəhazırlıq təlimi keçmiş 5 yaşlılar olmuşdur. IX sinifləri bitirən 2246 nəfərə  ümumi orta təhsil haqqında,  XI sinifləri bitirən  1726 nəfərə isə tam orta təhsil haqqında attestatlar verilmişdir. Ümumi orta təhsilini başa vuran məzunlardan 40 nəfəri, tam orta təhsilini başa vuran məzunlardan isə 60 nəfəri Fərqlənmə attestatlarına layiq görülmüşdür. Şəki məktəblərinin XI sinif məzunları ali məktəblərə qəbul imtahanlarında daha yaxşı nətəcələrə nail olmuşlar.Belə ki, 1251 nəfər məzundan 800 nəfərə yaxını tələbə adını qazanmış,onlardan 163 nəfəri  500 –700 arası bal toplamışdır ki,bunların da 51 nəfəri 600-dən yüksək nəticə göstərənlərdir.

Şagirdlərimiz 2022-ci il ərzində keçirilən fənn olimpiadalarında, müxtəlif müsabiqə və yarışlarda yaxından iştirak etmiş, mükafata layiq yerlər tutmuşlar.

 “2022: Yaponiya-Azərbaycan Dostluq İli” çərçivəsində oktyabrın 28-də Şəki şəhərində Yaponiyanın ölkəmizdəki səfirliyinin və bu ölkənin Hitachi Hightech şirkətinin birgə əməkdaşlığı ilə Şəki şəhər Kimya-biologiya təmayüllü Respublika Liseyinin şagirdləri üçün “Hitachi Hightech Təbiət Elmləri Təhsilinə Dəstək” tədbiri həyata keçirilib. Təlim zamanı şagirdlərə Hitachi Hightech şirkətinə məxsus elektron mikroskop vasitəsilə çəkilmiş müxtəlif görüntülər və biologiya üzrə maraqlı məlumatlar verilib, yeni biliklər aşılanıb.

Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən  tibb müəssisələri  tərəfindən 2022-ci ildə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, sahəsində müəyyən işlər görülmüşdür.  Müddət ərzində 119130 nəfərə ambulator, 3992 nəfərə stasionar xidmət göstərilmiş, dövlət proqramına aid olan xəstələrin dövlət reystri təkmilləşdirilmiş, immunizasiya tədbirləri uğurla icra olunmuşdur. Şəki Rayon Mərkəzi Xəstəxanasında Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri  üçün tibbi aksiya təşkil olunmuşdur. Aksiya zamanı Şəki və ətraf rayonlarda yaşayan və qeyd edilən həssas kateqoriyalardan olan 106 vətəndaş kardioloji, endokrinoloji və nevroloji müayinələrdən keçirilmiş , xəstələrə müvafiq müalicələr təyin edilmiş, patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilmişdir.

2022-ci ildə  bir sıra mədəni-kütləvi tədbirlər keçirilmiş, tarixi günlər, bayram tədbirləri yüksək səviyyədə qeyd olunmuşdur.   Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.

Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır.

Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.

Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.

Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni- mənəvi dəyərini nəzərə alaraq  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il yanvarın 5 də  Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalamışdır.Müddət ərzində “Şuşa İli“ çərçivəsində Şəkidə bir sıra tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərdə 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixinə ən şanlı səhifə kimi daxil olduğu, 2020-ci il noyabrın 8-də tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərinin işğalçılardan azad edilməsinin müharibənin sonrakı gedişinə  həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldığı bildirilmiş,  Şuşanın işğaldan azad edilməsinin dünya hərb tarixinə  ən uğurlu taktiki döyüşlərdən biri kimi yazıldığı , bu müqəddəs yolda canından keçən şəhidlərimizin  heç zaman unudulmayacağı, Şuşa fatehlərinin, qazilərimizin, şəhidlərimizin Azərbaycan xalqının qəhrəman oğulları kimi hər zaman xatırlanacağı xüsusi vurğlanmışdır.

