Şriftin ölçüsü :

Saytın rəngi :

2019-cu ilin hesabatı

2019-cu ildə Şəkinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair

H E S A B A T

            Tarixə dönən, xalqımızın yaddaşında uğurlarla qalan 2019-cu  ildə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında mühüm dəyişikliklər baş vermişdir. 2020-ci il yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə çıxış edən cənab  Prezidentimiz demişdir: ”Deyə bilərəm ki, bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Beləliklə, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edilmişdir. Azərbaycan sabitlik şəraitində yaşamışdır. Sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir“. Keçən il ərzində ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini, ümumi daxili məhsulun 2,2 faiz ,qeyri-neft sektorunun 3,5 faiz, kənd təsərrüfatının 7 faiz, əhalinin pul gəlirlərinin 7,4 faiz artdığını deyən cənab Prezidentimiz  2019-cu ildə  ölkə iqtisadiyyatına 13,5 milyard  manata yaxın sərmayənin qoyulduğunu bildirmişdir.  

      Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilmişdir.  Konfransda  cənab Prezidentimiz regionların inkişafı ilə bağlı  mövcud vəziyyəti və görüləcək işləri bir daha dərindən təhlil etmiş və yeni vəzifələr müəyyənləşdirmişdir. Cənab Prezidentimiz  il ərzində görülən işlərə yekun vuraraq demişdir : “ Dördüncü proqram əvvəlki dövrlərdə qəbul edilmiş proqramların məntiqi davamıdır. Üç proqram çərçivəsində böyük işlər görülmüşdür. Ancaq hələ də görüləsi işlər çoxdur. Hesab edirəm ki, dördüncü proqram çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur vəzifələri icra olunacaq və beləliklə, ölkəmizin gələcək inkişafı üçün daha gözəl imkanlar yaranacaqdır “.

     Konfransda çıxış edən cənab Prezidentimiz qeyd etdi ki, bu gün ölkəmizdə  yeni, ən müasir standartlara cavab verən sosial - iqtisadi infrastruktur yaradılmışdır. Azərbaycanın dünyada nüfuzu artmış, ölkəmiz regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir. Konfransda yaranmış vəziyyətdə çevik və sistemli tədbirlərin həyata keçirilməsi, iqtisadi və maliyyə tarazlığının təmin edilməsi, dinamik inkişaf tendensiyasının qorunub saxlanması üçün ölkənin bütün resurslarının səfərbər olunması vacib vəzifə kimi qarşıya qoyulmuşdur. Qeyd etmək istəyirəm ki, istər müşavirədə, istərsə də fevralın 3-də keçirilmiş konfransda cənab Prezidentimiz  yeni iqtisadi siyasət konsepsiyasının başlıca istiqamətlərini göstərmiş, sosial təminat sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, dövlət orqanlarında struktur islahatların aparılması, korrupsiya, rüşvətxorluq və digər bu kimi neqativ halların minimuma endirilməsi ilə bağlı ciddi tapşırıqlar vermişdir.   

               Qeyd etmək istəyirəm ki, 2019- cu il   şəhərimiz üçün olduqca əlamətdar hadisələrlə zəngin olmuşdur. Azərbaycan Respublikasının birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə şərq memarlığının nadir incisi hesab olunan “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin YUNESKO-nun Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilməsi ölkəmizin mədəni həyatında böyük hadisədir. 2020-ci il yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən cənab  Prezidentimiz demişdir : “Azərbaycanda UNESKO-nun Dünya İrs Komitəsinin sessiyası keçirilmişdir. Bu da dünya miqyasında çox mötəbər tədbirdir. Bu sessiya çərçivəsində Şəki Xan Sarayı,  Şəkinin mərkəzi hissəsi UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmişdir. Hesab edirəm ki, bu, çox böyük hadisədir. Hesab edirəm ki,  Şəki  Xan Sarayının bu siyahıda olması həm ədalətlidir, həm də bizim növbəti böyük uğurumuzdur “.

                  2019-cu ildə rayonumuzun sosial-iqtisadi inkişafının yekunları ilə tanış olmaq üçün konkret faktlara nəzər salaq. 2019-cu ildə istehsalın əsas sahələrində ilkin hesablamalara görə faktiki qiymətlərlə 477 milyon 823 min manatlıq məhsul buraxılmışdır ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 103 faiz təşkil edir. Buraxılmış məhsulun 9 faizi dövlət, 91 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Adambaşına faktiki qiymətlərlə 2543 manatlıq məhsul istehsal olunmuş, pərakəndə əmtəə dövriyyəsi 435 milyon 327  min manat olmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 101,5 faiz təşkil edir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 107 milyon 637 min manat olmuşdur ki, bu da 2018- ci illə müqayisədə  104,9 faiz təşkil edir.  Ölkəmizdə aparılan islahatlar nəticəsində iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, qeyri -neft sektorunun inkişafı istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş, əhalinin məşğulluğunu təmin etmək məqsədilə yeni iş yerləri , istehsal müəssisələri yaradılmışdır.   Rayonda 2019-cu ildə 3704  yeni iş yeri açılmışdır ki, bunun da hamısı daimi iş yerləridir. Yeni açılmış iş yerlərinin 2,3 faizi yeni yaradılmış müəssisə və təşkilatların , 10,4 faizi mövcud müəssisə və təşkilatların, 21,2faizi digər tədbirlər üzrə açılmış iş yerlərinin  66, 1 faizi isə fiziki şəxslərin payına düşür. Umumiyyətlə  01 oktyabr 2003- cü il tarixdən 01 yanvar 2020-ci il tarixədək rayonda 27658 yeni iş yeri açılmışdır ki, bunun da 93,9 faizi daimi iş yerləridir. Daimi iş yerlərindən 12,7 faizi yeni yaradılmış müəssisə və təşkilatların , 20 faizi mövcud müəssisə və təşkilatların, 67,3 faizi fiziki şəxslərin payına düşür. Rayon üzrə orta aylıq əmək haqqı 354 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 128 faiz təşkil edir. Hazırda rayonda 22 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 10-u kiçik müəssisədir. 2019-cu ildə rayonumuzda iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına yönəldilmiş investisiyanın həcmi 207 milyon 640 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 186 faiz təşkil edir. İstifadə edilmiş investisiyanın  91 faizi dövlət mülkiyyətinin ,  9 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Əsas kapitala yönəldilmiş investisiyanın 186 milyon 642 min manatı və ya 89,9  faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 181 faiz təşkil edir.

