Şriftin ölçüsü :

Saytın rəngi :

Xidmətlər

Tikinti layihələrinin ekspertizadan keçirilməsi

Xidmətin məzmunu :

·         Tikintisinə icazə tələb olunan obyektlərin tikinti layihələrinin ekspertizadan keçirilməsi

 

Xidmətin aid olduğu təsnifat :

·         Şəhərsalma, arxitektura və tikinti

 

Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :

·         Şəki Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının memarlıq və tikinti şöbəsi

 

Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :

·         Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi

 

Xidmətin hüquqi əsası :

·         - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.8 və 5.2-ci maddələri;

- Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.3-cü bəndi;

- Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları".

 

Xidmətin həyata keçirilmə formaları :

·         Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması

 

Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :

o    Poçt xidməti vasitəsilə məlumatlandırma

o    Telefon vasitəsilə məlumatlandırma

 

Xidmətin həyata keçirilməsinin nəticəsi :

·         Tikinti layihəsinin ekspertizadan keçirilməsinin nəticəsinə dair ekspert rəyi

 

Xidmət istifadəçisi barədə məlumat :

o    Dövlət orqanları

o    Fiziki şəxslər

o    Hüquqi şəxslər

o    Yerli özünüidarəetmə orqanları

 

Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :

Müddət (Məbləğ) :

15 iş günü

Ödəniş :

Xidmət ödənişsiz həyata keçirilir

 

Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)

 

Xidmətin göstərilmə yeri :

·         Şəki Şəhər İcra Hakimiyyətinin inzibati binası

 

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :

·         - "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları"nın 4.5-ci bəndinə əsasən təqdim edilmiş sənədlər natamam olduqda, ekspertiza müəssisəsi sifarişçiyə və müvafiq yerli icra hakimiyyəti orqanına bu barədə məlumat verir və sənədlərin tamlığının təmin olunması üçün 5 gün müddət təyin edir. Göstərilən müddət ərzində sənədlərin tamlığı təmin edilmədiyi və həmin sənədlər olmadan rəy verilməsi mümkün olmadığı təqdirdə, tikinti layihəsi müvafiq yerli icra hakimiyyəti orqanına, tikinti layihəsi bu Qaydaların 2.4-cü bəndinə uyğun olaraq təqdim edildiyi hallarda isə sifarişçiyə qaytarılır.

 

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :

Tələb olunan sənədin adı 
- Tələb olunan sənədin təqdimedilmə forması 

Tikinti layihəsi 
- Kağız daşıyıcıda 

Tikinti layihəsinin hazırlanması zamanı istifadə olunmuş şəhərsalma və tikintiyə dair normativ sənədlərin layihəçi tərəfindən təsdiq edilmiş siyahısı 
- Kağız daşıyıcıda 

İzahat yazısı (obyekt haqqında müfəssəl məlumat) 
- Kağız daşıyıcıda 

Layihəçinin xüsusi razılığının (lisenziyası) surəti 
- Kağız daşıyıcıda 

Təchizat müəssisələri tərəfindən verilmiş texniki şərtlər 
- Kağız daşıyıcıda 

 

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :

