Şriftin ölçüsü :

Saytın rəngi :

Xidmətlər

Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı

Xidmətin məzmunu :

Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı

 

Xidmətin aid olduğu təsnifat :

·         Şəhərsalma, arxitektura və tikinti

 

Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :

o    Şəki Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının memarlıq və tikinti şöbəsi

 

Xidmətin hüquqi əsası :

·         - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsi;

- "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.7-ci bəndi.

- Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.11.12-ci bəndi.

 

Xidmətin həyata keçirilmə formaları :

·         Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması

 

Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :

·         Poçt xidməti vasitəsilə məlumatlandırma

 

Xidmətin həyata keçirilməsinin nəticəsi :

·         Rəy və razılaşdırılmış layihə

 

Xidmət istifadəçisi barədə məlumat :

o    Fiziki şəxslər

o    Hüquqi şəxslər

 

Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :

Müddət (Məbləğ) :

1 ay

Ödənişsiz :

Xidmət ödənişsiz həyata keçirilir

 

Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)

 

Xidmətin göstərilmə yeri :

·         Şəki Şəhər İcra Hakimiyyətinin inzibati binası

 

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :

·         Müvafiq sənədlərin təqdim edilməməsi;
Layihənin şəhərsalma və tikinti məcəlləsinin tələblərinə uyğun hazırlanmaması imtina üçün əsasdır.

 

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :

Tələb olunan sənədin adı 
- Tələb olunan sənədin təqdimedilmə forması 

Torpaq sahəsinin planı və ölçüsü (notariat qaydasında təsdiqlənmiş surəti) 
- Poçt vasitəsi ilə və ya şəxsən 

Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər tərəfindən hazırlanmış memarlıq-planlaşdırma bölməsi (3 nüsxədə rəngli) 
- Poçt vasitəsi ilə və ya şəxsən 

Sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış (notariat qaydasında təsdiqlənmiş surəti) 
- Poçt vasitəsi ilə və ya şəxsən 

Torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd (notariat qaydasında təsdiqlənmiş surəti) 
- Poçt vasitəsi ilə və ya şəxsən 

Şəxsiyyət vəsiqəsinin surəti 
- Poçt vasitəsi ilə və ya şəxsən

- İH tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkündür

Ərizə 
- Poçt vasitəsi ilə və ya şəxsən 

 

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :

·         Vətəndaş xidmətin göstərilməsi üçün tələb edilən sənədləri Rayon İcra Hakimiyyətinə təqdim edir. Torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən vətəndaşın torpaq sahəsinə baxış keçirilib akt tərtib olunur. Fərdi yaşayış evinin memarlıq-planlaşdırma bölməsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğu yoxlanılır və 1 ay müddətində yaşayış evinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir.

 

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :

·         - İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər.
- Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.

 

Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :

·         Yoxdur

 

Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :

·         Yoxdur

 

Xidmətin elektronlaşma səviyyəsi :

·         Elektronlaşdırılmayıb

 

Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :

·         Avtomatlaşdırılmayıb

 

Şəki Şəhər İcra Hakimiyyəti

 

Ünvan:place

 

Az 5500 20 Yanvar küçəsi, 8

 

Telefon:

 

(024) 244-33-23

Faks:

(024) 244-39-94

 

E-poçt:

 

mail@sheki-ih.gov.az

 

Rəsmi internet informasiya ehtiyatının ünvanı:

 

sheki-ih.gov.az

 

VÖEN:

 

3000072051

 

Ödəmə rekvizitləri:

 

A 1. Emitent (ödəyən) bank
Adı: Kapital bank Şəki filialı
Kodu: 200703
VÖEN: 9900003611
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
S.Ü.İ.F.T. BİK: AIIBAZ2X

A 2. Ödəyən müştəri
Adı: Şəki Yerli Xəzinədarlıq Orqanı (YXO)
Hesab nömrəsi: AZ03AIIB32051019447000201170
VÖEN: 3000104011

 

İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar:

 

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)

 

Keçidlər