   Əmək bazarının leqallaşması və yeni iş yerlərinin yaradılması hesabına ötən il regionlardan məcburi dövlət sosial sığorta haqqı  və qeyri-neft sektoru üzrə ümumi vergi daxilolmaları  əhəmiyyətli şəkildə artmışdır. 2019-cu ildə Şəki şəhəri üzrə yerli gəlirlər 19 milyon  384 min manat proqnoza qarşı 22 milyon 548 min manat və ya 3 milyon 164 min manat çox  yerinə yetirilmişdir.Cənab Prezidentimizin  müvafiq Fərmanı ilə şəhər və rayonlar üzrə dövlət büdcəsinin müvafiq vergilərində büdcə ilinin sonuna daxil olan əlavə vəsaitin 50 faizinin icra hakimiyyətlərinin sərəncamına verilməsi regionların dotasiyalardan asılılığının azalmasına və bölgələrdə biznes mühitinin yaxşılaşdırılmasına güclü stimul yaradır. Belə ki, 2019-cu ilin nəticələrinə əsasən, şəhər və rayonların sərəncamına verilən belə vəsaitlərin həcmi 28 milyon manat təşkil etmişdir. Bu vəsaitləri alan şəhər icra hakimiyyətləri arasında Sumqayıt şəhəri birinci yerdə Gəncə şəhəri isə ikinci yerdədir. Sərəncamlarına 1 milyon manatdan çox vəsait verilən icra hakimiyyətləri arasında Şəki birinci yerdədir. Bu isə onu göstərir ki,bölgələrdə sahibkarlıq fəaliyyəti üçün nə qədər əlverişli şərait yaradılırsa, vergitutma bazası bir o qədər genişlənir və nəticədə sosial-iqtisadi məsələləri həll etmək üçün əlavə maliyyə mənbələri yaranır. Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili siyasətinin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. 2020-ci il yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə xüsusi olaraq vurğulanmışdır ki, bu gün ölkəmizdə sahibkarlara böyük diqqət vardır. Onlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir. Cənab Prezidentimiz demişdir: “Sahibkarlığın inkişafı üçün dövlət bu il də kifayət qədər böyük vəsait nəzərdə tutur. Bu, artıq verilmiş və qaytarılmış kreditlərin hesabına baş verir. Güzəştli şərtlərlə 200 milyon manata yaxın kreditlər veriləcək. Deyə bilərəm ki, son illər ərzində sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox vəsait verilmişdir. Ancaq verilən bu kreditlərə həm nəzarət gücləndirilməlidir, həm də biznes layihələrinə yenidən baxmaq lazımdır”.     Cənab Prezidentimiz  qeyd etmişdir ki,  inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulun əsas hissəsini kiçik və orta sahibkarlıq təmin edir. Azərbaycanda  bu istiqamətdə ilk addımların atıldığını , kiçik və orta biznesə yüksək səviyyədə dövlət  dəstəyinin olduğunu göstərən cənab Prezidentimiz , eyni zamanda kölgə iqtisadiyyatına qarşı ciddi mübarizənin vacibliyini xüsusi vurğulamışdır .

 Şəkililər ölkə rəhbərinin əhalinin sosial müdafiəsi sahəsində yeritdiyi siyasəti yüksək qiymətləndirir, aztəminatlı əhali qrupuna göstərdiyi böyük diqqət və qayğının təzahürü kimi qəbul edir. 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə  çıxış edən cənab Prezidentimiz sosial   sahədə mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdıraraq demişdir: “ Ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə etdi və vətəndaşların maddi vəziyyəti yaxşılaşdı. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırılmışdır. Bir sözlə, keçən il aparılmış islahatlar nəticəsində biz əldə edilmiş əlavə gəlirləri, ilk növbədə, məhz sosial sahəyə yönəltdik. Sosial sahədə gedən müsbət proseslər və vətəndaşların rifah halının yaxşılaşdırılması bizim üçün prioritet məsələ olaraq qalır”.
Bəhs olunan dövrdə Şəkidə əmək haqları, pensiyalar və ünvanlı sosial yardımların əhaliyə çatdırılmasında, əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə təmin olunması istiqamətində bir sıra işlər görülmüşdür. Müddət ərzində 24231 nəfər əmək pensiyaçısına xidmət göstərilmişdir. Onlardan 14767 nəfəri yaşa,7709 nəfəri əlilliyə, 1755 nəfəri ailə başçısını itirməyə görə əmək pensiyası alanlardır. Aztəminatlı ailələrin Dövlət Sosial Müdafiəsinin təmini məqsədilə Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “ Ünvanlı Dövlət Sosial Yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması,verilməsi və verilməsindən imtina edilməsi Qaydaları “ ilə vətəndaşların tanış olması üçün şöbədə maarifləndirmə işləri təşkil olunmuş , eyni zamanda əhali aktiv məşğulluq layihəsinə cəlb olunmuşdur. Cənab Prezidentimiz İlham Əliyevin ölkənin sosial- iqtisadi inkişafına dair imzaladığı Fərman və Sərəncamları rəhbər tutaraq  “ Məşğulluq haqqında”Azərbaycan Respublikası Qanununa uyğun olaraq Şəki rayonunda işaxtaran və işsiz vətəndaşların məşğulluğunu və onların sosial müdafiəsini təmin etmək məqsədilə 2019-cu il üçün Ərazi Məşğulluq proqramı işlənib hazırlanmış , əhalinin aktiv məşğulluq proqramına cəlb edilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsinə başlanmışdır.

2019-cu ildə mərkəz tərəfindən 1717 nəfər işlə təmin olunmuşdur. Əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəsinin sosial müdafiəsini təmin etmək məqsədilə rayonun bir sıra müəssisələrində Şəki şəhər icra hakimiyəti başçısının Sərəncamına əsasən 15 kvota yeri müəyyən edilmişdir.      

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə kənd təsərrüfatının inkişafında yeni mərhələ başlanmışdır. Kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişafına nail olmaq, yerlərdə potensial imkanlardan maksimum istifadə etmək, əkin torpaqlarını genişləndirmək , müasir tələblərə cavab verən iri istehsal və emal sahələrini yaratmaq və sair  bu mərhələnin əsas vəzifəsidir. Aqrar sahədə həyata keçirilən  islahatların əsas məqsədi əhalinin   məşğulluq  problemini həll etmək, qeyri- neft sektorunu inkişaf etdirməkdən  ibarətdir. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda  cənab Prezidentimiz kənd təsərrüfatı sahəsində prioritet istiqamətləri qeyd etmiş və bu sahədə qarşıda duran başlıca vəzifənin ölkənin əsas ərzaq məhsulları ilə təminatı məsələsi olduğunu diqqətə çatdırmışdı. Konfransda cənab Prezidentimiz xüsusilə vurğuladı ki, indiyədək görülən işlərin miqyası onu deməyə əsas verir ki, qarşıdan gələn bir neçə ildə kənd təsərrüfatı məhsulları ilə daxili tələbatın ödənilməsi məsələsi həll olunacaq, digər tərəfdən isə Azərbaycanın ixrac potensialı daha da güclənəcəyini söyləmiş , ərzaq təhlükəsizliyinin təmin edilməsinin ölkə üçün prioritet məsələ olduğunu vurğulamışdır.  Konfransda   çıxış edən cənab Prezidentimiz aqrar   sahədə mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdıraraq demişdir:” Kənd təsərrüfatı sahəsində də ciddi islahatlar aparılır. Əminəm ki, bundan sonra da artım çox sürətli olacaq. Bildirməliyəm ki, keçən il bütövlükdə fermerlərə 380 milyon manat subsidiya verilmişdir. İndi bu subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilir. Bu, çox mütərəqqi sistemdir. Eyni zamanda, Aqrar sığorta mexanizminin işlənməsinə start verilmişdir. Əminəm ki, bu il bu məsələ də öz həllini tapacaq “.        