Müddət ərzində Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti  Rasim Ocaqovun ,Azərbaycan heykəltəraşlıq sənətinin banisi və layiqli nümayəndəsi , görkəmli incəsənət xadimi , milli heykəltəraşlıq məktəbinin formalaşmasında və inkişafında müstəsna xidmətləri olan Fuad Əbdürrəhmanovun xatirəsinə həsr edilmiş tədbirlər keçirilmiş,  Şəki Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Əbülfət Salahovun 60 illik yubileyi və səhnə fəaliyyətinin 45 illiyi qeyd olunmuşdur. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Şəki şəhərində olub. Gənc Tamaşaçılar Teatrı və İsveçin Azərbaycandakı səfirliyinin birgə layihəsi   əsasında teatrın aktyorları görkəmli İsveç dramaturqu Astrid Lindqrenin “Uzuncorab Peppi” tamaşasını təqdim ediblər.

Şəki şəhər Heydər Əliyev Mərkəzində qocaman dərzi Rasim Məmmədova həsr olunan “Köhnə radio” sənədli filminin ilk nümayişi olub. Tədbirdə şəhər rəhbərliyi, filmin yaradıcı heyəti, sənətsevərlər, Şəki sənətkarları, gənclər iştirak ediblər.Təqdimat mərasimində filmin ssenari müəllifi və prodüseri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Azərbaycan Beynəlxalq Muzeylər Şurası (İCOM) Milli Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova çıxış edərək, filmin qəhrəmanı ilə 2020-ci ilin sentyabrında yaradıcılıq işi ilə əlaqədar Şəki şəhərində olarkən axşam gəzintisi zamanı xoş bir təsadüf nəticəsində tanış olduğunu və bu ahıl insanın öz peşəsinə olan sevgisindən ilhamlanaraq bu mövzuya müraciət etdiyini diqqətə çatdırıb.

Şəkidə Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş birgə yarışlar keçirilmiş.

Festivallar şəhəri kimi tanınan Şəki növbəti kütləvi  tədbirə -“İdman festivalı-2022”   festivalına ev sahibliyi etmişdir.. Şəki şəhərində ilk dəfə keçirilən idman festivalı ayrı-ayrı idman növlərinin təbliği, uşaq və yeniyetmələrdə idmana maraq oyatmaq, onların asudə vaxtlarının səmərəli təşkili baxımından böyük əhəmiyyət kəsb edir.

Cənab Prezidentimiz İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğını idmançılar hər zaman hiss edir. Bu qayğı idmançılar və onların məşqçiləri, idman sahəsində çalışanlar üçün yaradılan şəraitdən, ölkəmizdə keçirilən irimiqyaslı yarışlardan, idmançılarımızın beynəlxalq arenada təmsil olunmasından və bir çox amillərdən hiss olunur. Şəki Olimpiya İdman Kompleksində  start götürən və bir həftə davam edən festivalda 20-dən artıq Olimpiya idman növündə 150-dən çox idmançı və məşqçilər üçün ustad dərsləri keçirilmiş.   şəhər  sakinləri festivalda iştirak edən idmançıların nümunəvi çıxışlarını izləmişdir. Festivalda 23 idman növü üzrə 149 idmançı və 35 məşqçi iştirak etmiş, proqrama uyğun olaraq idmançılara əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunmuş, müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı, intellektual oyun, ilkin tibbi yardım, film nümayişi və rəsmi şəxslərlə görüşlər keçirilmiş. eləcə də Şəki şəhərinin görməli yerlərinə, tarixi məkanlara ekskursiyalar təşkil edilmişdir.

