Şriftin ölçüsü :

Saytın rəngi :

Xidmətlər

Fiziki şəxsin üzərində patronaj təyin edilməsi

Xidmətin məzmunu :

·         Sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun üzərində patronaj təyin edilməsi

 

Xidmətin aid olduğu təsnifat :

·         Sosial müdafiə və sosial təminat (sığorta)

 

Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :

·         İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası

 

Xidmətin hüquqi əsası :

·         - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 39.2-ci maddəsi;

- Azərbaycan SSR Nazirlər Sovetinin 1970-ci il 5 oktyabr tarixli, 386 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 8 may tarixli, 152 nömrəli qərarının redaksiyasında verilmiş "Azərbaycan SSR qəyyumluq və himayəçilik orqanları haqqında Əsasnamə"nin 17-ci bəndi.

 

Xidmətin həyata keçirilmə formaları :

·         Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması

 

Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :

·         Poçt xidməti vasitəsilə məlumatlandırma

 

Xidmətin həyata keçirilməsinin nəticəsi :

·         Fiziki şəxs üzərində patronaj təyin edilməsi barədə İcra Hakimiyyəti başçısının sərəncamı

 

Xidmət istifadəçisi barədə məlumat :

·         Fiziki şəxslər

 

Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :

Müddət (Məbləğ) :

30 təqvim günü

Ödənişsiz :

Xidmət ödənişsiz həyata keçirilir

Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)

 

Xidmətin göstərilmə yeri :

·         Şəki Şəhər İcra Hakimiyyətinin inzibati binası

 

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :

·         - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 39.4-cü maddəsinə görə bu Məcəllənin 39.1-ci maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxs üzərində təyin edilmiş patronaja patronajda olan fiziki şəxsin tələbi ilə xitam verilir. Patronajda olan fiziki şəxsin patronu (köməkçisi) bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulan hallarda öz vəzifələrini yerinə yetirməkdən azad edilir;

- Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 38.3-cü maddəsində görə üzrlü səbəblər olduqda (xəstəlik, əmlak vəziyyətinin dəyişməsi, qəyyumluqda olanla qarşılıqlı anlaşmanın yoxluğu və i.a.) qəyyum və ya himayəçi öz xahişi ilə vəzifələrinin icrasından azad edilə bilər;

- Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 38.4-cü maddəsində görə qəyyum və ya himayəçi onun üzərinə düşən vəzifələri gərəyincə yerinə yetirmədikdə, o cümlədən qəyyumluqdan və ya himayəçilikdən tamah məqsədi ilə istifadə etdikdə və ya qəyyumluqda olanı nəzarətsiz və lazımi köməksiz qoyduqda qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya himayəçini bu vəzifələrin icrasından kənar edə bilər və təqsirli fiziki şəxsin qanunla müəyyənləşdirilmiş məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər görə bilər.

 

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :

Tələb olunan sənədin adı 
- Tələb olunan sənədin təqdimedilmə forması 

Fiziki şəxsin sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmadığını təsdiqləyici sənədlər 
- Poçt vasitəsi ilə və ya şəxsən 

Patronajda olmaq istəyən fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti 
- Poçt vasitəsi ilə və ya şəxsən 

- İH tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkündür

Patronajda olmaq istəyən fiziki şəxsin notariat qaydasında razılıq ərizəsi 
- Poçt vasitəsi ilə və ya şəxsən 

Fiziki şəxsin öz üzərində təyin etmək istədiyi patronunun şəxsiyyət vəsiqəsinin surəti 
- Poçt vasitəsi ilə və ya şəxsən 

Fiziki şəxsin öz üzərində təyin etmək istədiyi patronunun notariat qaydasında razılıq ərizəsi 
- Poçt vasitəsi ilə və ya şəxsən 

Patronajda olmaq istəyən fiziki şəxsin ərizəsi 
- Poçt vasitəsi ilə və ya şəxsən 

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :

·         - Patronajda olmaq istəyən fiziki şəxs ərizə ilə birlikdə müvafiq sənədləri İcra Hakimiyyətinə təqdim edir;

- İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Orqanı patronajda olmaq istəyən fiziki şəxsin təqdim etdiyi sənədləri yoxlayır, öz rəyi və yoxlama aktı ilə birlikdə patronaj təyin edilməsi barədə İcra Hakimiyyəti Başçısının sərəncamının layihəsini hazırlayır;

- İcra Hakimiyyətinin Başçısı fiziki şəxs üzərində patronaj təyin edilməsi barədə sərəncam verir.

 

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :

·         - İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər;

- Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.

 

Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :

·         Yoxdur

 

Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :

·         Yoxdur

 

Xidmətin elektronlaşma səviyyəsi :

·         Elektronlaşdırılmayıb

 

Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :

·         Avtomatlaşdırılmayıb

 

Şəki Şəhər İcra Hakimiyyəti

 

Ünvan:place

Az 5500 20 Yanvar küçəsi, 8

 

Telefon:

 

(024) 244-33-23

Faks:

(024) 244-39-94

 

E-poçt:

 

mail@sheki-ih.gov.az

 

Rəsmi internet informasiya ehtiyatının ünvanı:

 

sheki-ih.gov.az

 

VÖEN:

 

3000072051

 

Ödəmə rekvizitləri:

 

A 1. Emitent (ödəyən) bank
Adı: Kapital bank Şəki filialı
Kodu: 200703
VÖEN: 9900003611
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
S.Ü.İ.F.T. BİK: AIIBAZ2X

A 2. Ödəyən müştəri
Adı: Şəki Yerli Xəzinədarlıq Orqanı (YXO)
Hesab nömrəsi: AZ03AIIB32051019447000201170
VÖEN: 3000104011

 

İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar:

 

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)

 

Keçidlər