   Şəki respublikamızın ən iri aqrar rayonlarından biridir. Rayonun kənd təsərrüfatının əsas sahələrindən birini taxılçılıq təşkil edir. Rayon ərazisində taxıl istehsalçıları tərəfindən ötən iln payızında əkilmiş 67939 hektar taxıl sahəsində yetişən məhsulun vaxtında və itkisiz yığılması üçün tərəfimizdən zəruri tədbirlər görülmüşdür. Nəticədə bu il rayonda  235 min 198   ton məhsul istehsal edilmiş , orta məhsuldarlıq 34,6 sentner təşkil etmişdir. Bu  isə rayonumuzun taxılçılıq tarixində ən yüksək göstəricidir. 2019-cu ildə “Aqrolizinq” ASC-nin  Şəki Regional Nümayəndəliyi taxıl biçini mövsümündə  istifadəsində olan taxıl yığan kombaynların qüvvəsindən səmərəli istifadəni təşkil edərək rayonda 16 min hektardan şox sahənin  biçilməsində iştirak etmiş və üzərinə düşən öhdəliyi vaxtından əvvəl 100 faiz yerinə yetirmişdir. Buna görə nümayəndəliyinin direktoru Hüseynov Söhrab Mövsüm oğlu   “Aqrolizinq” ASC-nin rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.

     Hesabat dövründə rayonda 5022 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilmişdir ki, onun da 208 hektarını vələmir, 629 hektarını qarğıdalı, 585 hektarını paxlalılar, 1061 hektarını tütün, 715 hektarını kartof, 862 hektarını tərəvəz, 144 hektarını bostan, 488 hektarını çoxillik otlar, 278 hektarını birillik otlar təşkil edir. Vegetasiya dövründə yazlıq əkinlərə ardıcıl aqrotexniki qulluq göstərilmiş və sahələrdə bol məhsul yetişmişdir. 2019-cu ildə rayonda 566 ton vələmir, 870 t0n paxlalılar, 3647 ton dən üçün qarğıdalı, 10239 ton kartof, 20927 ton tərəvəz, 2472 ton bostan,3642 ton quru tütün,29771 ton meyvə, 4197 ton üzüm və s. məhsullar istehsal olunmuşdur. Ölkəmizdə  yaşıl yem istehsalının artırılmasında əsas ehtiyat mənbələrindən biri də təkrar əkinlərin tətbiq edilməsidir. Məhsul yığımı başa çatdıqdan sonra bu il Şəki rayonunda 77 istehsalçı tərəfindən 1667 hektar sahədə təkrar əkin aparılıb. Təkrar əkin sahələri əvvəlki illə müqayisədə 689 hektar artıb.

         Rayonumuzda kənd təsərrüfatı işlərinin müasir səviyyədə qurulması , məhsul istehsalının artırılması, kənd təsərrüfatı istehsalçılarının maraqlarının müdafiəsi məqsədilə şəhər icra hakimiyyəti tərəfindən zəruri tədbirlər həyata keçirilir.           

          Rayonumuz üçün spesifik hesab edilən baramaçılığın, tütünçülüyün, fındıqçılığın inkişafının təmin edilməsi istiqamətində ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün geniş iş aparılır.Baramaçılığın inkişafında əsas faktor ipəkqurdunun yem bazasının genişləndirilməsidir. Hesab edirəm ki , gələn il bu sahədə bol məhsul əldə etmək üçün bu il qarşıya çıxan çətinliklər geniş müzakirə olunmalı , mövcud nöqsanlar aradan qaldırılmalıdır.  2019-cu ildə rayonun kümdarlarına Qax Damazlıq və İnqubasiya Stansiyasında inqubasiya inqubasiya edilmiş 1800 qutu barama qurdu pylanmışdır. Qeyd etmək istəyirəm ki, bir sıra çətinliklərə baxmayaraq rayonumuzda barama istehsalında dinamik inkişaf təmin edilir. Belə ki, 2016-cı ildə rayonda 9,7 ton, 2017-ci ildə 17,9 ton barama istehsal edilmişdisə ,bu il 47,9 ton barama istehsal olunmuşdur.2019-cu ilin payızında rayon ərazisində Çin Xalq Respublikasından idxal olunan 40 min ədəd, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən 29960 ədəd tut tingi əkilmişdir.

  Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin, o cümlədən ipəkçiliyin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən olunmuş, nəticədə 2019-cu ildə ölkədə yaş barama istehsalı 25 faiz artmışdır. Respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir . Cənab Prezidentimiz İlham Əliyevin birbaşa diqqət və qayğısı sayəsində respublikamızda baramaçılığın inkişaf etdirilməsi və ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən zəruri tədbirlər respublikamızın şimal-qərb bölgəsinin ən iri sənaye müəssisələrindən olan “Azəripək” MMC-nin (keçmiş “Şəki-İpək” ASC) fəaliyyətini əhəmiyyətli dərəcədə canlandırmışdır. 2016-cı ilin iyunundan etibarən müəssisənin baramaaçan istehsalatının fəaliyyəti bərpa edilmişdir. 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən cənab Prezidentimiz demişdir: “ Baramaçılıq bizdə demək olar ki, tamamilə itirilmişdi, 2015-ci ildə cəmi 200 kiloqram barama yığılmışdı. Ancaq keçən il 630 ton oldu. “Şəki İpək” fəaliyyət göstərməyə başladı, orada yüzlərlə insan işləyir. İpəkçiliklə bağlı düşünülmüş konsepsiya olmalıdır”.

  Rayonda istehsal olunan ixrac yönümlü məhsullardan birini də tütün təşkil edir. Rayonumuzda tütün əkinlərinin genişləndirilməsi və istehsalın həcminin artırıması daim diqqət mərkəzində saxlanılır. 2019-cu ildə rayonda 1061 hektar sahədə tütün əkini aparılıb və bu da 2018-ci il  əkinindən 184 hektar çoxdur. Şəkili fermerlər cari mövsümdə 721 hektar sahədə “Virciniya” və 19 hektarda “Berley” növlü, 321 hektar sahədə isə yerli tütün sortları yetişdiriblər. Tütün istehsalçılarımız 2019-cu ildə mövcud tütün sahələrindən 3642 ton quru tütün istehsal etmiş, orta məhsuldarlıq 34, 3 sentner təşkil etmişdir. Tütünçülükdə rayonumuzun əldə etdiyi nailiyyətlər dövlət başçısı tərəfindən yüksək qiymətləndirilmişdir.Rayonun Baş Göynük kənd sakini qabaqcıl tütünçü Mustafayev Mehman Xancan oğlu əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamına əsasən 1-ci dərəcəli “ Əmək “ ordeni ilə təltif edilmişdir.