·         - Xidmət istifadəçisi tikintisinə icazə tələb edilən obyektin tikintisi üçün icazə almaq üçün tələb olunan sənədləri və "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları"nın 4.2-ci bəndində göstərilən sənədləri əlavə edərək İcra Hakimiyyətinə ərizə ilə müraciət edir;
- İcra Hakimiyyəti Başçısı Aparatının memarlıq və tikinti şöbəsində təqdim edilən sənədlərin tamlığı və "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları"na uyğunluğu yoxlanılır;
- Sənədlərin tamlığı və "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları"nın tələbləri təmin olunduqdan sonra tikinti layihəsi ekspertizadan keçirilməsi üçün ekspertiza müəssisəsinə göndərilir. Ekspertiza müəssisəsi Qaydaların 4.2-ci və 4.3-cü bəndlərinə uyğun olaraq təqdim olunmuş sənədlərin tamlığını 5 gün müddətində yoxlayır.
- Təqdim edilmiş sənədlər natamam olduqda, ekspertiza müəssisəsi sifarişçiyə və müvafiq yerli İcra Hakimiyyəti orqanına bu barədə məlumat verir və sənədlərin tamlığının təmin olunması üçün 5 gün müddət təyin edir. Göstərilən müddət ərzində sənədlərin tamlığı təmin edilmədiyi və həmin sənədlər olmadan rəy verilməsi mümkün olmadığı təqdirdə, tikinti layihəsi müvafiq yerli İcra Hakimiyyəti orqanına, tikinti layihəsi bu Qaydaların 2.4-cü bəndinə uyğun olaraq təqdim edildiyi hallarda isə sifarişçiyə qaytarılır.
- Tikinti layihələri ekspertiza müəssisəsi ilə sifarişçi arasında bağlanmış müqavilə əsasında ekspertizadan keçirilir.
- Ekspertiza zamanı tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olmadığı aşkar edildiyi halda, həmin sənədə istinad edilməklə, mövcud çatışmazlıqların aradan qaldırılması üçün ekspertiza müəssisəsi birbaşa sifarişçiyə müraciət edir və bu məqsədlə ona 10 gün müddət təyin edir.
- Birbaşa müraciətdə göstərilən çatışmazlıqlar həmin müddət ərzində aradan qaldırılmadıqda ekspertiza müəssisəsi əsaslandırılmış rəy verir və həmin rəy rəsmi qaydada tikintiyə icazə verən müvafiq yerli İcra Hakimiyyəti orqanına, tikinti layihəsi Qaydaların 2.4-cü bəndinə uyğun olaraq təqdim edildiyi hallarda isə sifarişçiyə göndərilir.
- Mərhələli layihələndirmə yolu ilə inşa edilən obyektlərin tikinti layihələrinin müvafiq olaraq mərhələlər üzrə ekspertizadan keçirilməsinə icazə verilir.
- Tikintisi dövlət vəsaiti hesabına maliyyələşdirilməyən obyektin tikinti layihəsinin smeta bölməsi də sifarişçinin arzusu ilə ekspertizadan keçirilir.
- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda xarici dövlətlərin və ya beynəlxalq təşkilatların şəhərsalma və tikinti ilə bağlı normativləri və standartları tətbiq olunmaqla hazırlanmış tikinti layihələrinin ekspertizadan keçirilməsi zamanı ekspertiza müəssisəsi bu sahədə təcrübəsi olan xarici mütəxəssislər cəlb edilə bilər və (və ya) həmin layihələr üzrə hesablamaların aparılması üçün müvafiq xarici və ya beynəlxalq proqram təminatlarından istifadə edə bilər.

 

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :

·         - İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər.
- Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.

 

Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :

·         Yoxdur

 

Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :

·         Yoxdur

 

Xidmətin elektronlaşma səviyyəsi :

·         Elektronlaşdırılmayıb

 

Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :

·         Avtomatlaşdırılmayıb

 

Şəki Şəhər İcra Hakimiyyəti

 

Ünvan:place

Az 5500 20 Yanvar küçəsi, 8

 

Telefon:

 

(024) 244-33-23

Faks:

(024) 244-39-94

 

E-poçt:

 

mail@sheki-ih.gov.az

 

Rəsmi internet informasiya ehtiyatının ünvanı:

 

sheki-ih.gov.az

 

VÖEN:

 

3000072051

 

Ödəmə rekvizitləri:

 

A 1. Emitent (ödəyən) bank
Adı: Kapital bank Şəki filialı
Kodu: 200703
VÖEN: 9900003611
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
S.Ü.İ.F.T. BİK: AIIBAZ2X

A 2. Ödəyən müştəri
Adı: Şəki Yerli Xəzinədarlıq Orqanı (YXO)
Hesab nömrəsi: AZ03AIIB32051019447000201170
VÖEN: 3000104011

 

İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar:

 

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)

 

Keçidlər