Şəki şəhəri 8 ölkənin 12 şəhəri ilə qardaşlaşmışdır. Dostluq və qardaşlıq haqqında protokolun imzalanması bu şəhərlərin sakinləri arasında humanitar, iqtisadi və turizm sahələrində əlaqələrin yaranmasında mühüm rol oynamış, eyni zamanda, ölkələrimiz arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə vermişdir.  Qardaşlaşmış şəhərlər arasında əlaqələrin möhkəmlənməsində qarşılıqlı səfərlər mühüm əhəmiyyətə malikdir. Bu ilin mayında Türkiyənin Berqama şəhərində səfərdə olan Şəki şəhərinin nümayəndə heyəti Uluslararası Bergama Kermes Festivalında ,.Fransanın Şəki şəhəri ilə qardaşlaşmış Kolmar şəhərində səfərdə olan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov  isə həmin şəhərdə yerləşən, qədim tarixə malik Dominikan kitabxanasının bərpadan sonra keçirilən açılış mərasimində iştirak etmişdir. Şəki ilə qardaşlaşmış Türkiyənin İzmir vilayətinin Berqama bələdiyyəsinin sədri Hakan Koştunun başçılıq etdiyi nümayəndə heyəti avqustun 23-də şəhərimizə səfəri zamanı Şəki və Berqama şəhərləri arasında dostluq və qardaşlıq haqqında protokol imzalanmışdır.

Son illər ölkəmizdə turizmin inkişafı ilə bağlı bir sıra tədbirlər həyata keçirilir.  Cənab Prezidentimizn qərarı ilə Dövlət Turizm Agentliyi yaradılmışdır.  Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmişdir. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülmüş, müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilmişdir.  Şəkidə il ərzində xalqımızın zəngin mədəni irsinin təbliğinə həsr olunan  müxtəlif festivalların keçirilməsi də rayonumuzda turizmin  inkişafına əhəmiyyətli dərəcədə kömək göstərmişdir. 2020- 2021 –ci illərdən başlayaraq “Yuxarı Baş” Milli Tarix- Memarlıq Qoruğu ərazisində Turizmin İnkişafı Baş Planına uyğun olaraq tarixi binaların qorunması, bərpası və səmərəli istifadəsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə 2021-ci ildə 58 tarixi binaya “ abidə” statusu verilərək dövlət qeydiyyatına alınaraq mühafizəyə götürülmüşdür. Nazirlər Kabinetinin 2021-ci il 2 dekabr tarixli 132 nömrəli qərarına uyğun olaraq bu abidələrdən biri ölkə , 57 isə yerli əhəmiyyətli abidə kimi təsnifatlandırılmışdır. Dövlət mühafizəsinə götürülmüş abidələrin pasportlaşdırılması prosesinə başlanmışdır.

2022-ci ildə Qoruq ərazisində   XVIII srə aid Şəki Xan məscidi kompleksi əsaslı bərpa işlərindən sonra istifadəyə verilmişdir. Məscid kompleksi ərazisindəki bərpa işləri Dövlət Turizm Agentliyinin sifarişi ilə Memarlıq və İnşaat Universiteti tərəfindən hazırlanan layihə əsasında aparılıb. Ölkə əhəmiyyətli abidə siyahısında olan məscid xanlıqlar dövrünə (1745-1750-ci illər) aid edilir. Tarixi məlumatlara və üzərində qeyd edilən kitabələrə əsasən, məscid Hacı Məhəmmədhüseyn xan tərəfindən inşa olunub.