Tütünçülüyün inkişaf etdirilməsi və istehsalçıların marağının müdafiə olunması məsələsi də Şəki şəhər icra hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanılır. 2019-2023-cü illərdə regionların sosial- iqtisadi inkişafına dair Dövlət Proqramında qarşıya qoyulan vəzifələrdən biri də tütün qurutma komplekslərinin yaradılmasından ibarətdir. Bu məqsədlə 2019-cu il mayın 11-də Şəki şəhər icra hakimiyyəti başçısının təşəbbüsü ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin iştirakı ilə tütün istehsalçılarının , emalçılarının və mütəxəssislərin iştirakı ilə geniş yığıncaq keçirilmiş,rayonda müasir tələblərə cavab verən tütün qurutma kameralarının quraşdırılması istiqamətində müzakirələr aparılmışdır.Yığıncaqda rayon ərazisində 200 ədəd tütün qurutma kameralarının quraşdırılması və bu sahədə kooperasiya yaradılması nəzərdə tutulmuşdur. Müddət ərzində 23 kamera quraşdırılıb istifadəyə verilmiş, 60 kameranın quraşdırılması işi aparılır.

2019-cu ilin yaz mövsümündə Şəkidə 388 hektar sahədə, payızda isə 680 hektar sahədə yeni fındıq bağları salınmışdır.

      Rayonumuzun əsas kənd təsərrüfatı sahələrindən biri hesab olunan heyvandarlıq sahəsində də   dinamik inkişaf təmin edilir.   Hazırda rayonda 70 480  baş iribuynuzlu,  308 517  baş xırda buynuzlu, 282 827 baş ev quşları  var. Mövcud mal-qara arasında baytarlıq və damazlıq tədbirləri ardıçıl davam etdirilir, yem tədarükü işləri  uğurla həyata keçirilir.

Bu gün qeyri-neft sektorunun digər sahələri kimi, şərab ixracının artırılması da başlıca vəzifə olaraq qarşıya qoyulub. İxracın təşviqi fonunda xarici bazarda tanıdılması nəzərdə tutulan məhsullar arasında şərab da var. Azərbaycan şərablarının xaricdə tanıdılması və ixracı ilə bağlı məsələlər “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisələrindən biri olan “ASK Şəki Şərab” zavodunun qarşısında duran ən vacib vəzifələrdən biridir. Şəki rayonunun Çələbi xan qəsəbəsində yerləşən bu zavod 2018-ci ildən etibarən ASC-nin tərkibinə daxil olub. Əsas fəaliyyət istiqaməti şərab istehsalı olan müəssisə ildə 3 min ton üzüm qəbul və emal etmək gücünə malikdir. Xammal kimi istifadə edilən üzüm Azərbaycanın rayonlarından tədarük olunur. Ötən il 725 tona yaxın üzüm qəbul edilib və həmin xammaldan 500 min litr şərab materialı istehsal edilib İtaliyanın tanınmış “Della Toffola SPA” şirkətinin avadanlığı ilə təchiz olunan zavodda istehsal prosesi tam avtomatlaşdırılıb. Zavodda “Askona” və “Buket Şəki” adı altında 10 çeşiddə şərab istehsal olunur. Gələcəkdə şərabın çeşidinin 20-yə çatdırılması və tələbat olarsa, zavodda ayda 400 min şüşə şərab qablaşdırmaq mümkündür . Polşada fəaliyyət göstərən “Azərbaycan ticarət evi”ndə və Moskva şəhərində təşkil olunan “World Food Moscow 2019” beynəlxalq qida sərgisində  Şəki şərabının tanıdılması və satışı  təşkil olunmuş, məhsulların ixracı məqsədi ilə Belarus, Çin və İspaniya şirkətləri ilə ilkin razılıq əldə olunmuşdur.

        Qeyd etmək lazımdır ki, istər bitkiçilik, istərsə də heyvandarlıq məhsulları istehsalının artırılması ilə yanaşı, emal olunmasının təşkili, yeni emal müəssisələrinin yaradılması, istehsal olunan məhsulların satışna köməklik göstərilməsi, aqroservis xidmətlərinin genişləndirilməsi və s. qarşımızda duran həlli vacib məsələdir.

     Müddət ərzində  kənd təsərrüfatı istehsalçılarının maarifləndirilməsi məqsədilə  Şəki Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə bir sıra regional   müşavirə və seminarlar keçirilmişdir.  Bu tədbirlərdə istehsalçılara yeni texnologiya və texnikalar , payızlıq taxıl səpini kompaniyasını optimal müddətdə başa çatdırmaq , payızlıq taxıl sahələrində fitosanitar tədbirlərin vaxtında və keyfiyyətlə aparılması   üçün ətraflı məlumat verilmişdir.

         2019-cu ildə Şəkidə yenidənqurma , tikinti – quraşdırma işləri davam etdirilmiş ,ilin əvvəlində şəhərimizdə aparılacaq abadlıq , quruculuq işlərinin planı təsdiqlənmişdir. İl ərzində şəhərin 12 küçəsində yolların əsaslı təmir edilməsi , 10- dan artıq küçənin dağılmış örtüyünün asfalt betonla bərpa olunması  8 küçədə su arxlarının yenidən qurulması, 6 küçədə yararsız vəziyyətə düşmüş  səkilərin təmir edilməsi , 6 ədəd coxmənzilli ictimai yaşayış binalarının dam örtüklərinin əsaslı təmir edilərək yenidən qurulması,  17 ədəd yaşayış binasının bloklarının əsaslı təmir edilməsi, həyətlərində abadlıq işlərinin aparılması nəzərdə tutulmuşdur.    Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu  üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 15 yanvar 2019-cu il tarixli, 890 nömrəli Sərəncamına əsasən ayrılmış vəsait hesabına Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasının davam etdirilir.

   “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 fevral 2019-cu il tarixli 922 nömrəli sərəncamına əsasən Şəki şəhərində 28 ədəd çoxmənzilli ictimai yaşayış binalarının dam örtüklərinin təmiri üçün  ayrılmış vəsaitə uyğun olaraq işlər müəyyənləşdirilmiş, smeta sənədləri hazırlanmışdır. Ayrılmış vəsaitə uyğun olaraq yerinə yetirilən işlər başa çatmaq üzrədir. “Şəki şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2018-ci il tarixli 600 nömrəli sərəncamına əsasən “Şəki şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil - məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi” üçün  vəsait ayrılmışdır. Bununla əlaqədar tikinti altına torpaq sahəsi ayrılmış, layihə smeta sənədləri tərtib olunmuş və tikinti işləri başlanmışdır.

