|
Xidmətin məzmunu :
|
|
· Tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsi
|
|
Xidmətin aid olduğu təsnifat :
|
|
· Şəhərsalma, arxitektura və tikinti
|
|
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
|
|
· İcra Hakimiyyəti Başçısı Aparatının memarlıq və tikinti şöbəsi
|
|
Xidmətin hüquqi əsası :
|
|
· - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.2-ci maddəsi;
- "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 №-li Fərmanının 4.7-ci bəndi;
- Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.11.14. yarımbəndi;
- Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 30 dekabr 1999-cu il tarixli 7 №-li qərarı ilə təsdiq edilmiş "Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları"nın 6.4.-cü bəndi.
|
|
Xidmətin həyata keçirilmə formaları :
|
|
· Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
|
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
|
|
· Poçt xidməti vasitəsi ilə məlumatlandırma
|
|
Xidmətin həyata keçirilməsinin nəticəsi :
|
|
· Tikinti obyektinin istismarına icazə
|
|
Xidmət istifadəçisi barədə məlumat :
|
|
o Dövlət orqanları
o Fiziki şəxslər
o Hüquqi şəxslər
o Yerli özünüidarəetmə orqanları
|
|
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
|
|
Müddət (Məbləğ) :
|
30 təqvim günü
|
|
Ödənişsiz :
|
Xidmət ödənişsiz həyata keçirilir
|
|
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
|
|
Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)
|
|
Xidmətin göstərilmə yeri :
|
|
· Şəki Şəhər İcra Hakimiyyətinin inzibati binası
|
|
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
|
|
· - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 102.1. maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı"nda qeyd olunan sənədlər təqdim edilməməsi obyektin istismarına imtinaya əsas verir.
|
|
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
|
|
Tələb olunan sənədin adı - Tələb olunan sənədin təqdimedilmə forması
|
|
Xarici və daxili mühəndis-kommunikasiya təminatı sistemlərinin (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya) müvafiq təşkilatlar tərəfindən verilmiş istismara hazır olması barədə aktlar - Poçt vasitəsi ilə və ya şəxsən
|
|
Şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər - Poçt vasitəsi ilə və ya şəxsən
|
|
Sənaye və istehsal obyektlərinin ekoloji təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arayışı - Poçt vasitəsi ilə və ya şəxsən
|
|
Sifarişçi tərəfindən hissələrlə (tikinti növbələri kimi) istismarına icazə alınmış obyektlərin bütövlüklə qəbula qədər istismara verilmiş hissələrinin icazə sənədləri - Poçt vasitəsi ilə və ya şəxsən
|
|
Tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun yerinə yetirilərək istismara hazırlığına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi akt (istismara hazırlıq aktı) - Poçt vasitəsi ilə və ya şəxsən
|
|
Obyektin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt - Poçt vasitəsi ilə və ya şəxsən
|
|
Tikintiyə icazə sənədi - Poçt vasitəsi ilə və ya şəxsən
|
|
Kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında yerli icra hakimiyyətinin arayışı - Poçt vasitəsi ilə və ya şəxsən
|
|
Tikinti obyektinin ünvanı haqqında arayış - Poçt vasitəsi ilə və ya şəxsən
|
|
Tikinti obyektinin sanitar-gigiyena və sanitar-epidemioloji tələblərə uyğunluğu haqqında Gigiyena və Epidemiologiya Mərkəzinin arayışı - Poçt vasitəsi ilə və ya şəxsən
|
|
Obyektə çəkilmiş maliyyə xərcləri (o cümlədən, tikinti-quraşdırma işlərinin dəyəri, avadanlıq, mebel və inventarın dəyəri, sair xərclər) haqqında arayış (obyekt dövlət vəsaiti hesabına tikildikdə) - Poçt vasitəsi ilə və ya şəxsən
|
|
Obyektin layihə üzrə və faktiki əsas texniki göstəriciləri haqqında arayış - Poçt vasitəsi ilə və ya şəxsən
|
|
|
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
|
|
· - Tikintisinə icazə tələb edilən tikinti obyektinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı"nda qeyd olunan tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; - Şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. - Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. - Müvafiq İcra Hakimiyyəti orqanı istismara icazə verməzdən əvvəl tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə dair ekspertiza müəssisəsinə müraciət edə bilər. Bu müraciət tikintinin təhlükəsizliyi baxımından əsaslandırılmış olmalıdır. Obyektin şəhərsalma və tikintiyə dair normativ sənədləri ilə müəyyən edilmiş tələblərə uyğunluğunun əlavə olaraq yoxlanılması üçün tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə çəkilən xərclər uyğunluğun təsbit edildiyi hallarda müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən ödənilir. - Tikinti obyektinin istismarına icazənin verilməsi üçün müraciətin təqdim edildiyi gündən 30 gün müddətində müvafiq İcra Hakimiyyəti orqanı obyektin istismarına icazə verir və ya icazə verməkdən imtina edir.
|
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
|
|
· - İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər. - Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
|
|
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
|
|
· Yoxdur
|
|
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
|
|
· Yoxdur
|
|
Xidmətin elektronlaşma səviyyəsi :
|
|
· Elektronlaşdırılmayıb
|
|
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
|
|
· Avtomatlaşdırılmayıb
|