Məscid kompleksinin ərazisində Heydər Əliyev Fondunun dəstəyi ilə muzey də yaradılıb. Muzeydə Şəki xanlığı dövrünə aid fərqli eksponatlar, müxtəlif mənbələrdən toplanan maddi-mədəniyyət nümunələri təqdim olunur. Muzey əyani şəkildə Şəki xanlığının yaranmasının, formalaşmasının milli dövlətçilik tariximizdə xüsusi yerini nümayiş etdirir. İki mərtəbədən ibarət olan muzeyin birinci mərtəbəsində Şəki xanlığı dövrünə aid mis qablar, milli geyimlər, zərgərlik məmulatları, XVIII əsr Şəki tacirlərinin evlərini bəzəyən divar güzgüləri, Şəki adət-ənənəsi üzrə onların qarşısına qoyulan mücrülər, Şəkinin kəlağayı sənətinə aid nümunələr sərgilənir. Muzeyin birinci mərtəbəsində təqdim olunan elektron lövhədə Azərbaycan və ingilis dillərində Şəki xanlığının tarixi, siyasi, sosial-iqtisadi həyatı, mədəniyyəti və Şəki xanları barədə məlumatlar çatdırılır. İkinci mərtəbədə isə Şəki xalçası, müxtəlif xalçaçılıq ləvazimatları, Əbdüllətif Əfəndinin “Şəki xanlarının tarixi” kitabı və Şəki xanlığı dövrünə aid yazılı ədəbiyyatlar, şəbəkə nümunəsi, XVIII əsr Şəki xanlarının dövründə istifadə edilmiş sikkələr, XVIII-XIX əsrə aid silah nümunələri nümayiş olunur.

 “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində Dövlət Turizm Agentliyi tərəfindən Qala divarları daxilindəki iki abidənin (Rəsm Qalereyası və qoruğun inzibati binası) təmir-bərpa işləri yekunlaşıb. Bu abidələrin hər ikisi XIX əsrdə çar Rusiyası əsgərlərinə məxsus kazarma kimi inşa edilib.

1982-ci ildən rəsm qalereyası kimi istifadə edilən bina dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir və Dövlət Turizm Agentliyi tərəfindən 2022-ci ildə bərpa edilib. Binanın tarixi-memarlıq üslubu qorunmaqla onun fasadı, dam örtüyü bərpa edilib, kommunikasiya sistemi tamamilə yenidən qurulub. Qalereya binasının ümumi sahəsi 296 kvadratmetrdir. Bina üç hissədən - giriş, ekspozisiya zalları və inzibati bölmədən ibarətdir. Qoruq ərazisində qala divarları içərisində yerləşən dairəvi məbəd XIX əsrin əvvəllərində tikilmiş və dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir. Dairəvi məbədin memarlığı Qafqaz Albaniyasının qədim məbədlərinin memarlıq üslubuna oxşardır. Bina XIX əsrdə pravoslav kilsəsi kimi fəaliyyət göstərmiş, daha sonra sovet dövründə anbar kimi və digər təyinatlar üçün istifadə edilmişdir. Bina ilkin variantda sırf dairəvi formada olub, daha sonra ona üç tərəfdən köməkçi tikililər əlavə edilmişdir. Bu binada son 30 il ərzində Şəki Xalq Tətbiqi Sənəti Muzeyi fəaliyyət göstərib. Hazırda binada bərpa işləri aparılır.

Həmçinin, Dövlət Turizm Agentliyi tərəfindən Qala divarları daxilində yerləşən bəzi tarixi binalarda təmir-bərpa işləri davam etdirilir. Burada Şəki xanlığı dövrünə aid, ümumi uzunluğu təxminən 1300 metr olan Qala divarları yerləşir. Bu qala divarları əvvəlcə Şəki xanları, XIX əsrdə isə çar Rusiyası tərəfindən hərbi məqsədlər üçün istifadə edilib. Tarix-Diyarşünaslıq Muzeyinin binası dövlət mühafizəsinə götürülmüş, XIX əsrin sonlarında tikilmiş memarlıq abidəsidir. Bu bina XIX əsrdə rus əsgərləri üçün kazarma binası kimi tikilib. Bina ənənəvi yerli tikinti materiallarından (çay daşı və bişmiş kərpic) və Şəki memarlığı üslubunda inşa edilib. Muzeydə təxminən 2461-dən artıq eksponat var. Hazırda binada təmir-bərpa işləri davam edir.