     Salman Mümtaz küçəsində Şəki Şəhər Psixatriya Xəstəxanasının tikintisi başa çatmışdır. Şəki şəhərinin turizm potensialını düzgün qiymətləndirən şəhər icra hakimiyyəti turizm infrastrukturunun genişləndirilməsi məqsədilə investorların şəhərə cəlb edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirir. Belə ki, Şəhriyar küçəsində inşa edilən az büdcəli turistlər üçün əlçatan olan 33 otaqdan ibarət  mehmanxana binasının tikintisi başa çatmışdır.

       “Şəki şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında “Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2018-ci il tarixli 601 nömrəli Sərəncamına əsasən Şəki şəhərində 960 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 milyon manat vəsait ayrılmışdır. Ayrılmış vəsait hesabına Şəki şəhər 11 nömrəli orta məktəbin müasir tələblərə cavab verməyən binaları sökülüb götürülmüş, yerində tam müasir tipli yeni 960 şagird yerlik  məktəb binası şagirdlərin istifadəsinə verilmişdir.

2019-cu ildə 13717 abonentə su və kanalizasiya xidməti göstərilmişdir.Şəki şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar 4-cü mərhələ üzrə tikinti quraşdırma işləri davam etdirilir. Artıq şəhərin Bağbanlar küçəsindən Aydın Məmmədov küçəsinə qədər olan ərazinin su təchizatı və kanalizasiya sistemi yenidən qurulmuşdur.Hazırda şəhərin M.Ə.Rəsulzadə və Axundov prospektlərində , Sabit Rəhman və Fuad Abdurahmanov küçələrində layihə üzrə tamamlama işləri aparılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2019-cu ildə Şəki rayonu üzrə 13 subartezian quyusunun qazılıb istismara verilməsi nəzərdə tutulmuşdur.Qazılmış quyuların istismara qəbul olunması üçün tələb olunan sənədlər Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə təqdim olunmuşdur.

  2019-cu ildə rayonun normal və fasiləsiz elektrik enerjisi və qazla  təminatı sahəsində bir sıra işlər görülmüşdür .İl ərzində Şəki Elektrik Şəbəkəsi tərəfindən istehsalçılar üzrə sərf olunan elektrik enerjisinin dəyərinin 91 faizinin ödənilməsi təmin edilmişdir. Lakin səyyar qəbullar zamanı əhali tərəfindən ən çox qaldırılan problemlər elektrik xətlərinin nasaz , işıq dirəklərinin qəzalı vəziyyətdə olması, eyni zamanda bir sıra yaşayış məntəqələrində təbii qazın olmamasıdır.  Hesab edirəm ki, aidiyyəti strukturların rəhbərləri tabe olduqları təşkilatlar qarşısında əhalini narahat edən  bu problemləri ciddi şəkildə qoymalı və həllinə nail olmalıdır.

       Son zamanlar   şəhər və kəndlərin ərazilərində aparılıan tikinti işlərinə də bələdiyyələrin nəzarəti yox dərəcəsindədir. Belə ki, bələdiyyələr özlərinə məxsus ərazilərdə, həmçinin yaşayış evləri tikintisi məqsədilə əhaliyə satılmış ərazilərdə yaşayış və yaxud qeyri - yaşayış obyekti tikilərkən bu işlərin qanunamüvafiq qaydada sənədləşməsinə nəzarət etməklə və qanunsuz aparıldığını müəyyən etdikdə isə tikintini aparan şəxsə tikintinin dayandırılması barədə tapşırıq verməklə sahə müvəkkilinə bildirməli və bu barədə Şəki rayon icra hakimiyyətinə məlumat verilməlidir.     

   Məlumat üçün bildiririk ki, respublika ərazisində özbaşına torpaq sahələrinin tutulması və tikinti işlərinin aparılmasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilərək bu cür hallara yol vermiş ayrı-ayrı hüquqi və fiziki şəxslərə qarşı daha ciddi tədbirlərin görülməsi, hətta cinayət məsuliyyətinə cəlb edilməsinədək tədbirlər müəyyənləşdirilmişdir.  Odur ki, qanunsuz tikililərin müəyyən edilib ilk növbədə dərhal dayandırılması və qanunamüvafiq qaydada tədbirlər görülməsi üçün məqsədyönlü və ardıcıl iş aparılmalıdır.

   Yerlərdə araşdırmalar aparılarkən qanunsuz tikilmiş qeyri - yaşayış obyektlərinə və fərdi yaşayış evlərinə heç bir əsas olmadan elektrik  və qaz xətləri çəkilmişdir ki, bu halda da qanunun tələbləri pozulmaqla rayon ərazisində şəhərsalma sahəsində bir xaos yaratmış, tikinti tələblərinin pozulması hallarının artmasına gətirib çıxarmışdır.   Odur ki, xidmət sahələrinin rəhbərləri bu sahədə öz işlərində ciddi dönüş yaratmalı və qanunun tələblərinə uyğun tədbirlər görməlidirlər. Əks halda belə idarə və müəssisə rəhbərləri haqqında qanunamüvafiq tədbirlər görüləcəkdir.

        Hesabat dövründə təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmışdır . Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülmüş, son 15 ildə rayonda 48 yeni məktəb binası tikilmiş və ya əsaslı təmir olunmuşdur, Təhsil sisteminin yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər ali məktəblərə qəbul imtahanlarının nəticələrində də özünü göstərir.Belə ki,  bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 1149 nəfər şəkili məzundan 850 nəfəri tələbə adını qazanmış, məzunlardan 140 nəfəri 500-700 arası bal toplamışdır. Onlardan 79 nəfəri daha yüksək nəticələrə nail olmuş , 2018-2019-cu tədris ilinin yekunlarına görə,  dörd nəfər Təhsil Nazirliyi tərəfindən qızıl, bir nəfər isə gümüş medala layiq görülmüş, 93 nəfərə fərqlənmə attestatı verilmişdir. Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində  keçirilən  təntənəli tədbirdə yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlar rayon ictimaiyyətinə təqdim olunmuşdur.

       Şəki təhsilinin əldə etdiyi uğurlar dövlətimiz tərəfindən həmişə olduğu kimi, bu il də yüksək qiymətləndirilmişdir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin   Sərəncamı ilə  şəhər fizika- riyaziyyat və humanitar təmayüllü liseyin direktoru Firqət Məmmədov “Tərəqqi” medalına, şəhər 19 №-li məktəbin direktoru Ulduz Heydərova  isə “Əməkdar Müəllim” fəxri adına layiq görülmüşdür.

