Şriftin ölçüsü :

Saytın rəngi :

Xidmətlər

Yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verilməsi

Xidmətin məzmunu :

·         Dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verilməsi

 

Xidmətin aid olduğu təsnifat :

·         Mənzil və kommunal təsərrüfatı

 

Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :

·         İcra Hakimiyyəti Yanında Mənzil Komissiyası

 

Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :

·         Şəki Şəhər Mənzil İstismar Sahəsi

 

Xidmətin hüquqi əsası :

·         - Azərbaycan Respublikası Mənzil Məcəlləsi - III bölmə, VII fəsil;

- "Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə"nin 4.9.8-ci bəndi.

 

Xidmətin həyata keçirilmə formaları :

·         Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması

 

Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :

·         Poçt xidməti vasitəsilə məlumatlandırma

 

Xidmətin həyata keçirilməsinin nəticəsi :

·         Dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verilməsi haqqında İcra Hakimiyyəti Başçısının sərəncamı

 

Xidmət istifadəçisi barədə məlumat :

o    Fiziki şəxslər

o    Hüquqi şəxslər

 

Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :

Müddət (Məbləğ) :

30 iş günü

Ödənişsiz :

Xidmət ödənişsiz həyata keçirilir

 

Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)

 

Xidmətin göstərilmə yeri :

·         - İcra Hakimiyyəti Başçısı Aparatının inzibati binası;

·         - Mənzil İstismar Sahəsinin inzibati binası.

 

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :

·         - Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin III bölməsi, VII fəslində göstərilən qaydalara uyğun olmadıqda.

 

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :

Tələb olunan sənədin adı 
- Tələb olunan sənədin təqdimedilmə forması 

Nikah haqqında şəhadətnamənin surəti 
- Kağız daşıyıcıda 

Ərizəçinin şəxsiyyət vəsiqəsi 
- Kağız daşıyıcıda 

- İH tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkündür

Ərizəçinin ailə üzvlərinin şəxsiyyət vəsiqələri 
- Kağız daşıyıcıda 

Ərizəçinin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi ilə bağlı İcra Hakimiyyəti Başçısının sərəncamından çıxarış 
- Kağız daşıyıcıda 

Ərizə 
- Kağız daşıyıcıda 

 

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :

·         - Xidmət istifadəçisi İcra Hakimiyyətinin Başçısının adına ərizə ilə müraciət edir;
- Ərizəyə və xidmət üçün tələb olunan sənədlərə İcra Hakimiyyəti yanında Mənzil Komissiyası tərəfindən baxılır və qanunamüvafiq qərar qəbul edilir;
- Komissiyanın qərarına əsasən İcra Hakimiyyətinin Başçısı sərəncam imzalayır;
- Sərəncama əsasən xidmət istifadəçisi və İcra Hakimiyyəti Mənzil İstismar Sahəsi arasında sosial kirayə müqaviləsinin bağlanılması təmin edilir.

 

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :

·         - İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər.
- Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.

 

Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :

·         Yoxdur

 

Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :

·         Yoxdur

 

Xidmətin elektronlaşma səviyyəsi :

·         Elektronlaşdırılmayıb

 

Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :

·         Avtomatlaşdırılmayıb

 

Şəki Şəhər İcra Hakimiyyəti

 

Ünvan:place

Az 5500 20 Yanvar küçəsi, 8

Telefon:

(024) 244-33-23

Faks:

(024) 244-39-94

E-poçt:

mail@sheki-ih.gov.az

Rəsmi internet informasiya ehtiyatının ünvanı:

sheki-ih.gov.az

VÖEN:

3000072051

Ödəmə rekvizitləri:

A 1. Emitent (ödəyən) bank
Adı: Kapital bank Şəki filialı
Kodu: 200703
VÖEN: 9900003611
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
S.Ü.İ.F.T. BİK: AIIBAZ2X

A 2. Ödəyən müştəri
Adı: Şəki Yerli Xəzinədarlıq Orqanı (YXO)
Hesab nömrəsi: AZ03AIIB32051019447000201170
VÖEN: 3000104011

İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar:

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)

 

Keçidlər