Şriftin ölçüsü :

Saytın rəngi :

Xidmətlər

Uşağın adının və soyadının dəyişdirilməsi

Xidmətin məzmunu :

·         Uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyi nəzərə alınaraq icazə verilməsi

 

Xidmətin aid olduğu təsnifat :

·         Ailə, qadın və uşaq

 

Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :

·         İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası

 

Xidmətin hüquqi əsası :

·         - Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54.1, 54.2, 54.3 və 191.2-ci maddələri;

- "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 297 №-li Fərmanının 2-ci bəndinin 9-cu abzası.

 

Xidmətin həyata keçirilmə formaları :

·         Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması

 

Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :

·         Poçt xidməti vasitəsilə məlumatlandırma

 

Xidmətin həyata keçirilməsinin nəticəsi :

·         Uşağın adının və ya soyadının dəyişdirilməsi barədə İcra Hakimiyyəti Başçısının sərəncamı

 

Xidmət istifadəçisi barədə məlumat :

·         Fiziki şəxslər

 

Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :

Müddət (Məbləğ) :

30 iş günü

Ödənişsiz :

Xidmət ödənişsiz həyata keçirilir

 

Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)

 

Xidmətin göstərilmə yeri :

·         Şəki şəhər İcra Hakimiyyətinin inzibati binası

 

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :

·         Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi" Qaydalarının 1.4 bəndinə görə uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.

 

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :

Tələb olunan sənədin adı 
- Tələb olunan sənədin təqdimedilmə forması 

Yaşayış yerindən arayış (uşağın adı qeyd edilməklə) 
- Poçt vasitəsi ilə və ya şəxsən 

Valideynlərdən vəfat edən varsa ölüm haqqında şəhadətnamənin surəti 
- Poçt vasitəsi ilə və ya şəxsən 

Uşağın doğum haqqında şəhadətnaməsinin surəti 
- Poçt vasitəsi ilə və ya şəxsən 

10 yaşı tamam olmuş uşağın razılıq ərizəsi 
- Poçt vasitəsi ilə və ya şəxsən 

Valideynlərin notariat qaydasında təsdiq edilmiş ərizələri 
- Poçt vasitəsi ilə və ya şəxsən 

Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti 
- Poçt vasitəsi ilə və ya şəxsən 

- İH tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkündür

Valideynlərin nikah haqqında şəhadətnamələrinin surəti 
- Poçt vasitəsi ilə və ya şəxsən 

 

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :

·         - Valideynlər notariat qaydasında təsdiq edilmiş ərizələri ilə İcra Hakimiyyətinə müvafiq sənədlərlə birlikdə müraciət edir;

- İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Orqanı valideynlərin təqdim etdiyi sənədləri yoxlayır, öz rəyi ilə birlikdə uşağın ad və ya soyadının dəyişdirilməsi barədə İcra Hakimiyyəti Başçısının sərəncamının layihəsini hazırlayır;

- İcra Hakimiyyətinin Başçısı uşağın ad və ya soyadının dəyişdirilməsi barədə sərəncam imzalayır.

 

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :

·         - İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər;

- Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 (bir) ay müddətində baxılır.

 

Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :

·         Yoxdur

 

Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :

·         Yoxdur

 

Xidmətin elektronlaşma səviyyəsi :

·         Elektronlaşdırılmayıb

 

Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :

·         Avtomatlaşdırılmayıb

 

Şəki Şəhər İcra Hakimiyyəti

 

Ünvan:place

Az 5500 20 Yanvar küçəsi, 8

Telefon:

(024) 244-33-23

Faks:

(024) 244-39-94

E-poçt:

mail@sheki-ih.gov.az

Rəsmi internet informasiya ehtiyatının ünvanı:

sheki-ih.gov.az

VÖEN:

3000072051

Ödəmə rekvizitləri:

A 1. Emitent (ödəyən) bank
Adı: Kapital bank Şəki filialı
Kodu: 200703
VÖEN: 9900003611
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
S.Ü.İ.F.T. BİK: AIIBAZ2X

A 2. Ödəyən müştəri
Adı: Şəki Yerli Xəzinədarlıq Orqanı (YXO)
Hesab nömrəsi: AZ03AIIB32051019447000201170
VÖEN: 3000104011

İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar:

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)

 

Keçidlər