     Şəkinin təhsil işçiləri də gənc nəslin təlim-tərbiyəsi, onların kamil insan və hərtərəfli şəxsiyyət kimi yetişməsi işini şərəflə yerinə yetirir.  Müddət ərzində təhsilin keyfəyyətinin yüksəldilməsi, hərbi vətənpərvərlik tərbiyəsi, istedadlı uşaqlarla işin yaxşılaşdırılmasına diqqət artırılmışdır. Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində Şəki rayonunda sayca 19-cu layihənin icrası uğurla başa çatmış, Şəki şəhərində 23 saylı uşaq bağçası binasının tikintisi layihəsinin icrasının başa çatması münasibətilə keçirilən mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori iştirak etmişdir

       Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən  tibb müəssisələri  tərəfindən 2019-cu ildə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, sahəsində müəyyən işlər görülmüşdür. Cənab Prezidentimiz İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biri də əlil şəxslər üçün  bərpa reabilitasiya sisteminin müasir tələblərə uyğun qurulmasıdır. Bu sahədə görülən tədbirlər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəki şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində  əsaslı təmir və yenidənqurma işləri aparılır. Şəki və ətraf rayonlardan olan əlil şəxslərə səmərəli fizioterapevtik  bərpa müalicə xidmətləri göstərilməsi üçün nəzərdə tutulan Mərkəzdə yüksək standartlara uyğun reabilitasiya şəraitinin yaradılması, eyni zamanda, onlarda sağlam həyat tərzinin təbliği istiqamətində işin də aparılılması nəzərdə tutulmuşdur. Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq, iyulun 23-də B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının Şəki bölməsində keçirilən növbəti qanvermə aksiyasında 212 nəfər könüllü qan verib.Mərkəzi Qan Bankının səyyar həkim briqadası tərəfindən həyata keçirilən aksiyanın əsas məqsədi talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaqdır. Aksiyada rayonun təhsil, səhiyyə və mədəniyyət işçiləri, ərazi icra nümayəndəlikləri və bələdiyyələrin əməkdaşları fəallıq göstəriblər. Əhaliyə yüksəkixtisaslı oftalmoloji yardımın göstərilməsi məqsədilə oktyabrın 25-də Şəki şəhərində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin filialı açılmışdır.    

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən bu il  mart  və noyabr aylarında respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə  tur –aksiya keçirilmişdir .    Tur aksiya zamanı Şəkiyə 37 şəhər və rayondan 1672 nəfərə yaxın iştirakçı gəlmişdir.  Tur-aksiya çərçivəsində məktəblilər şəhərimizin tarixini dərindən öyrənmiş, son illər Şəkidə görülən işlərlə yaxından tanış olmuşdur. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyaya qoşulan Şəki məktəbliləri bölgələrin görməli yerləri, tarixi-memarlıq abidələri, aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış olmuşdular. Respublikamızın ictimai və mədəni həyatında çox mühüm hadisəyə çevrilən “Ölkəmizi tanıyaq” tur-aksiyası ölkə vətəndaşları tərəfindən də böyük razılıq hissi ilə qarşılanmışdır.

      2019-ci ildə  mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüş, müddət ərzində bir sıra mədəni-kütləvi tədbirlər keçirilmiş, tarixi günlər, bayram tədbirləri yüksək səviyyədə qeyd olunmuşdur.      Hər ilin yayında  şəhərimizdə keçirilən və artıq ənənə şəkilni alan “ İpək Yolu “  Beynəlxalq Musiqi Festivalı Şəki musiqisevərlərinin yaddaşında gözəl bir xatirə kimi qalıb.   Dünya musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramları , gözəl ifaçıların qatıldığı festival bizə həmişə  xoş  bayram ovqatı bəxş edib. “İpək yolu”  Beynəlxalq Musiqi Festivalının məhz Şəkidə keçirilməsi bu şəhərin mədəni həyatında böyük bir hadisədir. Bu il 10-cu dəfə keçirilən festivalda da dünyanın tanınmış musiqi kolllektivləri iştirak etdi , şəhərimizin sakinləri və qonaqları yenə də gözəl bir musiqi bayramının şahidi oldu.   Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Türkiyə, Rusiya, Macarıstan və Qazaxıstanın, həmçinin Azərbaycanın tanınmış musiqi və teatr kollektivləri, istedadlı musiqiçilər iştirak etmişdir.

     Mayın 20-dən iyunun 2-dək  Şəki şəhərindəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində  “Təbiətdən tarixə” adlı I Beynəlxalq Keramika Simpoziumu keçirilmişdir. ““ABAD” publik hüquqi şəxsin təşəbbüsü  və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə  təşkil olunan beynəlxalq simpoziumun keçirilməsində əsas məqsəd müxtəlif ölkələrdən olan keramika ustaları ilə təcrübə mübadiləsi aparmaq, iştirakçıları  keramika sənətinin müasir meylləri ilə tanış etmək olmuşdur. İki həftə davam edən  beynəlxalq simpoziumda Azərbaycan, Türkiyə, Rusiya, Tunis, Banqladeş, Polşa, Ukrayna, İraq, İordaniya, Latviya, Braziliya, Norveç, Çexiya, Qırğızıstan və Monqolustandan olan 26 keramikaçı iştirak etmişdir.

   Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 3-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində “Kiyev virtuozları” simfonik orkestrinin konserti keçirilmiş, Azərbaycanda səfərdə olan ABŞ-ın “Buyeponqo” musiqi qrupu respublikamızın regionlarına səfər proqramı çərçivəsində noyabrın 23-də Şəki musiqisevərlərinin qonağı olmuş,Almaniyada yaşayan həmyerlimiz, UNESKO Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Xalq rəssamı Əşrəf Heybətovun “Ekspress” adlı sərgisi açılmışdır.

    Son illər ölkəmizdə turizmin inkişafı ilə bağlı bir sıra tədbirlər həyata keçirilir.  Cənab Prezidentimizn qərarı ilə Dövlət Turizm Agentliyi yaradılmışdır.  Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmişdir. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülmüş, müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilmişdir.  Şəkidə il ərzində xalqımızın zəngin mədəni irsinin təbliğinə həsr olunan  müxtəlif festivalların keçirilməsi də rayonumuzda turizmin  inkişafına əhəmiyyətli dərəcədə kömək göstərmişdir. Cənab Prezidentimiz İlham Əliyevin , YUNESKO- nun xoşməramlı səfiri Mehriban xanımın  bu sahədə gördüyü işlərin əhəmiyyəti böyükdür.   2019-cu il Iyulun 7-də Bakı Konqres Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında  əvvəlcə Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) hesabatı dinlənilmişdir. Hesabatda  Şəki şəhəri haqqında məlumat verilmiş və bildirilmişdir ki, şəhərin tarixi hissəsində yerləşən Xan Sarayı   2001-ci il oktyabrın 24-də UNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdir.

