Şriftin ölçüsü :

Saytın rəngi :

Xidmətlər

Tikintisi başa çatmış məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri barədə Tikintilərin Dövlət reyestrinə məlumatın təqdim edilməsi

Xidmətin məzmunu :

·         Tikintisi başa çatmış məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri barədə Tikintilərin Dövlət reyestrinə məlumatın təqdim edilməsi

 

Xidmətin aid olduğu təsnifat :

·         Şəhərsalma, arxitektura və tikinti

 

Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :

İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsi

 

Xidmətin hüquqi əsası :

·         - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi, maddə 102.6 və 102.7-ci maddələri;

- "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.7-ci bəndi.

 

Xidmətin həyata keçirilmə formaları :

·         Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması

 

Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :

·         Poçt xidməti vasitəsilə məlumatlandırma

 

Xidmətin həyata keçirilməsinin nəticəsi :

·         Vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə məlumatın təqdim edilməsi

 

Xidmət istifadəçisi barədə məlumat :

o    Fiziki şəxslər

o    Hüquqi şəxslər

 

Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :

Müddət (Məbləğ) :

5 iş günü

Ödənişsiz :

Xidmət ödənişsiz həyata keçirilir

 

Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)

 

Xidmətin göstərilmə yeri :

·         Şəki Şəhər İcra Hakimiyyətinin inzibati binası

 

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :

·         Müvafiq sənədlərin təqdim edilməməsi;
Tikinti obyektinin layihəyə uyğun inşa edilməməsi imtina üçün əsasdır.

 

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :

Tələb olunan sənədin adı 
- Tələb olunan sənədin təqdimedilmə forması 

Ünvan haqqında arayış (yerləşdiyi ərazi üzrə qəsəbə nümayəndəliyi tərəfindən verilir) 
- Poçt vasitəsi ilə və ya şəxsən 

Şəxsiyyət vəsiqəsinin surəti 
- Poçt vasitəsi ilə və ya şəxsən

- İH tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkündür

Torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd (notariat qaydasında təsdiqlənmiş surəti) 
- Poçt vasitəsi ilə və ya şəxsən 

Ərizə 
- Poçt vasitəsi ilə və ya şəxsən 

 

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :

·         Vətəndaş xidmətin göstərilməsi üçün tələb edilən sənədləri Şəhər İcra Hakimiyyətinə təqdim edir. Fərdi yaşayış evinin razılaşdırılmış memarlıq-planlaşdırma bölməsinə uyğun tikilib-tikilmədiyinin yoxlanılması üçün baxış keçirilib akt tərtib olunur və bu barədə Tikintilərin Dövlət reyestrinə məlumat təqdim edilir.

 

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :

·         - İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər.
- Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.

 

Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :

·         Yoxdur

 

Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :

·         Yoxdur

 

Xidmətin elektronlaşma səviyyəsi :

·         Elektronlaşdırılmayıb

 

Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :

·         Avtomatlaşdırılmayıb

 

Şəki Şəhər İcra Hakimiyyəti

 

Ünvan:place

Az 5500 20 Yanvar küçəsi, 8

Telefon:

(024) 244-33-23

Faks:

(024) 244-39-94

E-poçt:

mail@sheki-ih.gov.az

Rəsmi internet informasiya ehtiyatının ünvanı:

sheki-ih.gov.az

VÖEN:

3000072051

Ödəmə rekvizitləri:

A 1. Emitent (ödəyən) bank
Adı: Kapital bank Şəki filialı
Kodu: 200703
VÖEN: 9900003611
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
S.Ü.İ.F.T. BİK: AIIBAZ2X

A 2. Ödəyən müştəri
Adı: Şəki Yerli Xəzinədarlıq Orqanı (YXO)
Hesab nömrəsi: AZ03AIIB32051019447000201170
VÖEN: 3000104011

İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar:

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)

 

Keçidlər