Şəki Tarix Diyarşünaslıq Muzeylərinin yerləşdiyi XIX əsrə aid olan binada bərpa işləri aparılır. Bərpadan sonra  binanın imkanları genişləndiriləcək və infrastrukturu müasirləşdiriləcək. Qala divarları içərisində yerləşən XIX əsrə aid olan digər hərbi təyinatlı 2 bina ( keçmiş Oftalmologiya və Diabet xəstəxanalarının yerləşdiyi binalar ) binalar bərpa olunduqdan sonra inzibati bina və ictimai məkan kimi istifadə olunacaqdır.Turizmin inkişafı Baş Planına uyğun olaraq Şəki Xanlarının Evində xan ailəsinin həyatını və məişətini nümayiş etdirən Etnoqrafiya Muzeyinin yaradılması , XVIII əsrə aid Aşağı Karvansaranın yarmarkaların, açıq hava tədbirlərinin, təşkili üçün çoxfunksiyalı icma mərkəzi kimi yenidən qurulması planlaşdırılır. Həmçinin XIX əsrə aid Ağvanlar hamamı bərpa olunaraq ictimai hamam kimi fəaliyyət göstərməsi nəzərdə tutulur. Hazırda Sənətkarlar Evi kimi fəaliyyət göstərən XIX əsrə aid keçmiş Təcridxana binası yerli sənətkarların əl işlərinin nümayış olunduğu və satış olunduğu məkan kimi fəaliyyət göstərir. Bərpadan sonra binanın əsasən yaradıcılıq mərkəzi ( pub) kimi fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur.

2022-ci ildə 340 nəfər vətəndaş Şəki Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmişdir. Müddət ərzində Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 41 səyyar qəbul keçirilmiş, 297 nəfər vətəndaş dinlənilmiş ,348 müraciət səsləndirilmişdir.Səyyar qəbullar zamanı qaldırılan müraciətlərin 33 faizi öz həllini tapmış, icra hakimiyyətinin səlahiyyətində olmayan digər müraciətlər baxılması üçün aidiyyəti qurumlara göndərilmşdir. Müddət ərzində Şəki Şəhər İcra Hakimiyyətinə 3398 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərin 642 ədədi müsbət  həll olunmuş, 1637 müraciətə   müvafiq izahat verilmiş  ,780 ədədi baxılmaq üçün tabeli qurumlara və  aidiyyəti orqanlara göndərilmiş, qalanları isə icradadır. “Rəqəmsal İcra Hakimiyyəti” portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılıb. Portalın ərsəyə gətirilib istifadəyə verilməsində məqsəd, müasir elektron imkanlardan istifadə edərək, vətəndaş və icra hakimiyyəti arasında mövcud olan qarşılıqlı münasibətlərin keyfiyyətinin, çevikliyinin, şəffaflığının, əlçatanlığının artırılaraq nəticədə vətəndaş məmnunluğunun təmin edilməsidir. Portalda təklif edilən elektron xidmətlərdən istifadə sayəsində hər iki tərəf vaxta qənaət edəcək və bu eyni zamanda müəyyən izafi xərclərin aradan qalxmasına gətirib çıxaracaq. imkanına malik olacaq. “Asan imza” yaxud “Elektron imzası” olan vətəndaşlarımız yenidən (təkrar) “Qeydiyyatdan keçmədən” elektron şəxsi imzasına aid məlumatlardan istifadə edərək birbaşa “Şəxsi kabinetlərinə” daxil ola bilmə imkanına malikdirlər.Portal vasitəsilə icra hakimiyyətinə daxil olacaq istənilən elektron müraciət, hazırda qüvvədə olan qanunvericiliyin tələbləri istiqamətində cavablandırılması təmin ediləcək. 2022 ci ildə “Rəqəmsal İcra hakimiyyəti“ informasiya sistemi vasitəsilə 329 müraciət daxil olmuş, müraciətlərin icrası müvafiq vaxt ərzində təmin edilmişdir.

Keçidlər