Hesabatda Şəki ilə bağlı faylın 2017-ci ildə Polşanın Krakov şəhərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyanın müzakirə olunduğu diqqətə çatdırılmışdır.

Müzakirələr zamanı Küveyt, Anqola, Çin, Bəhreyn, Braziliya, İndoneziya, Tanzaniya, Tunis, Qırğızıstan, Bosniya və Herseqovina, Uqanda, Norveç, Zimbabve, Burkina-Faso, İspaniya, Qvatemala, Avstraliya bu nominasiyanın Dünya İrs Siyahısına salınmasının vacibliyini vurğulamış , faylın qəbulunu məqsədəuyğun hesab etmişdilər. Azərbaycanın nümayəndəsi çıxış edərək bildirmişdir ki ,bu  nominasiya ilə bağlı altı il yerli və beynəlxalq ekspertlər əraziyə dəvət olunmuş. ICOMOS-un tövsiyəsi  bağlı ciddi işlər görülmüş, yeni idarəetmə strukturu formalaşdırılmış və bir sıra qərarlar qəbul olunmuşdur.  Demək olar ki, hər il YUNESKO-nun ekspertləri Şəkiyə səfər etmiş , ərazi dərindən araşdırılmış, şəhər rəhbərliyi  keçirilən görüşlərdə  layihə ilə bağlı fikir mübadiləsi aparılmış, gələcək planlar müzakirə olunmuş, Şəki şəhərinin tarixi hissəsində yerləşən mədəni irsin qorunması , ərazidə bərpa, yenidənqurma, konservasiya, təmir, yeni tikinti, abadlıq, bədii tərtibat işlərinə nəzarətin daha da gücləndirilməsi, mədəni irsə zərər vurulmasının qarşısının alınması məqsədilə maarifləndirmə işlərinin aparılması nəzərdə tutulmuşdur.     Müzakirələrdən sonra “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.    Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və  Birinci vitse-prezident Mehriban Əliyeva xalqımızı təbrik etmişdir. Cənab Prezidentimizin təbrikində deyilir : “ Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkinin tarixi hissəsi yüzillər boyu ölkəmizin mədəniyyət mərkəzlərindən biri kimi tanınmışdır. Unikal abidələrlə zəngin Şəki şəhərinin tarixi hissəsinin mühafizəsi və inkişafı daim dövlətin diqqətində saxlanılmışdır.Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur.UNESKO tərəfindən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin Ümumdünya İrsi elan edilməsi münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm”.

      Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı bəyanat yaymış bu münasibətlə  bütün türk dünyasını təbrik etmişdir. Bəyanatda deyilir: “ Bu hadisə türk dünyasının bir parçası olan Azərbaycana məxsus nadir memarlıq abidəsinin beynəlxalq miqyasda daha da tanınmasına öz töhfəsini verəcək və türk dünyası ilə UNESKO arasında yeni əməkdaşlıq körpülərinin salınmasına səbəb olacaqdır “.

         UNESKO üzrə Türkiyə Respublikası Milli Komissiyasının sədri, professor Öcal Oğuz bildirmişdir ki,“Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyanın UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Azərbaycanın növbəti tarixi nailiyyətidir. Bu uğuru qazanmaq üçün Azərbaycan uzun illər səmərəli fəaliyyət göstərib.

Qeyd etmək istəyirəm ki, bu hadisə yerli və xarici kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılmışdır. Belə ki, Almaniyanın “Mortimer Reisemagazin” jurnalında, Avropa Xəbər Agentliyinin İtaliyadakı xüsusi müxbiri Carlo Morino tərəfindən yaradılan “eurasiaticanews” informasiya portalında, İsveçrənin www.travel-blog.ch səyahət portalında “Şəki Xan Sarayı UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib” adlı  məqalədə UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində qəbul edilən  bu qərarın dünya mədəni irsi üçün əhəmiyyətindən bəhs edilmişdir. Çinin nüfuzlu "China Daily" qəzeti UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi barədə xəbər yaymışdır.

Dünya şöhrətli CNN telekanalı Azərbaycanın ən qədim şəhərindən biri olan Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsini belə ifadə  etmişdir.  “ Azərbaycanın İpək Yolu üzərində yerləşən şəhəri indi YUNESKO-nun Dünya Mirasıdır”  Qeyd etmək istəyiəm ki, Mərakeş Krallığının paytaxtı ər-Rabatda keçirilmiş İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclasının yekun sənədinə əsasən, Şəkinin tarixi mərkəzi (Xan sarayı ilə birlikdə) bu siyahıya salınmışdır.

     Müddət ərzində şəhərimizin beynəlxalq səviyyədə  tanıdılması istiqamətində mühüm işlər görülür. Belə ki, Şəkinin xalq tətbiqi sənəti hər il Fransanın Kolmar şəhərində keçirilən Milad bazarında nümayiş olunur . 2019-cu ildə Rusiyanın Novqorod vilayəti və Azərbaycanın Şəki rayonu arasında əməkdaşlıq memorandumu imzalamışdır .Memorandum tərəflər arasında sahibkarlara, müəssisələrə və təşkilatlara işgüzar əlaqələrin genişləndirilməsində və qarşılıqlı faydalı əməkdaşlığın inkişafında kömək göstərilməsini nəzərdə tutur. Sənədi Novqorod vilayətinin qubernatoru Andrey Nikitin və Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov imzalayıblar. Qubernatorla keçirilən görüşdə isə Şəki rayonunun və Şəki şəhərinin təqdimatı olmuş əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.  

 8-10 dekabr 2019-cu il tarixlərdə Çin Xalq Respublikasının Hunan əyalətinin Janciajiye şəhərində “İpək Yolu Şəhərləri Alyansı”nın növbəti İllik Konfransı keçirilmişdir. Konfrans “Ekoloji Mühafizə, Ümumi Şəhər İnkişafının Həlli ilə bağlı Dialoq” mövzusuna həsr edilmiş və  Janciajiye şəhərinin Administrasiyası, “İpək Yolu”  Beynəlxalq Ticarət Palatası, “İpək Yolu Şəhərləri Alyansı” tərəfindən təşkil edilmişdir.   53 ölkənin, dost şəhərlərin, “İpək Yolu Şəhərləri Alyansı” üzvlərinin,  beynəlxalq turizm təşkilatlarının, şirkətlərin nümayəndələrinin, eyni zamanda alim və mütəxəssislərin iştirak etdiyi İllik Konfransa  Şəki şəhəri dəvət olunmuşdur.  Konfrans çərçivəsində Şəki şəhəri ilə Janciajiye şəhəri arasında qardaş şəhər əlaqələrinin qurulmasına dair niyyət protokolu imzalanmışdır.
     Şəki şəhər icra hakimiyyəti tərəfindən Şəkinin turizm potensialının beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm işlər görülür. 22-23 noyabr 2019-cu il tarixdə Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkil etdikləri forumun plenar iclası Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Kosmos və aviasiya” pavilyonunda keçirilmiş, forumda mən  çıxış etmiş, Şəki şəhərinin iqtisadi, turizm imkanları, mədəniyyəti haqqında məlumat vermiş, regionlar arasında əməkdaşlığın dərinləşdirilməsi üçün şəhərimizin geniş imkanlara malik olduğunu iştirakçıların diqqətə çatdırmışam.    Həmçinin şəhərin turizm potensialını görmək və təcrübə mübadiləsi aparmaq üçün maraqlı tərəflər Şəkiyə dəvət olunmuş, Rusiyanın şirkətləri və biznes təşkilatları ilə fikir mübadiləsi aparılmışdır.

     Müddət ərzində şəhərimizdə bir sıra nazirlik, idarə və komitələrin xətti ilə sosial-iqtisadi, ictimai-siyasi və mədəni sahələrin inkişafına xidmət edən regional müşavirələr, seminarlar keçirilmişdir.  

Şəkinin 33 şəhər, kənd və qəsəbə icra nümayəndəliyində Şəki şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq 2019-cu ilin yekunlarına dair hesabat yığıncaqları keçirilmişdir. Yığıncaqlarda icra nümayəndələrinin illik hesabatları dinlənilmiş, görülən işlər və mövcud problemlər müzakirə edilmişdir. Əhali tərəfindən qaldırılan məsələlər Şəki Şəhər İcra Hakimiyyətinin tədbirlər planına daxil edilmiş, məsul şəxslər müəyyənləşdirilərək icrası nəzarətə götürülmüşdür. İcra nümayəndələri tərəfindən hesabat yığıncaqlarında qaldırılan bir sıra dövlət əhəmiyyətli məsələlərin həlli məqsədilə aidiyyəti idarə və təşkilatlara müraciətlər olunmuşdur.

2019-cu ildə   Şəkidə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində bir çox işlər görülmüşdür. Müddət ərzində 175 cinayət hadisəsi qeydə alınmış,onlardan 160 -nın açılması təmin olunaraq açılma faizi 98 faiz  olmuşdur. Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkomaniya ilə bağlı 48 fakt aşkar edilmişdir. 

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 2019-cu ildə gənclərin həqiqi hərbi xidmətə çağırışı Şəkidə müvəffəqiyyətlə həyata keçirilmişdir. İl  ərzində 684 nəfər həqiqi hərbi xidmətə göndərilmişdir.

    2020-ci il yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə xüsusi olaraq vurğulanmışdır ki,  həyata keçirilən bütün tədbirlərin əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın.    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  həm 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə, həm də fevralın-3-də regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci ilinin   yekunlarına həsr olunan konfransda   səsləndirilmiş irad və qeydlər hər bir müəssisədə geniş müzakirə olunmalı , buraxılan nöqsanlar aradan qaldırılmalıdır. Şəhər icra hakimiyyətinə daxil olan müraciətlərin təhlili göstərir ki, bir sıra rəhbər şəxslər öz vəzifələrini və məsuliyyətlərini dərk edib ,fəaliyyətlərini günün tələbləri səviyyəsində qura bilmirlər. Bütün sahələr üzrə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri daha da gücləndirilməli , dövlət orqanlarının fəaliyyətində şəffaflıq artırılmalıdır.

    “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutaraq, qəsəbə və kəndlərdə vətəndaşların müəyyən olunmuş qrafikə uyğun olaraq ümumi qəbulu təşkil olunmuş, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılmasına, haqlı tələblərinin həll edilməsinə diqqət artırılmışdır. Belə ki ,2019-cu ildə Şəki şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə  maddi yardım üçün müraciət edən vətəndaşların sosial vəziyyətinin ,yaşadıqları evlərinə təbii fəlakət nəticəsində və ya digər səbəblərdən dəymiş  zərərlərin ,ayrı-ayrı təkliflərin araşdırılması ilə bağlı komissiya yaradılmışdır . Məlumat üçün bildirim ki, son 8 ildə komissiya tərəfindən 1000 nəfərə yaxın vətəndaşa müxtəlif məqsədlər üçün 400 min  manata yaxın məbləğdə maddi yardım göstərilmişdir.

2019-cu ildə 300 nəfər vətəndaş Şəki Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmişdir. Müddət ərzində şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiqlənmiş qrafikə əsasən yaşayış məntəqələrində  keçirilmiş səyyar qəbullarda  397 nəfər vətəndaş dinlənilmiş, səslənən irad və təkliflər qeydiyyata alınaraq icrası ilə bağlı tədbirlər görülmüş, həlli mümkün olmayan problemlərlə bağlı aidiyyatı orqanlar qarşısında məsələ qaldırılmışdır.  Səyyar qəbullar zamanı edilmiş müraciətlər əsasən yolların təmiri, kəndlərə təbii qazın verilməsi, köhnəlmiş elektrik dirəklərinin və xətlərin dəyişdirilməsi, sosial obyektlərin təmiri və yenilərinin açılması, su probleminin həlli, torpaq və digər məsələlərlə bağlı olmuşdur. Müddət ərzində Şəki Şəhər İcra Hakimiyyətinə 3141 müraciət daxil olmuşdur. Müraciətlərin 1824 ədədi vətəndaşlar tərəfindən, 1317 ədədi isə respublikanın yuxarı orqanlarından daxil olan müraciətlərdir. Daxil olan müraciətlərin 293 ədədi müsbət, 37 ədədi qismən həll olunmuş,  2182 ədədi  ilə bağlı müvafiq izahat verilmiş,  319 ədədi  aidiyyəti və tabeli  qurumlara göndərilmiş , 3 ədədi əsassız sayılmış,   qalanları isə icradadır .

Azərbaycan Prepublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə  2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilmişdir.  Bu münasibətlə il  ərzində həm şəhərimizdə bir sıra tədbirlər, o cümlədən beynəlxalq konfrans keçirilmişdir. Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi  Şəkidə də böyük rəğbətlə qarşılanmışdır.  Dekabrın 6-da Şəki rayonunun sakinləri də bu genişmiqyaslı kampaniyaya həvəslə qoşulmuşdular. Yaşıllıqların artırılmasına, ekoloji mühitin yaxşılaşdırılmasına töhfə verəcək nəcib aksiyada şəhər rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər, sadə vətəndaşlar qabaqcadan müəyyən olunmuş ərazilərdə minlərlə ağac tingi əkmişlər

  2020-ci il yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə  çıxış edən hörmətli Prezidentimiz demişdir:  “Xalq tərəfindən bizə göstərilən dəstək, bizim siyasətimizə verilən yüksək qiymət həm bizi daha da ruhlandırır və eyni zamanda, ölkəmizdə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir. Bir sözlə, əminəm ki, bu il Azərbaycan uğurla inkişaf edəcək. 2020-ci ildə Azərbaycan daha güclü dövlətə çevriləcək”.

Keçidlər